III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1471
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
ötürülməsində, yüzlərlə elmi kadrların yetişməsində, bir sözlə Azərbaycan elminin inkişafında
AMEA Mərkəzi Elmi Kitabxanasının xüsusi rolu vardır. Müstəqilliyin ilk illərində digər
kitabxanalar kimi Mərkəzi Elmi Kitabxana da yeni kitabxana işi quruculuğu istiqamətində
qarşısına-oxuculara kitabxana xidmətini yeni forma və üsullar əsasında qurmaq; kitabxana işi-
nin informasiyalaşdırılması; kitabxananın maddi-texniki bazasını möhkəmləndirmək, ən əsası
isə kitabxana işinin dünya standartları səviyyəsində qurmaq və s. kimi vəzifələr qoymuşdur.
AMEA-nın Mərkəzi Elmi Kitabxanası fəaliyyətinin bütün dövrlərində beynəlxalq elmi
əlaqələrin yaradılmasına və daha da genişləndirilməsinə böyük əhəmiyyət vermişdir.
AMEA kitabxana fondlarının, elmi-tədqiqat müəssisələrinin profilinə uyğun xarici ədə-
biyyatla zənginləşməsində “Qərbi Avropa Ədəbiyyatı” şöbəsi aparıcı rol oynayır. İmkan
daxilində xarici ölkələrdə çıxan çap məhsullarının cəmləşdirilməsi AMEA-nın alim və mütə-
xəssislərini elmin bütün sahələrini əhatə edən ədəbiyyatla mümkün qədər çox təmin etmək ,
vaxtında alimlərin yeni çıxan ədəbiyyata olan tələblərini yerinə yetirmək şöbənin mühüm
vəzifələrindən biridir. Qərbi Avropa dillərində ədəbiyyatın komplektləşdirilməsi üçün şöbənin
apardığı Beynəlxalq kitab mübadiləsi ən əlverişli mənbədir və bu sahədə MEK respublikada
aparıcı kitabxanalarından biri sayılır. Qərbi Avropa ədəbiyyatı şöbəsi dünyanın 42 ölkəsinin
493 təşkilatı ilə sıx əməkdaşlıq edir. Bunlardan 21-si Elmlər Akademiyası, 92-si Universitet,
56-sı Kitabxana, 17-si Nəşriyyat, 85-i müxtəlif cəmiyyətlər, 110-u İnstitut, 31-i Muzey, 21-i
xüsusi şəxslərdir. Şöbə son illərdə inkişaf etmiş ölkələrdən olan partnyorlarla əlaqələri daha
da genişləndirir. Bunlardan ABŞ Konqres Kitabxanası, Nyu-York Kolumbiya Universiteti,
Vaşinqton və Kaliforniya Universitetləri, Fransa Milli kitabxanası, Alman Tədqiqat
Cəmiyyəti, Yaponiyanın Milli Parlament Kitabxanasını qeyd etmək olar. Bu təşkilatlardan
alınan dövri nəşrlər və kitablar yüksək elmi dəyərlərə malikdirlər. Partnyorlar sırasında ABŞ
birinci yer tutur. Onlardan kimya, mikrobiologiya, botanika, fizika, riyaziyyat, geofizika və s.
elmi sahələr üzrə dəyərli nəşrlər əldə edilir. Bir müddət öncə Alman Tədqiqat Cəmiyyəti ilə
xüsusi proqram çərçivəsində əməkdaşlıq nəticəsində kitabxananın fondu dəyərli bir nəşrlə-
Qmelinin 734 cildlik “Kimya məlumat kitabı” ilə daha da zənginləşmişdir.
Qeyd etməliyik ki, 2002-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən
struktur dəyişiklikləri ilə əlaqədar olaraq Mərkəzi Elmi Kitabxananın müdiriyyətinin qərarı ilə
Xarici Ədəbbiyyatın Komplektləşdirilməsi və Beynəlxalq Kitab Mübadiləsi şöbəsinin apar-
dığı iş növləri genişləndirilmişdir: şöbənin adı dəyişilərək Qərbi Avropa Ədəbiyyatı adlanmış,
bundan əlavə Qərbi Avropa dillərində daxil olan ədəbiyyatın işlənməsi, sistemləşdirilməsi və
kataloqlaşdırılması işi əlavə olunmuşdur.
Bəşəriyyət sivilizasiyasının yüksək sürətlə inkişafı hər bir sahədə özünü göstərir. O
cümlədən son illər informasiya və elmi biliklər də tərəqqinin mühüm amillərindən birinə çev-
rilmişdir. Məhz kitabxanamızda bu atmosfera özünü xüsusi olaraq göstərir. Əsasən müxtəlif
Cəmiyyətlərdən, Mərkəzlərdən əldə edilmiş kompüter dəstləri şöbədə aparılan işlərin avto-
matlaşdırılmasına zəmin olmuşdur. Avtomatlaşdırma ilə bağlı şöbə çalışmışdır ki, ənənəvi
üsulları modernləşdirsin, yeni informasiya şəraitnidə işin səviyyəsini yüksəltsin. Belə ki, şöbə
ənənəvi qaydadan istifadə etməklə yanaşı, avtomatlaşdırmanın yüksək nailiyyətlərindən ba-
carıqla istifadə edir:
1. Şöbədə mübadilə məqsədilə respublikamızın hüdudlarından kənarda olan əməkdaş-
larımızla elektron rabitə vasitəsilə işgüzar yazışmalar aparılır.
2. İnternet şəbəkəsinin elektron informasiya ehtiyatlarından istifadə edə-rək yeni
partnyorların axtarışındadır.
3. Müxtəlif tipli müraciət, hesabat, plan, məqalə və s. kimi işlər kompüter vasitəsilə ye-
rinə yetirilir.
4. Yeni daxil olan xarici dildə jurnal, nəşri davam edən ədəbiyyat və kitabların biblioq-
rafik-informasiya bülleteni tərtib olunur və kompüterə daxil edilir.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1472
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Oxuculara biblioqrafik informasiya xidmətində sorğulara cavab verməkdə, onları düz-
gün istiqamətləndirməkdə mühüm əhəmiyyəti olan «Azərbaycan xaricdə» kartotekasının
aparılması işi davam etdirilir və bu kartotekanın əsasında «Azərbaycan xarici mətbuatda»
göstəricisinin III və IV buraxılışının təkmilləşdirilməsi və hazırlanmasında ənənvi iş üsulu
avtomatlaşdırma istiqamətinə yönəldilir.
Kitabxananın xarici ədəbiyyatla zənginləşməsində xüsusi rolu olan digər bir şöbəsi isə
“Şərq Ədəbiyyatı Şöbəsi”dir.
Şərq ədəbiyyatı şöbəsi uzun illərdir ki, Türkiyə, İran, Misir, Suriya, Küveyt, İraq, Səudiy-
yə Ərəbistanı Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Almaniya və s. dövlətlərin 25-dən
çox universitetləri, kitabxanaları, elmi təşkilatları, mədəniyyət mərkəzləri və görkəmli alim-
ləri ilə sıx əlaqə saxlayır və qarşılıqlı kitab mübadiləsi apararaq bu ölkələrlə dostluq və əmək-
daşlıq əlaqələrini davam etdirir.
İşgüzar münasibətlərin genişləndirilməsi və möhkəmləndirilməsi məqsədilə Kitabxana
Bakıda fəaliyyət göstərən xarici ölkələrin səfirlikləri - Türkiyə, İran, İraq, Misir və Səudiyyə
Ərəbistanı Krallığı, Yaponiya, Norveç, Fransa, Almaniya və başqa ölkələrlə əlaqələr yarat-
mışdır. Nəticədə, “Azərbaycan-Fransa elmi mədəni əlaqələr zalı” (2002), “Azərbaycan-İran
elmi-mədəni əlaqələr zalı” (2005) açılmış, Fransadan 1000 avro dəyərində ədəbiyyat alınmış
(2003), Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı Səfirliyi tərəfindən 600 nüsxə
qiymətli ədəbiyyat hədiyyə verilmiş (2002), Alman Tədqiqat Cəmiyyəti tərəfindən Leopold
Qmelinin 734 cildlik “Kimya məlumat kitabı” (2003) hədiyyə verilmişdir.
Azərbaycan və Almaniya arasında elm və mədəniyyət sahəsində mövcud olan əlaqələrin
inkişafı istiqamətində 2006-cı ildə Orta Asiya və Şərqi Avropa ölkələrində mövcud olan
aparıcı kitabxanaları almandilli elmi ədəbiyyatla zənginləşdirmək məqsədilə Almaniya Xarici
İşlər Nazirliyi, Alman Tədqiqat Mərkəzi və Höte İnstitutu ilə birgə “İnsanlar və kitablar”,
2009-cu ildə isə “II Dünya müharibəsindən sonrakı alman ədəbiyyatı üzrə Nobel
mükafatçıları” adlı layihələr həyata keçirilmişdir. Kitabxana bir neçə beynəlxalq təşkilatların
üzvüdür: Beynəlxalq Kitabxana Assosiasiyaları Federasiyası – İFLA-nın (1993), Azərbaycan
Kitabxana İnformasiya Konsorsiumunun (2004), Elektron Kitabxanalar və Yeni İnformasiya
Texnologiyalarının yaradıcıları və istifadəçiləri beynəlxalq assosiasiyasının (2010), Avropa
Elmi Kitabxanalar Assosiasiyasının (2012).
1996-cı ildən Mərkəzi Elmi Kitabxana Elmlər Akademiyaları Beynəlxalq Assosiasiyasının
nəzdində yaradılmış Elmi kitabxanalar və informasiya mərkəzlərinin direktorlar Şurasının
üzvüdür.
Hər il müxtəlif ölkələrdə təşkil olunan beynəlxalq simpoziumlara, tədbirlərə qatılaraq,
Kitabxana bilik və təcrübə mübadiləsi aparır. Kitabxananın əməkdaşları ingilis, türk, rus, al-
man, fransız, ərəb, fars, dillərini bildikləri üçün beynəlxalq əlaqələrimiz günbəgün intensiv-
ləşir və dayanıqlı, etibarlı partnyorluğa çevrilir. Eyni zamanda Kitabxana ABŞ, İngiltərə,
Fransa, Almaniya, İtaliya, Yaponiya, İsveçrə, Türkiyə, İran, İraq, Misir, Suriya, Səudiyyə
Ərəbistanı Krallığı, MDB dövlətləri və digər ölkələrin akademiyaları, elmi-tədqiqat institutla-
rı, kitabxana və informasiya təşkilatları, cəmiyyətləri və assosiasiyaları, ali təhsil müəssisələri,
nəşriyyatlar, redaksiyalar, ayrı-ayrı elm və mədəniyyət xadimləri ilə əlaqə yaradaraq, ədəbiy-
yat və informasiya mübadiləsi aparır. Əcnəbi qonaqların Kitabxanaya dəfələrlə gəlişi də bey-
nəlxalq əlaqələrin genişləndirilməsinə və möhkəmləndirilməsinə böyük təsiri olmuşdur. Ha-
zırda Kitabxana dünyanın 80-ə yaxın dövlətinin 750 təşkilatı ilə mübadilə və informasiya
əlaqələri aparır.
Kitabxana həmçinin Azərbaycan kitabını xarici ölkələrdə təbliğ etmək, respublikamızın
elm və mədəniyyətinin son nailiyyətlərini, dinamik inkişafını, dünyada lider dövlətə çevrilmə-
sini əks etdirən kitab sərvətimizi beynəlxalq aləmdə yaymaq üçün beynəlxalq kitab sərgilərin-
də iştirak edir. Frankfurt, İstanbul, Tehran şəhərlərində keçirilən beynəlxalq kitab sərgilərində