Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə45/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   ...   41   42   43   44   45   46   47   48   ...   159

Orta əsrlərdə Avropada texnikanın  inkişafı 

 

138 

katapultlarınkı ilə eyni idi. Bizim eranın əvvəlində bu silahdan çevik ox 

atan  kamanların  inkişafı  nəticəsində  az  istifadə  olunmuşdur.  Arbalet 

Cində,  Bizansda  və  Ərəblərin  hökmranlığı  dövründə  də  döyüş  silahı 

kimi  geniş  tətbiq  olunmuşdur.  Müxtəlif  dövrlərdə  düzəldilən  arbaletlər 

öz  konstruksiyaları  ilə  bir-birindən  fərqlənsə  də,  onlar  oxşar  işləmə 

prinsipinə malik olmuşlar.  

Arbalet əsasən uzunsov  gövdədən  ibarətdir. Bu gövdənin üzərindəki 

yuvaya  atılacaq  ox  qoyulur.  Gövdənin  sonunda  silahı  sinəyə  sıxmaq 

üçün  qol  bərkidilir.  Bu  qol  dəmirdən,  ağacdan,  ya  da  buynuzdan 

düzəldilirdi.  Atıcı  mexanizm  dəstəkdən,  gərilən  ipi  tutmaq  üçün 

şaybadan  (  o  əslində  “qoz”  adlanır)  ibarətdir.  Arbaletin  uc  hissəsində 

bərkidilimiş yaylar ox atmaq üçün lazım olan qüvvəni yaratmağa xidmət 

edir.  Bu  yaylar  iplər  vasitəsilə  gərildikdən  sonra  silah  hazır  vəziyyətə 

gətirilir.  Yayların  gərilməsi  silahın  tipindən  asılı  olaraq  ya  əllə,  ya  da 

mexaniki olaraq aparılırdı. Əl ilə silahı yükləmək üçün onun bir ucu  

 

ayaqla tutularaq, iplər çəngəlin köməyi ilə əl ilə dartılırdı. Gövdənin uc 



hissəsində yerləşmiş çarx qolu isə ipləri mexaniki olaraq gərməyə imkan 

verirdi (şəkil 1.89). Döyüşçü atıcı dəstəyə basdıqda gərilmiş ip azad olur 

və ox böyük sürətlə qabağa atılır.  

X  əsrdə  Arbaletlər  Avropada  yenidən  maraqla  istifadə  olunmağa 

başlanır.  X

ΙΙ

  əsrdə  Arbalet  İngiltərə  və  Fransada  döyüş  silahı  kimi, 



orduda  tətbiq  olunurdu.  Arbaletin  ox  atan  kamanlardan  fərqi  ondan 

ibarət idi ki, bu silahla dəqiq nişan almaq mümkün idi. Bundan əlavə bu 

 

Şəkil 1.88.  Orta əsrdə istiafdə olunan arbaletlər. 




Orta əsrlərdə Avropada texnikanın  inkişafı 

139 

 

silahın  istifadə  olunması  çox  asan  və  sadə  idi.  Arbaletin  atdığı  oxun 



dəymə zərbəsi adi kamana nisbətən çox yüksək idi. 

Tarixi qaynaqlara görə, bu silahla 150 m-dən dəbliqəni deşmək, 200 

m məsafədən isə atlını vurub salmaq olurdu. Oxun uçma məsfəsi isə 300 

m-ə  çatırtdı [1.72].             

Antik  dövrdən  məlum  olan  böyük 

ölçülü  katapultlar  (Trebuşetlər)  da  orta 

əsrlərdə  döyüş  texnikasının  əsasını  təşkil 

edirdi  (şəkil  1.90).  Trebuşet  atıcı  maşın 

olub  daş,  mərmi,  alovlanan  hissə  və  bəzi 

hallarda  heyvan  leşini  düşmən  tərəfə 

atmaq  üçün  istifadə  olunurdu.  Tarixi 

mənbələrə  görə,  trebuşet  odlu  mərmiləri 

400-m  məsafəyə  qədər  atmaq  gücünə 

malik olmuşdur. Trebuşet, deyilənlərə görə 

Çində 

ixtira 


olunub. 

Avropaya 

isə   

ərəblərin 



tikinti 

işləri 


üçün 

təkmilləşdirdikləri 

formada 

gəlib 


çatmişdır. 

Barıtın 


kəşfindən 

sonra 


trebuşetlər  getdikcə  istifadədən  çıxmağa 

başlamışdır [1.71, 1.74].  

Trebuşet tam ağacdan hazırlanaraq nəql 

ediləbilmə 

qabiliyyətinə 

malik 


idi. 

Trebuşetin  iş  prinsipi  qravitasiyaya  əsaslanırdı.  İki  böyük  dayaq 

arasında  yerləşdirilmiş,  ox  ətrafında  dönə  bilən  tirin  bir  ucuna ağır  yük 

asılır.  Digər  ucu  isə  iplə  aşağıya  dartılaraq  bərkidilirdi.  Beləliklə,  tir 

gərilmiş  şəkilə  gətirilirdi.  Trebuşetin  sərbəst  ucuna  torba  bağlanır  və 

onun içərisinə atılacaq mərmi yerləşdirilirdi. Tir xüsusi dəstəyin köməyi 

ilə  sərbəst  buraxıldıqda  o,  yuxarıya  doğru  hərəkət  edərək  sürətlənir  və 

torbada olan mərmi atılırdı. Tirin uzun və qısa qolunun arasındakı nisbət 

1/4-ə kimi olurdu. Ağır daşları 200-250 m məsafəyə atmaq o dövr üçün 

döyüş texnikasında böyük irəliləyiş idi. Bəzi hallarda trebuşetlər  çarxlar 

 

Şəkil 1.89. Arbaletin  



                  yüklənməsi. 


Orta əsrlərdə Avropada texnikanın  inkişafı 

 

140 

 

Şəkil 1.90. Trebuşetin ümumi görünüşü. 



üzərində  qurulurdu.  Bu,  maşını  nəql  etməklə  bərabər,  həm  də  atma 

zamanı ona təkan verirdi və beləliklə atma məsafəsini artırırdı. Bununla 

bərabər çarxlı maşınlar yumşaq torpaqlarda  bataraq qalırdılar ki, bu da 

onların manevretmə qabiliyyətini aşağı salırdı.  

Avropaya 

odlu 


silahların 

ərəblərdən 

İtaliya 

ərazisi 


uzərindən  gəlməsi  ilə  bağlı 

olaraq,  topların  ilk  dəfə  tətbiq 

olunması  da  Florensiyada  baş 

verir.  Ona  gorə  də,  bu  sahədə 

tətbiq  olunan  anlayışlar  (kanon, 

bombardman)  Italiyan  mənşə- 

lidirlər.  İlk  olaraq  toplar  Çində 

düzəldilsə  də,  onların  texniki 

cəhətdən 

təkmilləşdirilməsi 

avropalılara  aiddir.  İlk  toplar 

ölçüsünə  görə  çox  kiçik  olub,  əl 

silahı  kimi  istifadə  olunmuşdur. 

Onların  kalibrləri  30-40  mm 

arasında yerləşirdi (şəkil 1.91).  

Bu  toplar  ilk  vaxtlarda  adi 

sağanaq  şəklində  hazırlanmış  və 

oxların 


atılmasında 

istifadə 

olunmuşlar. 

1360-cı 


ildə 

qurğuşun 

mərmilərin 

düzəldilməsi 

ilə 

əlaqədar 



topların 

konstruksiyalarında  köklü  dəyişikliklər  baş  verir.  Barıtın  yanması 

zamanı əmələ gələn qazın enerjisini kinetik enerjiyə çevirmək üçün yeni 

topların kipliyi artırılmışdır. Bundan əlavə kürəni atmaq üçün uzadılmış 

borulardan  istifadə  edilmişdir.  O  dövrdə  məlum  olan  başqa  silahlara 

(trebuşet,  oxatan  sağanaq)  nisbətən  toplar  daha  dəqiq  idilər  və  uzaq 

məsafəyə mərmilərin atılmasını təmin edirdilər. 

 



Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə