Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   2   3   4   5   6   7   8   9   ...   113

22 
 
D i l b ə r. Tem i luçşe, liş bı gözə görünsün. 
Ə b d ü l ə l i b ə y. Doğrudur, hələ mən də onu düşünürdüm. 
M  ə m m ə d ə l i. Heç doğru deyil, nə doğrudur? Mən nə desəm, sən hələ 
deyəcəksən doğrudur? 
B a l a ş. Əfəndilər! Arkadaşlar! Kim nə istəyirsə, buyursun, mən də çalanlara 
deyim, başlasınlar. 
D i l b ə r. Oturun. Bu gecə  əylənmək, bütün dünyanı  əyləndirmək istəyirəm 
(Pudra çıxarır). Qospoda! Tovarişi! Üzünüzü o yana çevirin, bir... iki... üç... 
(Məmmədəliyə). Sən hara baxırsan? 
M  ə m m ə d ə l i. Hara lazımdır, oraya, daha mən də onlar tərəfə baxa 
bilmərəm ki. 
D i l b ə r. Çevirin üzünüzü. 
Ə b d ü l ə l i b ə y. Doğrudur, palaza bürün, el ilə sürün. 
M ə m m ə d ə l i. Heç yox, mən el ilə kəfənə bürünərəm, palaza yox. 
D i l b ə r. Balaş, siz dönə bilərsiniz, biz sizin atanızı gözləyirik. 
B a l a ş. Bu saat gələcəkdir. Siz oturun, atam da bu saat gələr  (Orta qapını 
açaraq). Atacan, buyurun, qonaqlar sizi gözləyir... Bu saat (Keçir o biri otağa). 
D i l b ə r. Bu saat sizdən ayrılıb bu otağa getdim, bir də gördüm lap otağın 
içində kakoy-to çoban dayanmışdır, həm də çılpaq, ponimayete? 
M ə m m ə d ə l i Yəqin, Balaşın qohumlarındandır. 
Ə b d ü l ə l i b ə y. Doğrudur, mən də hələ onu düşünürdüm. 
D i l b ə r. Yox, canım, sizə çoban deyirəm, xalis çoban. 
Ə b d ü l ə l i b ə y. Doğrudur, elədir ki, var. 
M ə m m ə d ə l i. Çox güman ki, o heç gəlməsin. 
D i l b ə r. Mənim əmrimə qarşı durulmaz, mən əmr etdim, gələcəkdir. 
 
B a l a ş A t a k i ş i ilə gəlir. 
Bu aralıq G ü l ü ş də o biri qapıdan içəri girib, atasına təəccüblə baxır. 
 
G ü l ü ş. Ata! Ata! Səni belə gülünc hala kim saldı? Sənə nə olmuşdur? 
A t a k i ş i. Qızım, mən heç bilmirəm başıma nə gətirirlər. 
D i l b ə r. Nə olmuşdur? 
G ü l ü ş. Yaxşı, ata, dodaqlarını büzmə, mənim anam da belə idi: göz yaşları 
ovcunda idi, hay demədən ağlardı  (Dilbərə). Xanım, bağışlayın, mən sizi 
görmədim, görüşümüzdən çox sevinirəm. Ata, papagı- 


23 
 
nızı çıxarın, əziz qonaqların yanında papaq ilə oturmaq nəzakətsizlikdir; onsuz da 
bu papaq başınızda dayanmayacaqdır; sənə yaxşı papaq lazımdır, bax, bundan 
(Başındakı furajkanı göstərir). Özünü də mıxlamaq lazımdır. 
A t a k i ş i. Necə, mıxlamaq? 
G ü l ü ş. Mıxlamaq, bəli, mıxlamaq, yoxsa dayanmaz. Ancaq bunu yox, bu çox 
köhnədir, həm də yaramazdır. Sən qorxma, həyat özü mıxlayacaqdır, sən özün 
bilməyəcəksən. Hələlik çıxar. 
B a l a ş. Gülüş! 
G ü l ü ş. Balaş! Siz durun, mən onu qonaqlar ilə tanış edim. Ata! Qonaqlar ilə 
tanış olun! (Balaşı göstərir). Bunu ki, tanıyırsınız. Öz oğlunuzdur, özü də yaxşı 
boyaqçıdır. Ancaq bir az rəngi üzdən çəkir, bilmir ki, astarsız boyaq tutmaz 
(Dilbəri göstərir). Bu, cəmiyyətimizin ziyalı qadınlarından biridir. Parisdə 
manikürlük kursunu bitirmişdir, burada maldarlıq ilə  məşğul olmaq istəyir. Adı 
Dilbərdir, incə düşmək üçün Edilya deyirlər. Xanım, siz ki, yüksək cəmiyyətin 
qaydalarını bilirsiniz, atama elə əl verin ki, öpə bilsin (Atasına). Dul qadınlara əl 
verəndə, öpərlər... Öp... 
A t a k i ş i. Necə, öpüm? 
G ü l ü ş. Öp... öp... deyirəm sənə, qorxma, öp... Yox, yox, üzündən yox, 
əlindən, yoxsa Balaş acıqlanar (Əbdüləlini göstərir). Bu əfəndinin də qabaq qızıl 
satan dükanı var idi, sonra dəllallıq edirdi, indi də qəzet çıxarmaq istəyir; adına özü 
olanda – Əbdüləli bəy, olmayanda – Əbdülbəli bəy deyirlər. Tanış olun... Kişiləri 
öpmək olmaz. 
Ə b d ü l ə l i b ə y. Doğrudur, mən də hələ onu düşünürdüm. İnşallah, yövmi 
bir cəridə nəşrinə iqdam edəcəyəm. 
G ü l ü ş. Yox, yox, onun üzündən öpmə  (Məmmədəlini göstərir). Bu isə 
qəzetçi şair olub, şairlikdən filosof, sonra da nə olacaq, bilmirəm. Özü də, orijinal 
görünmək üçün, nə desələr, zidd gedir. Adını deməyə özüm də qorxuram, birdən 
boynuna düşsə, öz adını da danar. Əsl adı Məmmədəlidir. 
M  ə m m ə d ə l i. Heç yox, ad məşrut bir şeydir, sözləşəndə  Məmmədəli 
əvəzinə Tabaq bəy də deyilə bilər, ona görə də əsl ad təbiri doğru deyildir. 
G ü l ü ş. Çox gözəl, Tabaq bəy olsun. İndi, ata, siz oturun, mən qonaqlar ilə 
məşğul olum. Mən bu gün parlaq imtahan vermişəm, 


24 
 
özüm də sportdan gəlirəm, çox sevincəm, bu gün sizə özüm qulluq edəcəyəm. Bu 
saat (Keçir otağa). 
D i l b ə r. Balaş! Siz parlaq sportdan sonra bacınıza bir qədər brom, ya valerian 
versəniz, yaxşı olmazmı? 
B a l a ş. Edilya! Yalvarıram, məni bağışla. O heç bir zaman danışdığını bilmir. 
D i l b ə r. Evinizdə bizim əlaqəmizi bilirlərmi? 
B a l a ş. And içirəm, heç kəs. 
D i l b ə r. Bəs siz deyirsiniz ki, atanız laldır? 
B a l a ş. Ayda, ildə ağzından bir kəlmə çıxır. 
D i l b ə r. Aha, deyirəm axı! 
G ü l ü ş qab-qaşıq gətirir. 
B a l a ş. Gülüş! 
G ü l ü ş. Balaş! Yoldan keç, əl-ayağa dolaşma, qabları dağıtmışdın ki. Evimizi 
bəyəndinizmi? Yəqin ki, bir qədər üslubsuz görürsünüz. 
Ə b d ü l ə l i b ə y. Doğrudur, Dilbər xanım da onu deyirdi, biz də hələ onu 
düşünürdük. 
D i l b ə r. Mən heç bir şey demirdim. 
M ə m m ə d ə l i. Biz də heç bir şey düşünmürdük. 
G ü l ü ş. Ev cansız bir şeydir, onu mən bir saatda istədiyim kimi döşəyə 
bilərəm; onu hər kəs öz səliqəsi ilə döşəyə bilər; bu gün belə döşənmişdir, sabah 
Edilya xanım gələrsə, başqa bir cür səliqəyə salar, bir özgəsi başqa bir səliqəyə 
salar; mənə qalırsa, lap evi dibindən söküb yerə qoymaq və  təzədən tikmək 
lazımdır; burada adamlar başlıgözlü adamları öz səliqələrilə döşəyirlər, daha evə 
nə söz! 
Ə b d ü l ə l i b ə y. Doğrudur, mən də hələ onu düşünürdüm. 
D i l b ə r. Gülüşcan, diliniz çox iti deyilmi? 
G ü l ü ş. Bağışlayın, təzəcə itilətdirmişəm, çarxdan indi gəlmişdir. 
D i l b ə r. Deyirəm axı... Ancaq gözləyin, daşa toxundurmayasınız. 
G ü l ü ş. Qorxusu yoxdur... Sınamışam, daşdan keçir; ancaq bircə dana gönünə 
işləmir, hey sancıram, batmır ki, batmır; ancaq mən ondan da qorxmuram, yəni 
mən heç kökündən qorxaq deyiləm. Deyirlər ki, həyat qoçaqlarındır! Buyurun, 
hələlik başlayın! Balaş! Siz Edilyanı unutmayın, bunlar ilə mən başararam. 
B a l a ş. Mən... Mən Edilyanı? İnsan nəfəs almağı unudarmı? 
D i l b ə r. Hanı mənim stəkanım? Mən bu gün qəsdən içəcəyəm. Balaş məni 
tək buraxmaz, deyilmi? 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə