Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə40/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   88

 93
S.Rüstəmin “Təbrizim”  şeiri böyük səfərbəredici qüvvəyə malikdir. O, bədii 
cəhətdən kamil olub, müasirliyi ilə seçilən əsər kimi öz dəyərini saxlamaqdadır. 
Çıxarılmış  nəticələrin tədqiqat sualı  və  fərziyyələrlə müqayisə edilməsinə 
diqqət yetirilir. Bu, tədqiqat işinin düzgün istiqamətdə aparıldığına və başa 
çatdığına əminlik hissi yaradır. 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır. 
 
Mövzu: Süleyman Rüstəm. “Təbrizim” – 3 saat 
Üçüncü saat: Tətbiq. Müzakirə. Yaradıcı iş 
 
Standartlar 
Təlim nəticələri 
1.1.1.  
  Şeirdə tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu 
kitablarından istifadə etməklə aydınlaşdırır. 
1.1.2. 
  Şeiri ideya-məzmununa uyğun ifadəli oxuyur. 
1.1.5.  
  Şeirdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir. 
1.2.3.  
  Şeirin təsir gücünün artmasında bədii təsvir və ifadə 
vasitələrinin rolunu aydınlaşdırır. 
1.2.4. 
  Şeirin mövzusunu, ideya-bədii xüsusiyyətlərini  şərh edir, 
onlara əsaslandırılmış münasibət bildirir. 
2.1.2.  
  Şeirin mövzusuna müqayisələr, ümumiləşdirmələr aparmaqla 
münasibət bildirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və 
müzakirəsi ilə müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə 
meyarlarından istifadə etməsi məqsədəuyğundur. 
Motivasiya, problemin qoyuluşu. Rəmzi materiallardan istifadə yolu ilə moti-
vasiya yaratmaq olar. Bu məqsədlə  Təbriz (https://www.youtube.com/watch? 
v=QzGfjc13gq4) və Bakının (https://www.youtube.com/watch?v=H3c6oG-pKbE) 
videogörüntülərinin nümayiş etdirilməsi mümkündür.  
Dərslikdəki “Düşünün” başlıqlı sual (Cənub mövzusunda yazılmış  əsərlərdə, 
sizcə, hansı  məsələlərə daha çox diqqət yetirilir?)  əsasında yığcam müsahibə 
aparan müəllim şagirdlərin fəal iştirakı ilə tədqiqat sualının formalaşmasını həyata 
keçirir. 
Tədqiqat sualıVətənə həsr olunmuş əsərlərin ideya-məzmununda oxşar cəhət-
lərin olmasına səbəb, sizcə, nədir? 
Şagirdlərin fərziyyələri dinlənilir və qeydlər aparılır. 
Tədqiqatın aparılması.  Tədqiqat A.Səhhətin “Vətən”  şeirinin oxusu ilə 
başlanır. Oxu fərqli formalarda həyata keçirilə bilər;  şagirdlərin fəal iştirakı ilə 
izahlı oxu, fərdi səssiz oxu, ikihissəli gündəliyin tətbiqi ilə oxu və s. Oxu prosesin-


 94
də tanış olmayan sözlərin mənasının aydınlaşdırılması, bədii təsvir və ifadə vasitə-
lərinin müəyyənləşdirilməsi həyata keçirilir. 
Şeirin məzmununun öyrənilməsi, ideyasının müəyyənləşdirilməsi üzrə  işi də 
fərqli variantlarda təşkil etmək mümkündür. Dərslikdə  təklif olunmuş tövsiyələr 
əsasında işin təşkili vaxta qənaət baxımından məqsədəuyğundur. Yəni oxuya 
ayrılan vaxt başa çatdıqdan sonra şagirdlər kiçik qruplarda birləşərək  şeirin 
məzmununa aid suallar tərtib edirlər. Suallar və onlara hazırlanmış cavablar qrup 
sözçülərinin təqdimatı əsasında müzakirə edilir. 
Əsərin ideyasının müəyyənləşdirilməsi və müzakirəsi də bu qayda ilə  həyata 
keçirilə bilər. Bu məzmunda aparılan iş  ədəbi nümunələrin: S.Rüstəmin 
“Təbrizim”, A.Səhhətin “Vətən”  şeirinin müqayisə edilməsinə imkan yaradır. 
Əsərlərin hansı xüsusiyyətlərə görə müqayisə ediləcəyi  əvvəlcədən hər iki şeirin 
ideya-məzmunu nəzərə alınmaqla müəyyənləşdirilir. 
Məlumat mübadiləsi və müzakirə mərhələsində diqqət bu iki əsərin necə mü-
qayisə edildiyinə, müqayisədən çıxarılmış  nəticəyə yönəldilir. Eləcə  də deyilmiş 
fikirlərin  əlaqələndirilməsi, sistemə salınması, yanlış, birtərəfli mülahizələrin 
cilalanması həyata keçirilir. 
 Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması  mərhələsində indiyə 
kimi səsləndirilmiş fikirlərin ümumiləşdirilərək vahid ideya halına salınması diqqət 
mərkəzində saxlanılır.  Şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, hansı dövrdə 
yazılmasından asılı olmayaraq, vətənə  həsr olunmuş  əsərlərdə  sənətkarın doğma 
yurda, soykökünə bağlılıq hisləri geniş əksini tapır. Vətənə dərin məhəbbət, xalqın 
mənəvi dəyərlərinə ehtiram, səmimilik həmin  əsərləri birləşdirən mühüm 
cəhətlərdir. Vətənin  əvəzedilməzliyi, onun uğrunda hər cür fədakarlığa hazır 
olmaq, bədii dilin gözəlliyi, təravəti bu mövzuda əsər yazan bütün sənətkarların 
diqqət yetirdiyi cəhətlərdəndir. 
Çıxarılmış nəticələrin fərziyyələrlə, tədqiqat sualı ilə müqayisəsinə vaxt ayrılır. 
Dərsdə A.Səhhətin “Vətən”  şeirindən bir parçanın ifadəli oxusu şagirdlərin 
ifadəli oxu bacarıqlarının yeni mətn üzərində  tətbiqi, möhkəmləndirilməsi 
baxımından faydalıdır.  Şeirin ideya-məzmununu dərindən mənimsəyən  şagirdlər 
beytlərin oxusu üçün ifaçılıq vəzifəsini, səsin çalarlarını müəyyənləşdirirlər. 
Təfilələrin əks olunduğu cədvəldən, şərti işarələrdən istifadə edilməsi onların işini 
xeyli asanlaşdırır.  
Bir neçə ifanın dinlənilib müzakirə edilməsi məqsədəuyğundur. 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır. 
 


 95
Mövzu: Mir Cəlal. “Vətən yaraları” – 3 saat 
Birinci saatƏsərin məzmunu üzrə iş 
         
Standartlar 
Təlim nəticələri 
1.1.1 
  Hekayədə tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu 
kitablarından istifadə etməklə aydınlaşdırır. 
1.1.3.  
  Hekayəni  hissələrə ayırır, seçdiyi hissənin məzmununu 
hazırladığı plan əsasında yaradıcı  nağıl edir. 
1.1.5.  
  Hekayədə  bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir. 
2.2.1.  
  Hekayə ilə bağlı müzakirələrdə mövzuya tənqidi 
münasibətini  əsaslandırır, fərqli fikirlərə dözümlülük 
nümayiş etdirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və 
müzakirəsi  əsasında müəyyənləşdirilə bilər. Həmin prosesdə müəllimin müvafiq 
qiymətləndirmə meyarlarından istifadə etməsi məqsədəuyğundur. 
Motivasiya, problemin qoyuluşu. Motivasiyanın yaradılmasına fərqli yollarla 
nail olmaq mümkündür.  Məsələn,  İkinci Dünya müharibəsinə aid filmlərdən 
kadrlar nümayiş etdirməklə, yaxud dərslikdəki “Yada salın” başlıqlı suallar 
əsasında yığcam müsahibə aparmaqla bunu həyata keçirmək olar. Hər iki halda 
müharibələrin bəşəriyyətə  gətirdiyi fəlakətlər yada salınır, ölkəmizin hal-hazırda 
müharibə şəraitində olması xatırladılır. Tədricən tədqiqat sualı formalaşdırılır. 
Tədqiqat sualı:  İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizədə  həlak 
olan insanların xatirəsinin bu gün də əziz tutulmasına səbəb nədir? 
 Şagirdlərin fərziyyələri dinlənilir, təkrara yol verilmədən lövhədə qeyd edilir. 
Tədqiqatın aparılmasına hekayənin ilk iki parçasının oxunması ilə başlanılır. 
Müəllim qarşıya qoyduğu məqsəddən, sinfin səviyyəsindən və s. asılı olaraq, 
oxunun növünü müəyyənləşdirir. Oxu başa çatdıqdan sonra şagirdlər cütlük 
şəklində işləməklə mətnkənarı suallara cavab hazırlayırlar. Fikirləri üst-üstə düşən, 
yaxud yaxın olan şagirdlərin kiçik qruplarda birləşərək araşdırmalarını davam 
etdirmələrinə imkan yaradılır. Qruplarda cavablar dəqiqləşdirilir, ümumiləşdirilir, 
vahid fikir şəklində formalaşdırılır. Məhz bundan sonra təqdimatlar  əsasında 
məlumat mübadiləsi və müzakirə reallaşdırılır. 
Məlumat mübadiləsi və müzakirə. Bu mərhələdə, ilk növbədə, qrupların bir-
birinin işinin məzmunu ilə  ətraflı tanış olmalarına imkan yaradılır. Mübahisə 
doğuran məqamları müzakirəyə yönəltmək lazımdır. Döyüşə atılarkən və 
yaralandıqdan sonra əsgərin keçirdiyi hislər, düşüncələr ciddi müzakirə obyektinə 
çevrilməli, mübahisəli görünən məqamlara aydınlıq gətirilməlidir. Müəllim 
müzakirəni elə istiqamətləndirməlidir ki, müharibənin insanların  ən munis 
duyğularına qarşı olduğu aşkara çıxsın. 
Yaradıcı nağıletmə ilə bağlı dərslikdə təklif edilmiş tapşırığın yerinə yetirilmə-
sinə vaxt ayrılır. Bu, məzmunla bağlı  mənimsənilənlərin möhkəmləndirilməsində 
və şagirdlərin şifahi nitqinin inkişafında əhəmiyyətli rol oynayır.   


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə