Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə20/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   16   17   18   19   20   21   22   23   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

809



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Məşhur türk dialektoloq alimi professor, doktor Ahmet Bican Ercilasun Şərqi anadolu 

dialektləri haqqında yazır: "Şərqi Anadolu və Azərbaycan  əvvəllərdən uzun illər boyu eyni 

siyasi taleyi paylaşmışdır. Türk axını  və yerləşmələrindən  əvvəl buralarda yaşayan yerli 

əhalinin bir qismi hələdə varlıqlarını qoruyub saxlamışlar" 

Yigitliginə usanmadın canıma yazıx! – dedi, 



yumru-yumru ağladı, yanıq cigərcigini dağladı  

Aslanıñ alnın gözədüb bir yumruq eylə urdı 

kim, yumruq çənəsinə toqundı, ovatdı. 

Dədə Qorqud dastanından gətirdiyimiz bu nümunədə  yumru-yumru kəlməsi morfoloji 

cəhətdən mürəkkəb zərfdir. Qars ili dialektindəYumri-Yuvarlak Ardahan İli dialektlərində isə 

bu söz Gobbuz    şəklində  işlənərək yumruq  mənasını verir. Ərzurum  İli dialektində  yurmuh 

şəklində. Qars və Iğdır azərilərinin dialektində isəyumul, yum feli+ul şəklində işlənərəkəyil-

mək mənasını verir. 

Öylədən soñra evinə  gəldi, gördi kim, oğrı köpək, yekə dana evini bir-birinə qatmış, 

tavuq komasına, sığır damına dönmiş; Gətürdilər, doñuz damına həbsə saldılar.  Dədə Qorqud 

dastanından olan bu nümunədə koma və dam isimləri hin və pəyə mənalarını verir. Qars ili 

dialektində  Dam  ismi ev mənasında və  koma ismi isə qoyun ağılı  mənasında.  Ərzurum  İli 

dialektində isə kom-xüsusi bağ evi, üstü örtülü qoyun pəyəsi, qışlaq. Qars və Iğdır azərilərinin 

dialektindədam< dām: ev mənasındadır. Ardahan ili dialektlərində  Kom- Hayvan ağılı 

(Heyvan ağıla-heyvanların salındığı yer) mənasını verir. 

Qadir səniñ alnıña qada yazsın, çoban! – dedi.  

Bu nümunədə qada ismi bildiyimiz qada-bəla mənasındadır. Qars ili dialektində qada

qəza, dərd-bəla mənasında,  Qadan alem  şəklində  işlənədə  bilir.  Qars  və  Iğdır azərilərinin 

dialektində ġadañ<  a ā: dərt, qəza şəklində və ġadan< -ka+-dan,  adan: kadar şəkillərində 

də  işlənir  Ərzurum  İli dialektindəisə  qada-bəla  mənasında və  təmir etmək məqsədi ilə iki 

parçanı birləşdirib tikmək mənasında da işlənir. Ardahan ili dialektlərində  Gada-bela, dert, 



Gadan alem: Dertlerini ben üstüme alayım. (Qada-bəlan mənə gəlsin mənasında) şəkillərində 

işlənməkdədir. 



Qabaq qaldırdı. Qazanıñ yüzinə doğrı baqdı. KDQ-dən gətirdiyimiz bu nümunədə 

qabaq isim kimi işlənərək insanın sifəti, üzü mənasındadır, yəni üzünü qaldırıb baxdı. Qars ili 

dialektində  Qabaq//gabah  və Qars və  Iğdır azərilərinin dialektində  dəişlənərək ön tərəf 

mənasını verir. 

Yaylar olsam, mənim gorum olsun!  

KDQ dastanından olan bu nümunədə  gor  ismi işlənmişdir. Bu dialektik söz Qars ili 

dialektindəGor-Məzar, Ərzurum İli dialektində də gor ismi məzar, gorbagor, gor-ba-gor zərfi 

toplu məzar,gorluk, gor-luk//luq ismi cənazə üçün yığılan pul,gorhana, gor-hana//xana ismi 

isə  məzarlıq mənalarını verir. Ardahan ili dialektlərində  Gor-Mezar (məzar) 



Gözçigözlədi. Gördi kim, at Bəkiliñ, Bəkil üzərində degil, KDQ-dən olan bu nümunədə  

göz ismindən  gözçi,Göz+çi ismi və  gözlə,göz+lə feli yaranmışdır. Bu sözlər  Şərqi 

Anadolunun məsələn, Qars ili dialektində  gözde-beklemek. Qars və  Iğdır azərilərinin 

dialektində isə gözde-gözetmek, korumak şəkillərində işlənir. 

Bir oğul uçurduñsa, degil maña, 



Külünglə yıqdırayım!  

KDQ dastanından olan bu nümunədə Külüng ismi işlənmişdir. Ərzurum İli dialektində 



külüng//külink-varyoz qazma aləti. Qars ili dialektində isə  külüng-çabuk, tez (at üçün) zərf 

kimi işlənir.  

Kəsilsün oğlan əmən süd damarım yaman sızlar. dastanından olan bu nümunədə yaman 

sifəti pis, çox ağrılı mənalarını verir. Qars ili dialektində yaman-kötü mənasındadır. Bu söz  Qars 

və Iğdır azərilərinin dialektində də işlənir.yaman-qorxunç, pis, xoş olmayan mənalarını verir. 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

810



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

 “Dünya şirin, can datlu!” dedilər: dastanından gətirdiyimiz bu nümunədə şirin və tatlu 

sifətləri işlənmişdir. Bu sifətlər  Şərqi Anadolunun bir sıra dialektlərində  də  işlənməkdədir. 

Məsələn, Qars ili dialektində şirin,-tatlı Ərzurum  İli dialektində şire//şirin//şiren -şira, şirin, 

güzel şirin. pekmez.  

Bütün bu yazdıqlarımdan belə bir nəticəyə  gəlmək olar ki, Kitabi-Dədə Qorqud 

dastanının dili ilə Türkiyə Respublikası  Şərqi Anadolu dialektlərinin dili, morfologiyası 

demək olar ki, çox yaxınlıq təşgil edir. Bu da dastanın bütün türklərin dastanı olmasını və 

əsasən də bu bölgələrə aid olmasını əyani olaraq sübut edir. 

 

 



"AZƏRBAYCAN DİLİ" FƏNNİNİN KURİKULUMLA TƏDRİSİNİN 

ƏHƏMİYYƏTİ 

 

Fəridə NAĞIZADƏ 

Qafqaz Universiteti 



feride.nagizade93@gmail.com 

AZƏRBAYCAN 

 

Ana dilinə yiyələnmənin təməli ailədə qoyulur. Ana dilinin köməyi ilə ətraf aləm haqqında 



müəyyən təsəvvürlərə sahib olan uşaqlar bu dövrdə söz ehtiyatlarını  zənginləşdirir,  əşya və 

hadisələr haqqında fikirlər söyləməyə cəhd göstərir, başqalarının fikirlərini anlamağa çalışırlar. 

Daha sonra məktəbdə bu iş daha mütəşəkkil şəkildə davam etdirilir. Ana dilnin öyrənilməsi 

şa-girdlərin ünsiyyət qabiliyyətinin-nitq mədəniyyətinin inkişafına xidmət etməklə yanaşı, 

şagird-lərin dilimizin səs sisteminə, leksik-qrammatik xüsusiyyətlərinə yaxından bələd olmasına 

şərait yaradır. 

Bu fənnin necə tədris olunması fənnin oyrənilməsində, qavranılmasında mühüm amil-

dir. Əvvəllər müəllimlər biliyi şagirdlərə hazır şəkildə ötürürdülərsə, Milli kurikulum konsep-

siyasının tətbiqindən sonra öyrətmə yeni bir istiqamət almışdır. Müəllimin bələdçi mövqeyi 

yalnız istiqamət verməyə imkan verir, şagird tədqiqatçı rolunu alıb özü oyrənməyə can atır. 

Bu proses şagirdlərin dərsə marağını daha da artırır. 

Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası - Milli kurikulum ictimai-

siyasi, mədəni həyatın qloballaşdığı, informasiya-kommunikasiya texnologiyalarının rolunun 

artdığı, rəqabətin gücləndiyi müasir dövrdə hər bir şəxsin istedad və qabiliyyətinin müstəsna 

əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq müstəqil qərarlar qəbul etməsi üçün onun zəruri təhsil 

səviyyəsinə və bacarıqlara malik olmasına, cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsi 

olan insanın formalaşdırılmasına yönəlmişdir. 

Tədrisdə yeni fənn kurikulumlarının tətbiqi uşaqları fikirlərini sərbəst  şəkildə ifadə 

etməsinə şərait yaradır. Tədrisdə yeni milli mənəvi dəyərlər əsasında müasir tələblərə uyğun 

məzmunda dərsliklərin tətbiqi uşaqları düşünməyə, düzgün nəticə  cıxarmağa vadar edir. 

Kurikulumda fənnin məzmunu nəticəyönümlü yanaşma  əsasında müəyyən olunub və  əsas 

diqqət nəticəyə nail olunduğunu göstərmək üçün şagirdin nümayiş etdirməli olduğu 

fəaliyyətlərə yönəlib. Bu, bacarıqlar şəklində müəyyən olunan standartlar və bunların yerinə 

yetirilməsini təmin edən alt standartlar sistemi vasitəsilə ifadə olunur. Məzmunun belə 

müəyyənləşdirilməsi şagird fəaliyyətinin ardıcıl olaraq izlənilməsinə, onların nailiyyətlərinin 

müntəzəm olaraq qiymətləndirilməsinə imkan yaradır. 

İbtidai təhsil pilləsində əlifbanın öyrənilməsi, oxu və yazı texnikasının, hüsnxət qayda-

larının, düzgün, sürətli və ifadəli oxu üzrə ilkin bacarıqların mənimsənilməsi, lügət ehtiyatının 

tədricən zənginləşdirilməsi,  ən zəruri qrammatik qaydaların və  ədəbi tələffüz normalarının 

öyrənilib tətbiq olunması, ekspressiv nitq bacarıqlarının formalaşdırılması, Azərbaycan xalqı-




Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə