Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə38/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   88

 89
cavabların  əlaqələndirilməsinə, müqayisə edilməsinə, qruplaşdırılmasına xüsusi 
diqqət yetirilir. 
Nəticənin çıxarılması, ümumiləşdirmənin  aparılması  mərhələsində indiyə 
kimi deyilmiş fikirlər ümumiləşdirilərək vahid ideya şəklinə salınır.  Şagirdlərdə 
belə qənaət möhkəmlənir ki, müharibə bəşəriyyəti hədələyən ən dəhşətli təhlükədir. 
Müharibə  hər kəsin həyatını alt-üst edir, onun dəhşətlərini  ən çox yaşayanlar isə 
oğul yolu gözləyən analardır. Lakin analar Vətənin müdafiəsini məhz 
övladlarından – igid əsgər oğullardan gözləyirlər. 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır. 
 
Mövzu: Səməd Vurğun. “Ananın öyüdü” – 3 saat 
Üçüncü saat: Tətbiq, Müzakirə. Yaradıcı iş 
 
Standartlar 
Təlim nəticələri 
1.1.2.  
  Şeiri ideya-məzmununa uyğun ifadəli oxuyur. 
2.1.2.  
  Şeirin mövzusuna, qoyulmuş problemə müqayisələr
ümumiləşdirmələr aparmaqla münasibət bildirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının hansı  səviyyədə yerinə yetirildiyini təqdimatların dinlənilməsi 
və müzakirə edilməsi ilə müəyyənləşdirmək mümkündür.  
Motivasiya, problemin qoyuluşu.  “Tətbiq, Müzakirə. Yaradıcı  iş” dərsində 
motivasiya müxtəlif yollarla yaradıla bilər. Məsələn, İkinci Dünya müharibəsində 
qəhrəman adı almış  həmvətənlərimizin  şərəfinə ucaldılmış abidələrin  şəkillərinin 
nümayiş etdirilməsi və müsahibə aparılması faydalıdır. Müsahibə əsasında tədqiqat 
sualı formalaşdırılır. 
Tədqiqat sualı: Qələbəyə çağırış ruhlu əsərlərdə hansı oxşar cəhətlər ola bilər?  
Fərziyyələr dinlənilir və təkrara yol verilmədən lövhədə yazılır.  
Tədqiqatın aparılması. Təklif olunmuş tapşırıqlar fərqli iş formalarının tətbiqi 
ilə yerinə yetirilə bilər. Birinci tapşırığın (Şeirdən cədvəldəki atalar sözlərinə uy-
ğun nümunələr seçin, fikrinizi əsaslandırın) cütlük şəklində yerinə yetirilməsi məq-
sədəuyğundur.  Şagirdlərə izah edilməlidir ki, seçim zamanı zahiri oxşarlıq yox, 
mahiyyətcə yaxınlıq əsas götürülməlidir. 
Bədii əsərlərin müqayisəsini tələb edən tapşırığın kiçik qruplarda yerinə yetiril-
məsi məqsədəuyğundur, tədqiqat sualı da məhz onunla bağlıdır və daha çox qayğı, 
diqqət tələb edir. Müəllimin Qarabağ savaşına həsr olunan, ideya-məzmununa görə 
“Ananın öyüdü” ilə səsləşən bir neçə əsəri əvvəlcədən seçməsi faydalıdır. Üzərində 
dayanılmış  əsərin məzmununun  əhatəli mənimsənilməsi, ideyası barədə dolğun 
təsəvvürün qazanılması vacibdir. Bu, müqayisəli təhlilin səmərəli keçməsinə imkan 
yaradır. 


 90
Məlumat mübadiləsi. Geniş fikir mübadiləsinin həyata keçirildiyi mərhələdir. 
Bu mərhələdə qrup təqdimatlarının fəal dinlənilməsinə, çıxış edənlərə sualların 
verilməsinə şərait yaradılır. 
Məlumatın müzakirəsi və təşkili. Müzakirənin səmərəli təşkili şagirdlərin fəal 
iştirakına, fərqli fikirlərin düzgün dəyərləndirilməsinə səbəb olur. 
 Fikirlərin ümumiləşdirilməsi, vahid ideya şəklinə salınması, son nəticənin 
çıxarılması növbəti mərhələdə həyata keçirilir. 
Nəticə, ümumiləşdirmə.  Əvvəlki mərhələlərdə  işin səmərəli təşkili, xüsusən 
təhlil üzrə araşdırmaların yüksək səviyyədə  həyata keçirilməsi nəticənin 
çıxarılması, ümumiləşdirmənin aparılması  işini xeyli asanlaşdırır. Müəllimin 
yönəldici sualları  əsasında ümumiləşdirmə aparan şagirdlərdə belə bir fikir 
formalaşır ki, qələbəyə çağırış ruhlu əsərlərdə oxşar cəhətlər çox olur. Vətənə 
məhəbbət və sədaqət, igid övladları Vətənin müdafiəsinə çağırış, gənclərə nəsihət... 
bu qəbildən əsərlərin ideya-məzmununu təşkil edir. 
Çıxarılmış  nəticələrin fərziyyələrlə, tədqiqat sualı ilə müqayisəsinə ayrıca 
diqqət yetirilir. 
Vaxtdan səmərəli istifadə  şeirdən bir parçanın ifadəli oxusu üzrə  işin 
aparılmasına imkan verir. İfaların fəal dinlənilməsi və onlara münasibət 
bildirilməsi faydalıdır. 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır. 
 
Mövzu: Süleyman Rüstəm . “Təbrizim” – 3 saat 
Birinci saat: Əsərin məzmunu üzrə iş 
  
Standartlar 
Təlim nəticələri 
1.1.1.  
  Şeirdə tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu 
kitablarından istifadə etməklə aydınlaşdırır. 
1.1.5.  
  Şeirdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir. 
2.2.1.  
  Şeirlə bağlı müzakirələrdə  fərqli fikirlərə dözümlülük 
nümayiş etdirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və 
müzakirəsi yolu ilə müəyyənləşdirilə bilər. Müəllim müvafiq standarta əsasən 
müəyyənləşdirilmiş təlim nəticəsinin qiymətləndirmə meyarına müraciət edir.  
Motivasiya, problemin qoyuluşu. Bu mərhələdəki işi fərqli məzmunda təşkil 
etmək olar.  
 
Şagirdlərin tarix dərslərindən öyrəndikləri, televiziya və internet vasitəsi ilə 
qazandıqları biliklər  əsasında Cənubi Azərbaycan və  Təbriz  şəhəri ilə bağlı 
müsahibə motivasiyanın yaradılmasına imkan verər. 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə