Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə37/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   88

 87
Tədqiqatın aparılması. Əsərin oxusu fərqli yollarla həyata keçirilə bilər; fərdi 
səssiz oxu, səsli oxu və s. tətbiqi mümkündür. Tanış olmayan sözlərin mənasını şa-
girdlər müstəqil aydınlaşdırır, müəllim sualların köməyi ilə onları istiqamətləndirir.  
Oxuya ayrılan vaxt başa çatdıqdan sonra şagirdlər dərslikdəki suallara cütlük 
şəklində cavab hazırlayırlar. Bu suallar əsasında yığcam müsahibə aparıldıqdan 
sonra 3-cü tapşırığın hər iki tələbi fərdi olaraq, yerinə yetirilir. Tədqiqat kiçik 
qruplarda davam etdirilir, cavablar müzakirə edilir, fərqli fikirlərə münasibət 
bildirilir, təqdimatlar hazırlanır.  
Müəllim kiçik qrupların işini müşahidə edir, qrupun bütün üzvlərinin ümumi 
işə töhfə verməsinə diqqət yetirir. Ehtiyac yaranarsa, suallar vasitəsi ilə istiqamət 
verir. 
Şifahi təqdimat üçün təklif olunan mövzular məzmunun mənimsənilməsini 
daha da dərinləşdirir. 
 
Məlumatın mübadiləsi və müzakirəsi mərhələlərində ilk növbədə, qrupların 
təqdimatı dinlənilir.  Şagirdlərin fikirlərini sərbəst ifadə etmələrinə, deyilənlərin 
nümunələrlə  əsaslandırılmasına, müzakirələrin diskussiya xarakteri almasına, yeri 
gəldikdə, fikirlərə tənqidi yanaşmanın özünü göstərməsinə, fərqli fikirlərə dözümlü 
mövqeyin nümayiş etdirilməsinə səy göstərilməlidir.  
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması  mərhələsində indiyə 
kimi deyilmiş bütün fikirlər ümumiləşdirilir, vahid ideya şəklinə salınır. 
Şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, şeirdə qələbəyə güclü inam hissi ifadə 
olunmuşdur. Ləyaqətli oğul böyütdüyünə  şübhə etməyən ana indi ondan vətən 
yolunda zəfərlər gözləyir, ona vüqarlı, mərd, igid olmağı tövsiyə edir.  
Çıxarılmış  nəticələrin fərziyyələrlə  və  tədqiqat sualı ilə müqayisəsinə diqqət 
yetirilir.  
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır. 
 
Mövzu: Səməd Vurğun. “Ananın öyüdü” – 3 saat 
İkinci saat: Təhlil üzrə iş 
 
Standartlar 
Təlim nəticələri 
1.2.2.  
  Müəllifin mühakimələrindən çıxış etməklə  şeirin qəhrəma-
nını səciyyələndirir. 
1.2.3.  
 
  Bədii nümunələrdə  təsvir və ifadə vasitələrinin rolunu 
aydınlaşdırır. 
1.2.4. 
  Şeirin ideya-bədii xüsusiyyətlərini  şərh edir, əsaslandırılmış 
münasibət bildirir. 
2.2.1.  
  Şeirlə bağlı müzakirələrdə mövzuya, problemə  tənqidi mü-
nasibətini  əsaslandırır, fərqli fikirlərə dözümlülük nümayiş 
etdirir. 


 88
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müza-
kirəsi  əsasında müəyyənləşdirilə bilər. Həmin prosesdə müvafiq qiymətləndirmə 
meyarlarına müraciət edilməsi məqsədəuyğundur. 
Motivasiya, problemin qoyuluşu.  Bu mərhələnin təşkilində  fərqli yollardan 
istifadə etmək mümkündür. Dərslikdəki “Düşünün” başlıqlı sual (Sənət 
adamlarının müharibə mövzusuna dönə-dönə müraciət etmələrinə  səbəb, sizcə, 
nədir?) üzrə müsahibə  əsasında tədqiqat sualını müəyyənləşdirmək vaxta qənaət 
baxımından faydalıdır. 
Tədqiqat sualı:  “Şeirdə  cəbhəyə  oğul yola salan anaların mövqeyi əks 
etdirilmişdir” fikrini doğru saymaq olarmı? 
Şagirdlərin fərziyyələri dinlənilir və lövhədə qeydlər aparılır. 
Tədqiqatın aparılması. Bu mərhələdə  fərqli metod və  iş formalarından 
istifadə etmək mümkündür. Lakin bütün hallarda dərslikdəki “Əsərin təhlilinə 
hazırlaşın” mətninə  və “Araşdırın. Fikirləşin. Cavab verin” başlıqlı suallara 
müraciət edilməsi vacibdir. 
 
“Əsərin təhlilinə hazırlaşın” mətninin oxusunda diqqəti əsərin yazılma tarixinə 
və  səbəbinə  cəlb etmək lazımdır. Bu, əsərin təhlili ilə bağlı  işlərin yerinə 
yetirilməsində faydalı ola bilər. 
“Araşdırın. Fikirləşin. Cavab verin” tapşırığındakı suallardan kiçik qruplarda iş 
formasında istifadə etmək məqsədəuyğundur. Buradakı sualların hər biri iş vərəqlə-
rində əks olunaraq qruplara təqdim olunur. İcrası çətinlik törədən tapşırıqlarla bağlı 
müəllim istiqamətləndirici suallar vasitəsilə tövsiyələr verir. Məsələn, beşinci sual 
(Şeirin bədii təsir gücünün artmasına  şair necə nail olmuşdur?)  şagirdləri heç də 
asan olmayan tələb qarşısında qoyur. Belə ki, şagirdlər bədii təsvir və ifadə 
vasitələrinin – epitet (Onun polad sinəsinə  sığışmadı ürəyi), inversiya (Ana igid 
balasına açdı öz qollarını), metafor (– Dayan! – deyib, yaxın gəldi, öpdü onun 
alnından Yay gününün xoş səhəri, bir da dağlar küləyi), təkrir (–Yaşa, – dedi, – ey 
qəhrəman! Yaşa, – dedi, – ey Vətən!) və s. şeirin bədii təsir gücünün artmasındakı 
rolunu izah etməli, fikirlərini  əsaslandırmalıdırlar. Müəllim suallar vasitəsi ilə 
şagirdləri məcazların digər bir əhəmiyyətini də – müəllifin məqsədinin daha qaba-
rıq ifadə olunmasındakı mövqeyini də müəyyənləşdirməyə istiqamətləndirməlidir. 
Məlumat mübadiləsi mərhələsində təqdimatların fəal dinlənilməsi təşkil edilir
bununla da qruplar bir-birinin işinin məzmunu ilə  ətraflı tanış ola bilirlər. 
Cavablarda müşahidə edilən yanlış mülahizələr, pərakəndəlik təbii hal kimi qəbul 
edilməlidir. Bütün bunlara aydınlıq gətirilməsi, qrupların qənaətlərinin sistemə 
salınması dərsin növbəti mərhələsində həyata keçirilir. 
Məlumatın müzakirəsi və  təşkili  mərhələsinin səmərəli keçməsi müəllimin 
apardığı hazırlıq işindən çox asılıdır. Müəllim qabaqcadan hazırladığı yardımçı 
suallarla şagirdləri müzakirələrə yönəltməlidir. Şagirdlərin hər birinə sual vermək
düşüncələrini sərbəst söyləmək imkanı verilməlidir. Müəllim xüsusilə çalışmalıdır 
ki,  şagirdlər yoldaşlarının fikirləri ilə bağlı  tənqidi mülahizələrini söyləyərkən 
əsərdən gətirdikləri nümunələrə istinad etsinlər.  Şagirdlərdə  tənqidi fikirlərə 
dözümlülük hissinin formalaşdırılması da diqqətdən yayınmamalıdır. Bu mərhələdə 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə