Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   23   24   25   26   27   28   29   30   ...   113

87 
 
A l m a z. Apardı (Sükut) Dəzgahların hamısı dayandı. Bir ana öz uşağının ayaq 
atmasına nə qədər sevinirsə, mən də bu çarxların hər dönüşünə o qədər sevinirdim. 
Indi isə hamısı susdu, dayandı. 
X a n ı m n a z. Dedim, ay bala, qatışma, nəyinə  gərəkdir, dərsini de, otur 
səninçin. Odur, Mirzə Səməndər. Bayaq mən gələndə Hacı Mürsəlqulunun nökəri 
bir səbət yumurta gətirirdi. Bir yük də almaarmud. Amma sən, buyur, ac-acına 
oturmuşsan. 
A l m a z. Ana, Mirzə Səməndər ancaq öz xoş gününü düşünür. Mən isə ümumi 
iş üçün çalışıram. O, satqın adamdır. Sən istərsən ki, mən də onun kimi hər şeyi bir 
qarın çörəyə satım. Hə? İstəyirsən? 
X a n ı m n a z. Istəmərəm, ay balam, istəmirəm. Ancaq nə edim? Borcumuz da 
çoxdur. Bunları da hələ nisyə aldım ki, Almaz qulluq elər, verərik. Köynəyim də 
ki, o gün ilişib çırılıb, bu da sənin xeyrin. Mən də istəyirəm yaxşılıq eləyəsən. 
Ancaq heç kəs ki, anlamır. Qulluqdan da çıxartdılar, sonra nə olar? 
A f t i l (gəlir). Almaz xanım, bağışlagilən, kor qız kimi gedib, gedib, 
qayıdıram. 
A l m a z. Buyur, buyur Aftil dayı. 
A f t i l. Almaz xanım, siz gecələr, bağışla ha, bir növ yöndəmsiz də çıxır, siz 
gecələr harada yatırsınız? 
X a n ı m n a z. Nə olmuş ki?.. Nə var ki, başuva dönüm? 
A l m a z. Nə üçün soruşursunuz, Aftil dayı? 
A f t i l. Heç, bacıqızı, ürəyinə bir şey gəlməsin, nə var, Allaha şükür, ancaq 
mən onu demək istəyirəm ki, açıq yerdə yatmayasan. Bir də, ey ana, adamdır, işdir, 
gecə qapını döyən oldu, məbada açasınız. 
X a n ı m n a z. Ay balam, nə xəbər var, nə eşitmişsən ki? 
A f t i l. Elə bir şey yoxdur, ay ana! Ancaq elə ehtiyat üçün deyirəm də. Ehtiyat 
igidin bəzəyidir. 
A l m a z. Aftil dayı, sən bir şey bilirsənsə açıq de. 
A f t i l. Bilirsən, bacıqızı, bu adam var, bir cürdür. Hürkütdün, daha qabağını 
saxlamaq olmaz. Nə ağına baxar, nə bozuna. Bir də, insane ki var, çiy süd əmibdir. 
Nə lazım. Mən deyərdim ki, lap, əgər mümkünsə, hələ bir neçə vaxt, lap köç 
şəhərə. Sonra, ara seyxaş olar, yenə də gələrsən. 
A l m a z. Yaxşı, Aftil dayı, çox sağ ol! Fikirləşərik görək nə olur. Deməli, sən 
deyirsən qaçaq? 


88 
 
A f t i l. Almaz xanım, vallah, billah, bağışla ha, işdir də, nə lazım. Sağ ol! 
A l m a z. Sağ ol, Aftil dayı! (Almaz geyinib bayıra çıxmaq istəyir). 
X a n ı m n a z. Hara gedirsən? 
A l m a z. Barata dəymək istəyirəm. 
X a n ı m n a z. Bu tar vaxtı sən getmə. Qaranlıqdır, sən dayan, mən gedim. 
 
Bu aralıq qapı açılır. Almaz geri çəkilir, qapıda 
H a c ı Ə h m ə d i n saqqalı görünür

 
A l m a z (diksinərək). Kimdir? 
H a c ı Ə h m ə d. Qorxma, bizik (İçəri girir). Baloğlan, içəri gəl! (O da gəlir). 
Ibad gəlmədi? 
B a l o ğ l a n. Yox. 
X a n ı m n a z. Mən qorxuram... 
A l m a z. Nə istəyirsiniz? 
H a c ı Ə h m ə d. Heç, elə belə, gəldik, baş çəkək. Oturmaq olar? 
A l m a z. Olar. 
H a c ı Ə h m ə d. Biz eşitdik azuqə sarıdan korluq çəkirsiniz. İşləriniz necə 
gedir? 
A l m a z. Hər iş öz qaydası ilə gedir. 
H a c ı Ə h m ə d. Şükür Allaha, şükür Allaha! 
B a l o ğ l a n. Əlbəttə, yaxşı getsə yaxşıdır. Prizidumun qərarını, yəqin ki, 
eşitmişsiniz. 
A l m a z. Eşitmişəm. 
B a l o ğ l a n. Qərar belədir ki, Almaz, hansı ki, məğlətə salır kəndə və camaat 
arasına, hansı ki, bir neçə bidət işlərdə olub və  kəndə dava salır, hökumət onu 
müəllimlikdən çıxartsın və bir də, Mirzə Səməndərdən razılıq kağızı yazsın və onu 
həmişəlik müdir eləsin. Nə üçün ki, o can yandırır. Nə edəsən, camaatdır da, başa 
düşmür ki... 
A l m a z. Yaxşı qərardır. 
H a c ı Ə h m ə d. Yaxşı deyəndə ki, daha bunun yaxşı harası oldu? 
A l m a z. Hər halda sizinçin ki, yaxşıdır. 
H a c ı Ə h m ə d. Bilirsən, bacıqızı, sən oxumuşsan. Allah başacan eləsin. Biz 
avamıq. Olmuyub da bizim vaxtımızda, olmuyub, oxumamışıq. Ancaq mən bu boş 
başımnan başa düşürəm ki, indiki zəmanədə  hər kəs oxumadı, nəüzənbillah, 
heyvan kimi bir şeydir. 
B a l o ğ l a n. Bəli, bəli ya. 


89 
 
H a c ı Ə h m ə d. Odur ki, sənin ayağın biləni bizim başımız da bilə bilməz. 
Belədir, Baloğlan, ya qeyri-belədir? 
B a l o ğ l a n. Elə böyüklər də deyiblər: yüz dənə qanmaz dostun olunca, bir 
dənə qanacaqlı düşmənin olsun. 
H a c ı Ə h m ə d. Belədir, bacıqızı, ya qeyri-belədir? 
A l m a z. Bilmirəm. 
H a c ı  Ə h m ə d. Yox, bacıqızı, məsələdən boyun qaçırtma. Doğrudur, biz 
avamıq, amma bu xaraba dünyada əlli il ömür eləmişik. Ancaq, bacıqızı, uzun 
sözün qısası: biz səndən incimişik. Çox bərk rəncidə olmuşuq. Dostluqdan ha! Elə 
mən də, Baloğlan da. Mən ölüm, Baloğlan, belədir, ya qeyri-belədir? 
B a l o ğ l a n. Bəli, bəli ya, dostluqda, yoxsa başqa niyyətlə yox. 
H a c ı Ə h m ə d. Biz dedik sən gələrsən, türk demişkən, bizim dalımıza dirək 
olarsan, amma sən gəldin, başladın bizimçin öküzü öləndən. Mənə, bacıqızı, Hacı 
Əhməd deyərlər. Mən bir adamam ki, iş düşmənçilik məqamına gələndə, 
yamanlığa gələndə, gözümə patron sıxsalar, ayaq geri basmaram. Bir iynəmə kimi 
sataram, işi yeridərəm. Aşağı oynamaq üçün yığarlar. Amma indi baxıb görürəm, 
yamanlığı kimə eləyim. Elə  sən də  mənimkisən də. O bir balamın ölmüşünə ki, 
dünən camaat o qərarı  çıxaranda mənim içim içimi kəsirdi. Canunçun, Baloğlan, 
yenə qoymazdım, amma baxırsan görürsən ki, iş bir növ yöndəmsiz düşübdür. 
Danışasan, nə danışasan? Yamanlıq eləyəsən, kimə eləyəsən. Yaramaz axı. Hər 
adamın öz yeri var. Mirzə Səməndər nədir ki, onun dərsi nə olsun? Amma di gəl ki, 
bu yandan da belin bağlı deyil. Qoy Almaz xanım bir kəlmə hə desin, elə vurum 
şillaxtanı o Mirzə Səməndərə ki, elə vurum ona lingi ki, min il də özünə gəlməsin. 
Canunçun, Baloğlan, eləmək olar, olmaz? 
B a l o ğ l a n. Bəli, bəli ya, göydə. 
H a c ı Ə h m ə d. Ancaq iş gərək yoluynan getsin, yoxsa Şərif haranın adamıdır 
ki, mən dura-dura, mənim adamıma  əlaltı ling vursun. Özünü də ona tərəfdar 
göstərsin, o yandan da Mirzə  Səməndəri irəli çəksin. Belədir, bacıqızı, ya qeyri-
belədir? Vallahi, o Şərifə elə bir ling gəlləm ki, lap əlləzinəni əzbər oxuyar. O nə 
adamdır ki, mənim adamıma dolaşsın? 
B a l o ğ l a n. Belə, bilirsən, Hacı, mən onun əsl ölümünü bilirəm. 
H a c ı Ə h m ə d. Onun öldüyü odur ki, birdən Hacı Əhməd, ya Baloğlan dil 
elərlər, Almaz xanımı onun yerinə şuraya katib keçirərlər. Onun ölümü budur. 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə