Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   14   15   16   17   18   19   20   21   ...   113

60 
 
mənim də övladım olmurdu. Indi də il yarımdır ki, qazamatdadır. Bu gün-sabah 
çıxacaqdır. Eh, deyirəm, mən öləcəyəm. 
A l m a z. Yaxşı... Sən dəli olma. Adam dünyada qoçaq olar. 
Y a x ş ı. Almaz, sən də mənim bacım, al bu Quranı, dayan üzü qibləyə, and iç 
bir olan Allaha ki, mənim sirrimi heç kəs bilməz, mən sənə deyim. 
A l m a z. Ay qız, Quran nədir, Allah nədir. Uşaq deyilsən ki. 
Y a x ş  ı. Sən ki, oxumaq bilirsən, al bax (Cibindən bir kağız çıxardıb ona 
verir, özü çadrasının ucu ilə gözlərini silir). 
A l m a z (kağıza baxır, getdikcə onu bir həyəcan alır və birdən, ilan sancan 
kimi, yerində fırlanır). Yaxşı... Sən deyirsən... Bu nədir? 
Y a x ş  ı. Buraya bir həkim gəlmişdi, mən qaynımdan gizlin onun yanına 
getmişdim. Bu kağızı o verdi. Allah xatirinə, Almaz, bir sən bil, bir Allah! 
A l m a z. Yaxşı... Sən nə danışırsan? Sənin ərin il yarımdır getmişdir. Sən... 
sən ikicanlısan? 
 
Bu aralıq bayırda bir gurultu qopur. 
 
B a y ı r d a n. A başına dönüm, yubandırma. Heyvanlar yük altında əzildi... 
C a m a l. Bu saat, bu saat. 
X a n ı m n a z (içəri qaçaraq). Ay aman, ay qız, qaynın gəlib evlərdən səni 
axtarır. 
 
Bu aralıq B a r a t, A f t i l və C a m a l içəri girirlər. Birdən Yaxşı onları görüb 
dayanır, donmuş kimi divara söykənir və bir inilti ilə 
 
Y a x ş ı. Barat... 
 
Eyni zamanda Barat da özünü itirir və titrək bir səslə 
 
B a r a t. Yaxşı... 
Bir an həyəcanlı bir baxışla bir-birinə baxırlar. Birdən Yaxşı, ayılmış kimi özünü 
toplayır və cəld bir hərəkətlə bayıra qaçır. 
C a m a l. Hə, Almaz xanım, evdəsiniz? 
A l m a z. Camal, sizsiniz, hara belə? 
C a m a l. Köçürəm. 
A l m a z. Hara? 
C a m a l. Şəhərə. 
A l m a z (özünü itirmiş kimi, həyəcanla). Yaxşı, getdin? Yaxşı, Yaxşı, get, get. 
Siz şəhərə dediniz? Yaxşı, mənə bax! (Birdən Yaxşının 


61 
 
dalınca qaçaraq) Ay qız, Yaxşı... Yaxşı... Getdi, hə siz dediniz şəhərə gedirsiniz? 
C a m a l. Çox pərişansınız, Almaz. 
A l m a z. Yox, yox. 
C a m a l. Nə var ki? 
A l m a z. Bir şey yoxdur. 
C a m a l. Yox, hər halda sizdə bir şey vardır. Mənə elə  gəlir ki, siz mənim 
gəlişimdən darıxan kimi oldunuz. 
A l m a z. Camal, nə danışırsınız? 
B a r a t. Mən gedirəm, müəllimə. Dəftər-qələm hazırdır. Tez gəlin. Uşaqlar 
yığışırlar. Dərsdən sonra özəyimizin iclasını çağırmışam. 
A l m a z. Çox gözəl (Barat gedir. Aftil qəlyanını doldurur).  Şəhərə neçin 
gedirsiniz? 
C a m a l. Darıxdım, Almaz. Sizə ki, yazmışdım. Siz də hazırlaşın, gedək. 
A l m a z. Bəs bizim Maarif Komissarlığı ilə şərtimiz? 
C a m a l. O bir şey deyil, düzəltmək olar. Ərizə verərik, düzələr gedər. 
A l m a z. Mən sizi anlamıram, Camal. Bu, məncə, ictimai bir əxlaqsızlıqdır. 
Mən  Şuralar ölkəsinin tam hüquqlu bir vətəndaşıyam. Söz verdim, vəzifə 
götürdüm, qurtardı. Bu bizim vətəndaşlıq borcumuzdur. 
C a m a l. Vətəndaşlıq borcumuz, vətəndaşlıq borcumuz. Onu şəhərdə də görə 
bilərik. Sən yaman idealistsən, Almaz. Sənin nişanlın Fuad sənə yaxşı deyirdi ki, 
mən vətəndaş olmaqdan başqa, özüm üçün də bir adamam. Dünyada bir yol 
yaşayıram. Öləcəyəm, bir də dirilməyəcəyəm. 
A l m a z. Fuad heç vaxt belə boş sözü danışmaz. Bu, məncə,  ən azı bir 
idealsızlıqdır, bir irticadır. 
C a m a l. Bu saat hər kəs öz papağını başında bərk tutub ki, başından alıb 
qaçmasınlar. Siz, bilmirəm, nə qoymuşsunuz, nə götürürsünüz? Bir də, kənd 
deyəndə, mən başqa cür düşünürdüm. Şəkillərdə görmüşsünüzmü? 
A l m a z. Yaşıl bir meşə, əlvan divarlı evlər. O yanda da qırmızı tumanlı bir 
qız yekə bir çomaqla öz muncuqlu keçilərini suya aparır. Taya dibində də incəbelli 
bir qız daranıq saçlı bir oğlanla öpüşür. 
A f t i l. Yanlarında da bir ördək. 
A l m a z. Barakallah, Aftil dayı, elədir ki, var. Yanlarında da bir ördək. 


62 
 
C a m a l. İndi, hər nə... Burada nə var? 
A l m a z. Burada nə var? Uçuq-sökük daxmalar, pəncərəsiz, işıqsız 
komalar. Ocağın acı tüstüsündən göz çıxır, beyin çatlayır. 
A f t i l. Kəblə Fatmansanın da çırt çubuğu elə  fısıldayır ki, elə bil paroxod 
bacasıdır. 
A l m a z. İndustrializasiya. 
C a m a l. Tez, Almaz, hazırlaş, birbaş  şəhərə. Mədəni adam belə yerlərdə 
yaşaya bilməz. 
A f t i l. Həriya, bura hələ çoban-çoluq yeridir. 
C a m a l. Adam, adam üzünə  həsrət qalır. Mən sizə  təklif edirəm. Sonra 
deməyin ki, sizi qoydum, qaçdım. 
A l m a z. Gedin, Camal, mən getməyəcəyəm. 
C a m a l. Necə getməyəcəksiniz? Fuad demədi ki, gələndə  də elə bir yerdə 
gələrsiniz? Dostumdur, sonra məndən inciyər. 
A l m a z. Bilirsiniz, bu saat bura bir vuruş meydanıdır. Siz indi meydandan 
qaçan bir fərarisiniz. 
C a m a l. Siz burada qaldınız nə eləyəcəksiniz? 
A l m a z. Şəkil çəkmək asandır, həyat yaratmaq çətin. Sizin şəkliniz də çox 
bayağıdır. Biz ondan daha gözəlini burada, həyatda bu qara torpaq üzərində 
yaradacağıq. 
C a m a l. Siz, yəni kim? Görüm sən komissarsan, upolnomoçennisən, kimsən? 
A l m a z. Yox, mən ancaq bir vətəndaşam. Bu da mənim vətəndaşlıq 
borcumdur. 
C a m a l. Yenə də vətəndaş. Vətəndaşlıq borcu təkcə sizə qalmışdır? 
A l m a z. Mən tək deyiləm ki! Burada kəndin bütün sağlam və yaradıcı 
qüvvəsi çalışır. Onları da biz işə çəkəcəyik. 
M i r z ə S ə m ə n d ə r (əlində bir kağız, acıqlı içəri girərək). Qurban olum 
Məhəmmədin  şəriətinə, qurban olum Məhəmmədin  şəriətinə! (Sözünü deyib 
gözləyir ki, Almaz hiddətinin səbəbini soruşsun, lakin Almazın dinməzliyini 
görüncə, daha acıqlı bir halda). Canım, o kişi arvadları yaxşı tanıyırmış (Yenə də 
Almaz dinmir). Yaxşı deyiblər: Allah dəvəyə qanad versəydi, dünyada uçmamış 
dam qalmazdı  (Almaz yenə  də dinmir. Mirzə  Səməndər hiddətlənib o biri otağa 
keçir). 
C a m a l. Buna nə olmuşdur? 
A l m a z. İşiniz olmasın. 
C a m a l. Sonra deyirsiniz, sağlam qüvvə. Xarabalıqdan abadanlıq axtarırsınız. 
Sağlam qüvvənin kənddə nə işi var? 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə