87
A l m a z. Apardı ( Sükut) Dəzgahların hamısı dayandı. Bir ana öz uşağının ayaq
atmasına nə qədər sevinirsə, mən də bu çarxların hər dönüşünə o qədər sevinirdim.
Indi isə hamısı susdu, dayandı.
X a n ı m n a z. Dedim, ay bala, qatışma, nəyinə gərəkdir, dərsini de, otur
səninçin. Odur, Mirzə Səməndər. Bayaq mən gələndə Hacı Mürsəlqulunun nökəri
bir səbət yumurta gətirirdi. Bir yük də almaarmud. Amma sən, buyur, ac-acına
oturmuşsan.
A l m a z. Ana, Mirzə Səməndər ancaq öz xoş gününü düşünür. Mən isə ümumi
iş üçün çalışıram. O, satqın adamdır. Sən istərsən ki, mən də onun kimi hər şeyi bir
qarın çörəyə satım. Hə? İstəyirsən?
X a n ı m n a z. Istəmərəm, ay balam, istəmirəm. Ancaq nə edim? Borcumuz da
çoxdur. Bunları da hələ nisyə aldım ki, Almaz qulluq elər, verərik. Köynəyim də
ki, o gün ilişib çırılıb, bu da sənin xeyrin. Mən də istəyirəm yaxşılıq eləyəsən.
Ancaq heç kəs ki, anlamır. Qulluqdan da çıxartdılar, sonra nə olar?
A f t i l (gəlir). Almaz xanım, bağışlagilən, kor qız kimi gedib, gedib,
qayıdıram.
A l m a z. Buyur, buyur Aftil dayı.
A f t i l. Almaz xanım, siz gecələr, bağışla ha, bir növ yöndəmsiz də çıxır, siz
gecələr harada yatırsınız?
X a n ı m n a z. Nə olmuş ki?.. Nə var ki, başuva dönüm?
A l m a z. Nə üçün soruşursunuz, Aftil dayı?
A f t i l. Heç, bacıqızı, ürəyinə bir şey gəlməsin, nə var, Allaha şükür, ancaq
mən onu demək istəyirəm ki, açıq yerdə yatmayasan. Bir də, ey ana, adamdır, işdir,
gecə qapını döyən oldu, məbada açasınız.
X a n ı m n a z. Ay balam, nə xəbər var, nə eşitmişsən ki?
A f t i l. Elə bir şey yoxdur, ay ana! Ancaq elə ehtiyat üçün deyirəm də. Ehtiyat
igidin bəzəyidir.
A l m a z. Aftil dayı, sən bir şey bilirsənsə açıq de.
A f t i l. Bilirsən, bacıqızı, bu adam var, bir cürdür. Hürkütdün, daha qabağını
saxlamaq olmaz. Nə ağına baxar, nə bozuna. Bir də, insane ki var, çiy süd əmibdir.
Nə lazım. Mən deyərdim ki, lap, əgər mümkünsə, hələ bir neçə vaxt, lap köç
şəhərə. Sonra, ara seyxaş olar, yenə də gələrsən.
A l m a z. Yaxşı, Aftil dayı, çox sağ ol! Fikirləşərik görək nə olur. Deməli, sən
deyirsən qaçaq?
88
A f t i l. Almaz xanım, vallah, billah, bağışla ha, işdir də, nə lazım. Sağ ol!
A l m a z. Sağ ol, Aftil dayı! ( Almaz geyinib bayıra çıxmaq istəyir).
X a n ı m n a z. Hara gedirsən?
A l m a z. Barata dəymək istəyirəm.
X a n ı m n a z. Bu tar vaxtı sən getmə. Qaranlıqdır, sən dayan, mən gedim.
Bu aralıq qapı açılır. Almaz geri çəkilir, qapıda
H a c ı Ə h m ə d i n saqqalı görünür
.
A l m a z ( diksinərək). Kimdir?
H a c ı Ə h m ə d. Qorxma, bizik ( İçəri girir). Baloğlan, içəri gəl! (O da gəlir).
Ibad gəlmədi?
B a l o ğ l a n. Yox.
X a n ı m n a z. Mən qorxuram...
A l m a z. Nə istəyirsiniz?
H a c ı Ə h m ə d. Heç, elə belə, gəldik, baş çəkək. Oturmaq olar?
A l m a z. Olar.
H a c ı Ə h m ə d. Biz eşitdik azuqə sarıdan korluq çəkirsiniz. İşləriniz necə
gedir?
A l m a z. Hər iş öz qaydası ilə gedir.
H a c ı Ə h m ə d. Şükür Allaha, şükür Allaha!
B a l o ğ l a n. Əlbəttə, yaxşı getsə yaxşıdır. Prizidumun qərarını, yəqin ki,
eşitmişsiniz.
A l m a z. Eşitmişəm.
B a l o ğ l a n. Qərar belədir ki, Almaz, hansı ki, məğlətə salır kəndə və camaat
arasına, hansı ki, bir neçə bidət işlərdə olub və kəndə dava salır, hökumət onu
müəllimlikdən çıxartsın və bir də, Mirzə Səməndərdən razılıq kağızı yazsın və onu
həmişəlik müdir eləsin. Nə üçün ki, o can yandırır. Nə edəsən, camaatdır da, başa
düşmür ki...
A l m a z. Yaxşı qərardır.
H a c ı Ə h m ə d. Yaxşı deyəndə ki, daha bunun yaxşı harası oldu?
A l m a z. Hər halda sizinçin ki, yaxşıdır.
H a c ı Ə h m ə d. Bilirsən, bacıqızı, sən oxumuşsan. Allah başacan eləsin. Biz
avamıq. Olmuyub da bizim vaxtımızda, olmuyub, oxumamışıq. Ancaq mən bu boş
başımnan başa düşürəm ki, indiki zəmanədə hər kəs oxumadı, nəüzənbillah,
heyvan kimi bir şeydir.
B a l o ğ l a n. Bəli, bəli ya.
89
H a c ı Ə h m ə d. Odur ki, sənin ayağın biləni bizim başımız da bilə bilməz.
Belədir, Baloğlan, ya qeyri-belədir?
B a l o ğ l a n. Elə böyüklər də deyiblər: yüz dənə qanmaz dostun olunca, bir
dənə qanacaqlı düşmənin olsun.
H a c ı Ə h m ə d. Belədir, bacıqızı, ya qeyri-belədir?
A l m a z. Bilmirəm.
H a c ı Ə h m ə d. Yox, bacıqızı, məsələdən boyun qaçırtma. Doğrudur, biz
avamıq, amma bu xaraba dünyada əlli il ömür eləmişik. Ancaq, bacıqızı, uzun
sözün qısası: biz səndən incimişik. Çox bərk rəncidə olmuşuq. Dostluqdan ha! Elə
mən də, Baloğlan da. Mən ölüm, Baloğlan, belədir, ya qeyri-belədir?
B a l o ğ l a n. Bəli, bəli ya, dostluqda, yoxsa başqa niyyətlə yox.
H a c ı Ə h m ə d. Biz dedik sən gələrsən, türk demişkən, bizim dalımıza dirək
olarsan, amma sən gəldin, başladın bizimçin öküzü öləndən. Mənə, bacıqızı, Hacı
Əhməd deyərlər. Mən bir adamam ki, iş düşmənçilik məqamına gələndə,
yamanlığa gələndə, gözümə patron sıxsalar, ayaq geri basmaram. Bir iynəmə kimi
sataram, işi yeridərəm. Aşağı oynamaq üçün yığarlar. Amma indi baxıb görürəm,
yamanlığı kimə eləyim. Elə sən də mənimkisən də. O bir balamın ölmüşünə ki,
dünən camaat o qərarı çıxaranda mənim içim içimi kəsirdi. Canunçun, Baloğlan,
yenə qoymazdım, amma baxırsan görürsən ki, iş bir növ yöndəmsiz düşübdür.
Danışasan, nə danışasan? Yamanlıq eləyəsən, kimə eləyəsən. Yaramaz axı. Hər
adamın öz yeri var. Mirzə Səməndər nədir ki, onun dərsi nə olsun? Amma di gəl ki,
bu yandan da belin bağlı deyil. Qoy Almaz xanım bir kəlmə hə desin, elə vurum
şillaxtanı o Mirzə Səməndərə ki, elə vurum ona lingi ki, min il də özünə gəlməsin.
Canunçun, Baloğlan, eləmək olar, olmaz?
B a l o ğ l a n. Bəli, bəli ya, göydə.
H a c ı Ə h m ə d. Ancaq iş gərək yoluynan getsin, yoxsa Şərif haranın adamıdır
ki, mən dura-dura, mənim adamıma əlaltı ling vursun. Özünü də ona tərəfdar
göstərsin, o yandan da Mirzə Səməndəri irəli çəksin. Belədir, bacıqızı, ya qeyri-
belədir? Vallahi, o Şərifə elə bir ling gəlləm ki, lap əlləzinəni əzbər oxuyar. O nə
adamdır ki, mənim adamıma dolaşsın?
B a l o ğ l a n. Belə, bilirsən, Hacı, mən onun əsl ölümünü bilirəm.
H a c ı Ə h m ə d. Onun öldüyü odur ki, birdən Hacı Əhməd, ya Baloğlan dil
elərlər, Almaz xanımı onun yerinə şuraya katib keçirərlər. Onun ölümü budur.
Dostları ilə paylaş: |