Metallurgiya və metalşÜnasliq kafedrasi fənn haqqinda məlumat. Metallarin



Yüklə 5,37 Mb.
Pdf görüntüsü
səhifə49/196
tarix26.12.2022
ölçüsü5,37 Mb.
#97902
1   ...   45   46   47   48   49   50   51   52   ...   196
Materialşünaslıq Me ( 1 hissə)

METALLURGİYA VƏ METALŞÜNASLIQ KAFEDRASI
a
b
c
ç
d
e
Şəkil 2. Pb-Sb ərintilərinin soyuma əyriləri
Şəkil 2a-da 0-1 xətti saf maye qurğuşunun soyumasına, 1-1
ı
xətti onun kristal-
laşmaya başlayıb qurtarmasına, 1
ı
-2 isə bərk kristallaşmış Pb-un soyumasına uyğun gəlir.
1-1
ı
-xətti 327
0
S-yə uyğun gəldiyindən, o, Pb-un ərimə və kristallaşma temperaturunu gös-
tərir.Kristallaşmada temperaturun sabit qalmasına səbəb kristallaşma zamanı istiliyin ay-
rılmasıdır.


METALLURGİYA VƏ METALŞÜNASLIQ KAFEDRASI
Şəkil 2b-də tərkibində 95% qurğuşun və 5% sürmə olan ərintinin soyuma əyrisi göstəril-
mişdir.Burada da 0-1 xətti maye ərintinin soyumasını göstərir.Temperatur 1-nöqtəsinə çat-
dıqda maye ərintidən 1-2 xətt boyunca Pb kristalları ayrılmağa başlayır.Temperatur 2-nöq-
təsinə yaxınlaşanda maye ərintidə Pb kristalları çoxalır maye ərinti iusə Sb ilə nisbətən
zənginləşir. Bu halda k=2, F=2 olduğundan sistemin sərbəstlik dərəcəsi vahidə bərabər olur.
S= K-F+1=2-2+1=1
Ona görə də ərintinin soyuması
2 nöqtəsinə qədər davam
edir.Temperatur 2nöqtəsinə çatdıqda, yəni 246
0
S-yə bərabər olduqda maye ərintidə 1-2 xətti
boyunca ayrılmış Pb kristallarından başqa 87%Pb, 13% Sb sürmə olur.Bu tərkibli maye
ərintidən sabit temperaturda , yəni 2-2
ı
xətti üzrə müəyyən zaman daxilində Pb və Sb kris-
talları birlikdə ayrılıb mexaniki qatışıq- evtektika əmələ gətirirlər.Sabit temperaturda maye
ərintidən birlikdə ayrılan iki növ kristalların mexaniki qatışığına
evtektika
deyilir.Evtektika
dez əriyən deməkdir. Bu temperaturda ərint 2 komponent və 3 fazadan (maye metal, sürmə
və qurğuşun kristalları) ibarət olduğundan, sistemin sərbəstlik dərəcəsi sıfırdır (S=2-3-1=0)
Burada struktur sərbəst Pb kristallarından və evtektikadan ibarət olacaqdır.Ərintidə 1 nöqtəsi,
kristallaşmanın başlanğıcına uyğun olduğundan ona likvidus nöqtəsi, 2
ı
nöqtəsi isə kristal-
laşmanın sonunu göstərdiyindən solidus nöqtəsi adlanır.Tərkibində 10%Sb və 90%Pb olan
ərintidə kristallaşma yuxarıdakı qaydada gedir (şəkil 2c). Lakin burada Pb sərbəst kristal-
larının miqdarı əvvəlki ərintiyə nisbətən az olacaqdır.
Tərkibində 13% Sb və 87% Pb olan maye ərintini soyutduqda (şəkil 2ç) 246
0
S-
yə qədər maye metaldan kristallar ayrılmır. 246
0
S-də sabit temperaturda maye metaldan Sb
və Pb kristalları birlikdə ayrıldığndan evtektika yaranır.
Tərkibində 25% Sb və 75% Pb olan maye ərintini soyutduqda (şəkil 2d)



Yüklə 5,37 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə