Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə52/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   ...   48   49   50   51   52   53   54   55   ...   159

Renessans dövründə maşınqayırma 

160 

 

bilərəm  və  çoxlu  sayda  körpülər,  hücum  nərdivanları  və  başqa 

 

belə qurğular düzəldə bilərəm.  

3.

 

...qayalar  üzərində  tikilməyən  qalaları  və  başqa  tikliləri 

dağıtmaq üçün üsula malikəm. 

4.

 

Bundan  əlavə  asan  daşınabilən  və  kiçik  daşları  atmaq  üçün 

bombardların (toplar) düzəldilməsi üçün planlarım var. 

5.

 

Sonra gizli yollar üçün planlarım var... 

6.

 

Bundan  əlavə  mən  etibarlı  və  alınmaz,  örtülü  araba 

düzəldəcəyəm,  hansı  ki,  Sizin  toplarla  düşmənin  içərisinə 

keçməyə imkan verəcək.... 

7.

 

Bundan başqa, əgər lazım gələrsə yeni bombardları və morzeləri 

gözəl və məqsədəuyğun formada düzəldəcəyəm. 

8.

 

Harada  bombardların  tətbiqi  mümkün  deyil,  orada  katapult  və 

atıcı  maşınlar  düzəldəcəyəm.  Mən  vəziyyətdən  asılı  olaraq 

müxtəlif hücum və müdafiə maşınları düzəldəcəyəm.  

9.

 

Əgər  döyüş  dənizdə  baş  verərsə,  onda  mənim  çoxlu  hücum  və 

müdafiə qurğuları üçün planlarım var. 

10.

 

Sülh  vaxtı  mən  tikinti  sənətində  çalışaraq  istər  şəxsi  tikililərlə, 

istərsə  də  hər  hansı  bir  yerə  suyun  çəkilməsi  ilə  məşğul  ola 

bilərəm”. 

Leonardonun  yaradıcılığı  ilə  yaxından  tanış  olduqda,  onun  sonralar 

bu  ərizədə  təsvir  olunmuş  maşınları  layihələndirdiyi  məlum  olur.  Onun 

texniki  fantaziyası  bir  çox  sahələri  əhatə  etmişdir.  Buraya  su 

nasoslarından  tutmuş,  dəzgahlar,  xüsusi  güzgülər,  kranlar,  tekstil 

maşınları  və  uçan  maşınlar  aiddirlər.  Leonardonun  bütün  işlərini  kiçik 

bir 

bölmədə 


cəmləşdirmək 

çətin 


olduğundan, 

onun 


yalnız 

maşinqayırmanın  inkişafı  üçün  maraqlı  olan  bir  neçə  mütərəqqi  ixtirası 

aşağıda ətraflı təsvir olunur.     

 

Maşınlar və mexaniki tərtibatlar 

 

Leonardo dişli çarxlarda ötürmənin gələcək maşınqayırmanın inkişa- 




Renessans  dövründə maşınqayırma 

161 

 

fında  rolunu  dərk  edərək,  bu  sahədə  bir  çox  yeni  konstruksiyalar 

işləmişdir.  Bu  konstruksiyaların  bir  qismi  müasir  maşınqayırmada, 

olduğu kimi tətbiq olunur. Tarixdən, Leonardonun düşli çarx ötürməsinə 

xüsusi marağı olduğu məlumdur. Bunu, onun layihələndirdiyi mürəkkəb 

ilişmələrə 

malik 

olan 


mexanizmlərdə 

görmək 


olur. 

Aşağıda 


Leonardonun bu sahədə  etdiyi  ixtiralardan bir neçəsi təsvir olunmuşdur 

[1.45, 1.82]: 

Trapesiya  formalı  yivə  malik  ötürmə  (şəkil  1.101,  a)  böyük  təzyiq 

altında işləyən külək dəyirmanları üçün nəzərdə tutulmuşdur.  

Yarısı  dişlə  örtülmüş  çarx  ilə,  başqa  ox  ətrafında  fırlanan  iki  dişli 

çarxın  ilişməsi  fasiləsiz  fırlanan  hərəkəti  irəli-geri  hərəkətə  çevirməyə 

imkan verir (şəkil 1.101, b).  

Yarısı  dişlə  örtülmüş  iki  çarx  və  onların  ilişdiyi  bir  dişli  çarxdan 

ibarət ötürmə, tam dönməsi mümkün olmayan oxun köməyi ilə irəli-geri 

hərəkəti fasiləsiz fırlanma hərəkətinə çevirmək üçündür (şəkil 1.101, c).   

Bir  ox  ətrafında  bərkidilmiş  yumrucuqlu  çarxlar  (şəkil  1.101,  d) 

fasiləsiz  fırlanan  zaman  başqa  ox  ətrafında  fırlanan,  üzərində  qol  olan 

oxu  gah  bir  tərəfə,  gah  da  o  digər  tərəfə  döndərir.  Bu  zaman  oxa 

bərkidilmiş  dişli  çarx  fırlanaraq  onunla  hər  iki  tərəfdən  kontaktda  olan 

qaykaları döndərir. Qaykalar dönən zaman onlara keçirilmiş vintli  oxla- 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

a) 



 

b) 


 

c) 


 

 

d) 



 

      


Şəkil 1.201. Leonardonun layihələndirdiyi dişli çarx ötürmələri.   

 



Renessans dövründə maşınqayırma 

162 

 

ra bərkidilmiş lövhəni gah yuxarı, gah da aşağıya hərəkət etdirir.     



Fırlanma  hərəkətini  irəli-geri 

hərəkətə 

çevirən 

başqa 


bir 

mexanizm 

şəkil 

1.102,a-da 



mişarlama  dəzgahının  misalında 

göstərilmişdir. 

Çarxqolu 

ilə 


əlaqədə  olan  çarx  dirsəkli  valın 

üzərində oturdulur. Çarxqolundan 

gələn  fırlanma  hərəkəti  dirsəkli 

vala  ötürülür.  Dirsəkli  val  isə  öz 

növbəsində  mişara  sürgü  qolu 

vasitəsilə  birləşdirilir.  Beləliklə, 

fırlanma  hərəkəti  mişarın  irəli-

geri  hərəkətinə  çevrilir.  Şəkil 

1.102,  b-də  bir-birindən  180° 

dönmüş, dirsəkli valın köməyi ilə 

iki  mişarı  ardıcıl  hərəkət  etdirən 

mexanizm təsvir olunmuşduir.  

Metal  çubuqları  əymək  üçün 

tərtibat 

şəkil 

1.103-də 



göstərilmişdir. 

Əyiləcək 

çubuqlar,  şəkildə  verildiyi  kimi, 

tutqaclarda 

nəzərdə 

tutulmuş 

deşiklərə  keçirilir.  Tərtibatdakı 

dəstək  (AB)  döndükdə,  o,  sonsuz 

vint  ilişməsi  vasitəsilə  orta  oxda 

vint  (F)  ilə  bərkidilmiş  U  formalı  tutqacları  döndərir.  Müxtəlif 

istiqamətlərdə  burulan  çubuqlar  əyilərək  lazım  olan  formaya  salınır. 

Dəstəyi  döndərən  zaman  vintli  valda  yaranan  gərilmə  nəticəsində 

dəstəyin  geri  dönməsinin  qarşısını  almaq  üçün  Leonardo  xüsusi  dişli 

çarx birləşməsi layihələndirir. 

Dəstəklə val arasında  əlaqə, ox  ətrafında  dönə bilən, qapayıcı tilləri 

 

a) 



 

b) 


       Şəkil 1.302. Mişarlama qurğusu. 


Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə