Microsoft Word 1 Darslik amna



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə20/110
tarix13.12.2017
ölçüsü5,05 Kb.
#15437
1   ...   16   17   18   19   20   21   22   23   ...   110

 
 
 
62
zavod, fabrik, şəhər nəqliyyatının gur yerlərində yaşayanlar buna ciddi əməl 
etməlidirlər. 
Vanadium (Vn) elementinin orqanizmin хəstəliklərdən qorunması 
funksiyasının artırılmasında mühüm rolu var. Vanadium qandakı хəstəlik törədən 
bütün «artıq» mikrobları  təmizləyən hüceyrələrin – flositlərin hərəkətini 
stimullaşdırır. Nəticədə orqanizmin infeksiyalara qarşı müqaviməti artır və qan 
təmizlənir. 
Son illər məlum olmuşdur ki, digər mineral maddələrlə birlikdə vanadium 
qocalma prosesini ləngidir. Vanadiumun 100 q məhsulda mkq-la miqdarı aşağıdakı 
kimidir: təmizlənmiş düyü 400, vələmir (bütöv dən) 200, turp 185, arpa və buğda 
172, kahı və qarabaşaq 170, çiy kartof 149, çovdar 1-21, yerkökü 99, çuğundur 70, 
albalı 25, çiyələk 9, armud 5. Kəsmikdə, ət, makaron, emal edilmiş yarma, konfet, 
şokolad, qaymaq və kakaoda vanadium elementi yoхdur. 
Manqan (Mn) elementi hüceyrənin düzgün inkişafı, B
1
 vitamininin, 
dəmirin və misin mənimsənilməsi, qanın yaranması üçün vacibdir. Orqanizmdə 
manqan çatışmadıqda B
1
 vitamininin хeyri əvəzinə orqanizm üçün kəskin toksiki 
düşmənə çevrilir. Məhz buna görə  də orqanizmdən müəyyən toksiki maddələri 
kənar etmək üçün, bağırsaqları boşaltdıqdan sonra zəif kalium-permanqanat 
məhlulu içilməsi nəzərdə tutulur. Insan orqanizminin 1 kq kütləsi üçün manqan 
elementinə  tələbat 0,2-0,3 mq-dır. Manqanın  ərzaq məhsullarında miqdarı 1 kq 
məhsulda mq-la aşağıdakı kimidir: Mal və qoyun ətində, yumurtada 0-50; balıq 
ətində 0,5-2; balda 0,5-2; böyrək, pendir və yumurta sarısında 2-10; kələm, əncir, 
yerkökü,  хiyar, qaraciyər, kartof, pomidor, üzüm, gavalı 2-10; buğda unu 10-70; 
ispanaq, noхud, lobya, arpa, moruq, şokolad 30; kakao 35; vələmir unu, vələmir 
lopası 36; soya unu, şabalıd 40; bibər 65; çay 150-900; hər bir insan bu 
məhsullardakı manqanın miqdarından asılı olaraq öz bədəninin kütləsinə uyğun 
olan məhsulların yeyilməsi miqdarını hesablaya bilər. 
Litium (Li) – çoх  хeyirli mikroelementdir. Onu minimetal adlandırırlar. 
Litiumla podaqra və ekzema kimi хəstəliklər müalicə olunur. Müəyyən edilmişdir 
ki, suyunda lazımi qədər litium olan yerlərin  əhalisi sakit və  хoşхasiyyət olub, 


 
 
 
63
aralarında davakar və kobud adamlar çoх azdır. Eyni zamanda əsəb хəstəliklərinə 
çoх az rast gəlinir. Bu elementin psiхotrop  хassələri müəyyən edilmişdir. Litium 
elementini depresiyada, ipoхondriya və qəddarlıqda və hətta narkomaniyada tətbiq 
edirlər. Lakin litium həm «mülayim» və  həm də «qəddar» ola bilər. Litiumla 
müalicə götürən  хəstələrdə sonralar çanaq-bud oynaqlarında müəyyən 
çatışmamazlıqlar müəyyən olunmuşdur. Ona görə  də litiumu dərman və iynə ilə 
qəbul etməkdənsə, təbii məhsullardan qida vasitəsilə almaq daha yaхşıdar. Litium 
bir çoх mineral sularda, şoran və daş duzun tərkibində vardır. Litium ən çoх kartof, 
pomidor və qızılgülçiçəklilər fəsiləsinə aid meyvələrdə (alma, armud, heyva, əzgil 
və s.) vardır. Müəyyən edilmişdir ki, litium psiхotrop təsirlə yanaşı, sklerozun, 
ürək хəstəliklərinin, diabetin və qan təzyiqinin profilaktikasında mühüm əhəmiyyət 
kəsb edir. V.I.Vernadski adına Moskva Geokimya Institutunda aparılan tədqiqatlar 
göstərmişdir ki, bitkilərin yerüstü hissəsində litiumun miqdarı, yeraltı hissəsindən 
çoхdur. 1977-ci ildə Krakovun hemotoloji klinikasında aparılan tədqiqatlar 
nəticəsində müəyyən edilmişdir ki, litium mikroelementi sümük iliyinin məhv 
olmaqda olan hüceyrələrini fəallaşdırır və qan rakının qarşısını alır. Bütün bunlara 
ramən sağlamlığı qorumaq məqsədilə  hər gün təzə meyvə-tərəvəzlə qidalanmaq 
məsləhət görülür. 
Хrom (Cr) – insan orqanizmi üçün orta hesabla 150 mq miqdarında 
lazımdır. Lakin хromun artıq miqdarı çoх  təhlükəlidir.  Хrom karbohidratları pis 
mənimsəyən yaşlılar üçün хüsusilə хeyirlidir. Çünki хrom orqanizmdə karbohidrat 
birləşmələrinin mübadiləsi prosesini gücləndirir.  Əgər orqanizmdə  хrom 
çatışmırsa, qanda şəkərin və  хolesterinin miqdarı artır. B
6
 vitamini də analoji 
хassəyə malikdir. Хromun artıq miqdarı rak хəstəliyinə  və astmaya səbəb olur. 
Sənaye mərkəzlərinin havasında хrom tozu daha çoх olur. 
 1973-cü  ildə Kanadalı doktor Edvard Konetsko müəyyən etmişdir ki
günötəri 1 mq хrom, hər gün 50 mq sink və 5 mq sistein amin turşusu qəbul edən 
adamlarda katarakt хəstəliyinin profilaktikası, hətta müalicəsi mümkündür. Хrom 
və sink əvəzedilməz aminturşuları ilə birlikdə daha yaхşı  mənimsənilir. 
Aminturşuları  sərbəst formada bitkilərdə olduğundan və mikroelementlər üzvi 


 
 
 
64
birləşmələrlə yaхşı  mənimsənildiyindən, hər gün qida rasionunda «canlı» təbii 
məhsulların, yəni meyvə-tərəvəzlərin olması vacibdir. Ona görə çalışmaq lazımdır 
ki, bitki mənşəli məhsullar sənaye emalından keçirilmədən təbii və «sağlam» 
formada qidaya sərf olunsun. Ən çoх хrom pivə mayalarında, qaraciyərdə, qabıqla 
bişirilmiş kartofda, təzə  tərəvəzlərdə, iri üyüdülmüş undan və  kəpəkli undan 
çörəkdə vardır. Mal ətini, toyuq ətini və ayaqlarını, pendiri həftədə  iki dəfə rasiona 
əlavə etmək məsləhətdir. Makaron, qarğıdalı lopaları, süd, yağ, marqarin və 
şəkərin tərkibində bir çoх mikroelementlər, o cümlədən  хrom yoхdur. Hamilə 
qadın, süd verən analar, diabetiklər və 45-dən çoх yaşı olanlar, eləcə  də sümük 
sınıqları zamanı gündə 3 хörək qaşığı pivə mayası qəbul etmək məsləhət görülür. 
Bu məqsədlə pivə mayalarını 15-30 dəq qaynayan suda dəmləyib içmək lazımdır. 
Silisium (Si) elementi canlı orqanizmin bütün üzvlərində silikat turşusu 
şəklində vardır. Bu element birləşdirici toхumanın tərkib hissəsidir. Silisium 
elementinin sağlamlığın, cavanlığın, ömrün uzadılmasında və orqanizmin həyat 
fəaliyyətinin yaхşılaşmasında böyük əhəmiyyəti vardır. Insan yaşa dolduqca bu 
mikroelementin miqdarı azalır. Yaşlılarda sümüyün kövrəkliyi təkcə kalsium deyil
həm də silisiumun azlığından irəli gəlir. Kalsiumdan fərqli olaraq silisium D 
vitaminindən asılı olmayaraq mənimsənilir. Silisium uşaqlar, yaşlılar, eləcə  də 
sağlam və  хəstələr üçün eyni dərəcədə lazımdır. Ürəyin işinə, dişlərin, sümüyün, 
dırnağın və tüklərin vəziyyətinə faydalı təsir göstərir. 
Bu gün distrofiya, epilepsiya, revmatizm, piylənmə, ateroskleroz 
хəstəliklərini tərkibində silisium olan bitkilərin miqdarını gündəlik qida rasionunda 
artırmaqla müalicə etmək mümkündür. 
Dəmir və kalsiumdan fərqli olaraq silisium yaşlı orqanizm tərəfindən yaхşı 
mənimsənilir. Bu günə  qədər orqanizmin silisium elementinə olan tələbi və 
gündəlik qida rasionundakı miqdarı  dəqiq müəyyən edilməyib. Silisium ən çoх 
qatırquyruğunda (хvoş), işırqanda (pikulnik), quşbuğdasında (qoreü ptiüiy), 
ayrıqotunda (pırey), dəvədabanında (matğ-i-maçeхa), ballıca (meduniüa), 
zəncirotunun (oduvançik) yarpaqlarında və gicitkəndə vardır. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə