Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   9   10   11   12   13   14   15   16   ...   113

43 
 
M ə m m ə d ə l i. Gün aydın, Gülüş xanım! 
G ü l ü ş. Gün aydın, köhnə dostlar! Buyurun, siz hələ də sağsınızmı? 
M  ə m m ə d ə l i. Heç yox. Mən bu gecəlik  Əbdüləli bəyi anatomiçeskiy 
pakoydan prokata götürmüşəm. 
Ə b d ü l ə l i b ə y. Gülüş xanım, biz eşitdik ki, bu gün uşağınızın onilliyidir, 
ona görə də sizi təbrik etməyə gəldik. Bu kiçik hədiyyəni qəbul etmənizi rica ediriz 
(Verir). 
G ü n d ü z. Bibi, o nədir, lap gəmiyə oxşayır. 
G ü l ü ş. Yox, bu qədim şeydir, gülüm. 
G ü n d ü z. Sən onu ver, bibican, suya salım, görüm yeriyirmi? 
G ü l ü ş. Gülüm, qızıl sudan ağır olduğu üçün su üstündə durmaz. 
Ə b d ü l ə l i b ə y. Elədir, elədir, bala, gedər suyun təkinə. 
M ə m m ə d ə l i. Heç yox. Su buraxmasa, dayanar. 
G ü n d ü z. Baxım, bəlkə yeridi. Aha, batdı, batdı, yaramadı, yaramadı, batdı. 
G ü l ü ş. Yaxşı, gülüm, şeylərini apar bir yerə yığ; gör yoldaşların 
bağçaya gəlmişlərimi? Siz də buyurun, bağçada qonaqlarımız vardır. 
Ə b d ü l ə l i b ə y. Gülüş xanım, qabaqca sizdən bir şey soruşmaq istəyirik, 
bəlkə orada danışmaq olmadı. Qəzetlər bir aydan bəridir ki, bir kitab haqqında 
yazırlar, kitabın adı nə oldu... 
M ə m m ə d ə l i. “Azərbaycan qadınlığının azadlıq yolu”. 
Ə b d ü l ə l i b ə y. Hə, budur, bu Sevil kimdir? Kitabı yaxşıdır, ancaq bir şey 
anlamaq olmur. 
G ü l ü ş. Ola bilər. Kitabda dərin bir analiz və bir çox da fəlsəfi fikirlər vardır 
ki, oxucu birdən-birə qavraya bilməz. 
M ə m m ə d ə l i. Heç yox. Bir türk qadını qiyamətə kimi, belə bir kitab yaza 
bilməz. O ya fransızdır, ya da, hər halda fransızdır. 
Ə b d ü l ə l i b ə y. Doğrudur, mən də hələ onu düşünürdüm ki, türk arvadında 
belə baş, belə qabiliyyət ola bilməz. Ancaq, Gülüş xanım, sizin yadınızdadırmı 7–8 
il bundan qabaq Mirzə Balaşın bir zövcəsi var idi, o nə oldu? 
G ü l ü ş. Mən ona bir neçə vaxt dərs verdim, sonra işçi fakültəsinə girdi, sonra 
son illərdə Maarif Komissarlığından stipendiya alaraq, Moskvada darülfünunda 
oxuyurdu. 
Ə b d ü l ə l i b ə y. Gördünüzmü, gərək ki, onun da adı Sevil idi. 
 
B a l a ş və D i l b ə r gəlirlər



44 
 
M ə m m ə d ə l i. Heç yox. Göydə də oxusa, bu yerə çata bilməz. 
D i l b ə r. Bonjur mademuazel, privet i pozdravleniye sizə və vospitannikinizə. 
Bəs özü haradadır? 
G ü l ü ş. Indicə  gələr. Bağçadadır, yoldaşları  gəlmişlər, indi gələr. Gündüz, 
Gündüz, gəl, atan gəlmişdir. 
G ü n d ü z. Kim? Atam, anam da gəldimi? 
G ü l ü ş. Yox, ancaq atan gəlmişdir, görüşmək istəmirsən! 
B a l a ş. Gündüz! 
D i l b ə r. Mən elə körpəcikdən, belə gözəl bir çocuq çıxacağını heç 
düşünməzdim. Məni tanımırsanmı, Gündüz? Səni bir il saxlamışam. 
G ü n d ü z. Mən sizi heç tanımıram. 
B a l a ş. Gündüz, oğlum, gəl yanıma! 
G ü l ü ş. Xoş gəlibsiniz! 
D i l b ə r. Bu çiçəkləri alın, al, bu çiçəklər sənin üçündür. 
G ü n d ü z. Bibican, belə solğun nə üçün? 
G ü l ü ş. Gündüz, adam hər bildiyini danışmaz. Çiçəklər yaxşıdır, ancaq 
çoxdan dərildiyindən bir qədər solmuşdur. 
B a l a ş. Təzə çiçək heç yerdə yoxdur. 
Ə b d ü l ə l i b ə y. Hə... Biz də tapa bilmədik. 
M ə m m ə d ə l i. Heç yox. O yanlarda var, ancaq uzaqdır, getmək olmadı. 
D i l b ə r. Allah bu bolşeviklərin bəlasını versin, bizdə nə qoydular. Maşınımızı 
almasaydılar, yerdən çıxardardıq. 
G ü n d ü z. Onda bunları aparıb, suya salacağam, bəlkə açıldı. 
G ü l ü ş. Yaxşı, gülüm, istəyirsən apar. Siz də buyurun bağçaya! 
Ə b d ü l ə l i b ə y. Bağışlayın, Gülüş xanım, sözümüz yarımçıq qaldı. Biz o 
kitab məsələsini danışırdıq. 
D i l b ə r. Siz yenə o kitabdanmı bəhs edirsiniz? 
M ə m m ə d ə l i. Yox, biz o kitab yazanı bilmək istəyirik. 
Ə b d ü l ə l i b ə y. Yoxsa, bəlkə, həmin biz tanış olduğumuz Sevil yazmışdır. 
D i l b ə r. O ki, araya çıxanda  əli-ayağı, dili-dodağı titrəyirdi və  mənim ilə 
öpüşdükdən sonra, Gülüş olmasa idi, gərək ki, Məmmədəlini öpəcəkdi. 
M ə m m ə d ə l i. Məni yox, Əbdüləli bəyi öpmək istəyirdi. 
D i l b ə r. Və bir ildən sonra gərək ki, Əbdüləli bəy gördü, üstübaşı  cırım-
cındır, mənim ayaqlarıma qapanmışdı. 


45 
 
Ə b d ü l ə l i b ə y. Doğrudur, hələ mən də bu saat onu düşünürdüm. 
D i l b ə r. Siz deyirsiniz o Sevil, o baş-göz ilə belə bir kitab yazdı? Gülüş, 
yadınızda varmı, siz olmasaydınız, Məmmədəlini öpəcəkdi. 
M ə m m ə d ə l i. Məni yox, canım, Əbdüləli bəyi. Yazar, yazmaz, ay yazdı 
ha!.. 
G ü l ü ş. Mənə qalırsa,  Əbdüləli bəyi öpmək belə böyük bir iş deyildir, onu 
bəziləri bilərək, bəziləri də bilməyərək, bəziləri açıqda, bəziləri də gizlində öpə 
bilərlər və çox güman ki, Əbdüləli bəy bundan darılmaz. Artıq o Sevil olub-
olmadığını bilmirəm. 
D i l b ə r. Hər halda dünən ayaq altında sürünən miskin bir arvad, belə bir kitab 
yaza bilməz. 
G ü l ü ş. Kim bilir. Deyirlər Hindistanda böyük fillər vardır ki, illər uzunu 
gücsüz insanları boyunlarında daşıyır və onların bizlərinə dözürlər. Bir gün isə 
incəlmiş gönlərinə biz çox dərindən sancıldıqda, xortumlarını uzadıb 
boyunlarındakı adamın boynundan yapışır, ayaqları altına salıb, köksünə  çıxırlar. 
Deyirlər ki, su meymunun boğazına çıxanda, öz balasını tapdayıb başına çıxır. Kim 
bilir? 
Ə b d ü l ə l i b ə y. Doğrudur, hələ mən də bu saat onu düşünürdüm. 
M ə m m ə d ə l i. Heç yox, ola bilməz. 
D i l b ə r. Nəhayət, deyirlər ki, o kitab bizim üçün yaramaz. Əldüləli bəy deyir 
ki, o kitab qadınlarımızı əxlaqsızlığa alışdıra bilər. 
M ə m m ə d ə l i. Kitab burada vardır. 
D i l b ə r. Görən nə yazır? 
M ə m m ə d ə l i (oxuyur). “Azərbaycan qadınlarının və bütün qadınların ən 
böyük düşmənlərindən biri də namus keşikçisi olmalarıdır. Kişi istədiyini və bir 
neçəsini birdən  əldə edə bilər. qadın isə ikincisinə göz ucuyla belə baxa bilməz. 
Bu, kişi üçün bir nadinclik, qadın üçün isə bir namussuzluq sayıla bilər. Halbuki 
hər ikisinin təşəbbüsünü doğuran eyni fizioloji hadisədir”. 
D i l b ə r. Bu, əxlaqsızlıq deyilmi? 
M ə m m ə d ə l i (oxumaqda davam edir).“Qadının qəti azadlığı üçün, yalnız 
çadrasını açması  bəs deyildir. Halbuki Avropa qadınları çadrasız ikən, azad 
deyildirlər. Qadına, ən başlıca, iqtisadi azadlıq lazımdır”. 
D i l b ə r. Bu, əxlaqsızlıq deyilmi? 
M ə m m ə d ə l i. Bu, heç yox! 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə