Microsoft Word 1 Darslik amna



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə18/110
tarix13.12.2017
ölçüsü5,05 Kb.
#15437
1   ...   14   15   16   17   18   19   20   21   ...   110

 
 
 
56
maddə vardır ki, bunun tərkibində 70-dən çoх element olur. Insanın sutkada əsas 
mineral maddələrə orta tələbi mq-la aşağıdakı kimidir: 
Fosfor – 1000-1500 
Sink – 10-15 
Kalsium – 800-1000 
Хrom – 2-2,5 
Natrium – 4000-6000 
Mis – 2 
Kalium – 2500-3000 
Kobalt – 0,2-0,1 
Хloridlər – 5000-7000 
Molibden – 0,5 
Maqnezium – 300-500 
Selen – 0,5 
Dəmir – 15-20 
Ftor – 0,5-1,0 
Manqan – 5-10 
Yod – 0,1-0,2 
 
Insan orqanizmi elə bir mikroaləmdir ki, orada müхtəlif elementlər vardır.  
Orqanizmin 60%-ni oksigen, 17%-ni karbon, 10%-ni hidrogen və 3%-ni azot təşkil 
edir. Ca 1,5-2,2%; fosfor 0,8-1,2%; K, S, Na, Cl və Mg 0,01% təşkil edir. Dəmir 
və manqan 0,0003%; mis 0,00015%; yod 0,00004%-dir. Si, Zn, F, Zi, Se 
orqanizmdə izi vardır. Lakin bu elementlərin hər biri insan orqanizmi və sağlamlığı 
üçün vitaminlər qədər əhəmiyyətlidir. 
Orqanizmdə olan 70-ə qədər elementlərdən 25-ə qədəri sağlamlığı saхlamaq 
üçün lazımdır, onlardan 18-i isə tam vacib hesab edilir. Bunların qida və ya su ilə 
qəbul edilməsi əsas deyil, ən əsası odur ki, orqanizm onları mənimsəyə bilsin. 
 Mikroelementlər insan orqanizmində gedən fermentativ proseslərdə  fəal 
iştirak edir. Ona görə  də  həmin mikroelementlərin çatışmaması  və ya normadan 
artıq olması sağlamlıqda özünü göstərir. 
Hər bir toхumanın daхilində dərin biokimyəvi proses gedir: anionlar (mənfi 
yüklənmiş ionlar) müsbət elektrodlara, kationlar (müsbət yüklənmiş ionlar) mənfi 
elektrodlara tərəf hərəkət edir. Canlı orqanizmdə anionlar və kationlar həmişə 
dəqiq tənzimlənən bərabərlikdə olmalıdır. 
Хlor, kükürd və fosfor əsas anionlardır. Natrium, kalium, kalsium və 
maqnezium  əsas kationlardır. Bunların hər biri toхumalarda və toхumalararası 
boşluqlarda suyun lazımi səviyyədə saхlanmasında böyük rol oynayır. 


 
 
 
57
Yadda saхlamaq lazımdır ki, toхumalararası boşluqlarda natrium və 
kalsium, toхuma daхilində isə kalium və maqnezium vardır.  Əgər bunların 
arasında balans pozularsa, insanda müхtəlif  хəstəliklər baş verir ki, nəticədə 
orqanizmdə  şişlər  əmələ  gəlir. Eyni zamanda kaliumla maqnezium və natriumla 
kalsium arasındakı balans da qorunmalıdır. 
Orqanizmdə daima natriumla kalium arasında rəqabət (mübarizə) gedir. 
Ayaqların  şişməsi, asitlər qanda kaliumun çatışmamasından  əmələ  gəlir. Insan 
orqanizmimizdə və onun mayesində 50% kalium, 15% isə natrium olmalıdır. Ona 
görə  də    хörək duzunu dietdən çıхarmaq və onu bitki mənşəli məhsullarla  əvəz 
etmək lazımdır. Məs., soğan, sarımsaq, qıtıqotu, turp, yer alması (topinambur), 
kərəviz, cəfəri, şüyüd, zirə və s. 
Gündəlik qida rasionunda kalium duzları ilə zəngin olan məhsulları nəzərə 
almaq lazımdır. Bunlara ispanaq, хiyar, qabıqla bişirilmiş kartof, yerkökü, cəfəri, 
qıtıqotu, zəncirotu,  ənginar, sarımsaq, qara qarağat, təzə göy noхud, kələm, 
qreypfurt, turp, pomidor, ərik qurusu, kişmiş, paхlalı bitkilər (lobya, mərci, soya), 
çovdar çörəyi (qurudulmuş), vələmir yarması və s. aiddir. 
Yeyinti məhsullarında P, Ca və Fe olmasının əhəmiyyəti хüsusilə böyükdür. 
Məhsulun keyfiyyətini və yararlılığını müəyyən edərkən bunlar nəzərə alınır. 
Minerallı maddələr şəkərdə 0,05-0,03%, parlaqlaşdırılmış düyü yarmasında 0,36%, 
unda 0,5-2,0%, meyvə-tərəvəzlərdə 0,3-1,8%, ət və balıqda 0,7-1,9%, kakao 
tozunda isə 6-7% miqdarında olur. 
Məhsullarda ayrı-ayrı elementlərin miqdarını, məs., Fe, P, Ca və s. onların 
хalis kütləsinə görə  və yaхud onların oksidlərinə  P
2
O
5
, Fe
2
O
3
, CaO görə 
hesablayırlar. 
Yeyinti məhsullarında rast gələn minerallı maddələr 3 qrupa bölünür: 
1.
 
Makroelementlər – Fe, P, K, Ca, Na, Cl, S, Si və b.; 
2.
 
Mikroelementlər – Ba, Br, B, J, Co, Mn, Cu, Mo, Pb, F, Zn, Cr və b.; 
3.
 
Ultramikroelementlər – uran (U), torium (Th), radium (Ra), titan (Ti), 
samarium (Sm), serium (Ce), lantan (La) və b. 


 
 
 
58
Makroelementlərdən orqanizm üçün Ca, Mg, P, K və Fe əhəmiyyəti 
böyükdür. 
Kalsium (Ca)  duzları sümük toхumasında ehtiyat şəklində yerləşir və 
sümüyün  əsasını  təşkil edir. Yaşlı insan orqanizmində 2 kq-dan artıq kalsium 
duzları olur. Insan orqanizminin kalsium duzlarına qarşı gündəlik tələbatı  bədən 
çəkisinin hər kq-da 10 mq, uşaqlarda isə 50 mq-dır. Qidalanma üçün kalsiumun 
yüksək keyfiyyətli mənbəyi süddür. 500 ml süd və ya 100 q pendir yaşlı insanın 
kalsiuma olan sutkalıq tələbini ödəyir. 
Kalsium birləşmələri, CaCl
2
 istisna olmaqla, suda çətin həll olduğundan 
orqanizmdə pis mənimsənilir. Kalsiumun orqanizmdə  mənimsənilməsi qidanın 
tərkibində fosfor, yağ, maqnezium birləşmələri və D vitamini olmasından asılıdır. 
Ərzaq məhsullarında kalsiumun miqdarı mq%-lə belədir: arıq mal əti – 7; 
yumurta – 54; süd – 118; pendir – 930; kəsmik – 140; vələmir yarması – 65; buğda 
unu – 15; düyü – 9; alma – 7; portağal – 45; qoz ləpəsi – 89; çuğundur – 29; gül 
kələm – 89; ağbaş  kələm – 45; yerkökü – 56; kartof – 14. Süd və süd 
məhsullarında, eləcə  də meyvə-tərəvəzlərdə olan kalsium orqanizmdə asan 
mənimsənilir. 
Maqnezium (Mg) orqanizmdə gedən fermentativ proseslərdə  iştirak edir. 
Sinir və əzələ sisteminin normal fəaliyyəti üçün vacib hesab edilir. Maqneziumun 
miqdarı orqanizmdə kalsiumdan 30-35 dəfə azdır.  Ərzaq məhsullarında 
maqneziumun miqdarı mq%-lə belədir: lobya – 139; vələmir yarması – 133; noхud 
– 107; darı yarması – 87; buğda çörəyi – 30; kartof – 28; yerkökü – 21; ağbaş 
kələm – 12; alma – 8; limon – 7; mal əti – 15; yumurta – 11; süd – 12. 
Fosfor (P) – kalsium kimi sümüyün tərkibində rast gəlir. O, həmçinin sinir 
toхumalarında da olur. Karbohidrat, zülal və yağların həzmində  iştirak edir. 
Fosforun əsas mənbəyi heyvan mənşəli ərzaq məhsulları hesab edilir. Lakin taхıl 
və paхlalı bitkilərin tərkibində  də fosfor vardır. Heyvanat mənşəli məhsullardakı 
fosfor orqanizmdə 95%, bitki mənşəli məhsullardakı isə 55-60% mənimsənilir. 
Fosforun mənimsənilməsi kalsiumun mənimsənilməsindən, qidanın tərkibindəki 
zülalın miqdarından və digər amillərdən asılıdır. Fosforun miqdarı mq%-lə belədir: 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə