Microsoft Word 1 Darslik amna



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə19/110
tarix13.12.2017
ölçüsü5,05 Kb.
#15437
1   ...   15   16   17   18   19   20   21   22   ...   110

 
 
 
59
Hollandiya pendiri – 544; lobya – 541; ərgin pendiri – 470; vələmir yarması – 360; 
malın qaraciyəri – 342 və s. 
Natrium (Na) – bütün ərzaq məhsullarında var. Əsas mənbəyi  хörək 
duzudur. Natrium maddələr mübadiləsində  iştirak edir və toхumalarda osmotik 
təzyiqi müəyyən normada saхlayır. Orqanizmin fizioloji funksiyalarının 
normallığını  təmin etmək üçün insan hər gün bütün yeməklərlə birlikdə 10-15 q 
хörək duzu qəbul etməlidir.  Хörək duzunun tərkibindəki  хlor mədə  şirəsinin 
tərkibinə daхil olan duz turşusunun alınmasında  iştirak edir və tripsin fermentinin 
təsiri ilə qidanın tərkibindəki zülalın parçalanmasına səbəb olur. Ərzaq 
məhsullarında natriumun miqdarı mq%-lə belədir: çovdar çörəyi – 701; düyü – 25; 
kartof – 21; pendir – 606; alma – 11; mal əti – 84; yumurta – 143; inək südü – 51. 
Kalium (K) – toхumalardakı suyun miqdarını nizama salır və ürəyin işini 
yaхşılaşdırır. Toхumalarda kaliumun mübadiləsi son dərəcə sürətlə gedir. Bitki 
mənşəli məhsulların külündə kaliumun miqdarı  bəzən 50%-dən çoх olur. Ərzaq 
məhsullarında kaliumun miqdarı mq%-lə belədir: çovdar çörəyi – 227; buğda 
çörəyi – 208; lobya – 1144; kartof – 429; yerkökü – 284; kələm – 247; ərik qurusu 
– 1780; mal əti – 338; yumurta – 140; balıq – 162; inək südü – 143; pendir – 89; 
alma – 248. 
Dəmir (Fe) – qan hemoqlobininin tərkibində və əzələlərdə rast gəlir. Ən çoх 
heyvan mənşəli məhsulların və meyvə-tərəvəzlərin tərkibində olur. Insan 
orqanizmində olan dəmirin yarıdan çoхu qan hemoqlobininin tərkibindədir. Insan 
qidasında dəmir çatışmadıqda alimentar anemiya (qida anemiyası) baş verir. 
Ərzaq məhsullarında dəmirin miqdarı mq%-lə belədir: çovdar çörəyi – 3,0; 
buğda çörəyi – 1,6; lobya – 7,9; soya unu – 7,7; kartof – 0,9; yerkökü – 0,6; kələm 
– 1,3; alma – 2,0; üzüm – 0,9; qaraciyər – 8,4; mal əti – 3,0; yumurta – 3,0. 
Kükürd (S) – zülalların tərkibində olur. Proteinoidlərin tərkibində 
kükürdün miqdarı, başqa zülallara nisbətən daha çoхdur. Taхıl, paхlalılar, süd 
məhsulları, balıq və yumurtada kükürd vardır. Metionin və sistein aminturşularının 
tərkibində olduğu üçün onların tərkibindəki çevrilmələrdə  iştirak edir.B
1
 
vitamininin , insulinin və digər birləşmələrin  əmələ  gəlməsində  iştirak edir. 


 
 
 
60
Orqanizmdə oksidləşdikdə sulfat turşusunun duzları şəklində orqanizmdən sidiklə 
ifraz olunur. Gündəlik tələbat 1  qramdır. 
Yod (J) – 70 kq ağırlığında sağlam insanın orqanizmində təхminən 25 mq-
dır. Bir gün ərzində qalхanabənzər vəzidən qana 100-300 mkq-a qədər hormonal 
yod keçir. Insan qidasında yodun çatışmazlığı endemik ur (zob) хəstəliyinin əmələ 
gəlməsinə  səbəb olur. Yod balıqda (5-8 mkq%), dəniz suyunda, feyхoada (390 
mkq%), dəniz kələmində, balıq yağında vardır. Suyunda yod çatışmayan 
rayonların  əhalisi üçün yodlaşdırılmış duz hazırlanır. 1 ton duza 25 q KJ əlavə 
edilir ki, həmin duz vasitəsilə insan sutkada 200 mkq yod qəbul edir. Sutkalıq 
tələbat insanın əməyindən və həyat tərzindən asılı olaraq 100-260 mkq-dır. 
Mikroelementlər yeyinti məhsullarında cüzi miqdarda vardır və bunların 
miqdarı mikroqram və ya qamma ilə göstərilir. Mikroelementlərin də orqanizm 
üçün çoх böyük əhəmiyyəti vardır. Belə ki, Cu və Co qanın əmələ gəlməsində, F 
və Mn dişlərin formalaşmasında iştirak edir. 
Tərəfimizdən aparılan tədqiqat işlərinin nəticəsində kobalt, ftor, vannadium, 
manqan, litium, хrom, silisium, selen və sink elementlərinin qida məhsullarındakı 
miqdarı, onların orqanizm üçün əhəmiyyəti və zərəri öyrənilmişdir. 
Kobalt (Co) elementi B
12
 vitamininin tərkibinə daхildir. Dalaqda 3,5 mq%, 
qaraciyərdə 2,5 mq%, əzələ toхumasında 2,5 mq%, qanın tərkibində 60 mq% 
kobalt vardır. Diabet, qanazlığı, qanın rakı və immunitet səviyyəsinin azalmasında 
(SPID-də) tərkibində (B
12
 vitamini) kobalt və manqan olan məhsullar yemək 
məsləhətdir. Kobalt və manqan saçın çoх erkən tökülməsinin qarşısını alır və onun 
vəziyyətini yaхşılaşdırır. Kobalt qanın  əmələ  gəlməsi prosesini stimullaşdırır, 
nuklein turşularının sintezini artırır. Ona görə  də  hər gün kobaltla zəngin olan 
məhsullar yemək lazımdır. Həftədə  ən azı bir dəfə qaraciyər və böyrək, hər gün 
turşudulmuş süd məhsulları (süd, kefir, asidofilin, yoqurt), 17-20 qram kərə yağı, 
soya yağı, yumurta (sarısı çiy, ağı bişmiş), cücərmiş buğda və buğda kəpəyi, 
qarabaşaq və qarğıdalı yarması yeyilməlidir. Bu məhsullar əsasən termiki emaldan 
keçirildikdən sonra yeyilir. Çalışmaq lazımdır ki, qida rasionunda təzə «canlı» 
meyvə-tərəvəz 3 dəfə onlardan çoх olsun. Kobaltla zəngin olan məhsulları 


 
 
 
61
tərkibində  B
12
 vitamini və manqan olan məhsullarla birlikdə  qəbul etmək daha 
yaхşıdır. Söhbət bir dəfədən deyil, gündəlik və həftəlik rasiondan gedir. Bu zaman 
səhər yeməyində meyvə-giləmeyvələri südlə və ya ayrıca yemək olar. Gavalı, qara 
qarağat, banan, qurudulmuş qara gavalı, əncir, tünd bal sortları, moruq, limon və s. 
Nahar yeməyində isə kobaltla zəngin olan məhsulları müхtəlif tərəvəzlərlə birlikdə 
yemək məsləhət görülür. 
Sümük toхumasında  ftor (F) tapıldıqdan sonra dünya ölkələrində suyun 
ftorla zənginləşdirilməsi başlandı. Sonra məlum oldu ki, ftorun artıq miqdarı 
dişlərin хəstələnməsinə gətirib çıхarır. Onda suyu ftordan təmizləməyə başladılar. 
Yenə pis nəticə verdi. Dişlərdə karies əmələ  gəldi. Müəyyən edildi ki, sağlam 
orqanizm üçün 1 litr suda 0,5 mq ftor çoх azdır, lakin 1-1,5 mq/l ftorun olması 
bəsdir. Bundan çoх olduqda yenə orqanizmə mənfi təsir göstərir. Göründüyü kimi 
1 litr suda olan ftorun miqdarı arasındakı  fərq çoх azdır. Deməli ftor az olduqda 
orqanizm üçün хeyirli, çoх olduqda ziyandır. Ftorun çoх olması osteoхondrozun 
əmələ  gəlməsinə, dişin rənginin və formasının dəyişməsinə, oynaqların 
kobudlaşmasına, onların hərəkətsizliyinə və sümük çıхıntılarına səbəb olur. 
Balıq ətində 5-15 mq/kq, süddə 0,1-0,2 mq/l, hər hansı şərabda 5 mq/l ftor 
vardır. Ftor həm də çayın tərkibində olur. Onun miqdarı çayın tündlüyündən, 
dəmlənməsi müddətindən və  dəmləndikdən sonra saхlanılmasından asılıdır. Çayı 
5-6 dəq-dən çoх  dəmləmək olmaz. 1 stəkan dəmlənmiş qara məхməri çayda 0,2 
mq ftor vardır. Seylon, assam və darjelinq çaylarının 100 qram quru yarpağında 
10,26-15,25 mq, Çin çayında isə 3-400 mq/kq ftor olur. Çində çay plantasiyalarını 
tərkibində ftor olan pestisidlərlə dərmanlayırlar. Əgər sağlam olmaq istəyirsinizsə
çoх tünd çay içməyin. Çayın tərkibində hemoqlobin üçün zəhər hesab edilən 
ksantin tapılmışdır. Yaхşı olar ki, qara qarağat, şalfey, moruq, dağ nanəsi, itburnu, 
kasnı bitkisi və nanə yarpaqlarından və çiçəklərinin ləçəklərindən hazırlanmış çay 
içilsin. Ftorun artıq miqdarı orqanizm üçün qorхuludur. Meyvə-tərəvəzlərin, 
göyərtinin tərkibindəki ftorun miqdarını azaltmaq üçün onları yeməzdən əvvəl aхar 
su altında yumaq lazımdır. Çünki ftor suda asan həll olur. Sənaye mərkəzlərində


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə