Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə48/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   ...   44   45   46   47   48   49   50   51   ...   159

Orta əsrlərdə Avropada texnikanın  inkişafı 

147 

 

zım  idi.  Dəmir  töküklərin  dolayı  yolla  hazırlanması  X



ΙΙΙ

  əsrdə  dəmir 

istehsalının sürətlə artmasına gətirib çıxarmışdır. Avropada orta əsrlərdə 

illik  metal  emalı  60  000  t  qiymətləndirilir  [1.19].    X

Ι

V  əsrdən 



başlayaraq tüfəng və topların hazırlanması dəmirin istehsalı və emalında 

yeni  bir  mərhələ  yaradır.  Odlu  silahlar  getdikcə  ov  və  müharibə  üçün 

əsas silaha çevrilir. Dəmirçiliklə bərabər sağanaqların hazırlanması üzrə 

mütəxəssislər meydana gəlməyə başlayır.   

İlk dəfə olaraq bürüncdən top 1326-cı ildə Florensiya (İtaliya), 1327-

ci  ildə  İngiltərə,  1332-ci  ildə  isə  Çində  hazırlanmışdır.  Topların 

istehsalında  əsas  problem  atəş  zamanı  yaranan  qaz  təzyiqinə  tab 

gətirmək  və  gülləyə  dəqiq  istiqamət  verməkdən  ibarət  idi.  Bu  tələbləri 

sənətkarlar  kiçik  əl  silahlarında  olduğu  kimi,  böyük  və  ağır  topların 

hazırlanmasında da təmin etməli idilər.   

İlk  vaxtlarda  dəmir  toplar  döymə  yolu  ilə  düzəldilirdi.  Döyülmüş 

metal lövhə silinidrik ağac ətrafında əyilərək onun ağzı qaynaq  edilirdi. 

İlk  vaxtlar  bu  topların  mərmiləri  kürə  şəklində  yonulmuş  daşlardan 

düzəldilirdi.  Sonralar,  dəmirin  tökülməsi  məlum  olduqdan  sonra  onlar 

bu yolla əldə edilmişdir.  

Silahlarda  boruların  daxili  dəqiqliyini  artırmaq  üçün  onlar  deşmə 

əməliyyatına uğradılırdılar. Bu üsulun tətbiqi zamanı tələb olunan emal 

dəqiqliyini təmin etmək üçün maşınların tətbiqi haqqındakı ilk məlumat 

1373-cü  ildə  Trier  şəhərindən  gəlir.  Bundan  az  sonra,  1420-ci  ildə 

Vyana  əlyazmasında  üfiqi  quruluşlu  turbin  çarxı  ilə  hərəkət  etdirilən 

burğulama  dəzgahı  təsvir  olunmuşdur.  Burğulama  əməliyyatı  yonqarın 

çıxarılmasını asanlaşdırmaq üçün aşağıdan yuxarıya aparılırdı. 

Şəklil  1.94-də  1496-cı  ildə  Filips  Monxun  emalatxanasına  aid  olan 

top burğulama dəzgahının çizgisi göstərilmişdir. Göründüyü kimi, emal 

olunan  Morze  (top  qülləsi)  yerdə  bərkidilir.  Onun  üst  hissəsində 

burğulama  kəskiləri  ilə  örtülmüş  ağac  aşağıya  hərəkət  etdirilir.  Alətə 

veriş  onlara  bağlanmış  iplərin  köməyi  ilə  yerinə  yetirilir.  Alətin 

dönməsi,    onun  asıldığı  ağac  lövhəyə  bərkidilmiş  qolların,  atların 

köməyi ilə fırlanması nəticəsində baş verir [1.77].  



Orta əsrlərdə Avropada texnikanın  inkişafı 

 

148 

Top hazırlamaq üzrə Avropada ilk emal mərkəzi Nürnberq şəhərində 

yaradılmışdır.  Sonralar  İmperator  Maksimilian  hərbi  sənayeni  İnsburq 

şəhərinə  köçürür.  Üzün  müddət  burada  mürəkkəb  və  bahalı  dəmir 

töküklərindən hazırlanan toplar Avropa hökmdarları və böyük şəhərlərin 

sifarişləri  əsasında  yerinə  yetirilirdi.  Şəhərlərdə  sənətçilik  daha  sürətlə 

inkişaf etməkdə idi.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



      Şəkil 1.94. Top qülləsinin burğulanması, Filip Monxun əlyazması,  

1496-cı il. 

 

Təkcə  metal  emalı üzrə  metaldartan, bıçaq, kərənti, nal,  mismar, yəhər, 



qaşıq, kəlbətin, xəncər, çıraq, pərgar, qızıl, gümüş, kotan, lövbər, bülöv, 

tava,  dəmir  qablar  və  zəncir  üzrə  ixtisaslaşmış  dəmirçilər  və  həmçinin 

top  üçün  sağanaq  hazırlayan  mütəxəssislər  mövcüd  idilər.  Bu,  əlbəttə 

başqa sahələr üzrə mövcüd olan sənətçilərin siyahısını tamamlayır.1363-

cü ildə əhalisi  təxminən  20000  olan  Nürnberq  şəhərində 1200 üsta 50  



Orta əsrlərdə Avropada texnikanın  inkişafı 

149 

 

sənətçi qrupunda cəmləşmişdir [1.19].   



İxtisaslaşma  böyük  maşınlarla  bərabər,  alətqayırma  və  sənətçilikdə 

işlədilən  kiçik  qurğuları  da  inkişaf  etdirmişdir.  Artıq  X

Ι

  əsrdə  pərli 



burğular  şpindellə  işləyən  spiral  tipli  burğularla  əvəz  olunmuşdur. 

Şpindelə  hərəkət  nazim 

çarxların 

köməyi 


ilə 

verilirdi.  Alət  bərkidil- 

miş 

şpindelin  ucuna 



qayış  dolanır,    qayışın 

ucları 


arasında 

üfiqi 


vəziyyətdə 

yerləşmiş  

ağac  lövhə  bərkidilir 

(şəkil 


1.95). 

Lövhə 


aşağıya basıldıqda, spin- 

deldən  dolanmış  qayış 

açılaraq  onu  fırlanmağa 

məcbur  edir.  Bu  zaman 

nazim 

çarx 


qayışın 

yenidən  dolanması  üçün 

lazım  olan  enerjini  top- 

layır  [1.78].  Bu  burğu- 

lama  qurğusunun  çatış- 

mayan  cəhəti  fırlanma 

hərəkətinin 

fasiləsiz 

olmaması  idi.  Yəni  təs- 

vir  olunmuş  mexanizm  şpindeli  yalnız  məhdud  sayda  dövr  etdirir  və 

sonradan şpindel öz əvvəlki vəziyyətinə qaytarılırdı. Başqa sahələrdə bu 

üsulla  bərabər  əl  ilə  fasiləsiz  fırlanmaya  malik  olan  burğulama 

alətlərindən də istifadə olunmuşdur (şəkil 1.96). 

Tarixi  mənbələrdə  Venesiya  şəhərində  düzəldilmiş  bir  pardaq 

dəzgahının  təsvirinə  rast  gəlinir.  Bu  dəzgahın  sxematik  təsviri  şəkil 

1.97-də verilmişdir. Buradan göründüyü kimi aparıcı qasnaq oturdulmuş  

 

Şəkil 1.95. Burğulama qurğusu, 1425-ci il. 




Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə