III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1469
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Cövzi əsərində yazdığına görə, sultan Təbrizi tutmaq üçün gəldikdə şəhər olduqca pis
vəziyyətdə idi, dağılmışdı, əhalisi kasıb yaşayırdı. Lakini S.Onullahi əsərində qeyd etmişdir
ki, həmin dövrlərdə Təbrizdə vəziyyət elə də acınacaqlı deyildi. Bu haqda müəllif yazmışdır:
“1042-ci il zəlzələsi nəticəsində Təbrizdə 40-50 min nəfər həlak olur. Şəhərin bir hissəsi
tamamilə dağılıb xarabalığa çevrilir. Bu zəlzələdən 4 il sonra 24 gün Təbrizdə olmuş tacik
şairi Nasir Xosrov yazır ki, mən Təbrizdə olarkən hökmdar Vəhsudan ibn Məhəmməd idi.
Təbriz abad və böyük şəhər kimi görünürdü. Qeyd edilənlərdən aydın olur ki, Təbrizin yarısı
tamamilə dağılmış, lakin zəlzələdən sonra bərpa edilmişdir. Əlbəttə, dörd ildə şəhəri zəlzələ-
dən əvvəlki səviyyəsinə qaldırmaq mümkün deyildi. Lakin hər halda, şəhər müəyyən dərəcə-
də abadlaşmışdı.”
Səlcuq İmperiyası tarixi istər siyasi, istərsə də sosial tərəfdən maraqlı hadisələrlə zən-
gindir. Bunlardan biri də Sultan Toğrulun xəlifə əl-Qaim Biəmirillahın qızı Seyyidə Fatimə
əl-Bətül arasında baş verən toy mərasimidir. Bu hadisəni də Sibt əsərində geniş işıqlandırmış-
dır. Toy mərasimi Təbrizdə baş tutmuşdur. Maraqlıdır ki, Sibt toy mərasimindən geniş məlu-
mat verdikdən sonra bu qeydləri edir: “nigah mərasiminin səhəri mən (İbnu-l Mahləban)
dövlət xəzinəsindən (hazainu`l- mamurə) bütün daş-qaşları, qızılları, digər hədiyyəlik əşyaları
və s. nə varsa hamısını çıxartdım. Sonra Məmlanur-Razi adıyla tanınan Təbriz şəhərinin valisi
Əbu Nəsr Məhəmməd b. Vəhsudan sultanın qapısına gəldi və ondan müəyyən miqdarda pul
verməsi tələb olundu, o da bu pulun böyük bir qismini verdi və qalan hissəsi üçün də oğlunu
girov olaraq qoydu. Daha sonra sultan Toğrul Anadoluya yaxın olan Naxçıvana getdi.”
“Mir`atuz-zaman” əsərində Təbriz haqqında daha bir çox tarixi hadisələr öz əksini tap-
mışdır. Qeyd etdiklərim bunlardan bəziləridir. Azərbaycanda ilk dəfədir ki tədqiq edilən Sibt
ibn əl-Cövzinin bu əsəri XI əsr tariximizin daha dərindən öyrənilməsi yönündən bizə işıq tutur.
ZEYL-İ TARİX-İ ALƏMARA-Yİ ABBASİ ƏSƏRİ
AZƏRBAYCAN TARİXİNİN MƏNBƏYİ KİMİ
Şahin AĞAYEV
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası
sahinagayev@box.az
AZƏRBAYCAN
Azərbaycan tarixinin öyrənilməsində tarixi mənbələrin rolu çox böyükdür. Bu tarixi
mənbələrdə əsasında biz tarixi faktların həqiqəti nə dərəcədə əks etdirməsi haqqında
məlumat
ala bilirik. Qədim və orta əsrlər dövrünə aid tarixi mənbələrimizin böyük əksəriyyəti fars və
ərəb dillərində yazılmışdır. Belə mənbələrdən biri də İsgəndər bəy Münşi və Məhəmməd
Yusif Movərrexin ortaq əsəri olan “Zeyl-i tarix-i aləmara-yi Abbasi” (Dünyanı bəzəyən
Abbasın tarixinin davamı) əsəridir. Bu əsər Səfəvilər dövründə I Şah Abbasdan sonra
hakimiyyətə gələn I Şah Səfinin hakimiyyət illəri barədə misilsiz məlumatlar verir. Əsər
barədə qeyd edək ki, bu əsər sonradan iki əsərin birləşdirilməsi nəticəsində “Zeyl-i tarix-i
aləmara-yi Abbasi” əsəri kimi tərtib olunmuşdur. İsgəndər bəy Munşi I Şah Abbasın vəfatın-
dan sonra, I Şah Səfinin tarixini də yazmağa başlayır. Lakin ömrünün qocalıq çağında əsəri
bitirmədən vəfat edir. Həmin dövrdə baş verən tarixi hadisələr Məhəmməd Yusif Movərrexin
də “Xold bərin” əsərində qələmə alındığından sonradan bu iki əsər birləşdirilərək “Zeyl-i
tarix-i aləmara-yi Abbasi” əsəri adı ilə ortaya çıxarılmışdır. Əsərin 146-cı səhifəsinə kimi
İsgəndər bəy Münşinin yazdıqları, onun ardınca isə, 6-cı bağça, 8-ci gülüstanından başlayaraq
Məhəmməd Yusif Movərrexin “Xold bərin” əsəri verilir.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1470
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Əsərin başlanğıcında Şah Səfinin hakimiyyətə gəldiyi zaman onun təcrübəsizliyindən
istifadə edərək qaldırılan üsyanlar və onların yatırılması barədə dolğun məlumatlar verilir. Bu
məlumatlar digərlərindən fərqli olaraq hadisələrin hər bir məqamını ehtiva edir. Şah Səfinin
hakimiyyətinin ilk illərində baş verən üsyanlara misal olaraq İmamqulu Mirzənin, Qərib şa-
hın, özbəklərin üsyanını və s. göstərmək olar.
Bu üsyanlar yatırılandan sonra Osmanlı sultanı Sultan IV Murad I Şah Abbasın haki-
miyyəti zamanında osmanlıların itirdiyi Bağdadı geri qaytarmaq üçün Səfəvilər diyarına hərbi
yürüş edir. Bu yürüşə osmanlıların sərkərdəsi Xosrov paşa başçılıq edirdi. Xosrov paşanın
Səfəvi səfəri haqqında digər tarixi mənbələrdə də məlumat verilir. Amma “Zeyl-i tarix-i alə-
mara-yi Abbasi” əsərində bu məlumatlardan əlavə informasiyalar yer almaqdadır. Bildiyimiz
kimi, I Şah Səfi Səfəvilər tarixində ən qəddar şahlardan biri kimi tanınırdı. Lakin “Zeyl-i tarix-i
aləmara-yi Abbasi” əsərində onun humanist bir şah olması haqqında da faktlar yer alır. Xos-
rov paşa Bağdadı mühasirəyə almasından sonra heç bir nəticə əldə edə bilməyib geri qayıt-
malı olur. Lakin o, buradan bir dəfəlik getməmək və osmanlılara daimi bir baza yaratmaq üçün
Həle qalasını tikdirir. Şah Səfi Həle qalasını fəth edən zaman osmanlıların 2 min əsgər və za-
bitini əsir almışdı. Lakin Şah Səfi bu böyük fəthdən ilhamlanaraq Allaha şükr əlaməti olaraq
həmin 2 min əsgəri azad edir. Osmanlı sultanı isə Şah Səfinin bu humanistliyi qarşısında Axıs-
qanın girov götürülmüş hakimləri Şəmsi xan Tezaqləri və Səlim xan Şəmsəddinlu Zulqədri
azad edir və onlarla birlikdə sultanın məktubunu Şah Səfiyə göndərir. Iki dövlət arasında baş
verən bu məktublaşma sülh və dostluq münasibətlərini irəli sürürdü. Bunun da nəticəsi olaraq
hicri təqvimi ilə 1041-ci ilin sonuna kimi (təqribən1633-ci ilə təsadüf edir) Səfəvi və Osman-
lılar arasında atəşkəs bərqərar oldu. Hər iki dövlətin atdığı bu humanist addım “Qəsri şirin” sülh
müqaviləsinin imzalanmasına və uzun bir müddət qüvvədə qalmasına böyük təsir göstərmişdir.
Bütün bunlarla yanaşı, bu mənbə Şah Səfinin qadınlarla zalım olmasının əksinə məlu-
mat verir. Belə ki, bu mənbədə osmanlıların tabeçiliyində olan kürd qəbilələrindən birinin
başçısı Sehran xanım haqqında da xəbər verilir. Bu xanım öz qəbiləsi ilə birlikdə Səfəvilərin
idarəsi altında olan Kərkük üzərinə hücum etmiş və əsir düşmüşdü. Şah Səfi onun cəzasını əfv
edərək öz qəbiləsinin yanına göndərmişdi.
Ümumilikdə, “Zeyl-i tarix-i aləmara-yi Abbasi” əsəri Azərbaycan tarixinin və həmin
dövrdə Səfəvilərlə digər dövlətlər arasında mövcud olan əlaqələrin öyrənilməsi üçün misilsiz
bir məlumat bazasıdır.
AMEA MƏRKƏZİ ELMİ KİTABXANASININ BEYNƏLXALQ
ƏLAQƏLƏR TARİXİ VƏ MÜASİR VƏZİYYƏTİ
Günay ALLAHVERDIYEVA
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanası
gunayallahverdiyeva1@mail.ru
AZƏRBAYCAN
Bu gün kitabxanalar informasiyalaşdırılmış vətəndaş cəmiyyətinin əsas göstəricisi olan
qlobal informasiya mühitinin, beynəlxalq, milli və regional səviyyədə informasiya mübadiləsi
sistemlərinin yaradılmasında, informasiyanın əmtəəyə çevrilməsində, informasiya və bilik
bazarının yaradılması və inkişafında, təhsil sisteminin və səviyyəsinin təkmilləşdirilməsində,
cəmiyyətin peşə və ümumi mədəni səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır. Bu cə-
hətdən respublikamızın ən böyük elmi kitabxanası olan Azərbaycan Milli Elmlər Akademiya-
sının Mərkəzi Elmi kitabxanasının fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. Kitabxanaların
tarixən əsas funksiyası olan zəngin elmi bəşəri informasiya sərvətlərinin gələcək nəsillərə