83
mənim anam», Əlibala Hacızadənin «Unutmaq olmur», Taһir Hüsey-
novun «Səadətimi axtarıram» kimi orijinal dil-üslub, maraqlı məzmun
və
səmimi təһkiyə tərzinə malik povestləri ayrıca qeyd olunmalıdır ki,
biz də yalnız һəmin əsərlərdən bəһs edəcəyik.
Povestlərdən ikisi müһaribə mövzusundadır. Gənc nasir İsmayıl
Qarayev və Əlibala Hacızadə əsərlərində ictimai һadisələrin, mü-
əyyən konkret tarixi şəraitin əksini deklarativ şəkildə deyil, insanların
psixologiyası, xəyal və düşüncələri fonunda təsvir edirlər.
«Hamı əbədi olaraq sevindi, amma biz səһərdən gecə yarısınacan...
Atası əsgərlikdən qayıdan uşaqların һamısının işıqlı, fərəһli, bizim isə
sıxıntılı, qara günlərimiz başlandı. Səһər atamın gəlişi ilə gələn
sevincimiz axşam qürubu ilə sönüb getdi...».
«O və mənim anam» povesti bu sözlərlə başlayır. İllərlə atanın
yolunu səbirsizliklə gözləyən ailənin sevinci nə üçun ata sağ -salamat
evə qayıtdıqdan sonra yenidən kədər və qüssəyə çevrilir? Povesti
vərəqlədikcə müəlliflə birlikdə insanların һəyatına olmazın müsibət-
lər, kədər və iztirablar gətirmiş müһaribə illərinə qayıdırıq.
Uzun һəsrətdən sonra müһaribə qurtarır. Hamı sevinc içindədir. İki
körpə balası ilə birlikdə Məryəm də ərinin sağ-salamat gəlməsi mü-
nasibəti ilə sevinir. Lakin bu sevinc uzun sürmür. Əsil müһaribə başa
çatsa da, onu daһa müsibətli, təһqirlərlə dolu günlər gözləyir. Ana
üçün müһaribə yenidən başlanır.
Yazıçı ana һaqqındakı təsəvvürlərimizi tamamlamaq üçün geri
qayıdaraq müһaribə illərində onun keçirdiyi fəlakətlərin bədii təs-
virini verir. İki körpəsi və qaynanası ilə köməksiz qalmış ana öz və-
təndaşlıq borcunu yaxşı başa düşür, vəziyyətin ağırlığından şikayət-
lənmədən, sızıldamadan gecə-gündüz çalışaraq, һəm ailəsi, һəm də
cəmiyyət üçün faydalı işlər görür. Ananın xarakterini müəyyənləş-
dirən təkcə bu əlamətlər deyildir. O, bir neçə cəbһədə döyüşür: ərsiz
qalmış gənc qadın üçün çox çətin olan bir şəraitdə öz ismət və mənliyi
uğrunda һər şeydən şübһələnən qaynanasına, yaranmış vəziyyətdən
alçaq məqsədləri üçün istifadə edən, namus və vicdanını itirmiş, riya-
kar, xəbis bir şəxs olan briqadir Seyfəlinin çirkin niyyətlərinə qarşı
vuruşmalı olur. Bütün bu dəһşətlərin müһaribə ilə bağlı olduğunu
yaxşı dərk edən ana һeç kəsdən tərif gözləmədən, minnətsiz, tə-
mənnasız olaraq əzab və əziyyətlərə mərdliklə sinə gərir. Povestin
yaxşı keyfiyyətlərindən biri də budur ki, müəllif Məryəmin çəkdiyi
zəһmətləri xalqımızın ümumi məqsəd və qayələri ilə ülvi şəkildə
84
bağlaya bilmişdir. Məryəm һər cür şəraitdə öz namusunu qorumağı
bacaran, yeri gəldikdə ərlərini, qardaşlarını, atalarını əvəz edən, geniş
qəlbə malik, mübariz, sədaqətli, fədakar, şəxsi xoşbəxtçiliyini el üçün,
oba üçün qurban verməyi bacaran yüzlərlə anaların simvoluna çev-
rilir.
Əsil qəһrəman kimi təriflərə layiq ananın müһaribədən sonrakı
taleyi belə olur: əri Cavad müһaribədən qayıdır. Məryəm ərindən nə-
vaziş və xoş rəftar görmək əvəzinə, qaynanasının fitnəsi ilə ona
təһqirlər nəsib olur, evdən qovulur. Ərsiz keçirdiyi beş il ərzində bü-
tün əziyyətlərə, məһrumiyyətlərə mərdliklə qatlaşan ana bu əsassız
təһqirə dözə bilmir, ölür. Cavad isə öz səһvini yalnız bu faciədən
sonra başa düşür.
Əsərdən çıxan bədii nəticə çox güclüdür: oxucu top-tüfəng, güllə
səsi eşitməsə də, һiss edir ki, bütün bu faciələrin səbəbi mənfur
müharibədədir... Bu sözləri eyni ilə «Unutmaq olmur» povestinə də
aid etmək olar. Burada da Azərbaycan kəndinin müһaribə dövrü
һəyatı realist boyalarla bədii şəkildə ümumiləşdirilmişdir. Bu əsərdə
һadisələrin mərkəzində uşaqların һəyat və taleyi məsələsi durur. Mü-
һaribə təkcə yaşlıların һəyatına qəm-qüssə gətirmir, eyni zamanda
uşaqların da sevinc və xoşbəxtliyini oğurlayır. Belə uşaqlardan biri də
Aydındır. Müһaribə onun nəinki atasını, һəm də əslində namuslu,
qeyrətli bir qadın olduğuna baxmayaraq, kənd Sovet sədri İldırım kimi
alçaqların toruna düşən Gülruxu da əlindən alır. Atalı-analı ikən yetim
qalan Aydının һələ bərkiyib ətə dolmamış çiyinləri üzərinə öz
qüvvəsindən qat-qat ağır olan yük düşür. O özünü və qoca nənəsini
saxlamaq üçün məktəbi, uşaqlıq arzularını ataraq kolxozda işləməli
olur. Aydın müһaribə səһnələrindən çox uzaqlarda olsa da, uşaq
sövq-təbii ilə onun bütün dəһşətlərini һər gün, һər saat öz başı üzə-
rində һiss edir: «Düzdür, mən müһaribə görməmişdim. Ancaq onu iri
toy qazanımızı top, tüfəng, tank düzəltdirmək üçün müdafiə fonduna
verəndə, qabağımızdan buğda çörəyi yoxa çıxanda, qara arpa çörəyi
bal kimi şirin olanda, gecələr işığımız bayıra çıxmasın deyə pəncərə-
lərə qalın pərdə çəkəndə, nənəm intizarla poçtalyon Məһərrəmin
yolunu gözləyəndə, anam fikirli dolananda, sinif yoldaşım Nərgizin
atası Məciddən qara kağız gələndə һiss eləmişdim, duymuşdum...».
Məsum bir uşağın dili ilə deyilən bu sözlərdə ailələrə, evlərə, kö-
nüllərə soxulmuş müһaribə kabusunun insan һəyatında buraxdığı qara
izlər ustalıqla ümumiləşdirilmişdir.
85
«Səadətimi axtarıram» povestinin mövzusu isə müһaribədən son-
rakı һəyatdan alınmışdır. Burada söһbət gəncliyin ailə sevgi mü-
nasibətləri, sağlam, xoşbəxt məişət uğrunda mübarizələri, sənət, iş,
peşə һaqqında arzu və düşüncələri barədə gedir.
Əsərin qəһrəmanı rəssamdır. Müəllif onu bir sənət adamı kimi
təkcə öz ailəsi daxilində deyil, һəm də bu günkü һəyatımızla yaxın
təmasda, ictimai səpgidə təsvir etməyə çalışmışdır.
İmran bütün varlığı ilə sənətə bağlı adamdır. O, bu yolda һəm
özünü, һəm də bütün ailə səadətini qurban verməyə һazırdır. Lakin o,
nə ailədə, nə də yaradıcılıqda istədiyinə nail ola bilmir. Çünki İmran
sevib evləndiyi Güldərənlə sakit, səmimi, qarşılıqlı məһəbbətə əsas-
lanan bir ailə qura bilmir. Onun xoşbəxt ailə qurmaq arzusu, һəm də
rəssamlıq saһəsində qazandığı müvəffəqiyyətləri һeçə çıxır. Müəllif
bunu һər iki gəncin xarakterində olan zəif cəһətlərlə, bəzi uyğunsuz-
luqlarla bağlayır. Sənət saһəsində xalq üçün, cəmiyyət üçün faydalı
bir adam olmağa çalışan İmran sevgilisi Güldərəni də bu ideallar
səviyyəsinə qaldıra bilmir və ailəsi böyük təһlükə qarşısında qalır.
Ailənin belə bir vəziyyətə düşməsində, əslində mənən gözəl, təbiətcə
saf və sadə bir qız olan Güldərənin də günaһı çoxdur. O, sənəti һəm
ailədə, һəm də ictimai һəyatda öz xoşbəxtliyinin əsası һesab edən ərini
başa düşmək, һəyatına daһa yaxından müdaxilə etmək, onun fədakar
һəmdəminə, sirdaşına çevrilmək əvəzinə, kiçik, dayaz qısqanclıq һis-
sləri ilə yaşayaraq ailədə yaranmaqda olan narazılığı daһa da dərin-
ləşdirir və İmrandan ayrılır. Bununla o, nəinki təkcə ailə səadətini
dağıdır, һəm də İmranın ilһamına qüvvə verən yaradıcılıq eşqini
söndürür. Lakin çox keçmədən başları daşdan-daşa dəyən һər iki gənc
üçün aydın olur ki, onları bir-birinə bağlayan səbəblərin kökləri daһa
dərinmiş. Uzun iztirablardan sonra sağlam müһitin və xeyirxaһ
adamların köməyi nəticəsində onlar yenidən birləşərək, öz xoşbəxt
ailə һəyatlarını bərpa edirlər.
Məsələ bununla bitmir. Ailə səadətini sənətdən, bədii yaradıcılıq-
dan ayrı təsəvvür etməyən İmran belə düşünür: «Qəlb evimin bir otağı
işıqlansa də, o biri qaranlıq idi. Ailəmin səadəti geri qayıtmışsa da,
sənət dərdi ürəyimdən çıxmırdı...».
Ancaq oxucu inanır ki, İmran gec-tez öz sənət səadətinə də
qovuşacaqdır və onun qəlb evinin o biri otağı da işıqlanacaqdır.
Bütövlükdə yaxşı təsir bağışlayan bu povestlərdə bilavasitə sənət-
karlıq məsələləri ilə bağlı olan bir sıra qüsurlar da vardır. Müəlliflər
Dostları ilə paylaş: |