III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1487
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Bingölde tarihi eserler olarak Camiler, Türbeler, Medreseler, Hamamlar ve bir çok ziya-
ret yerleri bulunmaktadır. Bu ziyaret yerleri Bingöl ve çevresindeki halkın dindarlığınığının
önemli bir boyutunu ortaya koymaktadır. Nitekim mezar, ağaç, su, taş gibi unsurları kapsayan
ziyaret yerleri yöre insanının dini-sosyal hayatı hakkında önemli bilgiler vermektedir.
Bundan başka Bingöl ve köylerinde kiliseler de bulunmaktadır. Bu kiliselerde iki türlü
plan göze çarpmaktadır. Ilk dönem kilise mimarisi Bizans tipi mimarilerdir. Son dönemde ise
Ermeniler tarafından yapılan kiliseler bulunmaktadır.
Tarihi yerleri ve doğal güzellikleri ile küçük bir şehir onan Bingöle hava yolu, demir
yolu ve kara yoluyla ulaşım mümkündür.
Şehre ilk gelenlere Bingöl merkezinde akşam saat dokuzdan sonra hayatın olmaması
yani insanların sokaklara çıkmaması ve hatta dükanların da kapalı olması ilginç gelmektedir.
Şehrin bir diğer ilginç yönü ise Kurban ve Ramazan gibi dini bayramlarda dükanların kapatıl-
ması ve insanların akrabalarını ve mezarlıkları ziyaret etmesidir.
Eğer Bingölde cuma günü çarşıda bir işiniz varsa bunu cuma namazındanan sonra
etmeye çalışın zira bu saatte giderseniz dükanların kapalı olduğunu göreceksiniz.
Bingölde 2007 yılında açılan universite şehrin yaşamın önemli bir şekilde etkilemiştir.
Yeni gelen öğrencilerin en çok söyledikleri şey ise şehirde gezilecek yerlerin olmamasıdır.
Şehir halkı da öğrencilerin yaptığı bir takım şeylere iyi bakmamaktadır. Bununla birlikte Bin-
gölün tam bir öğrenci şehri olduğunu söylemek olar.
Bütün bu yönleriyle, küçük ve sakin bir şehir onan Bingöl, büyük şehir kalabalıkların-
dan yorgun olan insaların dinlene bilecekleri uyğun bir yerdir.
QIPÇAQ TAYFALARI VƏ AZƏRBAYCAN
Qumru FƏRHADOVA
Gəncə Dövlət Universiteti
AZƏRBAYCAN
Xəzər xaqanlığının dağılması ilə uzun müddət Xəzər dənizi yolu ilə köçərilərin hücu-
munun qarşısını alan sipər də dağıldı. İndi xəzərlərin olmadığı bir dövrdə quzlar Volqa çayı
boyunca yola düşdülər və Cənub-Şərqi Avropanın düzənlikləri boyunca yayıldılar. İtil və
Semenderin qalıqları hələ aşkar edilməmişdir, lakin xarabalığın mənzərəsini Aşağı Don,
Şimali Don və əlbəttə, Sarkelin digər dayaq nöqtələrinin qazıntıları zamanı aşkar edilən mate-
riallara əsasən bərpa etmək olar. Sarkelin yerində slavyan Ağ Çadırın tikinti xarabalıqları
içərisində arxeoloqlar, çox güman ki, avaraların sığınacağı olan çox mühəqqər komaları tə-
mizləmişlər. Çox maraqlıdır ki, Sarkel şəhərciyinin yuxarı qatında köçərilərə məxsus kera-
mika aşkar olunmamışdır. Həm əkinçilik, həm də peşəçilik tamamilə məhv edilmişdir. Alan-
bolqar əkinçilərinin əkin yerləri otla dolu idi. Yerli əhalinin bir hissəsi Donun, Terekin, Kuba-
nın meşəli təpələrində gizlənmişdilər, bir hissəsi isə Qafqaz dağlıq yaylasına getmişdilər.
Əkinçi əhalinin düzənliklərdən çəkilməsi Şimali Qafqazda da müşahidə olunur. X-XII
əsrlərdə dağlıq yaylanın dərinlikləri və dağ keçidlərinə giriş yerlərdə əhalinin sayı artır. T.M.
Minayeva xüsusilə qeyd edir ki, yenidən dirçəlmiş əhali əksər hissəsi ilə yaşayış üçün çox əl-
verişsiz olan əlçatmaz yerlərdə yerləşmişdilər. Burada razılaşmaq lazımdır ki, bu seçim könül-
lü yox, məcburi olmuşdur [1, 18]. T.M. Minayeva hesab edir ki, alanları Şimali Qafqazda qıp-
çaqlar sıxışdırıblar. Bu fikrin mahiyyətini inkar etmədən belə bir nəticəyə gəlmək olar ki, otu-
raq əhalinin sıxışdırılması qıpçaqlardan əvvəlki, peçenek-quz dövründə başlamışdır. XI əsrdə
gürcü tarixçisi Cuanşerin verdiyi məlumatlara görə, onun dövründə Peçenekiya Osetiya daxi-
lində yerləşən çay boyunca məhdudlaşırdı və yalnız sonralar peçeneklər türklərdən qaçdılar və
qərbə yollandılar [2, 56]. Quzların Mərkəzi Qafqazda olmaları haqqında Böyük Zelençukla
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1488
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Qaravul stansiyası ətrafında daş heykəlin tapıntısı xəbər verir. Heykəlin siması, xüsusilə
əllərin vəziyyəti – sağ əlin dirsəyə doğru əyilməsi və sol əl isə qılıncın tutacağında – erkən
türklərin daş heykəllərinin simalarına uyğun gəlirdi.
Xəzər dövründə olduğu kimi, qıpçaqların dövründə də Qərbi Xəzərsahili ovalıq yalnız
sülh deyil, həm də hərbi məqsədlərə də xidmət edir. Məlumdur ki, XII əsrdə Volqa boyunca
Qafqaz sahillərinə doğru rus hərbi gəmiləri hərəkət etmişdir. Ola bilsin ki, qıpçaklar-saksinlər
rus dəniz qüvvələri ilə birlikdə Cənub-Qərbi Xəzərsahili müsəlman dövlətlərinə hücumda
iştirak etmişlər. V.V.Bartold yazır ki, qıpçaklar müsəlman vilayətlərinə hücum etməyə davam
edirdilər və bəzən bu yürüşlər işğalçı xarakter və məqsədi daşıyırdı. XII əsrdə müsəlmanlar
bir müddət Dərbəndi və hətta ondan cənuba olan bir sıra vilayətləri itirdilər. Gürcü salnamə-
lərində dərbənd qıpçakları qeyd edilmişdir [3, 26]. Çox güman ki, monqol dövrünə qədər
çöllü-qıpçaklar Dağıstana daxil olmağa başlamışdılar.
Dəşt-e-Qıpçakın Cənubi Qafqazla geniş ticarət və mədəni əlaqələri aşağıdakı mühüm
fakt ilə təsdiq edilir. Burada biz alışqan maddə - neft ilə dolu olan atıcı silahların qıpçak ordu-
sunda keçməsini nəzərdə tuturuq. Belə silahlar qıpçakların əlinə yalnız Şərqi Cənubi Qafqaz-
dan və yalnız Dağıstan ərazisi ilə keçə bilərdi. Rus salnamələri bu silahların ruslarla döyüşdə
işlədilməsi haqqında xəbər verir.
XII əsrin ortalarında bütün yollar artıq qıpçaqları Dneprə doğru aparırdı. 1152-ci ilin
salnaməsində deyilirdi: “Bütün qıpçaq torpağı İtil (Volqa) və Dnepr arasında yerləşir” [1, 56].
Bu torpaqların sərhədləri şimaldan Sula və Oreli çayları arasındakı ərazilərə, şərqdən Don və
İtli çayları ilə cənubdan Şimali Qafqaz, Krım və Azovətrafı çöllərlə, qərbdən isə İnquls və
Dnepr çayları ilə müəyyənləşdirildi.
XII əsrin 60-70-ci illərinə qədər heç bir iri siyasi ittifaq müşahidə olunmurdu. Qıpçaqlar
ayrı-ayrı xırda ordulara parçalanmışdılar. Rus salnamələrində Toksobiçlər, Yeltukovlar, Bur-
çeviçlər kimi daha səlahiyyətli və qüvvətli orduların adı çəkilir. Onlar hər ilə rus knyazlıq-
larına basqınlarda fəal iştirak edirdilər. Hətta bu orduların bəziləri haqqında məlumatlar Şərq
ölkələrinə də gəlib çatırdı. Arxeoloqlar daş heykəllərin, kurqanların sayına görə çöldə qıp-
çaqların böyük və ya kiçik tayfalarla yaşadıqları yerləri müəyyən edə bilmişlər. Bunların ara-
sında yalnız burçeviçlər fərqlənirdilər. Belə ki, tayfanın adının götürüldüyü “böri” sözü türkcə
canavar deməkdir. Buna görə də “canavarlar” ordusu yalnız Dneprin sol sahilinə birləşən
Volçye (canavar) çayının ətrafında yaşaya bilərdi.
Rus tarixçilərinin fikrincə, qıpçaqların köçəri həyatının formalaşdırılmasında rus knyaz-
larının da böyük rolu olmuşdur. Məsələn, S.A. Pletnyova yazır ki, ağıllı və uzaqgörən rus
knyazı Vladimir Monamax qıpçaqların həyatında xüsusilə fərqlənmişdir [4, 73]. Belə ki, Sutin
çayı üzərində qıpçaqları məğlub edən Monamax digər türk tayfalarını çölə gətirmişdir. 1117-
ci ildə belavejlilər Rusun Çerniqov sərhədində qala şəhər tikdilər. Beləliklə də, Monamax
qıpçaqlara qarşı onların özlərindən ibarət sərhəd düzəldə bilir. Onlar köçəriliyin yeni forma-
sına keçdilər. Yəni, köhnə marşrutları saxlayaraq yayda yaylağa qalxır, qışda isə sürülərini
arana köçürürdülər.
XII əsrin 40-cı illərində Poroqyada yaşayan bütün köçəri tayfaların yeni etnik birliyin
yaradılmasına ilk addımlarını atmalarına baxmayaraq, onların hamısı hansı etnik qrupa aid
olduqlarını yadda saxlaya bildilər. Bu etnik birliyə peçeneqlər (1151-1162), turpeylər (1150),
kalpiçlər (1160), bastiylər (1170-ci illər) də daxil olurdular. Lakin iki mühüm ittifaq – Dnepr
ətrafında və Donda yaşayan qıpçaqların ittifaqı daha qüdrətli və mütəşəkkil təşkil olunmuş-
dur. Dnepr ətrafı və Don qıpçaqları Azov dənizinin sahillərində yaşayan tayfalarla əlaqə sax-
layır, lazım gəldikdə onların köməyindən istifadə edirdilər. Beləliklə, çöldə ərazi etibarilə rus
knyazlıqlarına və Avropa krallıqlarına bərabər iki böyük ittfaq yaranmışdı. Rus tarixçisi B.A.
Rıbakov çöldə iki ağ və qara “kumanqıpçaq” ittifaqını ayırırdı. Çöldə Dnepr ətrafında yaşa-
yan qıpçaqlar daha çox hökmranlıq edirdilər. Onların Toqle, İzay, Osoluk, Kobak kimi məş-
hur xanlarının adı bu günə qədər gəlib çıxmışdır [5, 146].