Microsoft Word ?d?b-9 Mv capa doc


Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə31/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   88

 71
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması  mərhələsində indiyə 
kimi deyilmiş bütün fikirlərin ümumiləşdirilməsi, vahid ideya şəklinə salınması 
əsas məqsəd olur. Şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, söz ustaları – 
ədiblərimiz vətənimizi tərənnüm və tərif etməklə məhdudlaşmamışlar. Vətənə həsr 
olunmuş  əsərlərdə, həmçinin yaşanmış faciələrdən doğan acı duyğular, xalqın və 
vətənin ağır günləri ilə bağlı kədərli düşüncələr geniş əksini tapmışdır. A.İldırımın 
şeiri də məhz bu qəbildən olub, ciddi ictimai məzmunu ilə seçilir.    
Çıxarılmış nəticələr fərziyyələrlə və tədqiqat sualı ilə müqayisə edilir.  
Dərslikdəki “Bilik və bacarıqlarınızı  tətbiq edin” başlıqlı tapşırıq  əsərin məz-
mununun mənimsənilməsi üzrə aparılan işin davamı kimi faydalıdır. 
Bu tapşırığın icrası çox vaxt aparmır. Hələ oxu prosesində müəyyənləşdirilmiş 
bədii təsvir və ifadə vasitələrinin işləndiyi misraların aşkara çıxarılıb cədvəldə 
yazılması  məlumatın dəqiqləşdirilməsi, məzmunla bağlı  mənimsənilənlərin dərin-
ləşdirilməsi baxımından faydalıdır. 
Uğurlu qafiyələrin müəyyənləşdirilməsi üzərində düşünən  şagirdlər təkcə 
nəzəri anlayışı deyil, həm də  şeirin məzmununu dərindən qavrayır, məntiqi və 
tənqidi təfəkkürlərini inkişaf etdirirlər.  
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır. 
 
Mövzu: Almas İldırım. “Əsir Azərbaycanım” – 2 saat 
İkinci saat: Təhlil üzrə iş 
 
Standartlar 
Təlim nəticələri 
1.2.3.  
  Şeirin təsir gücünün artmasında bədii təsvir və ifadə 
vasitələrinin rolunu aydınlaşdırır. 
1.2.4.   
  Şeirin mövzusunu, ideya-bədii xüsusiyyətlərini  şərh edir, 
onlara əsaslandırılmış münasibət bildirir. 
2.1.2.  
  Şeirin mövzusuna, problemə müqayisələr, ümumiləşdirmələr 
aparmaqla münasibət bildirir. 
2.2.1.  
  Şeirlə bağlı müzakirələrdə mövzuya, problemə  tənqidi 
münasibətini  əsaslandırır, fərqli fikirlərə dözümlülük 
nümayiş etdirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının hansı səviyyədə yerinə yetirildiyi təqdimatların dinlənilməsi və 
müzakirəsi ilə aşkara çıxarılır. Həmin prosesdə müvafiq qiymətləndirmə meyarla-
rına müraciət edilməsi məqsədəuyğundur. 
Motivasiya, problemin qoyuluşu.  Bu mərhələni fərqli variantlarda təşkil 
etmək mümkündür. Dərslikdəki “Düşünün” başlıqlı sual (Milli azadlığa, vətən 


 72
həsrətinə  həsr olunmuş  əsərlərin  əhəmiyyəti, sizcə, nədir?)  əsasında müsahibə 
aparmaqla tədqiqat sualını formalaşdırmaq olar.  
Tədqiqat sualı:  “Şeirin  əsas ideyası müstəqilliyinə  qəsd edilmiş  vətənimizin 
uğursuz taleyindən doğan nisgilin ifadəsidir” fikrini doğru saymaq olarmı? 
İrəli sürülən fərziyyələr dinlənilir və təkrara yol verilmədən lövhədə qeyd olunur. 
Tədqiqatın aparılması.  Tədqiqat üçün metod və  iş formaları seçməkdə 
müəllim sərbəstdir. Lakin bütün hallarda dərslikdəki “Əsərin təhlilinə hazırlaşın” 
mətninə və “Araşdırın. Fikirləşin. Cavab verin” başlıqlı suallara müraciət edilməsi 
vacibdir. 
“Əsərin təhlilinə hazırlaşın” mətni  şeirin yaranma şəraiti, onun yazılmasına 
səbəb olan başlıca amillər barədə aydın təsəvvür yaradır. Bu mətn  şeirin ideya-
məzmununun qavranılmasında və izahında da əhəmiyyətli rol oynayır. 
Tədqiqatın kiçik qruplarda aparılması planlaşdırılarsa, “Araşdırın. Fikirləşin. 
Cavab verin” başlıqlı suallar əsasında hazırlanan iş  vərəqləri (hər qrupa bir sual 
ayrılmaqla) şagirdlərə təqdim edilir. Bu sualların hər birinin tədqiqat sualının ay-
dınlaşdırılmasında öz rolu vardır. Lakin müəllim sinfin səviyyəsindən, vaxt büd-
cəsindən, qarşıya qoyduğu məqsəddən asılı olaraq, suallara yaradıcı yanaşa bilər.  
Tapşırıq üzərində  işləyən qruplara, ehtiyac yaranan məqamlarda istiqamət 
verilir. Bu, onların fəaliyyətinin səmərəli təşkili baxımından  əhəmiyyətlidir. 
Məsələn, ikinci sualın (Şeir hansı mövzuda yazılıb?  Şairin bu mövzuya müraciət 
etməsinə səbəb nədir?) üzərində işləyən şagirdlərə əsərin yarandığı tarixə və şəraitə 
xüsusi diqqət yetirməyin vacib olduğu xatırladılır, üçüncü sualla (Şairi narahat 
edən başlıca problem, sizcə, nədir?) əlaqədar tədqiqat aparanların şeirdə öz əksini 
tapmış düşüncələri (“sərsəm gediş”, “eşsiz yurdum”, “bəxtsiz anam” və s. söz və 
ifadələrə  nəzər salmaqla) aydınlaşdırmaları vacibdir. Dördüncü sual (Şair öz 
vətənini azad, müstəqil görəcəyinə ümid edirmi? Nə üçün?) azadlığını, 
müstəqilliyini itirən vətənimizin keşməkeşli tarixi ilə bu günü arasında müqayisə 
aparmaq məqsədilə tapşırığa daxil edilmişdir. Beşinci sualın (Şeirin bədii təsir 
gücünün artması üçün hansı vasitələrdən istifadə edilmişdir?) tələbi ilə bədii təsvir 
və ifadə vasitələrinin, xüsusən bədii sualların təhlilə  cəlb edilməsi müəllif 
niyyətinin başa düşülməsində əhəmiyyətli rol oynayır. Deyilənlərdən o da məlum 
olur ki, “Araşdırın. Fikirləşin. Cavab verin” tapşırığındakı bütün tələblər tədqiqat 
sualının araşdırılmasına, aydınlaşdırılmasına layiqli töhfə verir.   
Məlumat mübadiləsi. Bu, dərsin maraqla gözlənilən mərhələsidir. Doqquzun-
cular, adətən, dinləməkdən çox çıxış etməyə, fikir bildirməyə meyilli olurlar. Məhz 
buna görə  də müəllim təqdimatların fəal dinlənilməsinə nail olmalıdır. O, 
təqdimatlarda təkrarçılığın, sözçülüyün qarşısını istiqamətləndirici suallar vasitəsilə 
alır. Təqdimat edənlərə suallar verilsə  də, müzakirə aparılmır. Bu prosesdə 
müşahidə edilən başlıca qüsurlar – fikirlərin birtərəfli, sistemsiz olması, yetərincə 
əsaslandırılmaması dərsin məlumatın müzakirəsi və təşkili mərhələsində aradan 
qaldırılır. Müzakirənin səmərəli keçməsi,  şagirdlərin fəallığı  əsərin məzmununun 
hansı  səviyyədə öyrənilməsindən,  əvvəlki mərhələlərdə  işin necə  təşkil olun-
masından asılıdır.  Əsərin məzmununu mükəmməl qavrayan, təqdimatları diqqətlə 
dinləyən şagirdlər müzakirədə fəal olur, əsaslandırılmış mövqe nümayiş etdirirlər. 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə