Microsoft Word ?d?b-9 Mv capa doc


“Bilik və bacarıqlarınızı  tətbiq edin”



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə29/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   88

 67
Dərslikdəki  “Bilik və bacarıqlarınızı  tətbiq edin” başlıqlı tapşırıqlar
 
həm 
nəzəri anlayışlarla, həm də məzmunla bağlı qazanılmış biliklərin dərinləşdirilməsi, 
möhkəmləndirilməsi baxımından faydalıdır. Üçüncü tapşırıq əsərin hekayə janrında 
olduğunu  əsaslandırmağı, dördüncü isə süjetin mərhələlərini müəyyənləşdirməyi 
tələb edir. Məzmun standartlarının tələbləri  əsasında təklif olunan bu qəbildən 
tapşırıqların vaxtaşırı icra etdirilməsi məqsədəuyğundur. Təcrübədən məlumdur ki, 
bu məzmunda olan tapşırıqları icra etməkdə  çətinlik çəkən  şagirdlər az deyildir. 
Məhz buna görə də ehtiyac yaranan hallarda hekayə janrının xüsusiyyətləri və süjet 
xəttinin mərhələləri barədə mənimsənilənlərin üzərinə qayıtmaq məqsədəuyğundur.
 
Beşinci tapşırıq məzmunun dərindən qavranılmasını təmin etməklə bərabər, ob-
razlı təfəkkürün, şifahi nitqin inkişafı baxımından da faydalıdır. Şagirdlərin fəaliy-
yətini müşahidə edən müəllim əsərin bitkin hissələrə nə cür ayrıldığı, plan tərtibi-
nin necə, hansı səviyyədə yerinə yetirildiyi barədə təsəvvür qazanmağa çalışmalı-
dır. Yaradıcı nağıletməyə hansı səviyyədə əməl edildiyi də müəllimin diqqət mər-
kəzində olmalıdır. Şagirdlər mətnin əsiri olmamalı, əlavələri ilə onu zənginləşdir-
məlidirlər.   
Tapşırıqların nəticələri təqdimatlar  əsasında müzakirə edilir, ümumiləşdirmə 
aparılır. 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şa-
girdlərə xatırladır. 
 
Mövzu: Yusif Vəzir Çəmənzəminli. “Zeybək qızı” – 3 saat 
Üçüncü saat: Təhlil üzrə iş 
 
Standartlar 
Təlim nəticələri 
1.2.2.  
  Digər obrazların və müəllifin mühakimələrindən çıxış 
etməklə hekayənin qəhrəmanlarını səciyyələndirir. 
1.2.4.   
  Hekayənin mövzusunu, ideya-bədii xüsusiyyətlərini və kon-
fliktini şərh edir, onlara əsaslandırılmış münasibət bildirir. 
2.1.2.  
  Hekayənin mövzusuna, problemə müqayisələr, ümumi-
ləşdirmələr aparmaqla münasibət bildirir. 
2.2.1.  
  Hekayə ilə bağlı müzakirələrdə mövzuya, problemə  tənqidi 
münasibətini  əsaslandırır, fərqli fikirlərə dözümlülük nüma-
yiş etdirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi şifahi təqdimatların dinlənilməsi və 
müzakirəsi ilə müəyyənləşdirilir. Müəllimin müvafiq qiymətləndirmə meyarların-
dan istifadə etməsi məqsədəuyğundur. 
Motivasiya, problemin qoyuluşu.  Motivasiyanı müxtəlif yollarla yaratmaq 
olar. Müharibə mövzusunda filmlərdən müvafiq fraqmentin nümayiş etdirilməsi, 


 68
bədii və musiqi əsərlərindən parçaların səsləndirilməsi, milli azadlıq və müstə-
qilliklə bağlı müdrik deyimlərin xatırladılması  və s. motivasiya yaratmaq üçün 
vasitə ola bilər. 20 Yanvar faciəsi ilə  əlaqədar materiallar, milli azadlıq uğrunda 
canını qurban verən  şəhidlərimiz barədəki mənbələr – bədii və elmi əsərlər, 
incəsənət nümunələri və s. tətbiq edilməklə motivasiya yaratmaq mümkündür. 
Dərslikdəki “Düşünün” başlıqlı sual (Öz səadətini, xoşbəxtliyini xalqının azad-
lığında görən insanlar barədə  nə düşünürsünüz?)  əsasında aparılan yığcam müsa-
hibə motivasiyanı az vaxt ərzində təşkil etməyə imkan verir. 
Tədqiqat sualı: “Vətəni müstəqil, xalqı azad olmayan şəxs əsl xoşbəxtliyini və 
səadətini tapa bilməz” fikrini doğru hesab etmək olarmı?  
Fərziyyələr dinlənilir, təkrara yol verilmədən qeydlər edilir. 
Tədqiqatın aparılması.  Hansı təlim metodlarının, iş formalarının tətbiqindən 
asılı olmayaraq, dərslikdəki “Əsərin təhlilinə hazırlaşın” mətninə  və “Araşdırın. 
Fikirləşin. Cavab verin” başlıqlı tapşırığa müraciət edilməsi faydalıdır. Kiçik 
qruplarda işdən istifadəyə üstünlük verən müəllim  şagirdlərin “Əsərin təhlilinə 
hazırlaşın” mətni ilə tanış olmaları üçün vaxt ayırır. Ardınca “Araşdırın. Fikirləşin. 
Cavab verin” başlıqlı tapşırıq  əsasında hazırladığı  iş  vərəqlərini qruplara təqdim 
edir.  
Məktəblərimizdə kiçik qruplarda iş formasının tətbiqində bir cəhət hələ  də 
özünü qüsur kimi göstərir. Qrupdakı şagirdlərin heç də hamısı tapşırığın icrasında 
eyni dərəcədə  iştirak etmir. Odur ki, müəllim müşahidələrinə ara verməməli, 
başlıcası isə qrup daxilində vəzifə bölgüsünün aparılmasına nail olmalıdır. 
Təhlil dərslərində kiçik qruplarda iş formasının ardıcıl tətbiqi şagirdlərdə belə 
bir fikir formalaşdırır ki, hər qrupun fəaliyyətinin nəticəsi görülən ümumi işə 
töhfədir. Bu, onlarda məsuliyyət hissini birə-beş artırır. Elə buna görə də müəllim 
şagirdlərin bu mövqeyinin güclənməsinə çalışmalı, nümunələrlə  əsaslandırmalıdır 
ki, ümumi işin müvəffəqiyyəti ayrı-ayrı qrupların uğurlu fəaliyyətindən asılıdır. 
Şagirdlər icra etdikləri tapşırığın tədqiqat sualının aydınlaşdırılmasındakı rolunu işə 
başladıqları andan aydın təsəvvür etməlidirlər. Müəllim bu məsələdə onlara bələdçi 
olmalıdır. Məsələn, ikinci sualın (Sizcə, yazıçının bu mövzuya müraciət etməsinə 
səbəb nədir?) üzərində  işləyən qrup “Əsərin təhlilinə hazırlaşın” mətnindəki 
məlumatlardan, milli azadlıq hərəkatlarına Y.V.Çəmənzəminlinin rəğbəti barədə 
öyrəndiklərindən bəhrələnə bilər. Mənbələrdən  şagirdlərə  məlum olur ki, yazıçı 
Türkiyədə baş verən hadisələri böyük maraq və narahatlıqla izləmiş, bu ölkəni 
azad, müstəqil görmək arzusunu heç vaxt gizləməmişdir. Bu əsəri qələmə 
almağının ən mühüm səbəbi də məhz Türkiyədəki milli azadlıq hərəkatına bəslədi-
yi böyük rəğbət hissi idi.  
Yaxud üçüncü sualın (Midhəd  əfəndi obrazını  səciyyələndirin...) üzərində 
işləyən  şagirdlər işğal olunmuş  vətəninin dərdini çəkən, həyəcan, kədər, qəzəb 
hissini heç cür gizlədə bilməyən Midhəd  əfəndi obrazını  təhlil etməklə müəllifin 
niyyətini də açıqlamış olurlar. Əsərdəki təsvirlərdən, müəllif mühakimələrindən 
aydın olur ki, düşmən tapdağı altında olan vətəninin və həmvətənlərinin acınacaqlı 
vəziyyəti Midhəd əfəndiyə özü ilə bağlı hər şeyi unutdurmuşdur. Rahatlığını itirən 
bu ziyalının gəldiyi qənaət budur ki, müstəqil olmayan ölkənin vətəndaşı  əsir 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə