Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   12   13   14   15   16   17   18   19   ...   113

52 
 
G ü l ü ş. Onsuz da səhərdən o mənim baş-beynimi aparırdı. 
S e v i l. Dur, mən bu saat onun baş-beynini elə aparım ki, özü də afərin desin. 
(Balaşa) Hə, acıyırsanmı? 
 
Gülüş keçir içəri. 
 
B a l a ş. And iç, Sevil! Söylə ki, bunlar hamısı yalandır. Sən belə namussuzluq 
etməmişsən. Söylə ki, bunların heç biri olmamışdır. Söylə ki, hamısı yalandır. 
S e v i l. Lakin, bunların hamısı doğrudursa? 
B a l a ş. Axı, Sevil, bu əxlaqsızlıqdır, namussuzluqdur. Yox, ola bilməz. 
Yalvarıram, Sevil, söylə ki, bunların hamısı yalandır. Sən əvvəlki kimi əxlaqlı və 
namuslusan... 
S e v i l. Namus! Ha... ha... Nədir namus?.. Yalnız qadınların daşıyacağı bir 
yükdür. Sən hər gün bir dəqiqəlik zövqün üçün tuş  gəldiyin hər bir qadına göz 
basırkən, kimsə  sənə namussuz demirdi. Lakin biz, biz bir lampalıq neft, bir 
parçacıq çörək, bir doyumluq quru çörək üçün birinə yanaşdıqda, bütün bayquşlar 
səs-səsə verib, dörd bir yandan: “fahişə, fahişə”, – deyə ulaşırlar. Halbuki sən 
mənim gözümün qabağında bir qadının belindən qucmuşdun, mən də  əlimdə su
qarşında durub titrəyirdim, sən göz belə  qırpmırdın. Bilmək istəyirdim ki, sənin 
adın nə olur? Ad birdir. O zaman mənim nə düşünməyə beynim, nə  də deməyə 
dilim yox idi. Indi isə üzünə deyirəm: fahişə! 
B a l a ş. Sevil! Sən indi nə etmək istəyirsən? 
S e v i l. Mən öz işimə gedəcəyəm. 
B a l a ş. Sən yenə də hər gecə sahiləmi çıxacaqsan? 
S e v i l. Orasını mən özüm bilərəm. 
B a l a ş. Yox, Sevil, mən artıq səni tək buraxmaram. 
S e v i l. Heyhat!.. Keçmiş ola! 
B a l a ş. Sevil... Mən sənsiz yaşaya bilmərəm, mən səni sevirəm. 
S e v i l. Eləmi? Ha... Ona görə ki, indi mənim çəkmələrim lak, tumanım qısa 
və dabanlarım dikdir? 
B a l a ş. Yox, Sevil, yox, inan ki, o gözlər, o baxışlar daima məni 
təqib edir. 
M  ə m m ə d ə l i. Hamısı yalandır: məhəbbət də yalandır, sevgi də 
yalandır.  Əxlaq da boş  şeydir. Namus təbiətin çirkinliyindədir. Məqsəd, 
türkün sözü, işlək mal törətməkdir. 
 
İçəridən Gülüşün oxumaq səsi gəlir. 


53 
 
Gəlmə, gəlmə, get a gülüm, 
Keçdi gün, dolandı hava. 
Mən sənin kimi bivəfa 
Yarı neylərəm, a gülüm. 
 
B a l a ş. Sevil! 
S e v i l. Eşidirsinizmi, deyəsən, Gülüş oxuyur. 
O x u m a q s ə s i g ə l i r. 
Mən dilərkən eşqə dəva, 
Sən sürürdün onda səfa. 
Mən sənin kimi bivəfa 
Yarı neylərəm, a gülüm. 
 
B a l a ş. Sevil, diz üstə çöküb bir çocuq kimi yalvarıram: məni öldür, 
rədd etmə! Mən səni bir çocuq kimi oxşar, bir kukla kimi atıbtutaram. 
Sevil, yalvarıram sənə, mənə rəhmin gəlsin, mən sənsiz yaşaya bilmərəm. 
S e v i l. Mən sənə doğrudan da acıyıram. Qalx, Balaş! Mən elə bilirdim 
ki, sən bu illər içində  dəyişmişsən, yazıq ki, sən  əvvəlki kimi ayaqlara 
qapanacaq bir meşşan, özgəsindən səadət sədəqəsi istəyən bir dilənçisən. 
Mən isə artıq əvvəlki Sevil deyiləm. Mən atılıb tutulacaq bir kukla deyiləm. 
Mən indi boynumu kişilərin qolları arasına, bu mərhəmət boyunduruğuna, 
bu dəmir obruçlara, bu çəlik məngənələrinə keçirə bilmərəm. Indi mən 
həyata qarşı aciz deyiləm.  İndi məndə qoç döyüşünə qarşı aslan pəncəsi 
vardır. 
D i l b ə r (içəri girir). Balaş, bu nədir, nə edirsən? Gülüş, siz 
görürsünüzmü? Bu nədir, sən nə edirsən? 
G ü l ü ş. Kim bilir, bəlkə əriniz yeni bir vals düzəltmişdir. 
D i l b ə r. Eşidirsənmi, Balaş! Bu nədir? Bu tərbiyəsizlikdir. Yüksək 
cəmiyyətlərdə bu, nəzakətsizlikdir, əxlaqsızlıqdır. 
Ə b d ü l ə l i b ə y. Doğrudur, hələ mən də onu düşünürdüm. 
B a l a ş. Tərbiyə, nəzakət, əxlaq – hamısı şablondur. İstəmirəm, apar. 
Mən onu istəyirəm, mən onu sevirəm. 
D i l b ə r. Gülüş, buna siz nə deyirsiniz? Bunun başına havamı gəldi, bu 
rəzalət deyilmi? 
G ü l ü ş. Mən bilmirəm, Edilya. Siz deyirdiniz ki, həyat mübarizədir, 
qoç döyüşünə qoç dayanar. 


54 
 
S e v i l. Ha... ha. Yox, Gülüşcan, qoç döyüşünə qoç dayanmaz, qoç 
döyüşünə aslan pəncəsi dayanar. Vals! Çalğıçılar, vals, mən oynamaq 
istəyirəm. 
G ü l ü ş. Edilya, sizdəmi vals oynayacaqsınız? 
D i l b ə r. Yox, mənim başım hərlənir, verin, mənim papağımı, mən 
gedirəm. 
S e v i l. Mənim isə artıq başım hərlənmir. Mən həyata sərxoş 
girib, ayıq çıxmışam. Vals! 
M ə m m ə d ə l i. Nə ay var, nə gün, nə dünya var, nə axirət, heç nə 
yoxdur. 
B a b a k i ş i. Adə, Atakişi, türkün sözü, gəmidə oynadığımız 
oyundandır ha!.. 
A t a k i ş i. Di onda, başla, Babakişi. 
B a b a k i ş i. Dayan bir, türkün sözü, çəkmələrimin bağını sarıyım. 
G ü l ü ş (Dilbərə). Xanım, siz deyəsən, tək qaldınız? 
D i l b ə r. Mənim burada işim yoxdur, mən gedirəm. 
G ü n d ü z. Tapdım, tapdım, tapdım! 
G ü l ü ş. Nəyi tapdın, gülüm! 
G ü n d ü z. Mən sabah dunya səyahətində  də yol başına bütün 
çocuqlardan tez çatacağam. Mən daha gəmilə getməyəcəyəm, bununla 
gedəcəyəm, bununla! 
G ü l ü ş. Sonra? 
G ü n d ü z. Sonra. 
G ü l ü ş. Hansı yol ilə qayıdacaqsan? 
G ü n d ü z. Qayıtmağı mən heç düşünməmişəm. 
S e v i l. Yox, balam, sən qayıtmayacaqsan. 
G ü n d ü z. Mən qayıtmayacağam, mən daima irəliyə doğru gedəcəyəm 
– Marsa, Yupiterə, sonsuz fəzalara doğru gedəcəyəm. 
S e v i l. Gəl, oğlum, gəl! 
B a l a ş. Sevil, sən hara gedirsən? 
S e v i l. Sosializmə, fabrikə! Mən oradan gəlmişəm, oraya da gedirəm. 
Qadınların azadlıq yolu ancaq oradadır! 
 
P ə r d ə 


55 
 
ALMAZ 
 
5 pərdəli 7 şəkilli pyes 
 
İŞTİRAK EDƏNLƏR 
 
A l m a z – müəllimə, 18 yaşında 
X a n ı m n a z – onun anası, 42 yaşında 
F u a d – Almazın nişanlısı, 23 yaşında 
T e m u r t a ş – doktor, 32 yaşında 
C a m a l – müəllim, Fuadın dostu, 22 yaşında 
M i r z ə S ə m ə n d ə r – məktəb müdiri, 43 yaşında 
B a r a t 
G ü l v e r d i komsomolçular 
A l l a h v e r d i – qoca kəndli, Baratın atası 
S ü r m ə – məktəbli qız, 10 yaşında 
A f t i l – yoxsul kəndli, 40 yaşında 
Y a x ş ı – kəndli, 22 yaşında 
B a l o ğ l a n – kənd şurası sədri, 30 yaşında 
Ş ə r i f – onun katibi 
H a c ı Ə h m ə d – maskalı qolçomaq, 50 yaşında 
İ b a d – qolçomaq quyruğu, Yaxşının qaynı, 30 yaşında 
B a l a r z a – varlı kəndli, 43 yaşında 
G ü l x a n ı m – onun arvadı, 26 yaşında 
O c a q q u l u – kəndli, 65 yaşında 
K ə r b ə l a y ı F a t m a n s a – mamaça, 65 yaşında 
P r o k u r o r 
 
Komissiya üzvləri, kəndlilər, kəndli qadınlar, gənclər, uşaqlar. 
 
BİRİNCİ PƏRDƏ 
 
BİRİNCİ GÖRÜŞ 
 
Azərbaycanın uzaq bir kəndində, məktəb qabağında bir meydança. K ə n d m o l l a 
s ı, o n u n m ü r i d l ə r i, a ğ s a q q a l l a r və sairə çiyinlərində bir tabut aparır və 
oxuyurlar. Bu aralıq on səkkiz yaşlarında gənc bir qız – A l m a z b i r q a d ı n ı n 
əlindən tutub sürüyərək, qocaların baxışı altında keçib gedir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə