Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   22   23   24   25   26   27   28   29   ...   113

84 
 
Ş  ə r i f. Yoldaşlar, sakit olun, belə  olmaz.  Ay  gədə, Tarverdi, o qapını aç! 
Almaz xanım, sən gir içəri, bir dəqiqə, bir dəqiqə, Baloğlan, qoyma, bu nədir? 
Xalqın qızını gündüz günortaçağı öldürmək istəyirlər. Hamımız Sibirə gedərik. Siz 
beysabsınız. 
H a c ı Ə h m ə d. O bizim kəndimizə məğlətə salır. Biz kəndlilər tələb edirik: 
bu saat o bu kənddən çıxsın! Ay gədə, Balarza, uşaqlara de, hamısı  qışqırsın. 
Yoxsa, nacins oğrunun yadına daş salar. 
B a l a r z a. Kəndimizdən çıxsın, çıxsın, çıxsın! 
İ b a d. Ay camaat, qiryətiniz yoxdur? Gurrah verin içəri! Hamısı gurrah verir. 
X a n ı m n a z. Vay, balamı öldürdülər. Ay məscid sahibi, sən yetiş harayına! 
Vay, balamı öldürdülər. 
Ş ə r i f. Yoldaşlar, qulaq asın, gurultu lazım deyil. Təklifdir, qəbul etmədiniz, 
etmədiniz. Deyirsiniz kənddən çıxsın, sakit olun, çıxsın getsin. 
H a m ı. Çıxsın, çıxsın, çıxsın, getsin! 
Ş ə r i f. Almaz xanım, gəlin gedək. 
Almaz sakit bir baxışla hamını süzür, gedir. 
 
P ə r d ə 
 
ÜÇÜNCÜ PƏRDƏ 
 
“Yeni yol”un açdığı yunbirliyi. Bir-birinin yanında bir neçə dəzgah qoyulmuşdur. 
Gün batmaq üzrədir. Uzaqdan oxumaq səsi gəlir. Ancaq bircə dəzgahın yanında bir 
arvad işləyir. 
Y a x ş ı. 
Gərək günəş dağları aşıb sönməyəydi! 
Gərək mənim dönmüş taleyim dönməyəydi! 
Gərək mənim istədiyim gidi fələk 
Açılmadan qara torpağa gömməyəydi! 
Göydəki aya deyim, dərdimi qoy yarə yetirsin
Ürəyim dərdə düşüb, yar mənə bir çarə yetirsin. 
X a n ı m n a z içəri girir, halı çox pozğundur, sanki öz qızına baxmaqdan 
utanır. 
A l m a z. Nə var? 
X a n ı m n a z. Heç nə. 


85 
 
A l m a z. Kimi gördün? 
X a n ı m n a z. Heç kəsi. Günortadan bəridir durmuşam qapı ağzında, bu qədər 
arvaddan birisini də görə bilmədim. Heç bu küçədən də keçmirlər. 
Sükut. 
A l m a z. Yəqin mənimlə üz-üzə gəlməkdən utanırlar. 
X a n ı m n a z. Bütün kənd əhli də yığışıb elliklə ərizə veriblər ki, biz xahiş 
eləyirik.  Şura hökumətindən ki, ya bu kənddə biz kənd camaatı sağ qalaq, ya da 
Almaz. Hamılıqnan qol qoyublar, möhür basıblar. Bircə, deyir, Şərif, aqibətixeyir, 
qol çəkməyibdir ki, bu heç kişilikdən deyil. 
A l m a z. Şərif çox yaxşı adam imiş, ana. Mən heç gözləməzdim.  İşlək, 
çalışqan, xeyirxah. 
X a n ı m n a z. O gün o olmasaydı, Allah eləməmişkən, sənə hələ bir sədəmə 
toxundurardılar. Dedim sənə qatışma. İndi heç kəs bizə bir çöp də satmaq istəmir. 
Salaməleyk də etmək istəmirlər. Aftil üçün də belə bir tədbir töküblər ki, ölüsü 
ölsə, heç kəs basdırmağa getməsin. Deyir, nə üçün hamısı öz arvadını kolxozdan 
çıxardıb apardı, o çıxartmadı. 
A l m a z. Amma yenə də aparmır ki... Görürsən, min cür söz deyirlər, amma 
arvadını aparmır ki, aparmır. Bu az iş deyildir ki. Kənddir, bir-bir göz açır. 
X a n ı m n a z. Ay qızım, istəyirəm sənə bir söz deyəm. Mən deyirəm, gedim 
bir Hacı  Əhmədin yanına.  İstəyirsən elə bir yerdə gedək, deyək daha bir işdir 
düşübdür. 
A f t i l (gəlir). Almaz xanım evdədir? 
A l m a z. Evdəyəm, ay Aftil dayı, buyur, otur. Eşitdim səni yaman sıxırlar? 
A f t i l. Həri, balam. Deyir, arxalı köpək qurd basar. 
A l m a z. Aftil dayı, hamıdan möhkəm yenə də axırda sən çıxdın. 
A f t i l. Bu saat kənddə bir çaxnaşmadır ki, gəl görəsən. Bayaq selsovetin 
əliylə  ərizə yazmışdılar ki, Almaz intriğandır. Kəndə  vəlvələ salır. Onu kənddən 
çıxartsınlar. Savsim qulluqda qoymasınlar. Bir də o məscid məsələsi işi çox 
korladı.  İki gündür salamımı da almırlar, deyirlər ki, Almaz ilə çaşqa-loşqa 
olmuşsan. Əvam adamıq da, neyləyək. 
A l m a z. Nə var ki, Aftil dayı. Sən bilirsən ki, mən sənin xatırını  nə  qədər 
istəyirəm. 
A f t i l. Mən, bacıqızı, gəlmişəm arvadı aparım. 


86 
 
A l m a z. Eh, Aftil dayı, axırda sən də təslim oldun. 
A f t i l. Yox, bacıqızı, iş orasındadır ki, bir anam var, səhərdən axşamacan 
əlində Quran yalvarır. Molla Sübhan da deyib ki, o qızla alver haramdır. Selsovet 
də deyir ki, müəllimə kəndə ləxləxə salır. Biz də elik, bir mən hamıdan ayrıldım, 
sabah ölümü yerdən götürən olmaz. Bir də, məscid məsələsindən bir növ 
xoflanıram. Mən, hələ, ona da baxmazdım, ancaq, vallah, bacıqızı, arvadım ki, 
bura gəlir, elə baxırlar ki, guya, Allah eləməmişkən, bir yava yerə gəlir. Gərək bir 
növ bağışlayasan də. 
A l m a z. Deyir: 
Yaxşı gündə düşmən dönər, dost olar. 
İgid odur yaman günə dayansın. 
 
X a n ı m n a z (gələrək). Uşağı göndərmişəm nöyüt üçün; gedib, qabı boş 
qaytarıb. 
A f t i l. Bizim də, vallah, nöyütümüz qurtarıb. 
A l m a z. İstəməz, Aftil dayı. Biz nöyütsüz də keçinə bilərik. Göyün ayı, 
gecənin aydınlığı bizə işıq verər. 
X a n ı m n a z. Qızı göndərmişdim Yaxşıgilə süd üçün. Yolda İbad boğazı 
qurumuş rast gəlib ona, alıb qabı  əlindən, elə ki, çırpıb divara, az qalıb qabın 
parçaları qızın gözünü çıxartsın. 
A f t i l. Nə isə, arvad, axşamdır, daha gedək. Sağ olun, Almaz xanım! Daha nə 
edək? Deyir, biz ki, varıq, başımız icmaya bağlıdır. Sağ olun! 
A l m a z. Sağ ol, Aftil dayı! Mən səni təqsirləndirmirəm, yenə də sən hamıdan 
hünərlisən. 
A f t i l. Vallah, neyləyim? Aşağı tüpürürəm saqqaldır, yuxarı tüpürürəm bığ. 
A l m a z. Aftil dayı, bəlkə mən səninlə yenə danışmalı oldum. Evinizə gəlmək 
olarmı? 
A f t i l. Evimizə deyəndə ki... gəlmək olar deyəndə ki... Neynək, gəlsən, gəl də. 
Sağ ol! 
 
Çıxırlar. Sükut. Bir azdan A f t i l qayıdır. 
 
A f t i l. Almaz xanım! 
A l m a z. Buyurun. 
A f t i l. Heç, heç (Gedir)
X a n ı m n a z. O da öz arvadını apardı? 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə