Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   8   9   10   11   12   13   14   15   ...   113

40 
 
D i l b ə r. Seyças je ubrat, seyças, mən sənə deyirəm. Balaş, mən sənin iki 
gözünü bir deşikdən çıxardaram. Məni oynatmaq düşündüyünüz qədər asan deyil. 
S e v i l. Xanım! Onda bir təqsir yoxdur, ona acıqlanmayın. Mən özüm 
gəlmişəm, bağışlayın. Mən indicə gedirəm, ancaq başım gicəlir, ona görə bir az... 
D i l b ə r. Balaş! Eşidirsən, səndən soruşuram: bunu bura kim gətirdi? 
B a l a ş. Gülüş gətirdi. 
D i l b ə r. Gülüş öz evində ağalıq edə bilər. 
S e v i l. Yaxşı, xanım, acıqlanmayın, mən özüm gedirəm. 
D i l b ə r. Balaş, sən sərxoşsan? Mən sənə deyirəm: bu saat qolundan tut
bayıra at! 
B a l a ş. Dilbər, onsuz da gedir. 
D i l b ə r. Sənə deyirəm qolundan tut, bayıra at! Çünki mən belə istəyirəm. 
B a l a ş. Sevil! 
D i l b ə r. Balaş, eşidirsənmi? Mən sənə deyirəm: bu saat qolundan tut, at 
bayıra! 
B a l a ş. Sevil, sən... get... 
G ü l ü ş. Balaş! 
S e v i l. Burax! Mən sənin dincliyini, xoş gününü pozmamaq üçün onsuz da 
gedəcəyəm. Məni bağışla! Gülüş, bu neçə vaxtda sən nə qədər dedin, mən şübhə 
edirdim. Bu gün səndən gizlin bu küçəyə  gəlmişdim. Ancaq yazıq mən, bütün 
ömrümdə onu bütün dağlar qədər enməz bilirdim. Buradan gedəndən sonra mən 
daima sənin mənəvi hökmranlığın altında, hər bir hərəkəti sənin xoşuna, acığına 
gələcəyi ilə ölçürdüm, ruhum daima bu evdə  səninlə yaşayırdı. Ancaq heyhat, 
keçmiş ola! 
B a l a ş. Sevil! 
S e v i l. Artıq uzaq! Mən bu gün buraya, uzaqdan da olsa, uşağımı görmək 
üçün gəldim. 
D i l b ə r. Çocuğunuzu apara bilərsiniz. Mən dayəliyə alışmamışam. 
G ü l ü ş. Onu mən aparacağam! 
S e v i l. Mən indi heç bir şey istəmirəm. Mən gedirəm, bir gün yenə 
qayıdaram, onda danışarıq. 
D i l b ə r. Siz dəlimi olmuşsunuz? 
S e v i l. Mən əvvəldən dəli idim. Bir il bundan əvvəl Gülüş mənim çadramı 
açıb, məni ortalığa çıxartdı, qoç döyüşünə qoç dayanar 


41 
 
dedi. Mən onda anlamadım. Ondan sonra mənə çox dedi, mən yenə də anlamadım. 
Yazıq, yeddiillik ömrümü onun heçliyinə qapanaraq, bu qara dustaq içində 
sürünmüşəm. Artıq, al! (Çarşabı atır). Daha bu mənə gərək deyil, sənə gərəkdir, 
mən isə gedirəm. 
G ü l ü ş. Elə, elə, Sevil, qoç döyüşünə qoç dayanar. 
B a l a ş. Sevil, dayan, getmə, hara gedirsən? 
S e v i l. Eşidirsənmi? Gülüş deyir: qoç döyüşünə qoç dayanar. Kəlləmi 
bərkitməyə gedirəm. 
B a l a ş. Sevil, getmə! Sən bu halda hara gedə bilərsən? 
S e v i l. Haramı? Fahişəliyə gedəcəyəm. Mən hər gün ürəyimi satacaq
beynimə yedirəcəyəm. Sağlıq olsun! 
 
P ə r d ə 
 
DÖRDÜNCÜ PƏRDƏ 
 
G ü l ü ş ü n otağı. Şüşəbənd bir evin həyətində bir hovuz. 
G ü n d ü z həyətdə oynayır. 
 
G ü l ü ş (gəlir). Nə edirsən, Gündüz? 
G ü n d ü z. Bax, bibi, biz dünən məktəbdə  uşaqlar ilə dünya səyahətinə 
çıxmışdıq. Hər bir hədəfimiz bir dilək adası idi. Bax, Avropanın sahilinə kimi 
gəlmişəm. Indi əsil hədəfə qısa bir yol axtarıram. 
G ü l ü ş. Dünən getdiyiniz yollar yaramazmı, Gündüz? 
G ü n d ü z. O yollar, yox! Ancaq mən tapmasam, sən mənə göstərməlisən
yoxsa mən geridə qalaram. 
G ü l ü ş. Yox, gülüm, mən bildiyim yollar köhnədir, onları özgələri də bilə 
bilər. Sən, geridə qalmamaq üçün çalış, yeni bir yol tap. 
G ü n d ü z. Gecə  səhərə kimi düşünəcəyəm, nə olursa-olsun, yeni bir yol 
tapacağam. 
G ü l ü ş. Düşün, Gündüz, artıq düşünmək və yeni yollar tapmaq sənin 
borcundur. 
G ü n d ü z. O nə kitabdır, bibican? Yəqin, içində yaxşı-yaxşı şəkillər vardır. 
G ü l ü ş. Bu, yeni çıxmış bir kitabdır. 
G ü n d ü z. Üstündə yazılan nədir? Sevil... Sevil... Dayan, dayan, bibican, sən 
deyirdin mənim anamın adı Sevildir. 


42 
 
G ü l ü ş. Sevildir, gülüm. 
G ü n d ü z. Deməli, bu kitabı o düzəldibdir. Bircə dayan, adını yaxşı-yaxşı 
oxuyum (Oxuyur). “Azərbaycan qadınlığının azadlıq yolu”. Bu kitabı  mənim 
anammı düzəltmişdir? 
G ü l ü ş. Bilmirəm, gülüm, Moskvaya gedəni ondan kağız almamışam. 
G ü n d ü z. Bibican! Bəs sən demişdin ki, on yaşım olanda məni anamın 
yanına aparacaqsan? 
G ü l ü ş. Demişdim. 
G ü n d ü z. Bəs deyirsən bu gün mənim on yaşım tamamdır. Qonaqlıq da 
mənim yaşıma görə deyilmi? 
G ü l ü ş. Elədir, gülüm. Ananı görmək istəyirsənmi, Gündüz? 
G ü n d ü z. Çox istəyirəm, bibican. Anam gözəldirmi? 
G ü l ü ş. Çox gözəldir, gülüm. 
G ü n d ü z. Bəs, bu gecə bura gəlməyəcəkmi? 
G ü l ü ş. Kim bilir, gülüm. 
G ü n d ü z. Bibican, sən həmişə məni aldadırsan, gah deyirsən anan bilmirəm 
haradadır, indi də deyirsən Moskvadadır. Mən Moskvanın yolunu çox gözəl 
bilirəm. Ox, bibican, bircə anamı görsəm!.. 
G ü l ü ş. Nə edərsən, Gündüz? 
G ü n d ü z. Boynuna sarılacağam, üzündən, gözündən, dodaqlarından 
öpəcəyəm, bax, belə! (Gülüşün boynuna sarılır). 
G ü l ü ş. Yaxşı, gülüm, sən şeylərini yığışdır, mən görüm qonaqlar necə oldu? 
(Gedir). 
Ə b d ü l ə l i b ə y (Məmmədəli ilə gəlir). Bəlkə bu Sevil, hələ o Sevildir? 
M ə m m ə d ə l i. Heç yox. Sənə deyirəm, Sevil fransız sözüdür. Türklərdə belə 
ad yoxdur. 
Ə b d ü l ə l i b ə y. O da doğrudur, ancaq kitabın üzərində yazılıb, “Azərbaycan 
qadınlığının azadlıq yolu”. Fransıza nə düşmüşdür ki, Azərbaycan qadınının 
gününə yansın. 
M  ə m m ə d ə l i. Heç yox. Fransızlar Quranı  tərcümə etmişlər, türklər 
haqqında, türklərin özlərindən çox yazmışlar. 
Ə b d ü l ə l i b ə y. Ola bilər, ancaq yenə də bir Gülüş xanımdan soruşaq. 
 
G ü l ü ş gəlir



Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə