Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə53/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   ...   49   50   51   52   53   54   55   56   ...   159

Renessans  dövründə maşınqayırma 

163 

 

olan çarxla yaradılır. Bu çarx bir istiqamətdə dönməni vala ötürür, digər 



istiqamətdə isə dəstəyin sərbəst fırlanmasına imkan yaradır. Sonsuz vint

xarici  dişli  çarxın  üstündə  yerləşdirilmiş  dil  vasitəsilə  valın  geriyə 

dönməsinin qarşısını alır. Tərtibatda F və m hissələrindəki yivli ötürmə 

dəstəyin  qolunun  və  orta  oxun  uzunluğunun  lazım  olan  ölçüdə  tənzim 

olunması üçün nəzərdə tutulmuşdur.         

Heronun  işlərində  təsvir  olunmuş  nasoslarla  eyni  işləmə  prinsipinə 

malik olan su nasosu şəkil 1.104-də təsvir olunmuşdur. Burada silindrin 

hərəkəti  əl  ilə  deyil,  ox  ətrafında  yırğalanan  yükün  köməyi  ilə  yerinə 

yetirilir.  Yuxarı  hissədə  oxdan  asılmış  gəmi  formalı  qab  daşla 

doldurulur.  Gəmi    yırğalandıqca  onun  döndərdiyi  dişli  çarxla  əlaqədə 

olan  silindrlər  iplərin  köməyi  ilə  ardıcıl  olaraq  yuxarı-aşağı  hərəkət 

etdirilir.  

Əyilmiş silindrli nasos şəkil 1.105-də verilmişdir. Qövs şəklində olan 

borunun  daxilində  iki  əyri  kolba  yerləşdirilir.  Kolbaların  ucları  yarım 

silindr formalı çarxa bərkidilir.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

   



           

 

Şəkil 1.403. Tərtibat. 



 

      Şəkil 1.104. Su nasosu. 

 



Renessans dövründə maşınqayırma 

164 

 

Şəkil    1.106-da  ekskavator  təsvir 



olunmuşdur.  Suyun  dibini  qazmaq  üçün 

iki  qayıq  arasında,  ox  ətrafında  fırlana 

bilən  çarpaz  şəkilli  qutular  bərkidilir.  Bu 

qutuların  bərkidildiyi  ox,  dişli  çarxların 

köməyi  ilə  əlaqədə  olan  çarxqolu  (f)  ilə 

hərəkətə 

gətirilir. 

Suyun 


dibindən 

çıxarılan  qum/torpaq  yük  qayıqlarına 

tökülür.  

Üzərində 

çənlər 

yerləşdirilmiş 



qayıqların  hərəkətinin  qarşısını  almaq 

üçün  onlar  iplərin  köməyi  ilə  quruda 

pərçimlənmiş tirə (m) bağlanır. Qazmanı 

 

 



 

 

 



 

 

 



 

 

 



 

aparmaq  üçün  lazım  olan  dərinliyin  təyin  edilməsi  xüsusi  tərtibatın 

köməyi ilə yerinə yetirilir.  

Şəkil  1.107-də  irəli-geri  hərəkəti  fırlanma  hərəkətinə  çevirən 

mexanizm  təsvir  edilmişdir.  Fasiləsiz  fırlanan  valın  uc  hissəsinə  dişli 

çarx ötürməsi bərkidilir. Bu ötürmə valın ucuna keçirilmiş şlislərdən və 

bu  şlislərə  hər  iki  tərəfdən  ilişmiş,  üzərində  dişli  tac  bərkidilimiş 

çarxlardan (həlqələrdən) ibarətdir. 

 

Şəkil 1.505. Əyilmiş silindirli  



                    nasos. 

 

Şəkil 1.606. Leonardonun ekskavatoru. 




Renessans  dövründə maşınqayırma 

165 

 

Bu  dişli  çarxlar  oxda  sərbəst    yerləşdirilir  və  hər  iki  tərəfdən  oxda 



sərt  bərkidilmiş  qapaqlarla  örtülür.  Dişli  tacın  (həlqənin)  iç  tərəfində 

başqa  maili  dişlər  bərkidilir.  Sol  və  sağ  tərəfdəki  tacların  (həlqələrin) 

daxilindəki  dişlər  müxtəlif  istiqamətlərə  yönəlmiş  olur.  Ötürmənin 

ortasında,  oxboyu,  irəli-geri  hərəkət  edən  silindrik  lövhənin  üzərində, 

sağ və sol tərəfdə uyğun olaraq bir diş bərkidilir.  

Ötürmənin  oxuna 

bərkidilmiş  dəstəyi 

irəli-geri 

hərəkət 

etdirdikdə 

ortada 

yerləşmiş  lövhənin 



üzərindəki  diş  gah 

sağdakı, 

gah 

da 


soldakı  dişli  çarxı 

(həlqəni) 

hərəkətə 

gətirir. 

Bu 

dişli 


çarxlar 

isə 


öz 

növbəsində  ucunda 

şlislər 

olan 


valı 

fırladaraq  yükü  qaldırır.  Dişli  çarxlar  müxtəlif  istiqamətlərdə 

fırlandığından val həmişə bir tərəfə döndərilir.  

Şəkil  1.108-də  yeyilməyə  qarşı  diyircəklərlə  təmin  olunmuş  vintli 

çarx  ötürməsi  verilmişdir.  Bu  vintli  çarx  hər  iki  tərəfdən  bucaq  altında 

ilişmənin  köməyi  ilə  hərəkəti  sağ  və  sol  tərəfdə  yerləşmiş  üyüdücü 

dəyirmanlara  ötürür.  Dişli  çarx  ilişməsində  yaranan  sürtünməni 

azaltmaq  üçün  Leonardo  böyük  çarxın  üzərindəki  dişlərin  aşağı 

tərəfində kürələr qoyur. İlişmə zamanı kürə diş boyu yuxarıya diyirlənir 

və diş ilişmədən çixdıqda, o yenidən aşağıya qayıdır. Beləliklə, ilişmədə 

yaranan sürtünmə azaldılmış olur.  

İstiliyin  təsirilə  kabab  döndərən  mexanizm  şəkil  1.109-də  təsvir 

olunmuşdur.  Ocağın  istiliyindən  yuxarı  qalxan  hava,  yuxarı  hissədə 

yerləşən pərləri fırladır. Fırlanan pərlər bərkidildiyi valı hərəkətə gətirir. 

 

Şəkil 1.707.  Mexaniki ötürmə. 



 


Renessans dövründə maşınqayırma 

166 

 

Bu  isə  öz  növbəsində  dişli  çarx  ötürməsi  ilə  əlaqədə  olan,  üzərində 



kabab keçirilmiş oxu döndərir.  

 

 



Şəkil 1.110-də fasiləsiz fırlanan hərəkəti 

irəli-geri 

hərəkətə 

çevirmək 

üçün 

mexanizm  təsvir  olunmuşdur.  Sonsuz 



vintin  köməyi  ilə  val  fırladılır.  Valın 

üzərinə 


bir-birindən 

180° 


dönmüş 

şəkildə 


yerləşmiş 

çəngəl 


formalı 

lövhələr  bərkidilir.  Lövhələr  fırlandıqda 

sol  tərəfdə  yerləşdirilmiş  dönən  lingi 

itələyir.  Lövhə  kontaktdan  çıxdıqdan 

sonra 

ling 


yenidən 

öz 


əvvəlki 

vəziyyətinə  gətirilir.  Beləliklə,  lövhələr 

fırlandıqca, sıra ilə lingi itələyir və lingə 

bərkidilmiş ox irəli-geri hərəkət edir.           

 

 

Şəkil 1.808.  Dəyirman. 



 

Şəkil 1.909. Kabab maşını. 

 

      Şəkil 1.1010. Mexaniki ötürmə. 



 


Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə