Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə48/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   88

 114
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır. 
 
Mövzu: Məhəmmədhüseyn Şəhriyar. 
“Heydərbabaya salam” – 4 saat 
Üçüncü saat: Təhlil üzrə iş 
 
Standartlar 
Təlim nəticələri 
1.2.2.  
  Müəllifin mühakimələrindən çıxış etməklə poemanın 
qəhrəmanlarını səciyyələndirir. 
1.2.3. 
  Poemada bədii təsvir və ifadə vasitələrinin rolunu 
aydınlaşdırır. 
1.2.4.   
  Poemanın mövzusunu, ideya-bədii xüsusiyyətlərini şərh edir
onlara əsaslandırılmış münasibət bildirir. 
2.2.1.  
  Poema ilə bağlı müzakirələrdə mövzuya, problemə  tənqidi 
münasibətini  əsaslandırır, fərqli fikirlərə dözümlülük 
nümayiş etdirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi bir neçə  şagirdin təqdimatının  
dinlənilməsi və digər  şagirdlərlə  fəal müzakirə  əsasında müəyyənləşdirilə bilər. 
Müəllimin müvafiq qiymətləndirmə meyarlarından istifadə etməsi məqsədəuy-
ğundur. 
Motivasiya, problemin qoyuluşu.  Motivasiyanın yaradılması üçün fərqli 
yollardan istifadə etmək mümkündür. Motivasiyanın yaradılması yollarından biri 
də dərslikdəki “Düşünün” başlıqlı sual (Xalq adət-ənənələrinin geniş əks olunduğu  
əsərlər sizdə hansı hiss və düşüncələr yaradır?)  əsasında yığcam müsahibənin 
aparılmasıdır. Müsahibə  tədricən tədqiqat sualının müəyyənləşdirilməsinə  gətirib 
çıxarır.    
Tədqiqat sualı: Sizcə, aşağıdakı fikirlərdən hansı poemanın ideya-məzmununu 
daha dolğun ifadə edir?
 
1.  Poemada  şairin vətən sevgisi, onun təbiətinə vurğunluq, yurddaşlarına, 
dərin məhəbbət və rəğbət hissi ifadə olunmuşdur.
 
2.  Poemada  şairin yurddaşlarına, doğma vətəninə  dərin məhəbbəti və ciddi 
taleyüklü problemlərə münasibəti əks olunmuşdur. 
 
Səsləndirilən fərziyyələr lövhədə qeyd olunur. Bu fərziyyələrin yoxlanılması 
üçün araşdırmaların aparılmasının vacib olduğu xatırladılır.  
Tədqiqatın aparılmasını  fərqli təlim metodlarının, iş formalarının tətbiqi ilə 
təşkil etmək mümkündür. Bütün hallarda dərslikdəki “Əsərin təhlilinə hazırlaşın” 
mətninə  və “Araşdırın.  Fikirləşin. Cavab verin”  tapşırığına müraciət edilməsi 
məqsədəuyğundur.                                      


 115
 “Əsərin təhlilinə hazırlaşın” mətni ilə tanışlıq poema barədə şagirdlərdə xeyli 
təsəvvür yaradır. Bütün qrupların tədqiqat ərəfəsində mətnlə ətraflı tanış olmalarına, 
yaranmış sualların şagirdlərin fəallığı şəraitində aydınlaşdırılmasına vaxt ayrılır.
 
“Araşdırın. Fikirləşin. Cavab verin” başlıqlı sual və tapşırıqlar iş vərəqlərində 
şagirdlərə  təqdim olunur. Qruplar tapşırıq üzərində  işləyərkən müəllim onların 
fəaliyyətini istiqamətləndirir, hazırlanan cavablarda hansı  məqamlara diqqət 
yetirməyin vacib olduğunu qeyd edir. Poemada əksini tapmış ciddi mətləblərin – 
kəndin ağır güzəranı, dolanışığı,  ədalətsizliyin, haqsızlığın tüğyan etməsi, 
“məzlumların ahını” dinləyənin tapılmaması, yurdun “yaman günə salınması”, 
“qanlı zindana”, “acı şərbətə” dönməsi, sabaha inamsızlıq və s. açıqlanması ciddi 
araşdırma, əsər üzərində diqqətli müşahidə tələb edir. Qrupların işini daim izləyən 
müəllim yönəldici suallardan istifadə etməklə  şagirdlərin diqqətini bu qəbildən 
məqamlara da cəlb edir. 
Məlumat mübadiləsi və müzakirəsi  mərhələsində  kiçik qrupların təqdimatı 
dinlənilir, fikir mübadiləsi və müzakirə aparılır. Müzakirənin səmərəli olması üçün 
sərbəst diskussiya şəraitinin yaradılması vacibdir. Müəllim qrupların bir-birinin 
fikirlərinə əlavələr etmələrinə və tənqidi münasibət bildirmələrinə istiqamət verir.  
Nəticə, ümumiləşdirmə.  Bu mərhələdə də şagirdlərinin maksimum fəallığına 
nail olmaq lazımdır.  Əvvəlki mərhələlərdə görülmüş işlər və müəllimin yönəldici 
sualları  şagirdlərdə belə bir qənaət formalaşdırır ki, əsərin hər kəlməsində, hər 
cümləsində yurdun keçmişinə, xalq adət-ənənələrinə bağlı olan, vətənin əsrarəngiz 
təbiətini ürəkdən sevən bir insanın – müəllifin səmimi səsi eşidilir. O, vətənin 
dərdlərini özününkü sayır, başının üstünü duman alan, məhrumiyyət içində 
çapalayan yurdunu “yaman günə” salanlara nifrətini gizlətmir. 
Çıxarılmış  nəticələrin tədqiqat sualı  və  şagirdlərin irəli sürmüş olduqları 
fərziyyələrlə müqayisə edilməsinə xüsusi diqqət yetirilir. 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır. 


 116
Mövzu: Məhəmmədhüseyn Şəhriyar.  
Heydərbabaya salam” – 4 saat 
Dördüncü saat: Tətbiq. Müzakirə. Yaradıcı iş 
 
Standartlar 
Təlim nəticələri 
1.1.2.  
  Poemanı ideya-məzmununa uyğun ifadəli oxuyur. 
2.1.1. 
 
  Poema ilə bağlı  təqdimat və  çıxışlarında müxtəlif 
mənbələrdən topladığı materiallara əsaslanmaqla  əsərin 
ideya-bədii xüsusiyyətlərini şərh edir. 
2.2.1. 
 
  Poema ilə bağlı müzakirələrdə mövzuya, problemə  tənqidi 
münasibətini  əsaslandırır, fərqli fikirlərə dözümlülük 
nümayiş etdirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və 
müzakirəsi əsasında müəyyənləşdirilir.  
Motivasiya, problemin qoyuluşu.  Motivasiyanın yaradılmasına müxtəlif 
yollarla nail olmaq mümkündür. Məsələn, Şəhriyarın ifasında poemadan parçaları 
səsləndirmək, oxucuda yaranan hiss və düşüncələrlə bağlı müsahibə aparmaq olar. 
Müsahibə tədqiqat sualının müəyyənləşdirilməsi ilə yekunlaşır. 
Tədqiqat sualı:  Poemanın bu gün də sevilə-sevilə oxunmasına, ona marağın 
gündən-günə artmasına səbəb, sizcə, nədir? 
Sualla əlaqədar deyilmiş fikirlər dinlənilir və lövhədə qeyd edilir.  
Tədqiqatın aparılması. Dərslikdəki “Tətbiq. Müzakirə. Yaradıcı  iş” başlıqlı 
tapşırığın birinci bəndi kiçik qruplarda iş formasının tətbiqi ilə həyata keçirilir. Bu 
tapşırıq poemanın ideya-bədii keyfiyyətinin dəyərləndirilməsi, ədəbiyyat tarixində 
ləyaqətli yer tutmasının aydınlaşdırılması baxımından  əhəmiyyətlidir. Beləliklə, 
əsərin həmişəyaşarlılığının səbəbləri barədə  şagird təsəvvürü xeyli zənginləşir və 
konkretləşir.  
Sonda qruplararası məlumat mübadiləsi və müzakirə aparılır. Bütün qruplar 
eyni tapşırıq üzərində işlədiyindən məlumat mübadiləsi müzakirə ilə qovuşur, ciddi 
diskussiyaya yol açılır.  Əsərin möhtəşəmliyini, uzunömürlülüyünü təmin edən 
konkret faktlar üzərində dayanılır.  
Nəticə və ümumiləşdirmə mərhələsində şagirdlərdə belə bir qənaət formalaşır 
ki, “Heydərbabaya salam” xalqın ruhundan, arzu və istəklərindən süzülüb gələn
onun mənəvi gücünü və qüdrətini nümayiş etdirən, ana dilinin zənginliyini 
ləyaqətlə  əks etdirən möhtəşəm bir əsərdir.  Əsəri oxuduqca insan özünü baş 
verənlərin mərkəzində hiss edir, təhkiyəçiyə yoldaş olur, onun hislərinə, dərdlərinə  
şərik çıxır. Əsərin bütün zamanlarda sevilməsinin, əvəzlənən nəsillərin sönməyən 
maraqla üz tutduğu qiymətli abidəyə çevrilməsinin bir mühüm səbəbi də elə budur.   
Çıxarılmış nəticənin şagirdlərin irəli sürmüş olduqları fərziyyələrlə müqayisə-
sinə, tədqiqat sualı ilə necə səsləşməsinə diqqət yetirilir. 
Vaxtdan qənaətlə istifadə edilməsi ifadəli oxu ilə bağlı dərslikdə təklif edilmiş 
tapşırığın yerinə yetirilməsinə imkan verir. Şeirin bir, yaxud iki bəndi üzərində 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə