Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   6   7   8   9   10   11   12   13   ...   113

34 
 
D i l b ə r. No, eto prosto ne çelovek! 
M ə m m ə d ə l i. Heç yox. Xalis çelovek, s serdsem i duşoy – yupyumru üzü
qapqara qaşları, xırdaca burnu, nazikcə dodaqları. 
D i l b ə r. Bəsdir siz allah. Sizin üçün paltar yuyan arvadla qubernator 
arvadında heç bir fərq yoxdur. 
Ə b d ü l ə l i b ə y. Doğrudur, hələ mən də bu saat onu düşünürdüm. 
M ə m m ə d ə l i. Nə, nə düşünürdün? De də! 
Ə b d ü l ə l i b ə y. Mən, ərz olsun, onu deyəcəkdim ki, “Hər cayi süxən, hər 
nüktə  məqami darəd”, yəni “hər  şeyin öz qiyməti var, hər yerin öz adamı!”. 
Paltaryuyan arvad, işçi arvad bir başqa. Dilbər xanım bir başqa. Bir gün, ərz olsun, 
Şah Abbas cənnət məkan bir meşənin qırağından keçəndə görür ki, bir kəndli 
arvadı köçdən düşdü, doğdu, uşağı bələdi, aldı qucağına. 
M ə m m ə d ə l i. Bilirsən, Əbdüləli bəy, nə var, mən dünəndən bir az bayat 
kefliyəm, sən bir saxla, mən bu qonşudakı aptekə gedim, beş-altı kasa vurum, 
başımı düzəldim, sonra, sən burda, mən burda, səhərdən axşamacan de Şah 
Abbasdan, görək işi hara çıxacaq. 
D i l b ə r. Yaxşı, bəsdir, sən allah, siz prosto inad edirsiniz. 
M ə m m ə d ə l i. Yaxşı, gedək görək başımıza nə gəlir: ya mən Şah Abbasın 
atasını yandıracağam, ya da Şah Abbas mənim atamı (Gedir). 
Ə b d ü l ə l i b ə y. Yaxşı, bu Balaşı neyçin bankdan çıxartdılar? 
D i l b ə r. Bilmirəm. Mən onun işinə qarışmıram. Nə  işimə? Heç bilmək də 
istəmirəm. Dayımın bir kağızı var idi, verdim qol çəkdi. Siz ki, bilirsiniz. Deyir 
guya onun üstündə. Nə  məsələ isə  çıxmışdır, o gün deyirdi, mən heç qulaq da 
asmadım. 
Ə b d ü l ə l i b ə y. O gün Əli bəy də deyirdi ki, ərz olsun, sizə bir işi 
düşmüşdür. 
D i l b ə r. Bilirəm, mənə dedi. Işi Balaşlıq deyil, ancaq mən söz vermişəm işini 
düzəldəcəyəm. Qoy hələ bir-iki dənə yaxşı tanış tapım, o qədər iş düzəldərəm ki! 
Ə b d ü l ə l i b ə y. Əlbəttə, sahib mənsəbdən adamın, ərz olsun, tanışı olması 
hər zaman lazımdır. 
D i l b ə r. Alik isə mənim çox xoşuma gəlir: tərbiyəli və zərifdir. Dünən gecə 
sizdən ayrılandan sonra, onunla bir yerdə gəldik. Nə qədər dadlı, gözəl dili vardır! 
Deyir: Dilbər mən sizə pərəstiş edirəm. 


35 
 
Siz mənim olsaydınız, gecə-gündüz sizi atıb-tutar, bir kukla kimi oynadardım. 
Mənə deyir: mən Rafael olsaydım, Madonna əvəzinə sizing gözlərinizi çəkərdim. 
Gözlərimi bərk xoşlayır. Üzünə ki, baxıram, dildodağı dolaşır, yalvarır ki, baxma. 
Mənə deyir: saçlarınız boynuma dolaşarsa, min il yerimdən tərpənmərəm. 
Ə b d ü l ə l i b ə y. Doğrudur, qadın saçı zəncirdən möhkəmdir. 
D i l b ə r. Bu gün parikmaxer də mənə deyir ki, xanım, bu vaxta qədər bu cür 
yumşaq saç görməmişəm, darağa ipək kimi gəlir. Gözlərinizi yumun, corablarımı 
dəyişirəm, baxmayın ha! 
Ə b d ü l ə l i b ə y. Ərz olsun, baxanda qiyamət olmaz ki. O gözəl qədəmlərə 
baxmaq, böyük səadətdir. Siz məni o səadəti-əzimədən məhrum edirsiniz. 
D i l b ə r. Yaxşı, açın gözlərinizi, doğrusunu deyin, baxmadınız ki? 
Ə b d ü l ə l i b ə y. Siz, ərz olsun, deyəndən sonra mən gözlərimi necə aça 
bilərəm. 
D i l b ə r. Sizdə cəsarət və həssaslıq yoxsa, öz bəxtinizdən küsün. Mən ki, sizin 
gözlərinizi  əlimlə tutmamışdım. Halbuki Alik olsaydı, o belə  səadətə göz 
yummazdı. Qadınlar, hər şeydən artıq, gözəlliklərinə göz yumanları sevməzlər. 
Ə b d ü l ə l i b ə y. Doğrudur, mən də hələ onu düşünürdüm. Bir də desəniz, 
gözlərimi yummayacağam, huşuyar olmaq lazımdır. 
D i l b ə r. Necə yummayacağam? Siz özünüz xalqı müsəlmanlığa çağırırsınız, 
bəs şəriətdə özgə arvadlara baxmaq olarmı? 
Ə b d ü l ə l i b ə y. Doğrudur, şəriət ancaq avam adamlar üçündür. qara camaat 
üçündür, anlamaz və qanmazlar üçündür, zövq əhlinə, ariflərə  nə  şəriət! Bir də, 
Dilbər xanım, sənə, mənə nə şəriət! 
D i l b ə r. Nu, nu, yaxşı dizinizi qoyun, nə  qədər dilbilməzsiniz. Bax, belə, 
çəkmələrimi düymələyəcəyəm, anladınızmı? 
Ə b d ü l ə l i b ə y. Ərz olsun, belə buyurdunuz, anladım, ancaq, ərz olsun, 
daha gözlərimi yummayacağam (Dilbərin çəkməsini düymələyir). Rəbbəna atina 
fiddünya həsənə  və fil-axirəti-həsənə, vəqina  əzabənnar, birəhmətikə ya 
ərhəmərrahimin (Oxuya-oxuya Dilbərin ayağını qucaqlayır. Dilbər çığırır). 
B a l a ş (gəlir). Müsaidənizlə... 
D i l b ə r. Hələ bu nədir? Bax, bunu mən heç sevmirəm. Min yol demişəm: 
qapını döymək lazımdır. 
B a l a ş. Bağışlayın, Edilya, mənim yadımdan çıxdı. 


36 
 
D i l b ə r. Bəlkə, biri otaqda soyuncaqdır. 
B a l a ş. Necə, soyuncaqdır? Mən eşitdim ki, buradan kişi səsi gəlir, ona görə 
də bildim ki, soyuncaq olmazsınız. 
D i l b ə r. Doğru demişlər: qozbeli qəbir də düzəldə bilməz. Nə haqq ilə sən 
qapı dalında durub, bizim sözlərimizə qulaq asırdın? 
B a l a ş. Necə yəni qulaq asırdım? Mən heç qulaq asmırdım, sözlər özü mənim 
qulaqlarıma gəlirdi. 
D i l b ə r. Nəhayət, bu tərbiyəsizlikdir. Tərbiyə görmüş mədəni bir cəmiyyətdə 
buna dayanmaq olmaz. 
B a l a ş. Lənət sənə, kor şeytan! Işə düşmədik! Dilbər, and içirəm ki, mən 
qulaq asmırdım. Kişi səsi eşitdim, bildim ki, soyunmuş ola bilməzsiniz. 
D i l b ə r. Nədən bildiniz? Mən bəlkə də soyunmuş olaydım? 
B a l a ş. Onda elə bilin: mən də özgə kişilərdən biri. 
D i l b ə r. Balaş, rica edirəm, sözlərinizə diqqət edin. Yüksək cəmiyyətdə belə 
rəftar barbarlıqdır. Özgə, özgə, belə sözlər demək tərbiyəsizlikdir. 
Ə b d ü l ə l i b ə y. Doğrudur, hələ mən də bu saat onu düşünürdüm. 
D i l b ə r. Mən belə barbarlığa dözmərəm. 
B a l a ş. Allahü əkbər! Dilbər, mən onu demədim, mən sözgəlişi deyirəm. 
Ə b d ü l ə l i b ə y. Balaş, sizin təməssükün vaxtı dünən qurtarmışdır. Çünki 
mən zəmanət vermişəm. 
D i l b ə r. Elə sözlər sizin kömürçülər arasında deyilə bilər, yüksək bir 
cəmiyyətdə yox. 
B a l a ş. Axı, Dilbər, Allahü əkbər, mən, mən onu demirdim. Deyirsən, gedim 
üzr istəyim.  Əfəndim, üzr istəyirəm və  mənim arvadımı  əyləndirdiyiniz üçün 
təşəkkür edirəm. 
D i l b ə r. Arvadım, arvadım! Sən bir qədər incə sözlər öyrənsəydin, heç zərər 
görməzdin. 
B a l a ş. Dilbər, axı sən məni şaşırırsan. Yaxşı, qadın olsun, xanım olsun. Lənət 
kor şeytana, işə düşmədik! Mən neçə dəfə Əli bəyi görmüşəm ki, qapını döyməmiş 
sizin yanınıza girmişdir. Halbuki siz deyirsiniz ki: o tərbiyəlidir, nəzakətlidir. 
D i l b ə r. Ona mən özüm müsaidə etmişəm. 
B a l a ş. Necə  mən özüm müsaidə etmişəm? Doğrusu, Dilbər, mən anlaya 
bilmirəm. Bizlərdə belə şey yoxdur. Bu olsa, sənin dediyin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə