Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   7   8   9   10   11   12   13   14   ...   113

37 
 
cəmiyyətin işi ola bilər. Özgəsi qapını döyməmiş içəri girərmiş, amma mən, sizin 
öz əriniz... 
D i l b ə r. Yenə də özgəsi? Balaş, məni əsəbiləşdirirsiniz. Gedin, öz otağınıza, 
sinirlərim bir az dincəlsin, sonra gələrsiniz. 
B a l a ş. Yaxşı, Dilbər, mən gedirəm, ancaq sizə söz deyəcəyəm. 
D i l b ə r. Sonra, sonra. Belə sinirli bir halda sənin ilə danışa bilmərəm. 
B a l a ş. Çünki bu gecə səhərə kimi işləyəcəyəm. Deyirəm, birdən 
bu kağızları qurtara bilmərəm, sabah yəqin lazımdır. 
D i l b ə r. Daha ona mən nə edə bilərəm? 
B a l a ş. Dedim, bəlkə, iki saat sən də mənə kömək etdin. 
D i l b ə r. Hələ o qalmışdı! Yox, yox, pojaluysta, mən bacara bilmərəm. Hələ o 
qalmışdı! 
B a l a ş. Yaxşı, yaxşı, sinirlənməyin, mən gedirəm (Gedir)
D i l b ə r. Getdi? O qədər kobuddur ki, qiyamətə kimi əl çəkməyəcəkdir. 
Onunla adam arasına çıxmağa utanıram. Gördüyünüz kömürçülər arasında nə 
tərbiyə ala bilər? 
Ə b d ü l ə l i b ə y. Doğrudur, mən də onu düşünürdüm. Yüz olsa, gəda 
gədadır, bəy bəydir, rəiyyət də rəiyyətdir. Insanın nəzakəti əsilzatında olmalıdır. 
D i l b ə r. Ayda iki cüt çəkmə, iki dəst paltar alanda, yainki, gündüz 3-4 manat 
faytona verəndə, özünü itirir. Elə bil mən də onun üçün çit-alaca geyəcəkdim; 
çünki özü bu şeyləri görməmişdir. 
Ə b d ü l ə l i b ə y. Doğrudur, mən də hələ bu saat onu düşünürdüm. Xalqın 
təməssükü qalıb, əgər sizin xatiriniz olmasa idi. 
D i l b ə r. Yaxşı, Əbdüləli bəy, deməli, biz gedək sizə, o da oraya gələcəkdir! 
Ə b d ü l ə l i b ə y. Doğrudur, hələ mən də onu düşünürdüm. 
D i l b ə r. Gəlin! Aha, vinovat, Alikin kağızı qaldı. O qədər məni sinirləndirir 
ki, az qalmışdı yadımdan çıxsın. Balaş, Balaş! 
B a l a ş. Nə var, Dilbər? 
D i l b ə r. Balaş, mən istəyirəm ki, sən məni sabah öz naziriniz ilə tanış edəsən. 
Ponimayeş, birinin bir kağızı var, istəyirəm ona düzəltdirəm. 
B a l a ş. Necə  yəni? Xalq öz işində, gücündə, gedim tutum ki, gəl mənim 
arvadım ilə tanış ol? 
D i l b ə r. Niyə, sən onunla tanış deyilsən? 
B a l a ş. Tanışam, ancaq qulluqda. Aparıram kağızlara qol çəkir, çıxıram, 
vəssalam. 


38 
 
D i l b ə r. Yaxşı, al, onda özün bunu düzəlt. Qatışdır hələ verəcəyin kağızlara. 
Axır ki, özün bil də... 
B a l a ş. Dilbər, sən bilirsən ki, o biri kağız üçün iş  hələ  də  məhkəmədədir. 
Kim bilir ki, nə olacaq. Indi də bunun məsuliyyəti! 
D i l b ə r. Yenə də məsuliyyət, yenə köhnə nəğmələr. Düzəlt! Sağ ol! Deməli, 
biz getdik teatra. Əbdüləli bəy, gəlin! 
 
Gedirlər. 
 
B a l a ş. Tafta, Tafta, ay qız, Tafta! Sən bir də get Gülüşü çağır. Deyinən vacib 
işim vardır. 
T a f t a. Sən deyəndən sonra mən yenə qaça-qaça getdim dedim, gəlmək 
istəmir. 
B a l a ş. Onda gedək evlərini mənə göstər. Mən özüm onun yanına gedəcəyəm. 
T a f t a. Evləri bu küçənin o biri başındadır. 
 
Gülüş gəlir. 
 
G ü l ü ş. Siz məni çağırmışdınızmı? 
B a l a ş. Gülüşcan, bacıcan, bir ildir səni görməmişəm. Nə üçün məndən uzaq 
gəzirsən? 
G ü l ü ş. Çünki, Balaş, biz artıq yabançılarıq. 
B a l a ş. Gülüşcan, mən böyük ağırlıq içindəyəm. Hər günüm bir cəhənnəm 
əzabıdır. Mən sənə şikayət etmək istəyirəm. 
G ü l ü ş. Balaş! Mən bura gələrkən qapınızın yaxınlığında bir qadın yıxılmışdı. 
Kişilər başına toplaşmışdı. Get, onu içəri gətir. Tafta, sən də get. Deyəsən, 
bayılmışdır, ya da bəlkə ölmüşdür? 
B a l a ş. Bu saat, Gülüş (Gedir gətirir). Sağdır, sağdır, ürəyi döyünür, ancaq 
bayılmışdır. 
G ü l ü ş. Kimdir? 
B a l a ş. Bilmirəm, bir qadındır. Lampanı yaxına gətirir. Odur, odur! 
G ü l ü ş. Kimdir? 
B a l a ş. Odur, Sevildir, Sevil. Altı illik yoxsul həyatımın əmək yoldaşı. 
G ü l ü ş. Sevil, Sevil. Odur. Bir az su verin! Yastıq verin! 
B a l a ş. Dayan, budur! Yazıq nə hala düşmüş, necə  də saralmış, solmuş! O 
yazıq ömründə bir gün görməmiş. 
G ü l ü ş. Çəkil! O zamanlar ki, sən yoxsul idin, hətta dilənçi kimi idin, o yazıq 
günlərlə ac qalır, öz payını gizlədir və sənə yedirirdi. 


39 
 
Balaş qoy doysun, deyirdi. Sevil, Sevil, qorxma, qalx. Yavaş, yavaş! Bu yana 
çəkilin! O bu evdə zəncirli bir it kimi çırpınır, çalışırdı, lakin heyhat kimin üçün, 
nə üçün? 
B a l a ş. Gülüş! Sənə bir söz demək istəyirəm, ancaq qorxuram, çünki sən çox 
mərhəmətsizsən. O yazıq belə bir halda, bu qapılarda... 
G ü l ü ş. Sevil, qalx, qalx! 
S e v i l. Nə var, nə üçün mənim başıma toplaşmışsınız? Mən haradayam? 
Balaş, sənsən? Gülüşcan, sənsən? Məni bura kim gətirdi? 
G ü l ü ş. Sevil, bəsdir, ağlama! 
S e v i l. Mən buraya gəlmək istəmirdim, mənə acıqlanmayın! 
G ü l ü ş. Sənə kimsə acıqlanmaz, Sevil! 
S e v i l. Mən elə bildim ki, mənə acıqlanacaqsınız. Mən buraya gəlib sənin 
evində, sənin dincliyini pozmaq istəməzdim. Qulluq etdiyim yerdə  şirni 
paylayırdılar: mənə bir az alma, şirni pay vermişlər. Mən uzaqda gəzirdim, oğlumu 
gözləyirdim ki, bəlkə bayıra çıxar. Dayandım, axır yoruldum, oturdum. Sonra 
bilmirəm nə oldu. Budur, ancaq mən oğlum üçün gəlmişəm. Mənə acıqlanmayın. 
B a l a ş. Sevil, sən heç qorxma. Mən çalışaram bəlkə, səni bu evdə bir yerə 
düzəltdik. 
G ü n d ü z gəlir. 
S e v i l. Oğlum, oğlum! 
 
Gündüzü qücaqlayır və çarşabının ətəyindəki almaları ona verir. 
D i l b ə r gəlir. 
 
D i l b ə r. Eto çto yeşyo! Bu nədir, nə olmuşdur! Bu arvad kimdir, bunu buraya 
kim gətirdi? 
S e v i l. Mən, mən gedirəm, indicə gedirəm. Mən oğlumu görmək istəyirdim, 
indicə gedirəm. 
D i l b ə r. Balaş! Mən səndən soruşuram: bunu mənim yataq otağıma kim 
gətirdi? Şəhərdə “zaraza” azmış, bir də... 
B a l a ş. Dilbər, o öz oğlunu görməyə  gəlmişdir. Yazıq bayırda donub 
qalmışdı. 
D i l b ə r. Sən... sən... ağlayırsan? Yaman olmaz, hər yoldan ötəni mənim yataq 
otağıma soxmaq! 
B a l a ş. Edilya... O başqa evdə qulluqçuluq edir. Öz oğlunu görməyə 
gəlmişdir. Yazıqdır, gör necə baxır. Mən deyirəm, mümkün isə, sən razı olsan, bizə 
onsuz da bir qulluqçu lazımdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə