Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   21   22   23   24   25   26   27   28   ...   113

81 
 
H a c ı Ə h m ə d. Yaxşı də. Sən məni tutmazsan, mən də yeri gələr tutmaram. 
Tutarsan məni, tutaram səni. 
B a l o ğ l a n. Sən dayan, mən onun ağzını elə yumum ki, özü də afərin desin. 
H a c ı Ə h m ə d. Yumacaqsan ki... çox yaxşı: bu xətt, bu da nişan! 
B a l o ğ l a n. Yoldaşlar, daha bəsdir, qulaq asın (Nalı stola vurur). 
Ş ə r i f. Yoldaşlar, siz bir spakoys olun, qaydası bu deyil axı. 
B a l o ğ l a n. Şərif, sən də bir qulaq as! Yoldaş, sözünü qurtar. Daha sənə söz 
verilmir. Çünki biz baxanda baxıb görürük ki, doğrudandoğruya bu kəndə 
məxşuşluq salmaq istəyirsən. Hansı ki, istəyirsən kəndliləri bir-birinə salışdırasan. 
A f t i l. Sənə də toxundu, hə? 
B a r a t. Doğru söz acı olar axı... 
B a l o ğ l a n. Yoldaş, sən də çox danışma. 
İ b a d. Sənə də komsomol-komsomol deyiblər, havalanmışsan. 
Ş ə r i f. Yoldaşlar, siz Almaz xanıma mane olursunuz. Bircə spakoys olun. 
A l m a z. Yoldaşlar, söz sizindir. Siz nə qərar çıxartsanız, o olacaqdır. İkiüzlü 
sözlərə aldanmayın. 
B a l o ğ l a n. Yoldaş, qurtardın? 
A l m a z. Hələlik bir təklifim də vardır. Məktəb darısqaldır, maşınlarımız üçün 
yer yoxdur. Kənddə böyük bina bircə  məsciddir. Qərar çıxardın: məscidi qadın 
yurduna, həyətini də uşaq bağçasına çevirək. 
H a c ı Ə h m ə d. Necə? Məscidi bağlayaq? Məscidi oyunbazxanaya döndərək? 
K ə n d l i l ə r. Ayə, məscid nə olsun dedi? 
H a c ı Ə h m ə d. Ay camaat, nə o yan-bu yan salmışsınız? Bu, belə deyir ki, 
arvadları salın Hacı  Əhməd bağına, olsun hamı hopçılığa, məscidi də bağlayın, 
olsun oyunbazxana, vəssalam, şüdtamam. 
B a r a t. Yalan deyirsən, elə söz yoxdur! 
H a c ı Ə h m ə d. Yalan deyənin atasına lənət! 
O c a q q u l u. Vay, məscidlərə at bağlamaq istəyirlər. Kül başımıza. Ay 
camaat, ay müsəlmanlar, nə üçün dayanmışsınız? Daha Sahibin zühuruna az 
qalıbdır, cahaddır, cahad! Məscidlərə at bağlayırlar. 
K ə n d l i l ə r. Qoy danışsın. 
– Məscidlərə dolaşır. 
– Sən qanmırsan! 


82 
 
– Sən özün qanmırsan!.. 
A l m a z. Yoldaşlar, qulaq asın! 
B a l o ğ l a n. Yoldaş, sən kəndə məxşuşluq salırsan. Mən sənə söz vermirəm. 
İ b a d. Hökumət zakununda bağ aldı yoxdur. Bağ polaqays deyildir. 
H a c ı Ə h m ə d. Ibad, Ibad, bağnan işin olmasın. Sən məscidi qışqır, məscidi. 
Qoy bəhanə məscid olsun. 
O c a q q u l u. Belə də iş olar? 
A l m a z. Yoldaşlar, kəndlilər, biz ki, sizin üçün çalışırıq. 
İ b a d. Aşna-aşna, axırda çıxdı ocaq başına. Arvadımıza sataşdı, keçdik, 
malımıza sataşdı, keçdik. Camaat, axırda da məscidimizə, dinimizə əl atdı. 
Ş ə r i f. Yoldaşlar, bircə spakoys olun, qoy sözün desin qurtarsın. 
A l m a z. Yoldaşlar, inanın ki, burada danışan dillər deyil, fikirlər deyil, 
ciblərdir, ciblər. 
İ b a d. Sən get tumanını qısalt. Bizim arvadlarımıza, bizim məscidimizə əl ata 
bilməzsən. Şura hökumətinə vergi də veririk, naloq da. Zakunda məscidə dolaşmaq 
olmaz. 
C a m a a t. Necə yəni məscid olmasın! Elə o qalmışdı! 
H a c ı Ə h m ə d. Bunu çoxdan de, biz də bilək də! 
X a n ı m n a z. Ay balam, bu camaat indi sənin üstünə tökülər, gəl tez qaçaq 
evə. 
H a c ı  Ə h m ə d. Ocaqqulu, nə üçün yummuşsan ağzuvı, oturmuşsan? 
Səhərdən tamaşaqabaq kimi hey atılırsan ortaya. Dinsənən, başa salsanan xalqı! 
O c a q q u l u. Həzərat, mən sual eləyirəm bu yoldaşdan, bütün bu icmanın 
qabağında sual eləyirəm: hər binanın bir ustası var, ya yoxdur, var, ya yoxdur? 
A l m a z. Var. 
O c a q q u l u. Atova rəhmət. Belə olanda yeri, göyü, küllü-hummövcudatı və 
cəmadatı bir xalq eləyən ki, olsun, olmasın? 
A l m a z. Oldu mənə  nə, olmadı  mənə  nə? Mənim Allahın varyoxluğunu 
aydınlaşdırmağa nə vaxtım var, nə də həvəsim. 
O c a q q u l u. Neynək, sən elə de yoxdur, mən də sənə göstərim ki, vardır. 
Hələ binanı qoyarıq ona ki, yoxdur. Bəs peyğəmbər səlləllahü və  səlləm də 
yoxdur? 
Ş ə r i f. Kərbəlayı Ocaqqulu, sən bircə spakoys ol. 


83 
 
O c a q q u l u. Yox, yox, sən dayan. O da olmadı! Bəs Həzrət Abbasa sözün 
nədir ki, məğribdən məşriqəcən bütün maxəlaqullah onun kəraməti ilə nəfəs alır-
verir? Bəs ona nə deyə bilərsən ki, Əmirəlmöminin səlləllah  əleyk zəmani ki, 
zülfüqarı  əndirdi Mərhəbin təpəsinnən, dəbilqəni  şəqq elədi,  əyləşdi göbəyinə. 
Gördü gavi-mahinin belini böləcək, cənabi Cəbrayil nazil oldu, şəhpərini verdi 
zülfüqarın qabağına, şəhpəri şəqq olundu, bölündü düşdü yerə. Mən sual eləyirəm 
bütün yığılan camaatdan: bölündü, bölünmədi?  Əgər Allah yoxdur, nöşün 
bölündü? 
A f t i l. A kişi, olmaya sənin qatırıvun ombasına da elə onda dəyib ki, axsayır. 
O c a q q u l u. Qatırı axsaq olanın atası itə dönsün. Genə də dedi qatır, genə də 
dedi qatır. 
H a c ı Ə h m ə d. Ay camaat, daha neyçün dayanmışsınız? Ya aparın arvad 
uşağınızı doluşdurun o bağa, mən də elə o bağdan keçdim. Bir dənə qoca arvadım 
var, götürərəm, duraram qıraqda. Qalanını da doldurun məscidə. Çayxanasını da 
döndərin çaxırxanaya. 
O c a q q u l u. Vay, kül olsun bizim başımıza, axırda məscidlərə at bağlayırlar. 
A l m a z. Yoldaşlar, biz sizin üçün çalışırıq. Aldanmayın. Biz sizing 
dostunuzuq. 
B a l a r z a. Gərək deyil, sən bizim məscidimizə toxunursan, qiryətimizə 
toxunursan. 
A f t i l. Ay camaat, hara soxulursunuz? 
Ş ə r i f. Yoldaşlar, bircə spakoys olun. 
C a m a a t. Bizim məscidimizə at bağlamaq istəyənin atasını yandırarıq. 
B a l a r z a. Adə, məni tutursan? 
İ b a d. Adə, ay camaat, daha papağı  nə günə örtmüşsünüz? Sizdə ki, qiryət 
olmadı, qoy mən din yolunda, qiryət yolunda gedim Sibirə (Hücum edir). 
B a r a t. Hey-hey, əlini özünə yığ, həddini bil! O tək deyil. 
İ b a d. Adə, tula, məni tutursan? 
 
Tutuşurlar

 
O c a q q u l u. Camaat, kimi durub gözləyirsiniz? Kəssəniz bu fəsadın dilini. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə