Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə47/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   88

 112
Tədqiqat sualı:  Uzun ayrılıqdan sonra vətənə dönən insan başqaları ilə hansı 
hiss və düşüncələrini bölüşər? 
 Şagirdlərin fərziyyələri dinlənilir, təkrara yol verilmədən lövhədə qeyd edilir. 
Tədqiqatın aparılması.  Əsərin (birinci hissənin) oxusu fərqli yollarla həyata 
keçirilə bilər; fərdi səssiz oxu, səsli oxu və s. tətbiqi mümkündür. Əsərin dili cənub 
şivəsində olduğu üçün tanış olmayan söz və ifadələrə xüsusi həssaslıqla 
yanaşılmalıdır.  
Əsərin oxusuna ayrılan vaxt başa çatdıqdan sonra dərslikdə  təklif edilmiş 
tapşırıqların ardıcıl olaraq yerinə yetirilməsi məqsədəuyğundur. Tapşırığın 
məzmununda dəyişiklik etməkdə müəllim sərbəstdir. Bu, müəllimin məqsədindən, 
sinfin səviyyəsindən və s. asılı olaraq, həyata keçirilə bilər. Dərslikdəki tapşırıqlar 
bir-biri ilə  sıx bağlı olub məzmunun dərindən qavranılmasına imkan yaradır. 
Poemada cənub ləhcəsinə məxsus sözlərin fərqli yazılışını və deməli, onların fərqli 
tələffüzünü ardıcıl müşahidə etmək mümkündür. Bunların aydınlaşdırılması 
məzmunun dərindən başa düşülməsi baxımından vacibdir. Bu, tapşırıqda ayrıca 
tələb kimi daxil edilmişdir. 
Əsərdə sətiraltı mənalar, fikrin dolayısı ilə ifadə olunduğu cümlələr – misralar 
da az deyildir. Təcrübədən məlumdur ki, şagirdlərin əksəriyyəti bunu ilkin oxuda 
anlamaqda çətinlik çəkirlər. Tapşırıqda  şagirdlərin diqqəti bu məsələyə  cəlb 
edilmiş, cütlük şəklində  işləməklə qaranlıq mətləblərə aydınlıq gətirmələrinə 
istiqamət verilmişdir. Həmin misraları  əvvəlcədən müəyyənləşdirən müəllim, 
ehtiyac duyulan məqamlarda şagirdlərin diqqətini onlara cəlb etməlidir. 
Müşahidələr göstərir ki, bədii mətndəki məcazları seçməkdə çətinlik çəkməyən 
bir çox şagirdlər onların növünü müəyyənləşdirməkdə köməyə ehtiyac duyurlar. 
Məhz buna görə dərsliyə bədii təsvir və ifadə vasitələrinin növünün dəqiqləşdiril-
məsi ilə bağlı tapşırıq daxil edilmişdir. Bu tapşırıq nəzəri məlumatın tətbiqi, eləcə 
də bədii mətnin məzmununun dərindən qavranılması baxımından əhəmiyyətlidir. 
Dərslikdəki növbəti tapşırıq – suallara cavab hazırlamaq tələbi məzmunla bağlı 
qazanılmış təsəvvürün tamlığına imkan yaradır.     
Tapşırıqları cütlük şəklində yerinə yetirən  şagirdlər kiçik qruplarda birləşərək 
cavabları dəqiqləşdirir, fərqli fikirlərə münasibət bildirir, ümumiləşdirmə aparırlar.  
Məlumatın mübadiləsi və müzakirəsi mərhələlərində  aparılan iş kiçik 
qrupların təqdimatına əsaslanır. Əsərin məzmunu üzrə tam, dürüst təsəvvürün for-
malaşması bu mərhələlərdə aparılan işlərdən çox asılıdır. Müəllim fikirlərin sərbəst 
şəkildə ifadə edilməsinə, müzakirələrin diskussiya xarakteri almasına səy göstər-
məlidir.
 
 
Aparılmış bütün işlərlə bağlı  dərsin sonunda nəticənin çıxarılmasına diqqət 
yetirilir. Bu, müəllimin istiqamətləndirici sualları  əsasında həyata keçirilir. Sinif 
yekun qənaətə ikinci dərsdə – əsərin məzmununun mənimsənilməsi tamamlandıq-
dan sonra gəlir. 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur. 


 113
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır. 
 
Mövzu: Məhəmmədhüseyn Şəhriyar.  
“Heydərbabaya salam” – 4 saat 
İkinci saat: Əsərin məzmunu üzrə iş 
 
Standartlar 
Təlim nəticələri 
1.1.1.  
  Poemada tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu 
kitablarından istifadə etməklə aydınlaşdırır. 
1.1.4. 
  Poema janrının xüsusiyyətlərini müəyyənləşdirir. 
1.1.5.  
  Poemada bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir. 
 
Dərsin gedişi 
Poemanın evdə oxunmuş ikinci hissəsinin məzmununun və tanış olmayan 
sözlərin mənasının hansı  səviyyədə qavranıldığı  fərqli yollarla müəyyənləşdirilə 
bilər. Bütün hallarda, müəllimin müvafiq qiymətləndirmə meyarlarına müraciət 
etməsi məqsədəuyğundur. 
Şagirdlərə evdə oxunmuş hissəni bir daha nəzərdən keçirmək, sonra kiçik qrup-
larda birləşərək dərslikdə  təklif olunmuş tapşırığı ardıcıl olaraq yerinə yetirmək 
təklif olunur.
 
Tapşırığın məzmunca dəyişdirilməsində müəllim sərbəstdir. 
Tapşırığa suallar əlavə etmək, yaxud onda ixtisar aparmaq bir sıra şərtlərlə (müəlli-
min məqsədindən, sinfin səviyyəsindən, reallaşdırılması  nəzərdə tutulan standart-
lardan və s.) bağlıdır. 
Dərs yaxşı planlaşdırıldıqda, vaxtdan qənaətlə istifadə edildikdə dərslikdə təklif 
edilmiş digər iki tapşırığa – müzakirəyə, poemanın janr xüsusiyyətlərinin müəy-
yənləşdirilməsinə vaxt ayırmaq mümkün olur. İkinci tapşırığın fərdi olaraq yerinə 
yetirilməsi məqsədəuyğundur.   
Bütün bu proses tədqiqatın aparılması mərhələsi kimi qəbul edilir. 
Məlumat mübadiləsi, müzakirə. Qrup işlərinin nəticələri təqdimatlar əsasında 
müzakirə olunur. Şagirdlərin yerinə yetirdikləri tapşırıqlarda fərqli fikirlərin 
meydana çıxmasına imkan verən məqamlar da vardır. Müəllim bundan istifadə 
edərək müzakirənin diskussiyaya çevrilməsinə səy göstərməlidir. Müzakirədə hələ 
formalaşmamış, pərakəndə fikirlərin meydana çıxması təbiidir.  
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması  mərhələsində indiyə 
kimi deyilmiş bütün fikirlər ümumiləşdirilməli, vahid ideya şəklinə salınmalıdır. 
Nəticədə şagirdlər vətənini, el-obasını, onun hər qarış torpağını, daşını, ünsiyyətdə 
olduğu və olmadığı  həmyerlilərini sonsuz məhəbbətlə sevən həssas  şair obrazı 
barədə dolğun təsəvvür qazanmış olurlar. Onlarda belə bir qənaət möhkəmlənir ki, 
şair xatirələrini danışmaqdan yorulmur, aşıb-daşan məhəbbət dolu hislərini ifadə 
etməkdən usanmır. Müəllif fərəh, sevinc hislərini, özünə hakim kəsilmiş  şirinli-
acılı düşüncələrini hamı ilə bölüşmək istəyir... Çıxarılmış nəticələrin fərziyyələrlə 
və tədqiqat sualı ilə müqayisəsi diqqət mərkəzində saxlanılır.  


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə