Renessans dövründə maşınqayırma
154
1.7. Renessans dövründə maşınqayırmanın inkişafı
(XV
−
XVII əsrlər)
O
rta əsrlərdə mövcud olan roma-german hökmranlığı XIII əsrdən
başlayaraq tədricən tənəzzülə uğramağa başlayır. Italiya ərazisində
getdikcə daha çox hakimiyyət əldə edən Papanın təsiri altında bu
ərazilərdə kiçik dövlətlər yaranırlar. Yeni yaradılan mühitdə sənətçilik,
peşəkarlıq sürətlə inkişaf edir. Sənətçilik getdikcə sərbəst fəaliyyət
göstərərək, peşəkarlıq üsulları və texnikanın tədricən ixtisaslaşmış və
elmi əsaslar üzərində inkişaf etdirilməsinə səbəb olurdu. Bu yeni inkişaf
ərəfəsində orta əsrlərdən fərqli olaraq ayrıca şəxslərin – mühəndislərin,
ixtiraçıların yeri və rolu getdikcə daha aydın görünməyə başlayır. Orta
əsrlərdə görülən işlərin bütöv bir işçi kollektivinə bağlı olduğu halda,
yeni dövrdə ayrı-ayrı insanların əqli əməyi öndə dururdu. Onu da qeyd
etmək lazımdır ki, sənətlə məşğul olan şəxs özünü individumdan yüksək
hiss edirdi. Bu ənənə texnikanın yeni dövrdə
−
renessansda inkişafını
müəyyənləşdirmişdir.
Yeni dövrdə texniki sənətçiliyi və incəsənəti demək olar ki, bir-
birindən ayırmaq mümkün deyildi. Bu onunla bağlı idi ki, işlər
transsendent ideyaya xidmət edirdi və sənətçilər bu ideya arxasında
tanınmaz qalmaq istəyirdilər. Renessans dövrünün başlanması ilə
texniki ixtiraçılıq həvəsi və incəsənətçilik istedadı birlikdə təmsil
olunurdu. “İncəsənət mühəndisi” renessans üçün xarakterik olaraq, o
dövrün bir çox məşhur adamlarının birləşdiyi qrup üçün səciyyəvi idi.
Orta əsrdən renessans dövrünə tarixi keçid uzun çəkən və mürəkkəb
bir proses olmuşdur. Bu keçid XIV əsrdən başlayaraq şəhərlərdə
mövcud olan iqtisadi-texniki və mədəni inkişaf əsasında baş vermişdir.
Odlu silahların ixtirası və döyüş texnikasının inkişafı nəticəsində orta
əsr feodal cəmiyyətinin quruluşu zəifləməyə başlamışdır. Yeni
cəmiyyətin
yaranmasında
əsas
impuls
keçmiş
yunan-roma
mədəniyyətinə olan mənəvi ehtiyacdan irəli gəlirdi. Yeni dövrə keçid
prosesi Avropada edilən ixtiraların nəticəsində güclənən ticarət tərəfin-
Renessans dövründə maşınqayırma
155
dən də təsirə məruz qalmışdır.
Renessans dövrü tarixçilər tərəfindən zaman və məkandan asılı
olaraq müxtəlif formada qiymətləndirilir. Burada fərq baxımından vahid
epoxadan danışmaq çətindir. Məsələn, renessans İtaliyada XIV əsrdə
başladığı halda, Orta və Şərqi Avropada onun başlanğıcı XVI əsrə
təsadüf edir [1.19, 1.79
−
181]. Renessans öz mənasına görə antik
incəsənət və ədəbiyyatın yenidən doğulması deməkdir. Bu yeniləşmə
incəsənətlə bərabər arxitektura, dövlətçilik nəzəriyyəsi, elm və o
cümlədən, insanlarla təbiət arasında baş verən qarşılıqlı münasibətə də
aid idi.
Renessans dövründə İtaliyadan öz mənbəyini götürən və Fransaya
yayılan humanistlərin ədəbiyyat hərəkatı incəsənət ilə sıx bağlı idi.
Mənəvi yeniləşmənin üçüncü istiqaməti dində Martin Lüterin və başqa
reformatorların işləri ilə müəyyən olunurdu. Bu dövrdə insanların
həyatının yeni formada qiymətləndirilməsi ilə müşaiyət olunan yeni
düşüncə tərzi formalaşmağa başlayır. Yeniləşmənin əsasında yunan-
roma antik mədəniyyəti və xristian dininin dəyərləri dururdu. Renessans
dövrünün Avropada mövcud olduğu vaxt əsasən XV-XVI əsrlərə aid
edilir [1.79].
İnsan əməyinə olan maraq əmək vasitələri və üsulları, həmçinin
onların daha da inkişaf etdirilməsi imkanlarını əhatə edirdi. Burada
Heron, Filon və Vitruvi kimi antik dövr mühəndislərinin işlərinə istinad
edilirdi. Qütenberqin (alm. Gütenberg) 1450-ci ildə ixtira etdiyi kitab
çapetmə üsulu texnika elminin yayılmasında əvəzsiz rol oynamışdır.
Əqli əməklə məşğuliyyət renessans dövründə fərdi işlərin
universallaşdırılması ideyası ilə bağlı idi. Bu dövr üçün məşhur
şəxsiyyətlər incəsənət və elmi-texniki yaradıcılığı birləşdirmək
qabiliyyətinə malik idilər. Bu xüsusiyyət empiriya, nəzəriyyə və
praktikanı bir yerdə cəmləşdirirdi. Renessans dövrünün bir çox
ixtiraları,
təcrübələrin
nəticələrinin
sistemləşdirilmiş
analizinə
əsaslanan,
ümumi
nəzəriyyələr
bazasında
layihələndirilən
konstruksiyalardan ibarət idi. O da məlumdur ki, bu dövrdə mühəndis
Renessans dövründə maşınqayırma
156
ixtiralarının bir çoxu praktikada öz tətbiqini tapmamışdır. Bu texniki
yeniliklərin, renessans dövründə tətbiq olunmaması səbəblərindən biri
emalatxana ustaları tərəfindən göstərilən müqavimət idi. Digər tərəfdən,
yeniliklərin bir çoxu zəmanəni qabaqlamış idilər. Bu maşınların o
dövrdə yaradılması yeni material və emal üsülları ilə bərabər yeni enerji
mənbəyi də tələb edirdilər, məsələn: Leonardo da Vinçinin vertolyot
modeli.
Ümumiyyətlə, renessans dövrünün başlanması ilə maşınqayırmanın
və eləcə də texnikanın inkişafına təkan verən incəsənət mühəndisləri
demək olar ki, İtaliyada yaşamışlar. 1453-cü ildə Konstantinopolun
türklər tərəfindən işğalı orada yaşayan peşəkarların kütləvi şəkildə
İtaliyaya üz tutmasına gətirib çıxarmışdır. İtaliyanın müxtəlif
şəhərlərində cəmləşən bu mütəxəssislər yeniləşmə dövründə inkişaf
mühitinə böyük təsir göstərmişlər. Florensiya və Sienna şəhərləri öz
inkişaf sürəti ilə başqalarından fərqlənirdilər. Bu inkişafın təsiri sonralar
Avropanın başqa ərazilərinə də yayılır. Əsasən İngiltərə və Almaniyada
müasir maşınqayırmanın əsası sayıla biləcək texniki elementlərin
ixtirası və yayılmasına rast gəlinir.
Renessans dövründə Avropada çoxlu mühəndislər maşınqayırmanın
inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərmişlər. Növbəti
bölmələrdə bu mühəndislərin cəmiyyətdə tutduğu mövqelər tədqiq
edilərək, onların araşdırdıqları bu və ya digər texniki məsələnin həlli
yollarının maşınqayırmanın inkişafındakı rolu ayrı-ayrılıqda təhlil
olunmuşdur.
Dostları ilə paylaş: |