96
Ş ə r i f. Yuxarıda gicgahdır, burada ürəkgah. Bu köhnə üsul ilədir. Bunu da,
bax, təzə üsul ilə yazmışam:
Hey,
Hey,
Dalğalı dənizlərdən.
Geniş düzlərdən,
Dizlərdən
Aşan sevda ulduzu,
İşıqlandırdın bizi.
Bizi,
Bizi,
Yanımda oturan
Sevdalı tar çalan
Gözəl qızı işıqlandırdın
Gecənin qaranlığilə.
Ey sevdalı ulduzlardan
Birər-birər uçub gələn
İşıqlar!
A l m a z. Dayan, dayan, necə yəni işıqlandırdın gecənin qaranlığı ilə? Gecənin
qaranlığı ilə adam işıqlanmaz ki?
Ş ə r i f. Yox də, bunun üsulu belədir.
A l m a z. Yəni gərəkməz ki, bir mənası da olsun?
Ş ə r i f. Nə qədər mənası olmasa, elə yaxşıdır. Deyərlər dərindir. Qayda
belədir.
A l m a z. Axı, Şərif, sən bir qulaq as.
Ş ə r i f. Yox a, sən dayan, mən sənə subutalni, dakumentalni göstərim. Budur,
gecənin qaranlığı səni işıqlandırır, sən də mənim ürəyimi işıqlandırır, mənə ilham
verirsən.
A l m a z. Deməli, sən bu şeri mənimçün yazmışsan?
Ş ə r i f. Səninçin, Almaz xanım. Almaz xanım, mən sənə bir söz demək
istəyirəm.
A l m a z. De, Şərif. Sən bilirsən ki, mən səni nə qədər sevirəm.
Ş ə r i f. İş odur ki, Almaz xanım, mən də səni sevirəm.
A l m a z. Şərif, siz nə danışırsınız? Mən sizi bir yoldaş kimi sevirəm.
Ş ə r i f. Mən sizi şey kimi... Məcnun kimi, Fərhad kimi sevirəm. Ruhum kimi
sevirəm.
97
A l m a z. Şərif, sənin ki, arvadın var.
Ş ə r i f. Əh, arvad, arvad. Cəhənnəmə olsun arvad! Arvadı boşamışam.
Mən səni sevirəm. Öldür məni. Bu ulduzlardan, bu aylardan,
bu dünyadan səni çox sevirəm. Bütün həyatım sənindir.
A l m a z. Şərif, əzizim, sevgi hər kəsdə ola bilər. Mən səni təqsirləndirmirəm.
Ancaq mən səni, sən deyən kimi sevə bilmərəm. Mənim nişanlım vardır.
Ş ə r i f. Yox də. Almaz xanım, siz bir spakoys olun, axı mən size sevirəm. Çox
sevirəm.
A l m a z. Şərif, əzizim, anla ki, mən də onu sevirəm. Onsuz bir gün belə
yaşaya bilmərəm.
Ş ə r i f. Almaz, axı mən səni ölümdən qurtardım. İndi sən mənim yaxşılığıma
görə mənimlə belə rəftar edirsən. Almaz xanım, vallah ürəyim səni istəyir, sən
mənim olmalısan ( Pəncərəyə yaxınlaşıb, birdən onun qolundan öpür).
A l m a z (çəkilərək). Şərif!
Ş ə r i f. Yox, Almaz, mən sənin üstündə bütün kənd ilə üz-göz olmuşam.
İnsafsız!
A l m a z. Şərif, bir utan! ( Almaz Şərifin əlindən çıxıb üz-üzə durub, diqqətlə
üzünə baxır və bütün qüvvətilə ona bir şillə endirir. Lakin Şərif dişlərini bir-birinə
sıxıb Almazı bərk qucaqlayır. Almaz onun qolları arasında çırpınaraq).
Ş ə r i f. Sən bir dur, mən subutalni, dakumentalni göstərim ki, səni sevirəm.
A l m a z. Burax! ( Şərifi qüvvətlə itələyir. Şərif kəlləsi üstə aşır. Tam bu sırada
bayırdan)
H a c ı Ə h m ə d. Baloğlan, olar elə qalsın.
Şərif durur. H a c ı Ə h m ə d. B a l o ğ l a n, B a r a t, X a n ı m n a z girirlər.
Şərif durub paltarını düzəldir. Almaz çox həyəcanlıdır.
Gələnlərdə şübhəli bir heyrət, hamı mənalı baxışlarla bir-birinin üzünə baxır
.
H a c ı Ə h m ə d ( Baloğlana eyham ilə). Hə?
B a l o ğ l a n. Hə!
Ş ə r i f ( Barata baxıb, onun da acıqlı baxışlarını tutaraq). Yaxşı, görüşərik
( Qapını çox hiddətlə çırpıb gedir).
X a n ı m n a z. Ay balam, nə olmuşdur?
A l m a z. Gətirdiniz?
H a c ı Ə h m ə d. Sonra.
98
A l m a z (qəti və əsəbi bir səslə). İndi lazımdır.
Hacı Əhməd əlilə B a r a t ı işarə edir, yəni onun yanında vermək olmaz deyir.
A l m a z. Ondan eybi yoxdur ( Yerdən dəftəri götürür). Barat, başına dönüm,
onun bu dəftərini dalınca at.
B a r a t dəftəri alıb çıxır. Baloğlan tez dalınca çıxıb zənbildə bəzi şeylər gətirir
.
H a c ı Ə h m ə d. Bu iki min, bir azını da Molla Sübhan məscid pulundan
verib. Bərəkətli olar. Baloğlan, onları da gətirdin?
B a l o ğ l a n. Bəli ya... maşın kimi.
H a c ı Ə h m ə d. Bu da bir az xırda-mırdadır.
A l m a z. Ana, çıx Baratı da çağır.
X a n ı m n a z. Ay qızım, əvvəlcə əlindəkiləri qoy bir yana, bunları da qoy
aparım, sonra gedib onu çağıraram.
A l m a z ( acıqlı). Ana, get Baratı da çağır.
Xanımnaz çox darılmış bir halda çıxır, B a r a t l a qayıdır.
Gəldiniz? Barat, sən necə bilirsən? Bunlar kəndin möhtərəm ağsaqqalları və
şura sədri mənə, dilimi kəsmək üçün iki min manat pul verirlər. Bəsdir, ya azdır?
Yarısı da məscid pulundandır. Deyir bərəkətli olar.
B a r a t. Bilmirəm, sən özün bilən yaxşıdır.
A l m a z. Məsləhət gör.
B a r a t. Vallah, Almaz xanım, yenə də elə özün bilən yaxşıdır.
A l m a z. Mən bilən, mən bilən belə yaxşıdır: belə, belə, belə! ( Kəskin bir
hərəkətlə pulları çırpır). Və belə! İndi gedə bilərsiniz! Pilləkən uçubdur, gözləyin,
yıxılmayasınız.
H a c ı Ə h m ə d. Neynək, çox sağ ol, görüşərik.
Çox acıqlı halda çıxırlar.
B a r a t. Sağ ol, Almaz xanım, sən məni sevindirdin.
A l m a z. Barat, onun şeylərini də dalınca at.
B a r a t. Dayan, adə, bunları da apar. Bu, bu, bu da bu, bu da bu! ( Zənbili və
xırda-mırdanı da yığıb pəncərədən dallarınca atır. Bayırda şüşələrin qırıldığı
eşidilir).
P ə r d ə
99
DÖRDÜNCÜ PƏRDƏ
BİRİNCİ ŞƏKİL
A l m a z qapı ağzında dayanmış, uşaqlar başına toplanmışlar.
S ü r m ə. Müəllimə, bəs siz bir-iki gündür heç əvvəlki kimi gülmürsünüz?
A l m a z. Yox, mənim nazlı qızım, ağıllı qızım! Mən əvvəlki kimi gülürəm.
S ü r m ə. Müəllimə, bəs neçin bir-iki gündür biz əvvəlki kimi oxuya-oxuya
gəzmirik?
A l m a z. Çünki kəndin ağaları qoymurlar.
S ü r m ə. Müəllimə, bəs neçin o gün adamlar bizi daşnan vururdular?
A l m a z. Ona görə ki, onlar sizi də mənim əlimdən almaq, özləri üçün naxırçı,
arabaçı eləmək istəyirlər. Amma biz sizi traktorçu, maşınçı, aeroplançı eləmək
istəyirik. Onlar istəmirlər. Çünki bu onların cibinə zərərdir.
S ü r m ə. Müəllimə, gedək, oxuya-oxuya kəndi gəzək.
A l m a z. Yaxşı, uşaqlar! Indi ki, getmək istəyirsiniz, gedin. Tez qayıdın, işiniz
vardır.
S ü r m ə. Müəllimə, hansını oxuyaq?
A l m a z. Hansını istəyirsiniz. Haydı! Sıraya düzül! Irəli, marş!..
Uşaqlar yüyürərək oxuyurlar
.
Duman dumandan aşar,
İşıq dalından qoşar,
Yaman ölər, yaxşı yaşar,
Hey yeni dünya, hey!
Günəş doğar, işıq saçar,
Onu görüb duman qaçar.
Yaz yetişər, güllər açar,
Hey yeni dünya, hey!
Günəş buluddan ucadır,
Bu əski dünya qocadır.
Yüksəl, işıqlan, uca dur,
Hey yeni dünya, hey!
Dostları ilə paylaş: |