Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   13   14   15   16   17   18   19   20   ...   113

56 
 
İKINCİ GÖRÜŞ 
 
M ü ə l l i m i n mənzili. Səhnə koridor kimidir. Arxa divar şüşəsiz bir şəbəkədir ki
ardından küçə, meydança, o yanda xırda evlər, məscid və sairə görünür. Səhnəyə üç 
tərəfdən üç qapı açılır. Səhnədə köhnə bir stol, üzərində kağız, bir kasa, bir səbət və 
sairə... Şəbəkə qabağında irili-xırdalı uşaqlar oturmuşlar. A l m a z q a d ı n ı n 
əlindən tutaraq, içəri girir. 
 
A l m a z. Uşaqlar, xoş gördük. 
U ş a q l a r. Xoş gördük, müəllimə! 
S ü r m ə. Biz dağılışmaq üçün sizi gözləyirdik. 
 
Hamı Almazın yanına qaçıb onu qucaqlayır. 
 
A l m a z. Sıraya düzül! (Hamı düzülür). Kəndin bütün küçələrini oxuyaraq 
keçəcəksiniz, səsinizi eşitməmiş bir ev qalmasın. Bu ölü dəstəsinin keçdiyi küçələrdə üz-üzə 
gəlib, səslərini örtəcəksiniz. Eşitdinizmi? Tez başlayın! 
U ş a q l a r. 
 
Hey sən, əski dünya, təslim ol, 
Əski dünya, təslim ol! 
Sənə qarşı yürüş var. 
Maşınlara od buraxın, 
Vuruş var ha, vuruş var, 
Vuruş var ha, vuruş var, 
Sıralara duraq biz, 
İrəliyə, irəliyə, 
Yeni dünya quraq biz. 
 
Uşaqlar gedir və bütün pərdə boyu qarışıq olaraq gah ölçülərin, 
gah da uşaqların səsləri eşidilir. 
 
Y a x ş ı. Burax, daha gedim. 
A l m a z (gülərək). Qoymaram, dedim, qoymaram. Sən o sözləri bir də de, oxu, yazım, 
sonra get. Sən bir dayan. Ay ana, ay ana, bircə mənim o zurna-balabanımı bəri gətir. 
X a n ı m n a z. Ay balam, səhərdən haradasan? Ürəyimin içini yemişəm. Bilmirəm ki... 
A l m a z. Hələ bircə onu saxla, bu saat kefim bərk kökdür. Düz bulaq başından gəlirəm. 
Gəlib bir görəydin, elə bir mitinq düzəltmişdim ki... Sözlərim onlara bərk təsir etdi. Altı 
arvad elə birdən özünü “Yeni yol”a yazdırdı. Altısı da elə birdən. Urra! 


57 
 
X a n ı m n a z. Ərizələrini yiyələrinə verdim. O qədər dua edirdilər. 
A l m a z. Bircə o skripkanı bəri ver. Ya istəyirsən qarmoşka çalım. Yaxşı, di 
başla o bayaqkını. 
Y a x ş ı. Gərək günəş dağları aşıb sönməyəydi! 
A l m a z. Yox, yox, oxu. Mən havasını da öyrənmək istəyirəm. Hə! 
Y a x ş ı . 
Gərək günəş dağları aşıb sönməyəydi! 
Gərək mənim dönmüş taleyim dönməyəydi! 
Gərək mənim istədiyim gidi fələk 
Açılmadan qara torpağa gömməyəydi! 
Göydəki aya dedim dərdimi, qoy yarə yetirsin, 
Ürəyim dərdə düşüb, yar mənə bir çarə yetirsin. 
 
Sanki hər tərəfdən yüzlərlə qadın səsi Yaxşının oxuduğunu xor ilə təkrar edir

 
Daha, sən allah bəsdir. Burax gedim. Eh... Vallah, qaş qaralıb. İnək gələr, qalar 
avara. Onsuz da, oxudum, dərdim təzələndi. Ağlamağım gəlir. Daha qiryətə 
boğulmuşam. 
A l m a z. Olmaya, ay qız, öz ərinçin darıxırsan. Doğrudan, ay Yaxşı, o kimi 
öldürmüşdür? 
Y a x ş  ı. Öz qardaşı arvadını. Axtarsan, qardaşı özü öldürmüşdür, ancaq o, 
boynuna çəkmişdir. 
A l m a z. Haçandan yatır? 
Y a x ş ı. Bu səfər ayı çıxsa, il yarımdır. 
A l m a z. İl yarım?... Odur ki, ay yeyib ayıya dönmüşsən də. 
Y a x ş ı. Yox, mən öz ərimin qayıtmasını istəmirəm. 
A l m a z. Necə istəmirsən? Indi ki, istəmirsən, bəs nə üçün onda dayanmışsan? 
Y a x ş ı. Çarəm nədir? 
A l m a z. Çıx! 
Y a x ş ı. Elə də iş olar? Ər bir, Allah bir. 
A l m a z. Neçin olmur? Çıxarsan, mən də səni yazaram kolxoza, “Yeni yol”a, 
maşında işlərsən. Əlində qazancın olar. Azad olarsan, adam olarsan, savadlanarsan. 
Bizim kəndimiz də irəli gedib mədəni olar. Başa düşdün? Sonda yenə  də kimə 
istərsən, gedərsən. 
Y a x ş ı. Yox, mən heç kəsi istəmirəm. 
A l m a z. Yalan deyirsən. Mən sənin gözlərindən görürəm ki, sən kimi isə 
istəyirsən. 


58 
 
Y a x ş ı. Mən papaq deyiləm ki, gündə birinin başına örtülüm. El yığılıb bir 
dama təpib, oradan da çıxarıb, qəbrə aparacaq. 
A l m a z. Ay Yaxşı, doğrudan da sən dünyada nə görürsən? Evin damından, 
ocağın şamından başqa nə görə bilərsən? 
Y a x ş  ı. Sən allah, ay Almaz xanım, dərdlərimi təzələmə. Vallah, bu saat 
ağlaram. 
A l m a z. Ay qız, Yaxşı, hənək-hənək, axırı dəyənək. Doğrudan 
da yaş boğazını boğur. 
Y a x ş ı. Nə eləyim, deyir: 
Sənə qurban olum, ay dədə Kərəm, 
Gözlərim tor gətirir, ürəyim vərəm. 
Dəryalar mürəkkəb olsa, meşələr qələm, 
Mollalar yazdıqca dərdim var mənim

 
A l m a z. Hələ bir dayan bunu da yazım (Yazır). Ürəyim vərəm, sonra? 
Y a x ş ı. Hə... Meşələr mürəkkəb, mollalar qələm. 
A l m a z. Necə yəni mollalar qələm? 
Y a x ş ı. Kim deyir mollalar qələm? 
A l m a z. Sən deyirsən də... Deyirsən meşələr mürəkkəb, mollalar 
qələm. 
Y a x ş ı. Yox, meşələr yox, mollalar mürəkkəb, meşələr qələm. 
A l m a z. Necə yəni mollalar mürəkkəb? 
Y a x ş ı. Ey... Vallah ağlım başımda deyil, heç bilmirəm nə danışıram. 
 
Dəryalar mürəkkəb olsa, meşələr qələm, 
Mollalar yazdıqca dərdim var mənim. 
Ancaq, başına dönüm, heç kəsə deməyəsən ki, mən buraya gəlmişəm. 
Sonra öldürərlər məni, ətimi şişə çəkərlər. 
 
A l m a z. Kim? 
Y a x ş ı. Ərimin qardaşı, elə ərim özü. 
A l m a z. Hanı ərin? 
Y a x ş  ı. Bu gün-sabah gələcək də. Qaynım dünən araba ilə  şəhərə 
gedib. Yoxsa mən bura gələ bilərdim? Mənim gönümü soyardı. Eh... 
Almaz... mən öləcəyəm. 
A l m a z. Necə  yəni öləcəyəm. Böyük zəhmət çəkəcəksən. Kim 
ölməyəcək ki? 


59 
 
Y a x ş ı. Yox, mən tez öləcəyəm, lap tez, bu günlərdə. Özümü öldürəcəyəm. 
A l m a z. Gicəlmişsən, qız, nədir? Bu gözəl çəmənlikləri, çiçəkləri, bu sərin 
suları, bu yeni qurulan aləmi qoyub ölmək olar? Bu ki, axmaqlıqdır. Bunlar hamısı, 
dünən toyda dediyin kimi, hüquqsuz yaşayışın nəticəsidir. Başa düşdün. 
Y a x ş ı. Bilirsən Almaz xanım, görünür Allah belə istəyirmiş. Yazını pozmaq 
olmaz. Mənim atam ərimgilin yanında çoban idi. Onun yanında balaca bir oğlan 
olurdu. Çox gözəşirin idi. Biz onunla hər gün görüşürdük. Bir gün bir-birimizi 
görməsəydik, bağrımız çatlardı. Di gəl ki, zalımlar ayırdılar, saldılar məni oda. 
Deyir: sən saydığını say, bax gör fələk nə sayır. Vallah, Almaz xanım, 
qorxmasaydım, çoxdan gəlib o “Yeni yol”a yazılardım. Ancaq mümkün deyil. 
Öldürərlər. 
A l m a z. Axı kim? 
Y a x ş ı. Qaynım. Bu vaxta qədər iki adam öldürübdür. 
A l m a z. Demək, sənin həmişə bir yanın divar olacaq, bir yanın ağac? 
Y a x ş ı. Neynim, çarəm nədir? 
A l m a z. Get kənd şurasına şikayətə. 
Y a x ş ı. Kənd şurası öz bibisi oğludur. Bir-iki ay bundan qabaq bulaq başında 
sənin danışdıqlarını eşitdim. Gəldim evdə oturdum, ağla ki, ağlayasan. 
A l m a z. Yaxşı, eşitmişsənmi, deyərlər: qaçanın dizi ağrayar, ağlayanın gözü? 
Y a x ş  ı. Bəs nə edim? Bu da gündür, otur dörd divarın arasında, dünyanın 
bütün dərdi tökülsün ağılsız başına, çək ki, çəkəsən. 
A l m a z. Sən bir başa düş ki, ağlamaqla zəncir qırılmaz. Gəmirmək, 
çeynəmək, qırmaq lazımdır. 
Y a x ş  ı. Eh... Inək gəldi, qaldı bayırda, mən oturub nağıl açmışam. Sağ ol, 
xanım qız... 
A l m a z. Dayan, dayan... Hələ de görək, o, çoban oğlan sonra nə oldu? 
Y a x ş ı. Sonra nə oldu? Heç nə. Məni verdilər ərə, qurtardı getdi. 
A l m a z. Bəs nə üçün ona getmədin? 
Y a x ş ı. Məni ağa istəyən yerdə, nökərə kim verərdi? 
A l m a z. Əvvəldən getməyəydin! 
Y a x ş ı. Atam verəndən sonra mən nə deyə bilərdim? Ərimin övladı olmurdu. 
Bir arvadı kəbin altında qoyub məni aldı. İki-üç il 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə