Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə44/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   88

 104
ÜÇÜNCÜ BÖLMƏ ÜZRƏ 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ 
 
Qiymətləndirmə Mehdi Hüseynin “Nişan üzüyü” hekayəsi üzrə aparıla bilər 
  
QİYMƏTLƏNDİRMƏ ÜÇÜN TÖVSİYƏ OLUNAN 
SUAL VƏ TAPŞIRIQLAR 
 
1. Digər obrazların və müəllifin mühakimələrinə əsaslanmaqla Əminə xala surətini 
səciyyələndirin. 
 
2.  Əminə xalanın övladlarına münasibətini aydınlaşdırıb qısaca yazın. Fikrinizi 
təsdiq edən nümunələr göstərin. 
___________________________________________________________________
___________________________________________________________________ 
 
2. Salman haqqında sizdə hansı təsəvvür yarandı? Fikrinizi qısaca yazın. 
___________________________________________________________________
___________________________________________________________________ 
 
3. Hekayənin mövzusunu və onda qaldırılmış problemi müəyyənləşdirib qısaca 
yazın. 
___________________________________________________________________
___________________________________________________________________ 
 
5. Hekayədə işlənmiş “gözləri yol çəkirdi” ifadəsinin qarşılığını müəyyənləşdirin. 
A) intizarda idi 
B) təşviş içində idi 
C) kədərli idi 
D) ürəyi sıxılırdı 
E) peşman idi 
 
6.  Əsərdəki bədii təsvir və ifadə vasitələrinin növünü müəyyənləşdirib cədvəldə 
qeyd edin. 
Digər obrazların 
mühakimələri 
Müəllifin bu obrazla 
bağlı mühakimələri 
Sizin münasibətiniz 
 
 
 
Əsərdən nümunələr Bədii təsvir və ya ifadə 
vasitəsinin növü 
Onların pulemyotları yağış kimi güllə yağdırırdı.  
Vuruşurduq, nə vuruşurduq...  
Niyə, nə olub, kasıbın qeyrəti olmaz?!. 
 


 105
7. Əsərin hekayə janrında olduğunu təsdiq edən bir neçə cəhət göstərin: 
 
 
 
8. Aşağıdakı fikirlərdən hansını hekayəyə aid etmək olmaz. 
A) Əsərdə arxa cəbhədə çalışan insanların həyatından danışılır. 
B) Arxa cəbhədə çalışan insanlar cəbhəyə yardım etməyin vacib olduğunu dərk 
edirlər. 
C) Əminə xalanı narahat edən, düşündürən yalnız oğlunun taleyidir. 
D) Əsər xalqımızın müharibə dövründəki həyatı barədə təsəvvür yaradır. 
E) Hekayədə xalqımıza məxsus qürur, mərdlik, səmimilik kimi xüsusiyyətlər əksini 
tapıb. 
 
9. Əminə xala obrazını sizə tanış olan hansı ədəbi qəhrəmanla müqayisə edərsiniz? 
Nə üçün? 
___________________________________________________________________
___________________________________________________________________
___________________________________________________________________
___________________________________________________________________ 
 
10. Əsərdəki başlıca fikir – ideya, sizcə, nədir? Fikrinizi qısaca yazın. 
___________________________________________________________________
___________________________________________________________________
___________________________________________________________________                   
 
 
Əsər hekayə 
janrındadır, 
çünki ... 
 
 
 


 106
ƏN YENİ DÖVR 
AZƏRBAYCAN ƏDƏBİYYATI 
 
II MƏRHƏLƏ  
XX əsrin ortalarından günümüzə qədər 
 
4. MÜHARİBƏDƏN SONRAKI DÖVRDƏ ƏDƏBİYYAT 
(1946–1960) 
                   
 
Mövzu: Ernest Heminquey. “Qoca və dəniz” – 4 saat 
Birinci saat: Əsərin məzmunu üzrə iş 
 
       
Standartlar 
Təlim nəticələri 
1.1.1.  
  Povestdə tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu 
kitablarından istifadə etməklə aydınlaşdırır. 
1.1.3. 
  Povesti hissələrə ayırır, seçdiyi hissənin məzmununu 
hazırladığı plan əsasında geniş nağıl edir. 
1.1.5.  
  Povestdə  bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir. 
2.2.1.  
  Povestlə bağlı müzakirələrdə  fərqli fikirlərə dözümlülük 
nümayiş etdirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müza-
kirəsi  əsasında müəyyənləşdirilə bilər. Həmin prosesdə müəllimin müvafiq 
qiymətləndirmə meyarlarından istifadə etməsi məqsədəuyğundur. 
Motivasiya, problemin qoyuluşu. Motivasiyanın yaradılmasına fərqli yollarla 
nail olmaq mümkündürDərslikdəki “Yada salın” başlıqlı suallardan istifadə vaxta 
qənaət baxımından məqsədəuyğundur.
 
Həmin suallar əsasında aparılan yığcam 
müsahibə tədqiqat sualının müəyyənləşdirilməsi ilə yekunlaşır. 
Tədqiqat sualı: Məqsədə yalnız iradənin gücü ilə çatmaq mümkündürmü? 
Şagirdlərin fərziyyələri dinlənilir, təkrara yol verilmədən qeyd edilir. 
Tədqiqatın aparılması. Povestin məzmununun öyrənilməsinə oxu növlərindən 
birinin tətbiqi ilə başlamaq olar. Seçim etməkdə müəllim sərbəstdir. O, sinfin 
səviyyəsindən, oxunun növ və formaları ilə şagirdlərin tanışlıq dərəcəsindən, real-
laşdıracağı standartdan və s. çıxış etməklə bu məsələni həll edir.    
Oxu prosesində tanış olmayan sözlərin mənasının aydınlaşdırılmasına, 
məcazların müəyyənləşdirilməsinə diqqət yetirilir.  
Əsərin ilk iki parçasının oxusuna ayrılan vaxt başa çatdıqdan sonra şagirdlər 
mətnkənarı suallara cütlük şəklində cavab hazırlayırlar. Mövqeləri yaxın olan 
cütlər kiçik qruplarda birləşirlər. Cavablarını  dəqiqləşdirən və ümumiləşdirən 
şagirdlər təqdimata hazırlaşırlar. 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə