Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   18   19   20   21   22   23   24   25   ...   113

72 
 
O c a q q u l u. Yəni Həzrət Abbasa da inanmır? 
B a l o ğ l a n. Yox, canım, yox, yox. O, elə bir az Allah barəsində 
oyan-buyan eləyir. Yoxsa ki, o yerlərdə işi yoxdur. 
B a l a r z a. Şərif deyir belə. Siz öləsiz, bir ay bundan qabaq bilmirəm nə oldu 
arvada... bir şillə vurdum ağzına ki, az danış. Görürəm mənə deyir ki, mənim 
hüququmu mənnəm neylirsən. Zakunda arvadı vurmağa polaqays yoxdur. Bunu o 
haradan bilir? Gündə bu bulaq başıdır, bu arvadların canı. De ki, deyəsən. Hələ 
uzun deyir cəmdəklərinə. Sonra bizim arvadlar olsun, belə söz... Eh, sən öləsən
qan vurdu başıma, elə  əlimi atdım arabanın çilləsi gəldi  əlimə, elə ki, 
endirməmişəm bunun ombasından... On beş gündü ayağını  çəkə bilmirdi. Elə 
təzəcə ayağı yer tuturdu, dünən gəldi ki, məni kolxoza yazdılar. Eh, sən öləsən, qan 
vurmadı beynimə. Ay sənin atovun... ki, qapdım, bir sınıq ağlob var idi, onu. 
Ş  ə r i f. Balarza dadaş, sən bir spakoys ol! Odur ki, dünən o da şuranı 
subutalni, dakumentalni təqsirləndirirdi ki, siz arvadları müdafiə etmirsiniz. İndi nə 
edəsən? Baxasan, axı, Balarza dadaşdır. Baxmayasan da olmur. 
B a l o ğ l a n. Mənə dedi, mən də dedim mənə arvad şikayət eləməyib. Bir də, 
sözsüz ev olmaz. Mən özüm də acığım çıxır, arvada bir şillə vururam. Daha mən 
köhnə  kəndə  təzə  dəb sala bilmərəm ki. Özü bilər öz arvadı ilə. Sonra gördüm 
həstədi. 
O c a q q u l u. Yəni sahibin zühuruna da inanmır? 
 
M i r z ə S ə m ə n d ə r gəlir

 
H a c ı  Ə h m ə d. Mirzə  Səməndər, buyur-buyur, bu tərəfə, bu tərəfə, lap 
mənim yanıma. 
M i r z ə S ə m ə n d ə r. Zəhmət çəkməyin, Hacı, mən elə burada oturaram. 
H a c ı Ə h m ə d. Canım üçün olmaz, lap bu tərəfə, hay barakallah! Necəsən, 
yaxşısan ki? Dünən uşaqlar yaxşı  şit yağ  gətirmişdilər. Canın üçün, elə ayranı 
axırdı. Dedim: adə, ondan beşaltı girvənkə Mirzə üçün göndərim. O belə şeylərin 
xiridarıdır. 
M i r z ə S ə m ə n d ə r. Gətirmişdilər. Hacı, payınız artıq olsun. İnsafən yaxşı 
yağ idi. Lap, Hacı, xəcalət verirsiniz. 
H a c ı Ə h m ə d. A kişi, işində ol, nə xəcalət, deyir, dünya belə gəlib, belə də 
gedəcəkdir. Qazanıblar, yemişəm; qazanıram, yeyəcək- 


73 
 
lər. Adamdır, insandır: bu gün mən sənə  əl tutaram, sabah sən mənə. Dedi ki, 
mənim əlimdən bu gəlir, sənin əlindən bir başqa şey. 
M i r z ə S ə m ə n d ə r. Əlbəttə, əlbəttə, biz həmişə kiçikliyinizdə varıq. 
H a c ı Ə h m ə d. Böyüyümüz varsınız. Əl əli yuyar, əl də üzü. 
O c a q q u l u. Allah-taala hər kəs üçün bir ruzu qoyubdur, qismətdən artıq 
yemək olmaz. 
M i r z ə S ə m ə n d ə r. İnsafən deyəndə, camaatın boynumda böyük haqqı var. 
O gündən ki, gəlmişəm, yağa, yumurtaya pul verməmişəm. 
H a c ı  Ə h m ə d. Elə olar da. Sən ki, camaatnan düz yola getdin, hər işə 
qatışmadın, aləmə ləxləxə salmadın, camaat da səni öz gözünün üstündə saxlar. 
M i r z ə S ə m ə n d ə r. Bilirsən, Hacı, mən öz vəzifəsini bilən adamam. 
Hökumətdən məvacib alıram. Borcum odur, gündə dörd saat dərs deyəm, qurtardı 
getdi. Qalan işlərlə  işim yoxdur. Hər işin öz adamı vardır. Kolxozdur, bilmirəm 
nədir, onun da öz adamı vardır. 
H a c ı Ə h m ə d. Belə, burada məsələ kolxozda deyil ey. Belə, onu deməsinlər 
ki, sən min zəhmətlə yer əkmişsən, ya da türkün misalı, zəhmət çəkib əkdirmişsən, 
ya heyvan saxlamışsan, ya bağ salmışsan, götür ver Curubbu Xudaverdiyə ki, nə 
var, yoxsuldur. Belədir, ay kişilər, ya qeyri-belədir? 
B a l o ğ l a n. Yox, canım, onu demir, yox, yox, yox. 
A f t i l. Bəs onda Curubbu Xudaverdi nə yesin? 
İ b a d. Nə yesin? Canı çıxsın, işləsin. 
A f t i l. Nəynən işləsin? Malı var, heyvanı var? 
B a l a r z a. Yəni Hacı Əhmədi görən Allah Xudaverdini görmür? 
Ş ə r i f. Bircə spakoys olun. Sizin pırğıramdan xəbəriniz yoxdur. İngilis deyir 
ki, bu ingilis yox ey, firəng ingilisi. 
O c a q q u l u. Yəni deyir Quran da olmasın? 
H a c ı  Ə h m ə d. Malı yoxdur, gəlsin, filani, mal ver, tum ver. Bir Allah 
bəndəsi versin də. Az vermişəm? 
A f t i l. Elə verirsən də. Altı pud buğda verdin, axırda altımdan palazımı 
götürdün. 
B a l a r z a. Bura bax, bayaq dedim ey. Yoxsuldur canı çıxsın, Allahın sizin 
kimi gözü yoxdur? 
O c a q q u l u. Yəni bu Allah annamırdı? Necə oldu ki, Hacı  Əhmədə yüz 
qoyun verdi, Curubbu Xudaverdiyə bir qoyun da vermədi? 


74 
 
A f t i l. Mən nə bilim necə oldu? 
O c a q q u l u. Ona görə ki, o ona layiqdir, o ona. O, o yerin adamıdır, o, o 
yerin. 
A f t i l. Xeyr a... O köhnə nağıldır, səninçin qalsın. O, oranın adamıdır. Elə nə 
üçün? 
O c a q q u l u. Elə  nə üçün, elə  nə üçün? Hələ belə üçün. Bunlar hamısı 
hikmətdir. Hikmətə sorğu-sual yoxdur. 
A f t i l. Odur gəlir. Görünür orada da yığıncaq varmış. Dəstəynən gəlirlər. 
İ b a d. Odur ha, yenə  də salıb oğul-uşağı dalınca... Tuman dizdən yuxarı, 
baldırları da ki, iltiriski kimi işıq salır. Sən öləsən, mən demişəm dünyanın axırıdır. 
Həzrət Abbas haqqı, xəlayiqə mən təəccüb qalmışam. Məxluq hamısı papağı isti-
soyuqçun örtübdür. 
 
İşıq sönür. 
Kənddə yığıncaq. 
 
B a l o ğ l a n. Yoldaşlar, danışır sizin üçün kəndin müəlliməsi, hansı ki, bir 
necə-necə işlər barəsində. 
B a r a t. Danışsın, danışsın (Əl çalır, gənclər də əl çalırlar). 
H a c ı Ə h m ə d. Buyursun görək (Əl çalır, Şərif də, Baloğlan da əl çalırlar). 
A l m a z. Yoldaşlar, mən bilirəm ki, bu kənddə  mənim dilimdən və  mənim 
haqqımda bir çox əsassız sözlər danışılmaqdadır. Kütləyə  əsaslanmayan hər bir 
təşəbbüs ölümə  məhkumdur. Ona görə  də biz istəyirik ki, kütlə bizim fikrimizi 
aydın bilsin. Bizim fikrimiz kütlənin fikri olsun. 
G ə n c l ə r. Doğrudur, doğrudur (Əl çalırlar). 
A l m a z. Yoldaşlar, mən özüm bu kənddənəm. Getmişəm oxumuşam, yenə də 
qayıdıb bu kəndə, sizin aranıza gəlmişəm. İndi burada mən bir dərs deyənəm, bir 
də vətəndaş. Biz razı olmamalıyıq ki, başqa kəndlər tərəqqi edib varlandığı halda, 
bizim kəndimiz geridə qalsın. Bu gün ölkəmizin ümumi şüarı: hər bir cəhətdən 
bütün mədəni ölkələrə yetmək və ötməkdir. Bu şüarı həyata keçirənlərin arasında 
biz birinci olmalıyıq. 
B a r a t. Yaşa, yaşa! (Əl çalır). 
İ b a d. Dayan, adə, yaşa, yaşa! Zəhrimar, dərd, yaşa. Heç bilmir harada bişib, 
elə deyir bir çömçə tök. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə