Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə33/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   88

 75
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır. 
 
Mövzu: Mikayıl Müşfiq. “Həyat sevgisi” – 2 saat 
İkinci saat: Təhlil üzrə iş 
 
Standartlar 
Təlim nəticələri 
1.2.3.  
  Şeirin təsir gücünün artmasında bədii təsvir və ifadə vasi-
tələrinin rolunu aydınlaşdırır. 
1.2.4.  
  Şeirin mövzusunu, ideya-bədii xüsusiyyətlərini  şərh edir, 
onlara əsaslandırılmış münasibət bildirir. 
2.1.1.
 
 
  Şeirlə bağlı  təqdimat və  çıxışlarında müxtəlif mənbələrdən 
topladığı materiallara əsaslanmaqla  əsərin ideya-bədii xüsu-
siyyətlərini şərh edir. 
2.2.1.  
  Şeirlə bağlı müzakirələrdə mövzuya, problemə  tənqidi mü-
nasibətini  əsaslandırır, fərqli fikirlərə dözümlülük nümayiş 
etdirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının hansı  səviyyədə yerinə yetirildiyini müəyyənləşdirmək üçün 
təqdimatların dinlənilib müzakirə edilməsi məqsədəuyğundur. Bu prosesdə 
müvafiq qiymətləndirmə meyarlarına müraciət edilir.  
Motivasiya, problemin qoyuluşu. Problemli vəziyyətin yaradılmasına – moti-
vasiyaya fərqli yollarla nail olmaq mümkündür. Məsələn, insanın yaşayıb-yaratmaq 
istəyini və buna qarşı duran ciddi maneələri əks etdirən bədii əsərdən müvafiq par-
çanın oxunması, atalar sözləri, aforizmlər  əsasında  müsahibənin aparılması  və s. 
buna misal ola bilər. Dərslikdəki “Düşünün” başlıqlı sual (Sənətkarın  şəxsi 
narahatlığını əks etdirən əsərlərin yazılmasına səbəb, sizcə, nə ola bilər?) əsasında 
müsahibə aparmaqla motivasiya yaratmaq isə vaxta qənaət baxımından daha 
faydalıdır. 
Tədqiqat sualı: Sizcə, müəllifi narahat edən hansı problem  şeirdə öz ifadəsini 
tapmışdır?   
Səslənən fərziyyələr dinlənilir və təkrara yol verilmədən lövhədə qeyd olunur.  
Tədqiqatın aparılması. Dərsin necə, hansı variantda keçilməsindən asılı olma-
yaraq, dərslikdəki “Əsərin təhlilinə hazırlaşın” mətnindən, “Araşdırın. Fikirləşin. 
Cavab verin” başlığı altında verilmiş tapşırıqdan istifadə edilməsi 
məqsədəuyğundur.  
Tədqiqat cütlük şəklində, yaxud kiçik qruplarda iş formalarından biri tətbiq 
edilməklə aparıla bilər. Cütlük şəklində  işləyənlərin sonra kiçik qruplarda 
birləşərək tədqiqatlarını davam etdirmələri də, təcrübədən məlumdur ki, effektli 
olur. Kiçik qruplarda iş seçilərsə, “Araşdırın. Fikirləşin. Cavab verin” başlıqlı 
tapşırıq, hər qrupa bir sual ayrılmaqla, iş  vərəqlərində  şagirdlərə  təqdim edilir. 
Məqsəddən asılı olaraq, tapşırıqda ixtisarlar aparmaq, yaxud ona suallar əlavə 
etmək olar. Şagirdlər M.Müşfiqin həyatı haqqında  əldə etdikləri məlumatlara, 


 76
“Əsərin təhlilinə hazırlaşın” mətnindəki tövsiyələrə  əsaslanmaqla tapşırığın 
icrasına başlayırlar. Müəllim şagirdlərin fəaliyyətini müşahidə edir, lazım gələrsə, 
onlara yardımçı suallarla istiqamət verir.  
Mühüm məsələlərdən biri də  tədqiqat sualı ilə “Araşdırın. Fikirləşin. Cavab 
verin” tapşırığının arasındakı bağlılığın  şagirdlər tərəfindən aydın təsəvvür 
edilməsidir. Tapşırığın bütün tələbləri birbaşa tədqiqat sualı ilə bağlı olub, onun 
araşdırılmasına, aydınlaşdırılmasına imkan yaradır. Tədqiqatın lap əvvəlindən 
qrupların bu məsələyə necə münasibət bəslədiklərini aşkara çıxaran müəllim 
istiqamətləndirici suallardan istifadə etməklə  şagirdlərin fəaliyyətinə  səmərəli 
istiqamət verir.   
Məlumat mübadiləsi  mərhələsində  əsas məqsəd qrupların bir-birinin işinin 
məzmunu ilə  ətraflı tanış olmalarını  təmin etməkdir. Bunun üçün təqdimatlar 
diqqətlə dinlənilməli, sual vermək istəyənlərə  şərait yaradılmalıdır. Çıxışlardakı 
birtərəfli, yanlış, əsaslandırılmamış fikirlər fəal dinləmə təmin edildikdə asanlıqla 
müəyyənləşdirilir. Müəllim çıxışlarda bədii təsvir və ifadə vasitələrindən, yeni 
öyrənilmiş sözlərdən hansı  səviyyədə istifadə edildiyinə diqqət yetirir, fikirlərini 
dolğun, aydın və inandırıcı ifadə edən şagirdləri təqdir edir. Bu prosesdə birtərəfli, 
qeyri-dəqiq mülahizələrə yol verilməsi təbii qəbul edilməlidir. Ciddi mübahisəli 
fikirlərin meydana çıxması ilə müzakirəyə geniş meydan açılır, bu mərhələ 
cavabların dəqiqləşdiriləcəyi, sistemə salınacağı növbəti − məlumatın müzakirəsi 
və  təşkili  mərhələsi ilə qovuşur. Səsləndirilmiş fikirlərə münasibət bildirilməsi, 
deyilənlərin əlaqələndirilməsi, müqayisə edilməsi, sistemə salınması bu mərhələdə 
həyata keçirilən işlərdəndir. Müəllim müzakirənin diskussiya xarakterli olmasını 
təmin etməli, hər bir şagirdə sərbəst fikir mübadiləsi aparmaq imkanı yaratmalıdır. 
O, qrup tapşırıqları arasındakı  təbii  əlaqələri nəzərə alaraq yönəldici suallar 
verməklə şagirdlərin bir-birinin cavabına münasibət bildirmələrinə nail olmalıdır.  
Müzakirə prosesində bədii əsərlərdən nümunələrin göstərilməsinə, cədvəllə işin 
məzmununa, dialoji nitq bacarığının nümayişinə xüsusi diqqət yetirilir.  
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması  mərhələsində indiyə 
kimi deyilmiş bütün fikirlərin durulaşmasına, dəqiqləşməsinə  və uzlaşmasına 
imkan yaranmış olur. Müəllim yığcam yekun sözü ilə  şagirdləri son nəticələrə 
istiqamətləndirir:  Bu  şeirdən də göründüyü kimi, şairdə  vətən, həyat sevgisi, 
yaşamaq həvəsi və istəyi çox güclü olmuşdur. O, vətəninin “dumanlı dağlarına”, 
“ayna bulaqlarına”, “çiçəkli bağlarına” vurğundur. Bəs onda yaşamaq, yaratmaq 
arzusu ilə çırpınan bu sənətkar niyə belə bədbindir, həyəcanlıdır? Ürəkdən qopub 
gələn misralarda narahatlığın, təlaşın duyulmasına səbəb nədir? Gənc  şair 
“gündən-günə” “gözəlləşən işıqlı dünyadan”, dostdan, tanışdan nə üçün əl 
çəkməlidir?  
Müəllimin bu sualları,  əslində, ritorik mahiyyətlidir,  şagird qənaətinin forma-
laşmasına xidmət edir. “M. Müşfiqin həyatının son illəri” mövzusunda təqdimat 
hazırlayan, repressiya qurbanları haqqında məlumatlı olan şagirdlər  şairi narahat 
edən problemin nədən ibarət olduğunu müəyyənləşdirə bilirlər. Şagirdlərdə belə bir 
qənaət möhkəmlənir ki, rəğbət bəslədiyi, müəllimi hesab etdiyi böyük sənət 
adamlarının məhv edilməsi həssas  şairin qəlbində  kəskin etirazın, üsyanın baş 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə