Orta əsrlərdə Avropada texnikanın inkişafı
150
val, çarxqolu ilə hərəkətə gətirilir. Bu qasnaqda valın oxuna
perpendikulyar yerləşdirilmiş müstəvi üzrə ip dolanır. İp öz növbəsində
iki dayaq arasında asılmış ox ətrafında fırlana bilən pardaq daşına
dolanır. Val fırlandıqda dönmə hərəkəti fasiləsiz olaraq iplə pardaq
dairəsinə ötürülür [1.19].
İplə işləyən torna dəzgahı da orta əsrlərdə müəyyən təkmilləşməyə
uğrayaraq geniş tətbiq olunurdu. Bu təkmilləşdirmə bir tərəfdən
yellənçəkli torna dəzgahının ixtirası ilə, digər tərəfdən çarxqolunun
tətbiqi ilə əlaqədar idi [1.70].
Yellənçəkli torna dəzgahı X
ΙΙΙ
əsrdən məlum idi. Bu dəzgahın antik
dövrdən məlum olan, iplə işləyən dəzgahdan fərqi burada köməkçi
qurğudan istifadə olunmasındadır. Şəkil 1.98-dən göründüyü kimi dəz
gahın şpindelini hərəkətə gətirən ipin bir ucu yuxarı hissədə konsol
bərkidilmiş elastik tirdən (yaydan) asılır. Digər ucu isə dəzgahın altında-
Şəkil 1.96. Əl burğulama aləti.
Şəkil 1.97. Pardaqlama dəzgahı.
Orta əsrlərdə Avropada texnikanın inkişafı
151
kı pedala bağlanır. Pedal basıldıqda ip dartılaraq valı bir tərəfə fırladır,
pedal sərbəst buraxıldıqda isə yuxarıdakı tir ipi geriyə dartaraq valı əks
istiqamətdə fırladır [1.78]. Bu dəzgahın çatışmayan cəhəti fırlanma
hərəkətinin fasiləsiz olmaması idi.
Nəhayət, XV əsrdə bu
çatışmayan cəhətləri aradan
qaldırmaq
mümkün
olur.
Metal emalı üçün çarx və
çarxqolu ilə işləyən torna
dəzgahı tətbiq olunur. Yəni
dəzgahın
valı
onun
yaxınlığında
yerləşdirilmiş
böyük çarxa qayışla qoşulur.
Bu çarx isə öz növbəsində
köməkçi
fəhlə
tərəfindən
fırladılır. Bu dəzgahın tətbiqi
əlavə insan əməyinə ehtiyac
yaradaraq yüksək xərc tələb
edirdi. Yəqin elə buna görə
də, bu dəzgahlar praktikada
geniş tətbiq olunmamışlar.
XV əsrdə metal emalı
üçün vacib ixtiralardan biri
də məngənə olmuşdur.
Ι
lk dəfə ağacdan düzəldilmiş məngənəyə
Nürnberqli Martin Löffelin 1505-ci ildə tərtib etdiyi əlyazmasında rast
gəlinir. Məngənənin tətbiqi ustaya pəstahı sərt bağlayaraq, onu iki əllə
emal etməyə imkan yaratmışdır [1.19].
Bundan əvvəlki dövrdə məngənənin tətbiqinə rast gəlinmir. Hətta X
Ι
əsrdə metal emalı üçün işlədilən alətləri və emalatxananı yüksək
dəqiqliklə təsvir etməyə çalışan Teofilisun əlyazmalarında bu haqqda
məlumat verilmir.
Şəkil 1.98. Yellənçəkli torna dəzgahı.
Orta əsrlərdə Avropada texnikanın inkişafı
152
Mexaniki saatların ixtirası da orta əsrlərə təsadüf edir (X
ΙΙΙ
əsr).
Qum və şam saatları ilə bərabər ilk dəfə olaraq mexaniki saatlardan
istifadə olunurdu. İlk vaxtlar mexaniki saatlar çox sadə konstruksiyaya
malik olmuş və bir neçə dişli
çarxdan
ibarət
idi.
Tarixi
qaynaqlarda ilk dəfə olaraq Sens
şəhərində düzəldilmiş çarxlı saat
1292-ci ilə təsadüf edir. 1352-ci
ildə Münster şəhərində mexaniki
saat düzəldilir. Çarxlı saatlar ilk
vaxtlarda
çox
böyük
ölçüdə
hazırlanırdı. Onların işləməsi üçün
böyük yüklərdən istifadə olunurdu.
Bu
saatların
daim
inkişaf
etdirilməsi nəticəsində, 1427-ci
ildə Henrix Arnold tərəfindən saat
yayı
ixtira
edilir.
Bununla
mexaniki saat istehsalında inqilab
baş verir. Bundan sonra saatları
kiçik ölçüdə düzəltmək mümkün
olur. Uzun döyülmüş metal lövhə
gərilərək ox ətrafında dolanır.
Onun burulması zamanı yığılan
enerji
saatın
dişli
çarxlarının
hərəkətə gətirilməsi üçün istifadə
edilirdi. İlk mexaniki saatların dəqiqliyi aşağı idi. Ağır yüklərin
təsirindən hissələr tezliklə yeyilirdi. Bu da saatın dəqiqliyini aşağı
salırdı. Saatların inkişafı tezliklə bu sənətə mükəmməl yiyələnən
saatsazların yaranmasına gətirib çıxarır. Saatsaz sənətinə ilk dəfə olaraq
X
ΙΙΙ
əsrə aid tarixi mənbələrdə rast gəlinir.
Qısa bir müddətdə mexaniki saatlar müxtəlif ölçülərdə bütün
Avropanı bürüyür (şəkil 1.99). Saatların istehsalı onların hissələrinin
Şəkil 1.99. Mexaniki saat, 1521-ci il.
Orta əsrlərdə Avropada texnikanın inkişafı
153
hazırlanmasında tətbiq olunan mexaniki emal üsullarının da inkişafına
təkan vermişdir. Kiçik hissələrin yüksək dəqiqliklə hazırlanması metal
emalında yeni imkanların aşkar edilməsinə gətirib çıxarmışdır. Bu incə
işlərin yerinə yetirililməsi üçün burğulama, torna və pardaq
dəzgahlarına qoyulan tələblər yeni nəsl dəzgahların yaranmasına şərait
yaratmışdır.