Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə49/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   88

 117
dərslikdə qeyd olunmuş işlərin fərdi  şəkildə yerinə yetirilməsi məqsədəuyğundur. 
Parçanın ifadəli oxusu zamanı ifaçının hansı vəzifəni yerinə yetirəcəyi barədə işin 
əvvəlində müsahibə aparmaq faydalıdır. Sonda bir neçə ifa dinlənilir və onlara 
münasibət bildirilir.  
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır. 
 
Mövzu: Mirzə İbrahimov. “Gələcək gün” – 4 saat 
Birinci saatƏsərin məzmunu üzrə iş 
 
Standartlar 
Təlim nəticələri 
1.1.1.  
  Romanda tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu 
kitablarından istifadə etməklə aydınlaşdırır. 
1.1.3.  
  Romanı hissələrə ayırır, seçdiyi hissənin məzmununu ha-
zırladığı plan əsasında yığcam nağıl edir. 
1.1.5. 
  Romanda bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir. 
2.2.1. 
  Romanla bağlı müzakirələrdə mövzuya tənqidi münasibətini 
əsaslandırır, fərqli fikirlərə dözümlülük nümayiş etdirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müza-
kirəsi  əsasında müəyyənləşdirilə bilər. Həmin prosesdə müəllimin müvafiq qiy-
mətləndirmə meyarlarından istifadə etməsi məqsədəuyğundur. 
Motivasiya, problemin qoyuluşu. Motivasiyanın yaradılmasına fərqli yollarla 
nail olmaq mümkündürDərslikdəki “Yada salın” başlıqlı suallar əsasında yığcam
 
müsahibənin aparılması, vaxta qənaət baxımından, daha faydalıdır. Tədqiqat sualı 
tədricən formalaşdırılır. 
Tədqiqat sualı: Zalıma, amansıza yalvarmaqla onda mərhəmət hissi yaratmaq 
olarmı?
 
Şagirdlərin fərziyyələri dinlənilir, təkrara yol verilmədən qeyd edilir. 
Tədqiqatın aparılması. Sinifdə əsərin ilk iki parçasının oxusu həyata keçirilir. 
Bu, fərqli oxu növlərinin və formalarının tətbiqi ilə reallaşdırıla bilər. Hadisələrin 
gözlənilməz inkişafı proqnozlaşdırılmış oxudan istifadəyə  də üstünlük verir. 
Dərslikdə  təklif edilmiş tapşırıqlar fasilələrlə oxunun tətbiqi üçün nəzərdə 
tutulmuşdur. Birinci parçanın oxusundan sonra şagirdlərə məzmunla bağlı suallara 
cütlük şəklində cavab hazırlamaq təklif edilir. Eləcə də ikinci parçanın oxusundan 
sonra  şagirdlər dərslikdəki suallara cütlük şəklində cavab hazırlayırlar. Cavabları 
oxşar olan cütlüklər birləşərək kiçik qruplar yaradırlar. Cavablarını, müəyyənləş-
dirdikləri bədii təsvir və ifadə vasitələrini kiçik qruplarda dəqiqləşdirən, ümumi-
ləşdirərək vahid cavab şəklinə salan şagirdlər məlumat mübadiləsinə hazırlaşırlar.               


 118
Məlumat mübadiləsi və müzakirə.  Təqdimatlar  əsasında aparılan məlumat 
mübadiləsi qrupların bir-birinin işinin məzmunu ilə ətraflı tanış olmalarına imkan 
yaratmalıdır. Müzakirədə bütün sinfin iştirakı,  şagirdlərin hər birinin öz fikrini 
sərbəst söyləməsi təmin edilməlidir. Bəzi sualların cavabları qrupda dəqiqləş-
dirilərkən fikir ayrılıqları da meydana çıxa bilər. Mübahisə doğuran məqamlardan 
uzaqlaşmaq məqsədəuyğun deyildir. Müzakirənin diskussiya səciyyəli olması həm 
məzmunun mənimsənilməsi, həm də şagirdlərin inkişafı baxımından səmərəlidir. 
 Oxunmuş hissənin məzmunu ilə bağlı qazanılmış  təsəvvürün tamlığına nail 
olmaq üçün müəllim əvvəlcədən hazırladığı və qapalı suallardan fərqlənən aşağıda-
kı qəbildən suallardan da istifadə edə bilər: 
1.  Əsərdə tanış olduğunuz zəhmətkeş insanların həyatının ağır keçməsinə 
səbəb, sizcə, nədir ? 
2. Firidunun taleyi ilə kəndlilərin taleyi arasında hansı oxşarlıqlar var? 
3. Yazıçının doğma torpağa sevgisi əsərdə daha çox özünü nədə göstərir? 
Dərsdə vaxtdan qənaətlə istifadə edilməsi yığcam nağıletmə ilə bağlı tapşırığa 
vaxt ayırmağa imkan verir. Seçdikləri hissənin məzmununa aid planı fərdi olaraq 
tərtib edən şagirdlərin bir neçəsinin çıxışının dinlənilməsi və yığcam nağıletmənin 
tələblərinə nə dərəcədə cavab verdiyinin müəyyənləşdirilməsi məqsədəuyğundur.  
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır. 
 
Mövzu: Mirzə İbrahimov. “Gələcək gün” – 4 saat 
İkinci saat: Əsərin məzmunu üzrə iş 
 
Standartlar 
Təlim nəticələri 
1.1.1.  
 
  Romanda tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu 
kitablarından istifadə etməklə aydınlaşdırır. 
1.1.5. 
  Romanda bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir. 
2.2.1.  
 
  Romanla bağlı müzakirələrdə mövzuya tənqidi münasibətini 
əsaslandırır, fərqli fikirlərə dözümlülük nümayiş etdirir. 
 
Dərsin gedişi
 
Evdə oxunmuş parçaların məzmununun və tanış olmayan sözlərin mənasının 
hansı  səviyyədə qavranıldığı müxtəlif yollarla müəyyənləşdirilə bilər. Bütün 
hallarda, müəllimin müvafiq qiymətləndirmə meyarlarına müraciət etməsi 
məqsədəuyğundur.  Şagirdlərə evdə oxuduqlarını (4-5-ci parçaları) bir daha 
nəzərdən keçirmək, sonra cütlük şəklində  məzmuna aid suallar və onlara cavab 
hazırlamaq təklif edilir.
 
İşin icrasına ayrılan vaxt başa çatdıqdan sonra cavabları 
yaxın olan cütlüklər kiçik qruplarda birləşərək fikirlərini dəqiqləşdirir və 
ümumiləşdirirlər. Tədqiqatın aparılması mərhələsi kimi qəbul edilən bu prosesdə 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə