84
Ş ə r i f. Yoldaşlar, sakit olun, belə olmaz. Ay gədə, Tarverdi, o qapını aç!
Almaz xanım, sən gir içəri, bir dəqiqə, bir dəqiqə, Baloğlan, qoyma, bu nədir?
Xalqın qızını gündüz günortaçağı öldürmək istəyirlər. Hamımız Sibirə gedərik. Siz
beysabsınız.
H a c ı Ə h m ə d. O bizim kəndimizə məğlətə salır. Biz kəndlilər tələb edirik:
bu saat o bu kənddən çıxsın! Ay gədə, Balarza, uşaqlara de, hamısı qışqırsın.
Yoxsa, nacins oğrunun yadına daş salar.
B a l a r z a. Kəndimizdən çıxsın, çıxsın, çıxsın!
İ b a d. Ay camaat, qiryətiniz yoxdur? Gurrah verin içəri! Hamısı gurrah verir.
X a n ı m n a z. Vay, balamı öldürdülər. Ay məscid sahibi, sən yetiş harayına!
Vay, balamı öldürdülər.
Ş ə r i f. Yoldaşlar, qulaq asın, gurultu lazım deyil. Təklifdir, qəbul etmədiniz,
etmədiniz. Deyirsiniz kənddən çıxsın, sakit olun, çıxsın getsin.
H a m ı. Çıxsın, çıxsın, çıxsın, getsin!
Ş ə r i f. Almaz xanım, gəlin gedək.
Almaz sakit bir baxışla hamını süzür, gedir.
P ə r d ə
ÜÇÜNCÜ PƏRDƏ
“Yeni yol”un açdığı yunbirliyi. Bir-birinin yanında bir neçə dəzgah qoyulmuşdur.
Gün batmaq üzrədir. Uzaqdan oxumaq səsi gəlir. Ancaq bircə dəzgahın yanında bir
arvad işləyir.
Y a x ş ı.
Gərək günəş dağları aşıb sönməyəydi!
Gərək mənim dönmüş taleyim dönməyəydi!
Gərək mənim istədiyim gidi fələk
Açılmadan qara torpağa gömməyəydi!
Göydəki aya deyim, dərdimi qoy yarə yetirsin,
Ürəyim dərdə düşüb, yar mənə bir çarə yetirsin.
X a n ı m n a z içəri girir, halı çox pozğundur, sanki öz qızına baxmaqdan
utanır.
A l m a z. Nə var?
X a n ı m n a z. Heç nə.
85
A l m a z. Kimi gördün?
X a n ı m n a z. Heç kəsi. Günortadan bəridir durmuşam qapı ağzında, bu qədər
arvaddan birisini də görə bilmədim. Heç bu küçədən də keçmirlər.
Sükut.
A l m a z. Yəqin mənimlə üz-üzə gəlməkdən utanırlar.
X a n ı m n a z. Bütün kənd əhli də yığışıb elliklə ərizə veriblər ki, biz xahiş
eləyirik. Şura hökumətindən ki, ya bu kənddə biz kənd camaatı sağ qalaq, ya da
Almaz. Hamılıqnan qol qoyublar, möhür basıblar. Bircə, deyir, Şərif, aqibətixeyir,
qol çəkməyibdir ki, bu heç kişilikdən deyil.
A l m a z. Şərif çox yaxşı adam imiş, ana. Mən heç gözləməzdim. İşlək,
çalışqan, xeyirxah.
X a n ı m n a z. O gün o olmasaydı, Allah eləməmişkən, sənə hələ bir sədəmə
toxundurardılar. Dedim sənə qatışma. İndi heç kəs bizə bir çöp də satmaq istəmir.
Salaməleyk də etmək istəmirlər. Aftil üçün də belə bir tədbir töküblər ki, ölüsü
ölsə, heç kəs basdırmağa getməsin. Deyir, nə üçün hamısı öz arvadını kolxozdan
çıxardıb apardı, o çıxartmadı.
A l m a z. Amma yenə də aparmır ki... Görürsən, min cür söz deyirlər, amma
arvadını aparmır ki, aparmır. Bu az iş deyildir ki. Kənddir, bir-bir göz açır.
X a n ı m n a z. Ay qızım, istəyirəm sənə bir söz deyəm. Mən deyirəm, gedim
bir Hacı Əhmədin yanına. İstəyirsən elə bir yerdə gedək, deyək daha bir işdir
düşübdür.
A f t i l ( gəlir). Almaz xanım evdədir?
A l m a z. Evdəyəm, ay Aftil dayı, buyur, otur. Eşitdim səni yaman sıxırlar?
A f t i l. Həri, balam. Deyir, arxalı köpək qurd basar.
A l m a z. Aftil dayı, hamıdan möhkəm yenə də axırda sən çıxdın.
A f t i l. Bu saat kənddə bir çaxnaşmadır ki, gəl görəsən. Bayaq selsovetin
əliylə ərizə yazmışdılar ki, Almaz intriğandır. Kəndə vəlvələ salır. Onu kənddən
çıxartsınlar. Savsim qulluqda qoymasınlar. Bir də o məscid məsələsi işi çox
korladı. İki gündür salamımı da almırlar, deyirlər ki, Almaz ilə çaşqa-loşqa
olmuşsan. Əvam adamıq da, neyləyək.
A l m a z. Nə var ki, Aftil dayı. Sən bilirsən ki, mən sənin xatırını nə qədər
istəyirəm.
A f t i l. Mən, bacıqızı, gəlmişəm arvadı aparım.
86
A l m a z. Eh, Aftil dayı, axırda sən də təslim oldun.
A f t i l. Yox, bacıqızı, iş orasındadır ki, bir anam var, səhərdən axşamacan
əlində Quran yalvarır. Molla Sübhan da deyib ki, o qızla alver haramdır. Selsovet
də deyir ki, müəllimə kəndə ləxləxə salır. Biz də elik, bir mən hamıdan ayrıldım,
sabah ölümü yerdən götürən olmaz. Bir də, məscid məsələsindən bir növ
xoflanıram. Mən, hələ, ona da baxmazdım, ancaq, vallah, bacıqızı, arvadım ki,
bura gəlir, elə baxırlar ki, guya, Allah eləməmişkən, bir yava yerə gəlir. Gərək bir
növ bağışlayasan də.
A l m a z. Deyir:
Yaxşı gündə düşmən dönər, dost olar.
İgid odur yaman günə dayansın.
X a n ı m n a z (g ələrək). Uşağı göndərmişəm nöyüt üçün; gedib, qabı boş
qaytarıb.
A f t i l. Bizim də, vallah, nöyütümüz qurtarıb.
A l m a z. İstəməz, Aftil dayı. Biz nöyütsüz də keçinə bilərik. Göyün ayı,
gecənin aydınlığı bizə işıq verər.
X a n ı m n a z. Qızı göndərmişdim Yaxşıgilə süd üçün. Yolda İbad boğazı
qurumuş rast gəlib ona, alıb qabı əlindən, elə ki, çırpıb divara, az qalıb qabın
parçaları qızın gözünü çıxartsın.
A f t i l. Nə isə, arvad, axşamdır, daha gedək. Sağ olun, Almaz xanım! Daha nə
edək? Deyir, biz ki, varıq, başımız icmaya bağlıdır. Sağ olun!
A l m a z. Sağ ol, Aftil dayı! Mən səni təqsirləndirmirəm, yenə də sən hamıdan
hünərlisən.
A f t i l. Vallah, neyləyim? Aşağı tüpürürəm saqqaldır, yuxarı tüpürürəm bığ.
A l m a z. Aftil dayı, bəlkə mən səninlə yenə danışmalı oldum. Evinizə gəlmək
olarmı?
A f t i l. Evimizə deyəndə ki... gəlmək olar deyəndə ki... Neynək, gəlsən, gəl də.
Sağ ol!
Çıxırlar. Sükut. Bir azdan A f t i l qayıdır.
A f t i l. Almaz xanım!
A l m a z. Buyurun.
A f t i l. Heç, heç ( Gedir).
X a n ı m n a z. O da öz arvadını apardı?
Dostları ilə paylaş: |