Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə41/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   88

 96
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır. 
 
Mövzu: Mir Cəlal. “Vətən yaraları” – 3 saat 
İkinci saat: Əsərin məzmunu üzrə iş 
 
Standartlar 
Təlim nəticələri 
1.1.1. 
  Hekayədə tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu 
kitablarından istifadə etməklə aydınlaşdırır. 
1.1.4.  
  Hekayə janrının xüsusiyyətlərini müəyyənləşdirir. 
1.1.5.  
  Hekayədə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir. 
 
Dərsin gedişi 
Hekayənin evdə oxunmuş parçalarının məzmununun və tanış olmayan sözlərin 
mənasının hansı  səviyyədə qavranıldığı müxtəlif yollarla müəyyənləşdirilə bilər. 
Bütün hallarda müəllimin müvafiq qiymətləndirmə meyarlarına müraciət etməsi 
məqsədəuyğundur.  Şagirdlərə evdə oxunmuş 3, 4 və 5-ci parçaları bir daha 
nəzərdən keçirmək, bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirmək, sonra 
cütlük  şəklində  işləməklə  həmin parçalarla bağlı suallar hazırlamaq təklif edilir. 
Növbəti işi dərslikdəki tövsiyədən fərqli qurmaq da olar. Yəni sualları məzmunca 
oxşar olan cütlüklər kiçik qruplarda birləşərək fikirlərini dəqiqləşdirir və qrupun 
ümumi rəyi  əsasında hazırlanmış son variantı digər qruplarla mübadilə edirlər. 
Dəyişdirilmiş suallara hazırlanmış cavablar əsasında təqdimatlar formalaşdırılır. Bu 
proses tədqiqatın aparılması mərhələsi kimi qəbul edilir. 
Məlumat mübadiləsi, müzakirə.  Qruplar təqdimatlar  əsasında bir-birinin işi 
ilə tanış olur. Qruplar bir-birinin sualları ilə tanış olduğundan məlumat mübadiləsi 
az vaxt aparır və müzakirə ilə qovuşur. Bu məqamda bədii təsvir və ifadə 
vasitələrinin hansı  səviyyədə qavranıldığına xüsusi diqqət yetirilir. Müzakirənin 
səmərəli keçməsi isə müəllimin istiqamətləndirici suallardan istifadə etməsindən 
xeyli dərəcədə asılıdır.  
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması mərhələsində şagirdlər 
faşizmə qarşı mübarizədə azərbaycanlı  əsgərlərin iştirakını tarixi zərurət kimi 
əsaslandırmağa çalışırlar. Onlarda belə bir qənaət möhkəmlənir ki, əsgərlərimiz 
doğma yurddan uzaqlarda döyüşsələr də, faşizmə qarşı mübarizədə yüksək əzm və 
şücaət göstərmişlər. Həmvətənlərimiz sülh naminə, bəşəriyyəti faşizm bəlasından 
qorumaq məqsədi ilə canlarından keçmişlər. Bu müharibədə  həlak olanların 
xatirəsinin əziz tutulmasının mühüm səbəbi də budur.  
Fərziyyələr yenidən xatırladılır, nəticələrlə müqayisə edilir. Yekun qənaətlə 
tədqiqat sualının arasındakı səsləşmələrə diqqət yetirilir. 
Dərslikdə  təklif edilmiş  “Bilik və bacarıqlarınızı  tətbiq edin” başlıqlı 
tapşırığın  icrasına vaxt ayrılır. Şagirdlərin hər birinin işinin məzmun və keyfiyyəti 


 97
barədə aydın təsəvvür qazanmaq baxımından tapşırığın fərdi olaraq yerinə 
yetirilməsi məqsədəuyğundur. Vaxt çatışmazlığı yaranarsa, tapşırıq kiçik qruplarla 
iş formasında da icra edilə bilər. Belə olduqda müəllim qrupdakı hər bir şagirdin 
fəaliyyəti barədə təsəvvür qazanmağa çalışmalıdır.  
 İşin icrasına ayrılmış vaxt başa çatdıqdan sonra bir neçə  təqdimatın 
dinlənilməsi və müzakirəsi həyata keçirilir. Müzakirədə bütün şagirdlərin fəal 
iştirakına nail olunmalıdır. 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır. 
 
Mövzu: Mir Cəlal. “Vətən yaraları” – 3 saat 
Üçüncü saat: Təhlil üzrə iş 
 
Standartlar 
Təlim nəticələri 
1.2.1 
  Hekayəni janr (növ) baxımından dramla müqayisə edir. 
1.2.2.  
  Digər obrazların və müəllifin mühakimələrindən çıxış 
etməklə hekayənin qəhrəmanlarını səciyyələndirir. 
1.2.3.  
  Hekayənin təsir gücünün artmasında bədii təsvir və ifadə 
vasitələrinin rolunu aydınlaşdırır. 
1.2.4.  
  Hekayənin mövzusunu, ideya-bədii xüsusiyyətlərini  şərh 
edir, onlara əsaslandırılmış münasibət bildirir. 
3.1.3. 
  Müqayisə xarakterli məruzə yazır.  
 
Dərsin gedişi: 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və 
müzakirə edilməsi əsasında müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətlən-
dirmə meyarlarına müraciət etməsi məqsədəuyğundur. 
Motivasiya, problemin qoyuluşu.  Motivasiyanın yaradılması üçün fərqli 
yollardan istifadə etmək mümkündür. Məsələn, həm İkinci Dünya müharibəsi, həm 
də yurdumuzun məruz qaldığı Qarabağ müharibəsini əks etdirən vizual görüntüləri 
nümayiş etdirməklə müsahibə təşkil etmək mümkündür. Motivasiyanın yaradılması 
yollarından biri də  dərslikdəki “Düşünün” başlıqlı sual (İkinci Dünya müharibəsi 
illərində yazılmış  bədii  əsərlərin müasir oxucu üçün əhəmiyyəti nə ola bilər?) 
əsasında yığcam müsahibənin aparılmasıdır. Müsahibə  tədricən tədqiqat sualının 
müəyyənləşdirilməsinə gətirib çıxarır.    
Tədqiqat sualı: Ədalətli müharibədə qalib gəlməyin başlıca şərtləri hansılardır? 
Səsləndirilən fərziyyələr lövhədə qeyd olunur. Bu fərziyyələrin yoxlanılması 
üçün araşdırmaların aparılmasının vacib olduğu xatırladılır.  
Tədqiqatın aparılmasını    fərqli təlim metodlarının və  iş formalarının tətbiqi 
ilə  təşkil etmək mümkündür. Bütün hallarda dərslikdəki “Əsərin təhlilinə 
hazırlaşın” mətninə  və “Araşdırın. Fikirləşin. Cavab verin”  tapşırığına müraciət 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə