Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə43/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   ...   39   40   41   42   43   44   45   46   ...   159

Müsəlman  elmi 

131 

 

Fil  saatı  müsəlman  texniki  elminin  gözəl  nümunələrindən  biridir. 



Mütəxəssislər  tərəfindən  bu  saata  da  astronomiyada  istifadə  edilən 

qurğular kimi yüksək qiymət verilmişdir. 

Onun  uzunluğu  4  və  6  ayaq  (1  ayaq 

  0,3  m)  arasında 



qiymətləndirilir.  Bu  cizgidə  həm  də  saatın  işləmə  prinsipi  və 

konstruksiyası  təsvir  olunmuşdur.  Bu  saatda  tətbiq  olunmuş  müxtəlif 

hissələrə  müasir  avtomobillərdə  istifadə  olunan  ayrı-ayrı  idarə 

sistemlərinin işləmə prinsipində rast gəlmək olur. 

Hər  saatdan  bir  tamam  olmuş  vaxtı  göstərmək  üçün  Əl-Cəzari  quş 

səslərindən  istifadə  edən  avtomatik  qurğunu  tətbiq  etmişdir.  Saatın 

işləməsi  qravitasiya  qüvvəsinə  əsaslanır.  Saat  əsasən  iki  mexanizmdən 

ibarətdir.  Birinci  mexanizm  saatın  alt  hissəsində  yerləşdirilib  və 

içərisində  su  olan  qabdan  və  süzgəcdən  ibarətdir. Süzgəc  alt  hissəsində 

dəqiq  kalibrlənmiş  bir  deşik  olan  içi  boş  qabdan  ibarətdir.  Qabın  üst 

tərəfi açıq olur. Süzgəc suyun üzərində üzəndə, onun altındakı deşikdən 

qaba  su  daxil  olur.  Suyun  daxil  olma  sürəti  elə  tənzim  olunur  ki, 

süzgəcin  suda  tam  batması  bir  saatı  əhatə  edir.  Qaba  dolan  su  onu 

tədricən  suda  batmağa  məcbur  edir.  Süzgəcə  bir  zəncir  və  bir  ip 

bağlanır. İp qurğunun yuxarı hissəsində yerləşdirilmiş, içərisində kürələr 

qoyulmuş  mexanizm  ilə  əlaqələndirilir.  Bu,  saatın  ikinci  əsas  hissəsini 

təşkil  edir.  Üzgəc  suyun  dibinə  endikdə  bu  iplə  mexanizm  aktivləşir. 

Bunun  nəticəsində,  mağaza  dönərək    onun  altında  yerləşmiş  ilanın 

ağzına bir kürə buraxır. Kürənin ağırlığından ilanın sərbəst bərkidilimiş 

başı  aşağıya  əyilir.  İlanın  başı  aşağıya  əyilərək,  müəyyən  bucaq 

dönəndən sonra kürəni sərbəst buraxır. Kürə aşağı hissədə yerləşdirilmiş 

vaza  düşür  və  əks  əlaqə  mexanizmini  işə  salır.  İlanın  başı  əvvəlki 

vəziyyətə  qayıtdıqda  o,  özü  ilə  süzgəclə  əlaqədə  olan  zənciri  dartır. 

Süzgəc  yuxarı  qaldırılır  və  eyni  zamanda  döndərilir.  Beləliklə,  onun 

içərisində  olan  su  boşaldılır.  Boş  qab  yenidən  suyun  üstündə  sərbəst 

buraxılır  və  onun    altındakı  deşikdən  daxilinə  su  dolmaqa  başlayır. 

Beləliklə  tsikl  mağazada  kürələrin  sayından  asılı  olaraq  təkrar  olunur. 

Əgər ilanın ağzından xaric olunan  kürə vazaya düşməzsə,  yəni  proses 




Müsəlman  elmi 

132 

 

qırılarsa,  onda  ilanın  başı  əvvəlki  vəziyyətə  qayıdaraq  növbəti  kürəni 



götürür.  

Əl Cəzari kitabının sonuncu fəslində dörd dilli qapı kilidinin təsvirini  

verir [1.66]. Onun təsvirinə görə kilidin dilləri ağacdan və ya dəmirdən 

hazırlanaraq  qapının  arxa  tərəfinə  dörd  istiqamətdə  hərəkətli  bərkidilir 

(şəkil  1.84). Bu dillər açar vasitəsilə itələnərək bağlanır və açılır. Dilin 

biri  yuxarıya,  biri  sağa,  biri  aşağıya,  digəri  isə  sola  açılır.  Bu  dillər 

qapının  arxasında  elə  bərkilir  ki,  oraya  oğruların  əli  çatmasın.  Kilid 

üçün  nəzərdə  tutulmuş  açarsız,  qapını  açmaq  mümkün  deyil.  Bununla 

bərabər  Əl-Cəzari  kilitin  hissələrinin  hazırlanmasına  aid  də  məlumatlar 

vermişdir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 1.84. Qapı kilidinin cizgisi və modeli.  

 

 

 



 


Müsəlman  elmi 

133 

 

Tağıyəddin 



         

T

ağıyəddin  1525-ci  ildə  Dəməşqdə  anadan  olmuş  və  1585-ci  ildə 

Türkiyədə  vəfat  etmişdir.  Fəaliyyətinin  əvvəlində  o,  müsəlman  teoloqu 

kimi  müəyyən  kitablar  yazır.  Bu  kitablardan  biri,  ona  dünya  şöhrəti 

gətirən,  1551-ci  ildə  Dəməşqdə  yazılmış,  “Ruhani  maşınların  tətbiqi” 

(ərəb. Əl-Turuq Əl-saniyya Fi l-alat ar-ruhaniyya) adlı əlyazmasıdır. Bu 

əlyazma  İrlandiyanın    Dublin  şəhərinin  kitabxanasında  saxlanılır.  Əl-

Həsən bu kitabı təhlil edərək, müxtəlif alət və maşınları cizgilər, fotolar 

və  mühəndislərin həyatı haqqında məlumatlarla birlikdə çap etdirmişdir 

[1.53,  1.66].  Bu  iş  müxtəlif  alimlər  tərəfindən  araşdırılmış  və  orada 

təsvir olunmuş saatlar, tərəzilər, 

nasoslar,  su  turbinləri  və  başqa 

maşınların 

konstruksiyaları  

öyrənilmişdir.  Tağıyəddinin  bu 

kitabında  təsvir  olunmuş  bir 

nasosun 

müasir 


avtomobil 

mühərriklərinin  yaranmasındakı 

rolu  onun  işləmə  prinsipini 

araşdırdıqda 

aydın 

görünür. 



Şəkil  1.85-də  altı  silindrli  su 

nasosunun 

sxematik 

təsviri 


verilmişdir.  Bu  nasosu  hərəkət 

etdirmək  üçün  enerji  mənbəyi 

kimi 

axar 


sudan 

(çaydan) 

istifadə  edilmişdir.  Axar  suya 

salınmış 

pərlər 

fırlanaraq 



dirsəkli  valı  hərəkət  etdirirlər. 

Dirsəkli  val  döndükdə  onunla 

əlaqədə  olan  qolları  aşağıya 

itələyir. 

Bu 

qollar 


onların 

altında yerləşdirilən dayaq ətra- 

 

Şəkil 1.85.



 

Tağıyəddinin kitabından  

fraqment. 



Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə