Zəhirəddin Məhəmməd BABUR
54
üçün bir məclisdə yükündürdü
1
və bu üzdən Bədiüzzaman Mirzə incidi. Ne-
çə illərdən bəri davam edən düşmənçilik və fitnələrin səbəbi bu idi.
TARXANLARIN ÜSYANI
Həmin ramazan ayında Səmərqənddə tarxanların üsyanı vardı. Səbəbi
də bu idi: Baysunqur Mirzə Hisar bəyləri və sipahiləri ilə o qədər səmimi və
bərabər olduğu halda, Səmərqənd bəyləri və sipahiləri ilə belə deyildi. Şeyx
Abdullah Barlas böyük və ixtiyar sahibi bir bəydi, oğulları Baysunqur Mirzə
ilə o dərəcə yaxın və səmimi arxadaş idi ki, bunlan aşiq-məşuqa bənzədirdi-
lər. Tarxan bəyləri ilə bəzi Səmərqənd bəyləri bu üzdən gücəndilər.
Dərviş Məhəmməd Tarxan Buxaradan gəldi və [Sultan Mahmud Mir-
zənin oğlu] Sultan Əli Mirzəni Qarşıdan gətirdib padşah elan edərək Baği-
Nova gəldilər. Orada [Sultan Əlinin böyük qardaşı] Baysunqur Mirzə olurdu.
Ona əsir kimi davranaraq (36 b) adamlarından və xilmətçilərindən ayırıb
ərkə gətirdilər. Orada hər iki Mirzəni eyni yerdə oturtdular. İkindi namazına
doğru Baysunqur Mirzəni Göy saraya çıxarmaq fikrində idilər.
Baysunqur Mirzə abdəst almaq bəhanəsi ilə Bostan-Sarayin şimal tə-
rəfindəki imarətlərdən birinə girdi. Tarxanlar qapıda gözlədilər, o, Məhəm-
mədqulu Koçin və Həsən Şərbətçi Mirzə ilə birlikdə içəri girdi. Qismətdən,
Mirzənin abdəst üçün girdiyi evin arxa tərəfində kərpiclə hörülmüş bir qapı
varmış və həyətdən dışarı çıxırmış. Mirzə dərhal bu qapını yıxdı, ərkin Qat-
fər tərəfində qalanın içindən su kəməri yolu ilə keçdi, qala divarından aşağı
atılaraq Xocakə Xocanın Xoca-Kəfşirdəki evinə gəldi. Abdəstxananın qapı-
sında duranlar bir müddət sonra içəri girib Mirzənin qaçdığını gördülər. Er-
təsi sabah tarxanlar toplanıb Xocakə Xocanın qapısına gəldilər, ancaq Xoca
burada olmadığını söyləyərək Mirzəni təhvil vermədi. Bunlar da zorla ala
bilmədilər. Xocaların mövqeyi o qədər yüksək idi ki, zorla almaq mümkün
deyildi.
Bir-iki gün keçəndən sonra Xoca Əbülməkarim, Əhməd Hacı bəy, di-
gər bəzi igidlər, sipahilər və bütün şəhər əhalisi hamısı birdən tarxanların
üzərinə hücum çəkdilər. (37 a) Baysunqur Mirzəni Xocanın evindən gətirdi-
lər və Sultan Əli Mirzə ilə tarxanları ərkdə mühasirəyə aldılar. İçəridəkilər
ərki bir gün belə müdafiə edə bilmədilər. Məhəmməd Məzid Tarxan Dörd-
yol qapısından çıxaraq Buxaraya getdi. Sultan Əli Mirzə ilə Dərviş Məhəm-
məd Tarxan yaxalandılar.
Baysunqur Mirzə Əhməd Hacı bəyin evindəydi. Dərviş Məhəmməd
Tarxanı da oraya gətirdilər. Baysunqur Mirzə ona bir-iki sual verdi, ancaq
1
Yükündürmək: Baburda hökümdarın oğullarına və ya bəylərinə hər hansı bir rütbə və
ya mövqe verərkən keçirilən bir törəni göstərir. Digər bir mənası hökmdar önündə sayğı ilə
diz çökməkdir. Bax: Qeydlər və izahlar.
BABURNAMƏ
55
Dərviş Məhəmməd Tarxan cavab verə bilmədi. Elə iş tutmamışdı ki, cavab
verə bilsin. Edam edilməsini əmr etdi. Dərviş Məhəmməd Tarxan taqətsizli-
yindən dirəyə yapışdı. Ancaq dirəyə yapışmaqla onu buraxardılarmı? Edam
etdilər. [Baysunqur Mirzə] Sultan Əli Mirzənin də Göy saraya çıxarılıb göz-
lərinə mil çəkilməsini əmr etdi.Teymur bəyin tikdirdiyi böyük imarətlərdən
biri Göy saraydır. Səmərqəndin ərkindədir. Bu imarətin qəribə bir özəlliyi
var. Teymur bəyin övladlarından biri üsyan edərək taxta çıxsa, taxta burada
oturur. Taxt qovğası üzündən başını itirsə, yenə burada itirir. Hətta «filan
şahzadəni Göy saraya çıxardılar» ifadəsi onun öldürüldüyü mənasına gəlir.
Sultan Əli Mirzəni Göy saraya çıxarıb gözlərinə mil çəkdilər. Lakin
gözlərinə çəkilən milin Sultan Əli Mirzəyə zərəri toxunmadı. Cərrah bunu
(37 b) bilə-bilə və ya istəməyərək etmişdi. Ancaq Sultan Əli Mirzə bunu
dərhal bəlli etmədi və [Xoca Übeydullahın oğullarından] Xoca Yəhyanın
evinə gəldi. İki-üç gün sonra isə qaçıb Buxaraya tarxanların yanına getdi.
Bu üzdən də Xoca Übeydullahın övladları arasında təəssübkeşlik yarandı.
Böyüyü böyüyünə yol göstərici olarkən kiçiyi də kiçiyinə qol-qanad gərdi.
Bir neçə gün sonra Xoca Yəhya da Buxaraya getdi.
Baysunqur Mirzə Buxaraya qoşun çəkərək Sultan Əli Mirzənin üstünə
yürüş etdi. Buxaraya yaxınlaşanda Sultan Əli Mirzə və tarxan bəyləri onun
qarşısına çıxdılar. Yüngül bir çarpışma oldu. Üstünlük Sultan Əli Mirzə tə-
rəfində qaldı, Baysunqur Mirzə məğlub oldu. Əhməd Hacı bəy və bir neçə
yaxşı igid daha ələ keçirildi, çoxu öldürüldü. Əhməd Hacı bəyi Dərviş Mə-
həmməd Tarxanın qətl edilməsində ittiham edərək şərəfsizcəsinə öldürdülər.
Sultan Əli Mirzə də Baysunqur Mirzənin arxasınca Səmərqəndə yürüdü.
BABURUN SƏMƏRQƏNDİ MÜHASİRƏYƏ ALMASI
Bu xəbər bizə şəvval ayında [=1496 iyun-iyul] Əndicanda çatdı. Hə-
min ay biz də Səmərqəndi ələ keçirmək üçün qoşuna hərəkət əmri verdik.
Sultan Hüseyn [Bayqara] Mirzə Hisardan və Qunduzdan çəkilmişdi, Sultan
Məsud Mirzə ilə Xosrov şahın ürəyi yerinə gəlmişdi. Bundan istifadə edən
Sultan (38 a) Məsud Mirzə də Səmərqəndi almaq məqsədilə Şəhrisəbz üzə-
rinə gəldi. Xosrov şah kiçık qardaşı Vəlini də Mirzə ilə birlikdə göndərdi.
Üç-dörd ay boyunca Səmərqəndi bu şəkildə üç tərəfdən mühasirəyə aldıq.
Sultan Əli Mirzənin elçisi kimi Xoca Yəhya mənim yanıma gəldi və
ittifaq quraraq vahid cəbhə yatarmağı təklif etdi. Görüşməyi qərara aldıq.
Mən əsgərimlə Səmərqənddən iki-üç ağac daha aşağıda olan Soğd tərəfdən
görüş yerinə getdim; o tərəfdən də Sultan Əli Mirzə əsgəriylə gəldi. Oradan
dörd-beş adamla Sultan Əli Mirzə, buradan da dörd-beş adamla birlikdə
mən Kuhək çayının ortasına gedərək at üstündə görüşüb danışdıqdan sonra
onlar o tərəfə döndülər, mən də bu tərəfə gəldim. Molla Bənnai ilə Məhəm-