Microsoft Word ?d?b-9 Mv capa doc


Məlumat mübadiləsi və müzakirə



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə45/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   88

 107
Məlumat mübadiləsi və müzakirə.  Təqdimatlar  əsasında aparılan məlumat 
mübadiləsi qrupların bir-birinin işinin məzmunu ilə ətraflı tanış olmalarına imkan 
yaradır. Müzakirədə bütün sinfin fəal iştirakına,  şagirdlərin hər birinin öz fikrini 
sərbəst söyləməsinə nail olunmalıdır. Mətnkənarı suallar təkcə  məzmunla bağlı 
olmadığından geniş diskussiyaya yol açır. Müəllim diskussiyanı suallar vasitəsi ilə 
səmərəli səmtə yönəldir. 
Dərslikdəki növbəti tapşırıq (tərtib olunmuş plan əsasında bir hissənin 
məzmununun geniş danışılması) mətnin dərindən qavranılması,  şagirdlərin  şifahi 
nitqinin inkişaf etdirilməsi baxımından faydalıdır. Cavabların diqqətlə dinlənilməsi 
təmin edilməli, müzakirəsinə vaxt ayrılmalıdır.  
Müəllim çalışmalıdır ki, müzakirələrdə  şagirdlərdə mübahisəyə dözümlülük, 
tənqidi fikirlərə hörmət hissi formalaşsın. 
Yekun nəticənin çıxarılması  əsərin məzmunu bütövlükdə  mənimsənildikdən 
sonra – ikinci dərsdə həyata keçirilir. 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır. 
 
Mövzu: E.Heminquey. “Qoca və dəniz” – 4 saat 
İkinci saat: Əsərin məzmunu üzrə iş 
 
Standartlar 
Təlim nəticələri 
1.1.1. 
  Povestdə tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu 
kitablarından istifadə etməklə aydınlaşdırır. 
1.1.3.  
  Povesti hissələrə ayırır, seçdiyi hissənin məzmununu 
hazırladığı plan əsasında yaradıcı nağıl edir. 
1.1.5. 
  Povestdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir. 
2.2.1.  
  Povestlə    bağlı müzakirələrdə  fərqli fikirlərə dözümlülük 
nümayiş etdirir. 
 
Dərsin gedişi 
Povestin evdə oxunmuş parçalarının məzmununun və tanış olmayan sözlərin 
mənasının hansı  səviyyədə qavranıldığı müxtəlif yollarla müəyyənləşdirilə bilər. 
Bütün hallarda, müəllimin müvafiq qiymətləndirmə meyarlarına müraciət etməsi 
məqsədəuyğundur. Keçən dərsdə başlanmış tədqiqat işi məzmunun öyrənilməsinə 
həsr olunan ikinci dərsdə davam etdirilir. Cütlük şəklində  iş formasını seçən 
müəllim şagirdlərə evdə oxuduqları 3-cü və 4-cü parçaların məzmununa aid suallar 
və onların cavablarını hazırlamağı təklif edir. 
İşin icrasına ayrılan vaxt başa çatdıqdan sonra cavabları məzmunca yaxın olan 
cütlüklər kiçik qruplarda birləşərək fikirlərini dəqiqləşdirir və ümumiləşdirirlər. Bu 
prosesdə müəllim qrupdakı şagirdlərin əməkdaşlığına xüsusi diqqət yetirir.  


 108
Məlumat mübadiləsi, müzakirə. Qrup işlərinin nəticələri təqdimatlar əsasında 
müzakirə olunur. Müzakirənin səmərəli keçməsi üçün müəllim istiqamətləndirici 
suallardan istifadə edir, hər kəsin öz fikrini sərbəst ifadə etməsinə imkan yaradır. 
O, cavabların  əsaslandırılmasına, fərqli fikirlərə  tənqidi, eyni zamanda dözümlü 
münasibət göstərilməsinə diqqət yetirir. 
İndiyə  qədər deyilmiş fikirlərin  əsasında yekun qənaətin formalaşdırılması 
nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması  mərhələsində mühüm 
vəzifə kimi qarşıya qoyulur. Şagirdlərdə belə bir qənaət möhkəmlənir ki
məqsədinə çatmaq üçün insan çox vaxt çətin sınaqlarla üz-üzə qalır. Bu sınaqlardan 
üzüağ  çıxmaq üçün o, çalışmalı, mübarizə aparmalı olur. Bunun üçün isə ondan 
böyük iradi qüvvə, əzmkarlıq tələb olunur. Lakin uğur qazanmaq, məqsədə çatmaq 
üçün hələ bunlar kifayət deyildir; çətinliklərin öhdəsindən gəlmək üçün təcrübəni 
nəzərə almaq, ağılla, düşüncə ilə  hərəkət etmək vacibdir. Ağıl, zəka və möhkəm 
iradə qovuşaraq insanı yenilməz edir, qüdrətli, məğlubedilməz varlığa çevirir.  
Çıxarılmış  nəticənin tədqiqat sualı  və irəli sürülmüş  fərziyyələrlə müqayisə 
edilməsinə vaxt ayrılır. 
Dərslikdə  təklif edilmiş  “Bilik və bacarıqlarınızı  tətbiq edin” başlıqlı 
tapşırıqları  şagirdlər fərdi olaraq yerinə yetirirlər.  İşin icrasına ayrılmış vaxt başa 
çatdıqdan sonra bir neçə  təqdimatın və nağıletmənin dinlənilməsi, müzakirəsi 
həyata keçirilir.  
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şa-
girdlərə xatırladır. 
 
Mövzu: Ernest Heminquey. “Qoca və dəniz” – 4 saat 
Üçüncü saatTəhlil üzrə iş 
 
Standartlar 
Təlim nəticələri 
1.2.2.  
 
  Digər obrazların və müəllifin mühakimələrindən çıxış 
etməklə povestin qəhrəmanlarını səciyyələndirir. 
1.2.4.  
  Povestin mövzusunu, ideya-bədii xüsusiyyətlərini  şərh edir
onlara əsaslandırılmış münasibət bildirir. 
2.1.2.  
  Povestin mövzusuna, problemə müqayisələr, ümumiləş-
dirmələr aparmaqla münasibət bildirir. 
2.2.1. 
  Povestlə bağlı müzakirələrdə mövzuya, problemə  tənqidi 
münasibətini  əsaslandırır, fərqli fikirlərə dözümlülük nü-
mayiş etdirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və 
müzakirə  əsasında müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə 
meyarlarından istifadə etməsi məqsədəuyğundur. 


 109
Motivasiya, problemin qoyuluşu. Motivasiyanın yaradılması üçün fərqli yol-
lardan istifadə etmək mümkündür. Bunlardan biri də  dərslikdəki “Düşünün” 
başlıqlı sual (“İnsanın məğlubiyyəti yalnız müvəqqəti ola bilər” fikrini doğru 
saymaq olarmı?”) əsasında yığcam müsahibənin aparılmasıdır. Müsahibə tədricən 
tədqiqat sualının müəyyənləşdirilməsinə gətirib çıxarır.    
Tədqiqat sualı: Bu əsəri yazmaqda yazıçının əsl niyyəti, sizcə, nədir?
 
Səsləndirilən fərziyyələr lövhədə qeyd olunur. Bu fərziyyələrin yoxlanılması 
üçün araşdırma aparmağın vacib olduğu xatırladılır.  
Tədqiqatın aparılmasını  fərqli təlim metodlarının, iş formalarının tətbiqi ilə 
təşkil etmək mümkündür. Bütün hallarda dərslikdəki “Əsərin təhlilinə hazırlaşın” 
mətninə və “Araşdırın. Fikirləşin. Cavab verin” tapşırığına müraciət edilməsi məq-
sədəuyğundur. 
 
Müəllimin müxtəlif mənbələrdən aşağıdakı  qəbildən məlumatları toplayaraq 
şagirdlərə – bütün qruplara təqdim etməsi tədqiqatın səmərəliliyinə  əhəmiyyətli 
dərəcədə  təsir edir: “Qoca və  dəniz”də Heminquey Allahı tapdı. Orada nəhəng 
balıq var; Allah bu nəhəng balığı yaradıb ki, onu ovlasınlar. Allah qocanı da 
yaradıb ki, bu nəhəng balığı tutsun. Allah bu balığı yeməli olan akulanı da yaradıb 
və Allah onların hamısını eyni məhəbbətlə sevir. Deməli, Ernest Heminqueyin 
qənaəti belədir ki, hər şeyi Allah yaradıb və Allah yaratdıqlarının hər birini eyni 
məhəbbətlə sevir”. (U.
 
Folkner)                                
Kiçik qruplarda iş formasını seçən müəllim “Araşdırın. Fikirləşin. Cavab 
verin” başlıqlı tapşırığın sualları əsasında hazırlanmış iş vərəqlərini (hər qrupa bir 
sual ayrılmaqla) şagirdlərə təqdim edir. Tədqiqat başlanmamışdan əvvəl qrupların 
təlimatlandırılması  məqsədəuyğundur. Başlıcası isə, qruplardan hər birinin icra 
edəcəyi işin məğzi barədə aydın təsəvvür qazanmasına nail olunmalıdır. 
Məlumat mübadiləsi.  Bu, geniş fikir mübadiləsinin həyata keçirildiyi 
mərhələdir. Başqa sözlə, qrupların bir-birinin işinin məzmunu barədə  əhatəli 
məlumat eşitməsi və  mənimsəməsi vacibdir. Bu, müzakirənin səmərəli keçməsini 
təmin edən mühüm şərtlərdəndir. Qrup sözçülərinin  əhəmiyyətli, daha vacib 
məsələlərin üzərində dayanmalarına, sözçülüyə, təkrara yol verməmələrinə diqqət 
yetirilməlidir. Bu mərhələdə söylənilmiş fikirlərdə pərakəndəliyin, birtərəfli, yaxud 
yanlış mülahizələrin mövcud olmasına təbii baxılmalıdır.   
Məlumatın müzakirəsi və  təşkili.  Fikirləri  əlaqələndirmək, aralarında körpü 
salmaq, maksimum ümumiləşdirmə aparmaqla sistemləşdirmək bu mərhələdə 
diqqət mərkəzində saxlanılır. Bütün bunlar müəllimdən yüksək səriştə və çeviklik 
tələb edir. Yanlış və birtərəfli mülahizələri şagirdlərin özlərinin aradan qaldırmala-
rına nail olmaq üçün o, istiqamətləndirici suallardan məharətlə istifadə edir, “nə 
üçün?”, “niyə?”, “hamı belə düşünürmü?”, “kimin mövqeyi fərqlidir?”, “daha 
tutarlı nümunə ola bilərmi?” və s. suallarla müzakirənin canlı, məhsuldar keçməsi-
nə çalışır. Müzakirənin səmərəli təşkili şagirdlərin fəallığına, ardıcıl olaraq dialoqa 
girmələrinə səbəb olur.  
Nəticə, ümumiləşdirmə.  Müəllimin istiqamətləndirici sualları  əsasında ümu-
miləşdirmə aparan şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, əsərdə insanın, 
təbiətin və bütün canlıların bir-biri ilə qarşılıqlı  əlaqədə mövcud olması fikri 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə