Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   24   25   26   27   28   29   30   31   ...   113

90 
 
B a l o ğ l a n. Elə budur ki, var, vəssalam, şüdtamam. 
H a c ı Ə h m ə d. Amma, Baloğlan, canunçun ki, eləyəcəyəm. Bu gündən sənə 
deyirəm: eləməsəm, atam Hacı Mürsəlqulu uşaqlarını görüm... 
B a l o ğ l a n. O nəyə lazımdır?  Şura sədri mən deyiləm? Mən elə sabah 
düzəldim, qurtarsın getsin də. Ancaq özü söz versin ki, razıyam. 
A l m a z. Yaxşı, bunların hamısının əvəzində mən nə etməliyəm? 
H a c ı  Ə h m ə d. Necə ki, yəni nə etməliyəm! Hi-hi... O elə bilir ki, guya 
bizim ondan bu barədə bir təmənnamız var. 
B a l o ğ l a n. Yox, canım, yox, yox, yox, yox. 
H a c ı Ə h m ə d. Nə var, Allaha şükür. İntihası bir sözdür. Ya səhv olub, ya 
elə-belə demişsən, keçib gedib, canın sağ olsun. Heç dibindən o bağ olmasa, nə 
olar? Ya elə dedin, bəyəm nə oldu, ancaq biz deyirik ki, oğrunun yadına daş 
salmayasan. Eh, belə... Yoxsa canunçun, Baloğlan, yüz elə bağ ola, mülk ola, 
qulağıma girməz, ancaq biz deyirik ki, məxluq bizə gülməsin. Odur, bulaq altında 
mülküm var, elə dibindən bağışlayıram sənə. Qoy bir-iki ay keçsin, lap köç gəl, 
otur. İstəyirsən məktəb elə, istəyirsən artel elə. 
A l m a z. O mülk nə məktəb üçün yarar, nə də artel üçün. 
H a c ı  Ə h m ə d. Yaramaz, yaramaz, özün otur. Mən onu sənin özünə 
bağışlayıram.  İstəyirsən çölə tulla. Daha o mənim borcum deyil. Bu da onun 
kağızı. Bax, mülkdür, verirəm ki, ləzzət eləyir mənimçün. Nə üçün ki, öz 
rizaməndliyimlə verirəm. Özümünkünə verirəm. Lap onun qiyməti milyon da olsa
eyni nəzərimə gəlməz. Mənim xasiyyətim bir cürdür. Belədir, Baloğlan, ya qeyri-
belədir? 
B a l o ğ l a n. Belədir də, yoxsa başqa bir cəhətdən, yox, yox. 
H a c ı  Ə h m ə d. O ki qaldı  məsciddir, canım sənə desin, o başqa işdir. 
Neynək, danışarıq, məsləhətləşərik, elə mən də sənnən bir bina qoyaram. Elə Molla 
Sübhana da deyərik ki, məscidi məktəb eləyirik, sən də orada dərs de. Qabaq molla 
deyildin, demirdin, indi də başqa bir cür ilə de. Gərək yoluynan da, hər şeyin bir 
yolu var axı. Molla Sübhan da elə öz məsələsinə arif adamdır. 
B a l o ğ l a n. Bəli ya, təki məvacibi gəlsin, göydə razı olar. 
H a c ı Ə h m ə d. Nə deyirsən, rinddir köpək oğlu, hikmət oxuyub axı. 
A l m a z. Vətəndaş Hacı  Əhməd və  vətəndaş  şura sədri, mən sizing bütün 
sözlərinizi çox diqqətlə dinlədim. Deyə bilərəm ki, onların 


91 
 
hamısı boşdur. Mən orada özüm üçün böyük bir həqiqət tapdım; mən onu anladım 
ki, mən hələ doğrudan da uşaqmışam. 
H a c ı Ə h m ə d. Barakallah, barakallah, fərasət! Canunçun, Baloğlan, mən 
neçə kərəm də demişəm: aşiqəm Almaz xanımın danışmağına. Maşallah, kəlamda 
duz var ey, duz... 
X a n ı m n a z. O bir Allaha and olsun ki, elə bir az bundan qabaq istəyirdik bir 
yerdə gələk sizə. Elə özü də peşman olubdur. Deyir: ana, daha bir işdir düşübdür, 
indi getməyə də utanıram. 
A l m a z. Ana, sən get o biri evdə otur və bir kəlmə də danışma. 
X a n ı m n a z. Mən ki, balam, bir söz demirəm. 
A l m a z. Mən indi bilirəm ki, dünyada yüz doğrudansa, bir oğruya kömək 
etmək daha faydalı imiş. Bu gün sən ona yol açarsan, sabah o sənə. 
B a l o ğ l a n. Bəli də, əl əli yuyar, əl də üzü. 
X a n ı m n a z. Rəhmətlik atan deyərdi ki, eşşək eşşəyi borc qaşıyar. 
A l m a z. Qulaq asın, kəndimizin mötəbər adamları! İndi mən size çox gözəl 
anlayıram. Bu vaxtadək mən kənddə azadlığa, yeniliyə, mədəniyyətə düşmən 
adamlar olacağına bir o qədər də inanmırdım. Lakin, bax, bu sağ əlimdən dəyən ilk 
daş  mənə böyük tarixi bir dərs verdi. Mən ilk dəfə olaraq qarşımda  əsl düşməni, 
onun iti dırnaqlarını, bərəlmiş gözlərini, qıcırdayan dişlərini gördüm. 
H a c ı Ə h m ə d. Yaxşı, bağışla ha, yersiz sualdır. Yenə də olsun də. Düşmən, 
düşmən deyəndə, aya, o düşmən kim olmuş ola? 
A l m a z. Kim? Siz. 
X a n ı m n a z. Qızım!.. 
H a c ı Ə h m ə d. Biz? 
A l m a z. Siz, işıqdan qaçan yarasalar! Kəndin qan damarlarını sorub gəmirən 
bütün parazitlər! Sən dayan, ana! Siz mədəniyyətə, yeniliyə, kəndli yüksəlişinə 
zidsiniz. Çünki mədəniyyət sizin cibinizə toxunur, mədəniyyət sizin üçün ölümdür, 
ölüm. 
H a c ı  Ə h m ə d. Sən mənə deyirsən bu sözləri? Neynək, çox sağ ol! Dur 
ayağa, Baloğlan! Qalsın qulluğunda. Mənə də Sərkər oğlu Hacı Əhməd deyərlər. 
Qoy elə bu yerdə qalsın, bir daş altda, bir daş üstdə. Gedək, Baloğlan! Biz dedik ki, 
biz də rahat qalaq, sən də bu kənddən xeyir görəsən. İş ki, bu çilləyə mindi, gedək! 
A l m a z. Dayan! Dedim ki, mən doğrudan da uşaqmışam. Dolu başdansa, dolu 
cib yaxşıdır. Siz mənə çox şeylər vəd etdiniz, ancaq nisyə yox, nağd nə verə 
bilərsiniz? Çıxardın! 


92 
 
H a c ı Ə h m ə d. Bir daş altda, bir daş üstdə? 
A l m a z. Bir daş altda, bir daş üstdə. 
H a c ı Ə h m ə d. Çox gözəl. Onda beş dəqiqə gözlə, gedək, sözgəlişi, evdən 
gələk. 
A l m a z. Buyura bilərsiniz. 
 
Çıxırlar. 
 
X a n ı m n a z. Ay qızım, qurban olum sənə, ürəyim əsirdi. 
A l m a z (kağızı yazır). Al bunu, Barata, ya Şərifə ver. Ancaq, ana, sən bir 
kəlmə də danışma və mənim işlərimə heç qarışma. Eşitdin? 
X a n ı m n a z. Eşitdim (Gedir). 
 
Bu aralıq Ş ə r i f kəmali-vüqar ilə içəri girir, əlindəki süd bardağını, 
kasanı və iki fətiri stol üstə qoyub, Almaz ilə çox səmimi görüşür

 
Ş ə r i f. Əssəlam, ey adı Almaz, özü qönçə-dəhən, zülfü-səmən, gözləri ahuyi-
xətən, yenilik toxumu səpən!.. Xoş gördük, Almaz xanım, inci xanım, zümrüd 
xanım... 
A l m a z. Xoş gördük, Şərif. Haradasınız? Çoxdandır görünmürsünüz? Bu saat 
elə sizi görmək istəyirdim. Çox yaxşı vaxtında gəlmişsiniz. Tək evdə ürəyim elə 
döyünürdü ki. Bunlar nədir? 
Ş ə r i f. Bu bir az qaymaqdır, bu da yağ. Bu da ki, yağlı fətir, kömbəsi çağ. 
A l m a z. Belə sursat tədarükündən müharibəyə hazırlaşana oxşayırsınız. 
Ş  ə r i f. Elə bu saat özüm müharibədən gəlirəm. Zalım uşağını başa salmaq 
olmur ki! Hamısı qurbağa kimi verib ağız-ağıza. Mən olmasaydım, çox böyük işlər 
olardı. Elə ki, vurmadım əlimi yerə, çernilqabı cingim-cingim oldu. 
A l m a z. Eşitmişəm, Şərif, eşitmişəm. Mətbuata verilməlidir. 
Ş ə r i f. Hamısını, əlbəttə ki, subutalni, dakumentalni yazarıq. Yazarıq deyəndə 
ki, cikini həm bikini mən yazmışam, atalarını yandırmışam, işləri qafil etmişəm, 
ancaq tazə xəyalə düşmüşəm, qaşı-hilali görmüşəm, meyli cəmalə düşmüşəm. Nə 
qədər ki, mən şura katibiyəm, sənə zaval yoxdur. Almaz xanım, mənim sizdən bir 
xahişim vardır: bir az o zadı çalın. 
A l m a z. Ürəyim çox rahatsızdır. Şərif, bəlkə çala bilmədim. 
Ş ə r i f. Siz tərənnüm etdikcə, mənim ruhi-məcruhum cilalanır, üfüqlər mənə 
gülümsünür, göylər mənə ilham göndərir və deyir ki: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə