III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1473
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
iştirak etmiş Kitabxana Azərbaycanın tarixinə, elminə, iqtisadiyyatına, mədəniyyətinə, Ermə-
nistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və s. aid Azərbaycan və xarici dillərdə ədə-
biyyatı dünyaya nümayiş etdirib.
OSMANLI DÖVLƏTİNİN ŞAHNAMƏÇİ ŞAİRİ ƏFLATUN ŞİRVANİ
Bilal DƏDƏYEV
Qafqaz Universiteti
bdedeyev@qu.edu.az
AZƏRBAYCAN
Osmanlı dövlətində "şahnamə" yazma ənənəsi Azərbaycan və İran mədəniyyətinin təsiri
ilə XV əsrdən etibarən ortaya çıxmağa başlamışdır. Osmanlı dövlətində ilk şahnamə
nümünələri Fateh Sultan II Mehmed (1451-1481) dövrünə təsadüf edir. Bunlar Keşifinin
qələmə aldığı "Qəzanamə-i Rum" və Məalinin "Hünkarnamə" əsərləridir. Şahnaməçilik işi
Sultan II Bəyazid (1481-1512) zamanında da şair Şahnaməçi Firdövsi tərəfindən davam
etdirilmişdir. Bütün bunlara baxmayaraq, Osmanlı tarixində rəsmi və planlı bir şəkildə ilk
"şahnaməçi" vəzifəsi Qanuni Sultan Süleyman (1520-1566) dövründə təsis edilmişdir.
Şahnaməçilərin gördüyü iş isə, Osmanlı xanədanının şərəfli tarixini şeir diliylə yazdıqdan
sonra, bu əsərləri cildlənmiş bəzəkli kitablar şəklinə gətirməkdən ibarət olmuşdur. Ümumiy-
yətlə, Osmanlı dövlətinin tarixində XVI əsrin ortalarından başlayaraq XVII əsrin əvvəllərinə-
dək bu vəzifəyə beş şahnaməçi təyin edilmişdir. Bu şahnaməçilərdən ilk üçü azərbaycanlı
alim-şairlər olan Fətulla Arifi Çələbi (v. 1562), Əflatun Şirvani (v. 1569) və Seyyid Loğman
bin Hüseyn Urməvi (v.1601?) olmuşdur.
Osmanlı dövlətinin ilk rəsmi şahnaməçisi olan Fətulla Arifi Çələbidən sonra onun
yerinə keçən və Osmanlı dövlətində bu vəzifəni rəsmi şəkildə icra edən ikinci şahnaməçi
Əflatun Şirvanidir. Əflatun Şirvani haqqında indiyə qədər heç bir ciddi araşdırma aparılma-
mışdır. Sadəcə bəzi məqalələrdə onunla bağlı müəyyən məlumata rast gəlmək mümkündür.
Ümumiyyətlə Əflatun Şirvani haqqında orta əsr mənbələrində də geniş məlumat verilmir. Hə-
ləlik XVI əsr şair-alimi təzkirəçi Əhdi Bağdadinin (v. 1593) "Gülşəni Şüəra" adlı əsərində
onunla bağlı verilmiş məlumatdan savayı əlimizdə digər məlumatlar yoxdur.
Əslən Şirvanlı olan Əflatun, Şirvanşahlar dövlətinin 1538-ci ildə Azərbaycan Səfəvilər
dövlətinə birləşdirilməsindən sonra Şirvan bəylərbəyi təyin olunan Əlqas Mirzənin katibi və
Şirvan diyarının tanınmış şairlərindən biri olmuşdur. 1546-cı ildə qardaşı Şah Təhmasibə
(1524-1576) qarşı üsyan qaldıran və 1547-ci ildə Şimali Qafqaz və Krım yoluyla Osmanlı
dövlətinə sığınan Əlqas Mirzənin yanında Əflatun Şirvani də İstanbula sığınmışdır. 1548-ci
ildə Əlqas Mirzənin Sultan Süleymanın yanında Azərbaycan yürüşündə iştirak etməsi və
1549-cu ildəki faciəli aqibətindən sonra, Əflatun Şirvaninin İstanbulda qalıb, burda fəaliyyət
göstərdiyini görürük. Özündən əvvəl fəaliyyət göstərən Fətulla Arifi Çələbinin şahnaməçilik
dövründə Əflatun Şirvani onunla mübahisə və mücadilə etməyə başalayır. Hətta onun bir neçə
beytində səhvlər tutaraq bu məsələni Sultan Süleymana şikayət edir. Sultan onu cəzalandır-
maq istəsə də, sonra bu fikrindən daşınır. Nəticədə Fətulla Arifi Çələbidən sonra, şahnaməçi-
lik işini onun özünə tapşırır. XVI əsr təzkirəçisi Aşiq Çələbi (v. 1572) "Məşairüş-Şüəra" əsə-
rində Fətulla Arifi Çələbidən bəhs edərkən yuxarıdakı şikayət məsələsinə də toxunur. Əflatun
Şirvaninin adını çəkməsə də, bu dövrdə Osmanlı dövlətinin baş rəssamı (nəqqaşbaşı) və əslən
azərbaycanlı olan Şahqulunu tənqid edərək, "...on bin, ya iyirmi bin beyt... kayrı makbul olsa,
yine kırk bin iyi beyt baki kalur" deməklə Fətulla Arifi Çələbinin tərəfini saxlayır.
Əflatun Şirvaninin şahnaməçiliynə gəlincə, Əhdi Bağdadi bunun Fətulla Arifi Çələbinin
ölümündən sonra gerçəkləşdiyini yazır. Nəzərə alsaq ki, Fətulla Arifi Çələbi 1559-cu ildə şah-
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1474
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
naməçi vəzifəsindən çıxarıldıqdan sonra Misirə getmiş və üç il sonra orada vəfat etmişdir.
Buna görə də, ikinci şahnaməçi olan Əflatun Şirvaninin, məhz bu vəzifəyə 1559-cu ildən son-
ra təyin olunduğunu qəbul etmək olar.
Çox gözəl şair olduğu bildirilən Əflatun Şirvani eyni zamanda nəstəliq xəttində yaza
bilən tanınmış xəttat olmuşdur. Farsca qələmə aldığı şeirlərdə "Əsiri", türkcə yazdığı şeirlərdə
isə "Xəzani" təxəllüsünü istifadə edirmiş, lakin daha çox Əflatun kimi tanındığından, sonr-
adan "Əflatun" ləqəbində yazmağa başlamışdır. Ona Osmanlı şanlı tarixinin nəzmə alınması
haqqında "fərman-ı hümayun" verilsə də, əfsuslar olsun ki, onun adı ilə bağlı heç bir şahnamə
əsəri əlimizdə yoxdur. Sadəcə, Əhdi Bağdadi öz əsərində onun bir neçə farsca və türkcə bey-
tini vermişdir. Aşağıdaki beyt onlardan biridir:
Bu fena deyrində çün hərf-i vəfa əfsanədür,
Aləmə aldanma kim dünya açılmış xanədür.
Onu da qeyd etmək lazımdır ki, Əflatun Şirvani haqqında məlum olan bu məlumatlar
bilavasitə 1563-cü ilə qədər olandır. Çünki, Əhdi Bağdadi "Gülşən-i şüəra" əsərinin ilk va-
riantını 1563-cü ildə hazırlamışdır. Doğrudur, o bundan sonra 30 il daha yaşayıb və ilk tərtib
etdiyi bu əsərinə 1592-ci ildə bəzi şairləri də əlavə etmişdir. Lakin, Əflatun Şirvani haqqında
sadəcə bu qədər məlumat verə bilmişdir. 1569-cu ildə başqa bir azərbaycanlı şair-alim olan
Seyyid Loğmanın şahnaməçi vəzifəsinə təyin olunması göstərir ki, Əflatun Şirvani həmin
vəzifədən uzaqlaşdırılmış və ya həmin tarixdə o, vəfat etmişdir.
Nəticə etibarilə, Azərbaycandan Osmanlı dövlətinə yerləşən "şahnamə yazma" mədəni
irsi davam etdirilərək Qanuni Sultan Süleyman dövründə daimi "şahnaməçi" vəzifəsinin təsis
edilməsi və ardından da "şahnaməçilər" müəsisəsinin qurulmasına səbəb olmuşdur. Bu mü-
əsisənin fəaliyyətində əsas rol oynayanlar yenə də azərbaycanlı şair və alım-sənətkarlar idi.
Osmanlı tarixində təxminən 1551-ci ildən 1611-ci ilə qədər rəsmi olaraq bu vəzifəyə beş
şahnaməçi təyin edilmiş və bunlardan biri də Osmanlı mədəniyyətinin inkişafında 10 il xid-
mət göstərən Əflatun Şirvani olmuşdur.
ТОРГОВЫЕ СВЯЗИ ГОРОДОВ МУГАНИ
Рамиль РУСТАМОВ
Института Археологии и Этнографии НАНА
rustemovramil@mail.ru
AZƏRBAYCAN
В развитии экономики Азербайджана и торговых связях с соседними странами
большую роль сыграли города Мугани. В III веке, завоевав власть в Иране Сасаниды,
как и их предшественники, Парфянские правители, старались удержать в своих руках
контроль над Великим Шёлковым Пути. А во время арабского правления в Азербайд-
жане, находившиеся на Шёлковом пути - Шеки, Барда, Дербент, Чола, Бейлакан счита-
лись городами международного значения. Среди этих городов наиболее отличался
Бейлакан. Одним словом, после образования Шелкового Пути, Азербайджан превра-
тился в непосредственного участника процессов на этом торговом пути. В раннем
средневековье веков такие города Мугани, как Хамшара, Варсан, Бачираван и Балхаб
играли важную роль в развитии торговли.
В IV-VIII веках виды городских ремёсел, можно сказать, полностью носили ха-
рактер товарного производства. Ремесленники обеспечивали население готовыми ме-
таллическими изделиями, керамическими предметами, строительными и хозяйственны-
ми материалами, кожно-обувными изделиями, домашней утварью и др. предметами.