Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə54/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   ...   50   51   52   53   54   55   56   57   ...   159

Renessans  dövründə maşınqayırma 

167 

 

Şəkil  1.111,a  və  b-də  mexaniki  emal  zamanı  pəstahı  mərkəzləmək 



üçün  iki  mərkəzləyici  tərtibat  təsvir  olunmuşdur.  Göründüyü  kimi, 

tərtibat  bir-biri  ilə  90°  altında  kəsişən  iki  prizmatik  gövdədən  ibarətdir. 

Bu  gövdə  üzərində  vintli  oxla,  irəli  geri  hərəkət  etdirilə  bilən  dodaqlar 

yerləşdirilir. Vintli oxlar tərtibatın mərkəzində konik dişli çarx ötürməsi  

ilə valla birləşdirilir. Val döndükdə hər dörd vinti  bu və ya digər tərəfə 

döndərərək,  dodaqları  bərabər  olaraq  irəli  və  ya  geri  hərəkət  etdirir. 

Bununla, verilən silindrik pəstah mərkəzləşdirilir.    

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Dəzgahlar 

 

Leonardo  renessans  dövrünün  mexaniki  emal  ilə  maraqlanan  ilk 

mühəndisi  idi.  Onun  etdiyi  ixtiraların  tərkibində  çoxlu  sayda  dəzgahlar 

vardır.  Bu  dəzgahların  hamısı  praktikada  tətbiq  edilməyib.  Buna 

baxmayaraq,  onların  orijinallığına  şübhə  ola  bilməz,  çünki  Leonardo 

çox vaxt mövcud olan maşınları təsvir etmişdir [1.19]. 

Bu  maşınlar  renessans  dövründə  texniki  yaradıcılığın  çatdığı 

səviyyəni təsvir etməyə imkan yaradır.  

 

 

a)  



 

 

 



 

 

b) 



Şəkil 1.1111. Mərkəzləyici tərtibatlar. 


Renessans dövründə maşınqayırma 

168 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

                       

 

Şəkil 1.112. Torna dəzgahı. 



 

Şəkil 1.113. Yivkəsən dəzgah. 

 



Renessans  dövründə maşınqayırma 

169 

 

Leonardonun  işlərində  rast  gəlinən  dəzgahlara  çarxqolu  və  oynaqla 



hərəkət 

etdirilən 

ötürmələrdən 

ibarət  torna,  yivkəsən, 

bülöv 

döyəcəkləyən,  silindrik  daxili  pardaq,  mişarlama,  iskənələmə,  dəmir 



hissələri  yaymaq  üçün  və  topların  qüllələrini  və  su  borularını  deşmək 

üçün  burğu  dəzgahları  aiddir.  Bu  dəzgahların  cizgiləri  ilk  dəfə  olaraq 

1894 və 1904-cü illərdə Milanda Piumati tərəfindən çap etdirilmişdir.  

Leonardo iki torna dəzgahını layihələndirmişdir (şəkil 1.112). Hər iki 

dəzgahda  fasiləsiz  fırlanma  hərəkəti  mövcüddür.  Birinci  dəzgahda 

nazimçarxdan  və  ayaqla  basılan  pedaldan  istifadə  edilmişdir.  Bu 

qurğular  torna  dəzgahının  şpindeli  ilə  birbaşa  birləşdirilmişdir.  İkinci 

dəzgahda  isə  ötürmə  sistemi  dəzgah  arasında  yerləşdirilir.  Pəstahın 

bərkidilməsi yellənçəkli dəzgahda olduğu kimi yerinə yetirilir. 

 Yivin  kəsilməsi  üçün 

Leonardo  yönəldici  şpin-

del  və  kamanla  işləyən 

başqa  bir  patronlu  dəzgah 

layihələndirmişdir 

(şəkil 

1.113). 


Yiv 

kəsən 


dəzgahda  val  iki  yönəldici 

şpindelin  (oxun)  arasında 

yerləşir. 

Üzərində 

yiv- 

kəsən  başlıq  yerləşdirilmiş 



eninə  support  dəzgahda 

bərkidilir.  Üzərində  yiv 

kəsiləcək  val,  çarxqolunun 

köməyi  ilə  fırladıldıqda 

support 

irəliyə 


hərəkət 

edərək  yivi  kəsir.  Patronlu 

dəzgahın iş prinsipi  nisbətən sadədir (şəkil 1.114). Enerji  mənbəyi kimi 

pedalla  hərəkətə  gətirilən  kaman  formalı  yellənçəkdən  istifadə 

olunmuşdur.  Pəstah  sağ  tərəfdə,  patronda  bərkidilir  və  sol  tərəfdə, 

üstündə bir diş olan çərçivə ilə örtülür. Pedal ayaqla basıldıqda val fırla- 

 

Şəkil 1.114. Yivkəsən dəzgah. 




Renessans dövründə maşınqayırma 

170 

 

nır.  Qabaq  tərəfdə  yerləşdirilmiş  kəski  yivin  addımına  uyğun  olaraq 



hərəkət etdirilir. Beləliklə, valda yivin kəsilməsi mümkün olur.  

Daha maraqlı bir konstruksiya bülöv döyəcəkləyən dəzgahdır. Bülöv 

döyəcəkləyən  dəzgah  əsasən  stabil  lövhədən  ibarətdir  (şəkil  1.115).  Bu 

lövhənin  üzərində  emal  edilən  bülövü  hərəkət  etdirən  mexanizm 

yerləşdirilir.  Pəstahın  hərəkəti  bülövün  üstündə  açılacaq  dişlərin 

addımına  uyğun  olaraq  yerinə  yetirilir.  Hərəkət  çarxqolundan  val  və 

ötürmənin köməyi ilə sürüşən stoldakı yivli qaykaya ötürülür. Vintli  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 1.115. Bülöv döyəcəkləyən dəzgah. 

 

valın  hər  dönməsindən  sonra  sürüşən  stol  dişin  addımı  qədər  irəliyə 



hərəkət edir. Eyni zamanda əsas val, üzərində dirsəkli bərkidilmiş çəkici 

yuxarıya  qaldıraraq  sonra  onu  sərbəst  buraxır.  Bülövün  üzərinə  düşən 

çəkicin tili zərbə ilə onun üzərində iz buraxır.  

Leonardonun  layihələndirdiyi pardaq  dəzgahı müasir  cilalama  dəz- 




Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə