Microsoft Word Calal Abdullayev ?s?rl?ri doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə19/108
tarix13.12.2017
ölçüsü2,83 Kb.
#15408
1   ...   15   16   17   18   19   20   21   22   ...   108

 
58
Azərbaycan sovet romanı yarandığı gündən etibarən öz dərin 
realizmi ilə  nəzəri cəlb etmişdir. «Yoxuşlar», «Dünya qopur», «Şa-
mo», «Daşqın», «Tərlan», «Qəhrəman» və «Dumanlı Təbriz» müəl-
lifin həyat həqiqətlərinə ciddi surətdə  əməl etmişlər. «Yoxuşlar»da 
Qumru, Bünyad, «Dünya qopur»da Veys və başqaları, «Şamo»da Alo, 
Safo,  Şamo, «Tərlan»da Mürsəl kişi, Fərman bəy, Tərlan, «Qəhrə-
man»da Qəhrəman və s. real həyati insanlardır.  
Bu  əsərlərdəki müsbət qəhrəmanlar heç də bütün nöqsanlardan 
xali, fövqəladə bir şəxsiyyət kimi deyil, qüsurları ilə, büdrəmələri, 
yıxılmaları ilə birlikdə verilmişdir. Müəlliflər realizmlə  bərabər, 
tarixilik məsələsinə  də diqqət yetirmişlər. Məsələn, «Dünya qopur» 
əsərindəki Veys surətinin məhz o şəkildə verilməsi tarixi həqiqətə ta-
mamilə uyğundur və heç kəs ondakı sadəlövhlüyə, ötkəmliyə təəccüb 
edə bilməz. Çünki o zaman inqilabın mahiyyətini məhz Veys kimi 
anlayan adamlar çox idi və müəllif onun timsalında belələrini 
ümumiləşdirmək istəmişdir. Əlbəttə, bu əsərlərdə nöqsanlar da vardır: 
təsvirlərdəki natamamlıq, kompozisiya dağınıqlığı, psixoloji təhlilin 
zəifliyi, surətlərin bəzi hallarda xarakter səviyyəsinə qaldırılmaması, 
dildəki qeyri-poetiklik və s.  
Müasir roman haqqında danışarkən təfərrüat məsələsinə də toxu-
nmaq lazımdır. Bədii yaradıcılıqda təfərrüatın böyük üslubi əhə-
miyyəti vardır və bunsuz roman keçinə bilməz. Yazıçı, xüsusilə ro-
manda kiçik detallara enməyincə, surətin xəyalından keçənləri təsvir 
etməyincə, onun fəaliyyət yerini, peşəsini, kimlərlə münasibətdə ol-
duğunu, xasiyyətini geniş şəkildə verməyincə fərdiləşdirmək, xarakter 
yaratmaq məsələsindən danışmaq mümkün deyil. Lakin bu məsələdə 
də müəyyən hədd gözlənilməlidir. Oxucularımızın məhəbbətini 
qazanmış ən yaxşı əsərlərdən biri olan «Saçlı»nı xatırlayaq. Müəllifin 
yenidən  əsərə qayıtmasına baxmayaraq, nə üçün Ruxsara və başqa 
müsbət surətlər nisbətən zəif çıxmışdır? Bizə elə gəlir ki, bu, ilk növ-
bədə, ədibin mənfi surətlərin təsvirinə həddindən çox yer verməsidir. 
Biz burada xüsusilə Kosa ilə bağlı  əhvalatların lüzumsuz şəkildə 
uzadılmasını nəzərdə tuturuq. Müəllif, Kosanın macəralarının təsviri-
nə  sərf etdiyi vaxtı Ruxsara surətinin dinamikasına yönəltsəydi, bu 
həyalı, ismətli azərbaycanlı  qızının obrazı daha dolğun və qüvvətli 
çıxardı.  
Yuxarıda dediyimiz təfsilatlılığı müəyyən dərəcədə hörmətli 
ədibimiz Əli Vəliyevin «Ürək dostları», «Turaclıya gedən yol», «Bu-


 
59
dağın xatirələri» kimi əsərlərində görə birlərik. Bu ondan irəli gəlir ki, 
yazıçılarımız bəzən süjet möhkəmliyinə, kompozisiya bütövlüyünə 
diqqəti zəiflədirlər. Yazıçını, hər şeydən əvvəl oxucuya demək istə-
diyi fikir maraqlandırmalıdır; iş prosesində köməkçi xətlərin hamısı 
əsas qayənin daha parlaq ifadəsinə tabe edilməlidir.  
Azərbaycan romanı haqqında gedən söhbətlərdə müsbət  ədəbi 
xarakterlərin əhəmiyyətindən də çox danışılır. Bu da başlıca məsələ-
dir. Doğrudan da o romanlar çox sevilir ki, oxucu orada öz ideal qəh-
rəmanını, təqdirəlayiq insanı tapa bilir. Romanlarımızda belə 
qəhrəmanlar vardır.  
Qumru, Şamo, Alo, Ruxsara, Qəhrəman, Sona, Mərdan, Tərlan, 
Tahir, Bayram, Firudin, Musa kişi, Maya, Araz, Gülşən, Ataş, Nur-
iyyə və s. kimi müsbət qəhrəmanlar yaratmış Azərbaycan romançıları 
bu sahədə daha da irəli gedə bilərlər.Deməli, əsas istiqamət düzgündür 
və bunu gələcəkdə də inkişaf etdirmək lazımdır.  
Müsbət qəhrəman yaratmaq məsələsinə gənc romançılarımız daha 
artıq həvəs göstərməlidirlər. Gənc romançılarımızın yaradıcılığındakı 
mövzu axtarışları, cəsarətli fikir, yeni söz demək, qısa və  mənalı 
yazmaq kimi xüsusiyyətlər təqdirəlayiqdir. Müəlliflərin hər biri öz 
qələmini roman sahəsində  sınamış  və  əsasən müvəffəq olmuşdur. 
Lakin bu yazıçılar xarakter yaratmağa, xüsusilə, müsbət qəhrəmanın 
təsvirində diqqəti artırmalıdırlar. «Adilənin taleyi» romanının möv-
zusu gənclərimizin  ən çox sevdiyi bir sahədən – jurnalistlik həya-
tından götürülmüşdür.Lakin müəllif, Elsevər və Adilənin  şəxsində 
bugünkü jurnalistin hərtərəfli müsbət surətini istənilən səviyyədə 
rəsm edə bilməmişdir.İsa Hüseynovun da müsbət qəhrəmanları 
hələlik zəifdir.Onlar, məsələn, deyək ki, Sultan Əmirli ilə müqayisədə 
çox kiçik görünürlər.  
Romançılarımız, xüsusilə, konkret tarixi şəxsiyyətdən bəhs edən 
əsərlərə daha diqqətli olmalıdırlar. Azərbaycan tarixində həyatı, fəa-
liyyəti böyük bir roman üçün dolğun bədii material verən görkəmli 
şəxsiyyətlər az deyil. Vaxtı ilə Fadeyev çox yaxşı demişdir ki, nə üçün 
Azərbaycanda M.F.Axundov haqqında indiyədək roman yaranma-
mışdır? Doğrudan da, nə üçün qazax yazıçısı M.Ayezov Abay Ku-
nanbayevin həyatından dünya ədəbiyyatının  ən gözəl bədii nümu-
nələri ilə bir sırada dura biləcək monumental bir əsər yarada bilir
bizim yazıçılar, deyək ki, Sabirin, Mirzə Cəlilin və Azərbaycan xalqı 
üçün öz canını  əsirgəməyən digər sənət bahadırlarının həyatından 


 
60
dolğun  əsərlər yaratmasınlar? Bu mövzuda yazılmış  bəzi  əsərlər, 
bütün müvəffəqiyyətli cəhətlərinə baxmayaraq, oxucunu kifayət qədər 
təmin etmir.  
Xalqımızın böyük oğullarından birinin həyatına həsr olunmuş 
«Bahar oğlu» romanını alaq. Seyfəddin Dağlının bu əsərində, hər 
şeydən əvvəl, Cabbarlı yaradıcılığına, Cabbarlı şəxsiyyətinə səmimi 
bir məhəbbət hissi hakimdir. Romanın üslubundakı lirizm də bundan 
irəli gəlir.Oxucu hiss edir ki, müəllif Cabbarlını  məftunluqla təsvir 
edir və bu hissi öz oxucularına da aşılamağa çalışır. «Bahar oğlu»nda 
sənətkarlıqla yazılmış fəsillər, hissələr çoxdur. Lakin əsəri butövlükdə 
oxuyub kitabı bükdüyümüz vaxt öz-özümüzə deyirik: yox, deyəsən, 
buradakı  səmimi sözlər Cəfər Cabbarlı üçün çox azdır. Hanı onun 
məşəl kimi yanan ürəyi? Hanı onun hər şeyi əhatə edən kəskin ağlı, 
zəkası  və istedadı? Hanı onun yenicə yaradıcılığa başladığı dövrün 
tufanlı fırtınası? 
Roman məsələsinə həsr olunmuş Leninqrad sessiyasında söhbət 
ən çox sənətkarlıq problemləri  ətrafında getmişdir. «Ədəbiyyat və 
incəsənət» qəzetinin açdığı müzakirədə də bu barədə çox söhbət olub 
və yəqin ki, bundan sonra da olacaqdır. 
 
«Ədəbiyyat və incəsənət» qəzeti,  
19 oktyabr 1963 
 
 
LİRİK MİNİATÜRLƏR 
 
Şair Əliağa Kürçaylının «Şeirlər» adlı yeni kitabındakı parçaları 
lirik miniatürlər adlandırmaq daha doğru olardı.Bunların əksəriyyəti 
bitkin bədii lövhələrlə, incə və səmimi hisslərlə zəngindir.Onları tək-
rar-təkrar oxumaq, şairin keçirdiyi hissləri dönə-dönə yaşamaq, 
duymaq istəyirsən:  
 
Canım qurban elimə, 
Çəmənimə, çölümə;  
Elsiz, günsüz bir ömür, 
Başsız küləkdir – dedim.  
Çox yanırsan dedilər,  
Odlanırsan dedilər;  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə