Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   5   6   7   8   9   10   11   12   ...   113

31 
 
G ü l ü ş. Hərlən. Həyatın acı oyunlarında başın hərlənirkən, kimsə sənin üçün 
valsı saxlamaz. Sən, ayaq üstə dura bilmək üçün çox yıxılacaqsan. 
S e v i l. Burax, dayana bilmirəm. 
G ü l ü ş. Mən səni həyatın baş gicəldən oyunlarına atıram: dayana bilməzsənsə 
– yıxıl, yaşamaq istəyirsənsə – qalx, yoxsa tapdanacaqsan. 
 
S e v i l D i l b ə r l ə B a l a ş ı n ayağı altına yıxılır. 
 
D i l b ə r. Ha... ha... ha... Gülüş, axır ki, tək qaldın! 
G ü l ü ş (Sevilin uşağını qucağına alıb oynayır). Mən tək deyiləm, həm də söz 
son gülənindir. 
 
P ə r d ə 
 
ÜÇÜNCÜ PƏRDƏ 
 
D i l b ə r i n otağı. B a l a ş ı n evində Avropa səliqəsilə bəzənmiş bir otaq. 
 
B a l a ş. 
 
Bülbül güldən ayrı düşər, nitqi lal olur. 
Cəh-cəh vurar o vəslinə bais məlal olur. 
Əl dəymə, bağban, gülə, qaldırma naləsin. 
Nazikdi bərgü şaxəsi, tez payimal olur... 
Vermərəm könlümü bir dilbərə bundan sonra, 
Olmaram mail o siminbərə bundan sonra. 
Aldı imanımı əldən, məni bidin elədi, 
Baxmaram bir də mən ol kafərə bundan sonra. 
 
Ay qız, Tafta, Tafta! 
T a f t a. Nə deyirsən, ağa! 
B a l a ş. Gündüz haradadır? 
T a f t a. O biri otaqdadır. 
B a l a ş. Gətir onu bura. 
T a f t a. Yox, ağa, Dilbər xanım buyurmuşdur ki, Gündüzü onun otağına 
gətirməyim, acıqlanar. 
B a l a ş. Necə acıqlanar? 


32 
 
T a f t a. Bilmirəm, hələ-belə, acıqlanar. 
B a l a ş. Indi özü haradadır? 
T a f t a. Kim bilir, səhərdən axşamacan, axşamdan səhərəcən gedir, gəlir, 
ağzını dirəyir divara, bir düdkeşi də alır əlinə mırtamırt, vurtavurt. Səhər bilmirəm 
ki, kim ilə danışırdı, dedi polutmaxtra gedəcəyəm. 
B a l a ş. Bəs, bayaq harada idi? 
T a f t a. Kim bilir, bayaqdan dırnaqlarını tutdurmağa getmişdi. Can kimi 
qayçımız var, meşəyə sal, odun qır. Bir saat evdə otursun, yoxdur. Səhərdən 
axşamacan bir arvad suvaqlayır-malalayır, suvaqlayırmalalayır. 
B a l a ş. Bu gün mən beş yol evə zəng çalmışam. 
T a f t a. Tatar qızı getdi, dedi ona, işi var idi, gəlmədi. 
B a l a ş. Bəs, o şeytan qızı deyirdi ki, evdə yoxdur. 
T a f t a. Özü dedi, yazıq tatar qızında təqsir yoxdur. Özü dedi: get, de evdə heç 
kəs yoxdur. 
B a l a ş. Elə niyə? 
T a f t a. Mən nə bilim, bir kişi ilə oturmuşdu, kartdır, qumardır, nədir, ondan 
oynayırdı. Mən dolçanı gətirirdim, səsi gəlirdi ki, getsəm, kağızlarıma baxarsan. 
B a l a ş. Bəs sənə haçan dedi Gündüzü bu evə gətirmə? 
T a f t a. Gələr kartı-martı qarışdırar; yəni axtarsan, o tatar qızından başqa heç 
birimizi bu evə qoymur. 
B a l a ş. Yaxşı, yaxşı, sən get Gündüzü buraya gətir (Tafta gedir). 
 
Vermərəm könlümü bir dilbərə bundan sonra, 
Olmaram mail o siminbərə bundan sonra. 
Aldı imanımı əldən, məni bidin elədi, 
Baxmaram bir də mən ol kafərə bundan sonra. 
 
Gəl, gəl, yanıma, Gündüz, harada idin? 
T a f t a. Deyinən, o biri otaqda. 
B a l a ş. Gündüz, sənin anan haradadır? Tafta, sən bilmirsən Sevil haradadır? 
T a f t a. İndi bilmirəm, ağa. Harada olacaq, Allah kafər balasını onun gününə 
salmasın. Qabaqlar gördüm, göz gərək ruzigarına ağlasın. 
B a l a ş. Haçan gördün? 


33 
 
T a f t a. Neçə ay olar. Burdan gedəndən sonra Hacı Səmədgildə qulluqçuluq 
edirdi. Sonra Gülüş ona dərs deyirdi. Gör necə həyalı arvaddır ki, qabaqlar özüm 
gördüm, Gülüş ona dil çıxartdı ki, daha bu çadranı at, bəsdir, hələ yox dedi ki, yox. 
Bu yaxın vaxtlar məni küçədə gördü, əllərini boynuma saldı, üzümdən öpdü, necə 
yalvarırdı; sən allah, uşağıma yaxşı bax. Sonra səni soruşdu, gözlərindən yaş 
damcıdamcı tökülürdü. 
B a l a ş. Yazıq, indi kim bilir, nə haldadır? 
T a f t a. Bir haldadır ki, Allah göstərməsin, elə bil taxta üstündən qaçmışdır. 
Gözləri çuxura düşmüşdür. Baxışları adama yapışır. O al yanaqlar necə olub
sapsarı. 
B a l a ş. Yaxşı, Tafta, al bu uşağı apar. Get xalanın yanına. Gedib bir Gülüşü 
buraya çağırarsan. 
T a f t a. Gəlmir, deyir: mənim sizin evinizdə işim yoxdur. Sevil gedəndən bəri 
ayağını bu evə basmayıb. O da başıaçıq, baldırı açıq yığıb 24 uşağı, cərgə ilə 
düzüb, təlim verir. Uşaq bağçası olub. Bu uşaqlar necə oxuyur, necə atdanır, gəl 
görəsən! Gündüzü də istəyəndə, mən aparmadım. 
B a l a ş. Yaxşı, Tafta, mən bir az yatıram. Dilbər gələndə  mənə deyərsən 
(Gedirlər). 
 
D i l b ə r, Ə b d ü l ə l i b ə y və M ə m m ə d ə l i gəlirlər. 
 
D i l b ə r. Ay yoruldum, ayaq üstə dura bilmirəm. 
Ə b d ü l ə l i b ə y. Doğrudur, hələ mən də onu düşünürdüm, Amma da piyada 
gəlmişik ha! 
M ə m m ə d ə l i. Heç yox, görən də desin ki, nə qədər piyada gəlmişik, aşağı 
tindən yuxarı tinə vur-tut beş addım, bir çərək. 
D i l b ə r. Mən həmişə oradan evə fayton ilə gəlirdim. Ancaq bu gün yox idi. 
Əvvəlləri Balaş bankda olanda, bankın faytonu səhərdən axşamacan məni 
gəzdirirdi, indi bankdan çıxmışdır, daha hələ-belə faytonlarda gəzirəm. Odur ki, 
piyada bir addım belə gedə bilmirəm. 
Ə b d ü l ə l i b ə y. Doğrudur, bu qədər incə ayaqlar piyada gedə bilməz. Qadın 
vücudu zərif yaranmışdır, odur ki, qədimlərdə qadınlar kəcavə ilə  gəzirdilər. 
Qadınınkı odur ki, hara getsə, tez dəyib qayıtsın, yoxsa, piyada gəzmək qadınlara 
yaramaz... 
M  ə m m ə d ə l i. Heç yox. Küçədə bir arvad gördüm, bir uşağı çarşab ilə 
dalına sarımış, birini də qucağına almış, başında bir taya paltar, həsir, dənizdə 
yumuşdu, gətirirdi bu soyuqda, özü də ayaqyalın. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə