Zəhirəddin Məhəmməd BABUR
66
luqludur. Üst mərtəbənin dörd tərəfi eyvanlı olub sütunları daşdır və orta-
sında dörd qapılı bir otaq vardır. Binanın kürsüsünü başdan-başa daşlarla
döşəmişlər.
Binadan Kuhək təpəsinə doğru getdikdə təpənin ətəyində bir bağ da
saldırmışdır. Orada da böyük bir saray inşa etdirmiş və onun içinə taxt ola-
raq böyük bir daş qoydurmuşdur, uzunluğu təxminən on dörd-on beş, eni
yeddi-səkkiz, yüksəkliyi isə bir karidir. Bu böyük daşı xeyli uzaq bir yerdən
gətirmişlər. Ortasında bir çat vardır və deyilənə görə, bu çat daş buraya gəti-
rildikdən sonra yaranmışdır. Bu bağda dörd qapılı otaq da (47 b) tikilmişdir.
Divarları tamamən çini olduğundan ona çinixana deyirlər. Xüsusi adamlar
göndərərək bunları Çindən gətirtmişdir.
Səmərqənd qalasının içində Məscidi-ləkləkə deyilən qədim bir bina
var. Bunun ortasında yerə ayaqla vuduqda «lək-lək» deyə əks-səda gəlir. Bu,
qəribə bir şeydir və sirrini heç kim bilmir.
Sultan Əhməd Mirzə zamanında da bəylər çox bağ və bağça saldılar.
Bunlardan Dərviş Məhəmməd Tarxanın çarbağı qədər səfalı, havalı və geniş
mənzərəli yer az tapılar. Baği-meydanın bir az aşağısındakı bir yüksəkliyin
üstündə Külbə çayırına baxan bir çarbağ daha salınmışdır ki, bütün çayır
ayaq altındadır. Burada torpağı qat-qat düzəldərək gözəl qaraağaclar, bəyaz
sərvlər və söyüdlər əkmişlər. Çox gözəl bir yerdir. Yeganə qüsuru böyük bir
çayının olmamasıdır.
Səmərqənd şəhəri fövqəladə dərəcədə abad şəhərdir. Bu şəhərin digər
şəhərlərdə olmayan bir özəlliyi də vardır. Burada hər əsnafın ayrı birər baza-
rı vardır və beləcə, bir-birləri ilə qarışmırlar. Buna daim əməl edirlər. Yaxşı
çörəkçiləri və aşxanaları vardır. Dünyada ən yaxşı kağız Səmərqənddə isteh-
sal olunur, cüvaz kağızı deyilən bu növ kağızın bütün materialı Kani-Gildən
gəlir. Kani-Gil isə Qara su kənarındadır. (48 a) bu Qara suya abi-rəhmət də
deyirlər. Səmərqəndin qırmızı qədifə qumaşı hər tərəfə ixraç edilir. Ətra-
fında gözəl çayır-çəmənlər vardır. Ünlü çayırlarından biri Səmərqənd şəhə-
rinin şərqində və bir az cənuba doğru bir ağac məsafədəki Kani-Gil çayırıdır.
Abi-rəhmət də dedikləri Qara su Kani-Gilin ortasından axır. Yeddi-səkkiz
dəyirman işlədəcək qədər suyu vardır
1
. Çayın ətrafı tamamilə bataqlıqdır.
Bu çayırın əsl adı Kani-Abgirinişdir, lakin tarixlərdə daim
Kani-Gil deyə
yazırlar. Çox gözəl bir çayırdır. Səmərqənd sultanları bu çayırı iqamətgah
edir və hər il buraya çıxıb bir-iki ay yaşayırlar.
Bu çayırın bir az yuxarısında, cənub-şərqə doğru Xan Yurdu adında
bir çayır da vardır. Səmərqəndin şərqində şəhərdən bir ağac məsafədədir.
Qara Su bu çayırın içindən keçərək Kani-Gilə gedir. Bu Qara Su Xan Yur-
dunda elə bir şəkildə qıvrılır ki, meydana gətirdiyi çıxıntı (toqqay
2
) içində
1
Dəyirman suyu: axan suların miqdarını ölçmək üçün işlənən bir təbir.
2
Toqqay: çayın qıvrılması nəticəsində yaranan çıxıntıya verilən ad.
BABURNAMƏ
67
bir ordu enəcək qədər yer var. Buranın çıxış ağzı çox dardır və bu yerin əl-
verişli olduğunu görərərək Səmərqənd mühasirəsi zamanı bir neçə dəfə
burada oturmuşdum. Digər çayırlardan biri olan (48 b) Bödənə (bildirçin)
qoruğu da Dilgüşa bağı ilə Səmərqənd arasındadır. Göli-Məğaq çayırı isə
Səmərqəndin bir az şimalına doğru və iki ağac qədər qərb tərəfindədir. Bura
da gözəl bir çayırdır və bir tərəfində böyük bir göl olduğu üçün oraya Göli-
Məğaq çayırı da deyilir. Səmərqəndi mühasirə edəndə mən Xan Yurdunda
oturduğum zaman bu çayıra da Sultan Əli Mirzə yerləşmişdi.
Çayırlarından biri də Külbə çayırıdır. Bu çayır digərlərinə nəzərən da-
ha kiçıkdir. Şimalında Külbə kəndi və Kuhək çayı, cənubunda Baği-Meydan
və Dərviş Tarxanın çarbağı, şərqində isə Kuhək təpəsi yerləşir.
Səmərqəndin gözəl vilayətləri və tümənləri vardır. Ən geniş vilayəti
Səmərqəndin tayı olan Buxaradır. Səmərqəndin qərbində və ona iyirmi beş
ağac məsafədə yerləşir.
Buxaranın da bir neçə tüməni
1
vardır. Şəhər çox gözəldir. Meyvəsi bol
və gözəl olur. Qovunu fövqəladə yaxşı olur. Mavəraünnəhrin heç harasında
Buxarada olduğu qədər bol və yaxşı qovun tapılmaz. Gərçi Fərqanə vilayə-
tində Axsinin mir-teymuri adlanan qovunu buranınkından daha ləzzətli və
daha gözəldir, lakin Buxarada hər növ qovun bol və yaxşıdır. Buxaranm
əriyi də məşhurdur. Buxara əriyi kimi ərik heç bir yerdə tapımaz. Qabığını
soyub qurudur və nadir mal kimi vilayətdən (49 a) vilayətə göndərirlər. Mü-
layimət [bağırsaq yumşaqlığı] üçün fövqəladə yaxşı bir dərmandır. Quşu,
toyuğu və qazı çoxdur. Mavəraünnəhrdə Buxara şərablarından daha qüvvətli
şərab tapılmaz. Mən Səmərqənddə işki içdiyim ilk vaxtlarda Buxara şərab-
larını içirdim.
Keş vilayəti Səmərqəndin cənubunda, doqquz ağac məsafədədir. Sə-
mərqənd ilə Keş arasında İtmək Dabanı adlı bir dağ vardır. Yontma üçün iş-
lənən daşları bu dağdan gətirirlər. Baharda ova və şəhərin hər yeri çox gözəl
bir yaşıllığa büründügü üçün oraya Şəhrisəbz [Yaşil Şəhər] də deyirlər.
Teymur bəy Keşdə doğulduğuna görə bu şəhəri paytaxt etməyə çalı-
şırdı. Keşdə böyük binalar tikdirdi. Divan qurmaq üçün özünə böyük bir qa-
lereya, sağ və sol tərəfinə tavaçı
2
bəyləri ilə divan bəylərinin oturması üçün
bir az kiçık iki qalereya da tikdirmişdir. Bir də ərizəçilərin oturması üçün bu
divanxananın bir tərəfinə kiçık otaqlar inşa etdirmişdir. Bu qədər böyük
qalereya dünyada az tapılar və Kisri qalereyasından daha böyük olduğu söy-
lənir.
Bundan başqa, Keşə bir mədrəsə və bir də mavzoley tikdirmişdir. Ca-
hangir Mirzənın və digər bəzi övladlarının qəbrləri (49 b) oradadır. Amma
Keşin şəhər kimi inkişaf qabiliyyəti Səmərqənd qədər olmadığı üçün Tey-
1
Tümən: bir neçə mənası vardır: qəza (rayon), bölgə, on min, pul vahidi.
2
Tavaçı: qoşunda intizamı təmin edən, komandanın əmrlərini çatdıran subay.